Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2829/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı qızının iştirakı ilə İddiaçı qızının Cavabdehna qarşı “sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək sürücülük vəsiqəsinin alınması üçün tələb olunan tibbi arayışla bağlı müraciətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən psixi-ruhi vəziyyəti ilə bağlı tərtib edilən xx.xx.2021-ci il tarixli əsassız akt ləğv edilməsi, sürücülük vəsiqəsinin alınması üçün tələb olunan tibbi arayışın verilməsi öhdəliyinin əsaslı, qanuni şəkildə icrası vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, tibbi arayış üçün tələb olunan psixi-ruhi vəziyyətinin obyektiv və əsaslı dəyərləndirməsi üçün bu sahədə dəyərləndirilməni həyata keçirə biləcək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində müvafiq qiymətləndirmə prosesinin təşkili vəzifəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququnu əldə etmək üçün sürücülük vəsiqəsi əldə etmək istəmişdir. Sürücülük vəsiqəsinin alınması üçün tələb olunan sənədlərdən biri də tibbi arayışdır. 20 sentyabr 2021-ci il tarixində tibbi arayışın alınması üçün qeydiyyatda olduğu Cavabdehna yaxınlaşdı və müxtəlif şöbələrdə yoxlamalardan keçdi. Psixi-ruhi vəziyyətinin yoxlanması üçün isə göndəriş əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə yaxınlaşdı. Psixi Sağlamlıq Mərkəzində onun psixi-ruhi vəziyyəti köhnə datalar əsasında qiymətləndirilmiş və əsassız olaraq ona "Üzvi şəxsiyyət pozuntusu F07" diaqnozu qoyulmuşdur. İddiaçı bildirir ki, 22 yanvar 2003-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinin hərbi həkim komissiyası tərəfindən "Xəstəliklər Cədvəli"-nin 17 B maddə 3-cü qrafası və ƏN-yə əsasən "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” statusu qeyd edilmişdir. 25 noyabr 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinin hərbi həkim kommisiyası tərəfindən təkrar yoxlama zamanı "Xəstəliklər cədvəlinin 1-ci qrafası, maddə 146-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 59 nömrəli qərarına əsasən "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" statusu təkrarən əsaslı yoxlama keçirilmədən qeyd edilmişdir. Bu statusun iki dəfə verilməsi səbəbi kimi əsas "Üzvi şəxsiyyət pozuntusu F07” diaqnozu göstərilmişdir, hansı ki, artıq 2013-cü ildə mən psixi durumu ilə bağlı müalicə almış və sağalmışdır. 22 sentyabr 2021-ci il tarixində sürücülük vəsiqəsi ilə bağlı yoxlamanın psixi situasiyanın yoxlanması üçün Cavabdeh tərəfindən verilən göndərişlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə yaxınlaşdı və onun psixi situasiyası Fuad İsmayılov tərəfindən köhnə datalar əsasında qiymətləndirilərək, yoxlama olmadan "Üzvi şəxsiyyət pozuntusu F07” kimi qeyd edilmişdir və bu diaqnoz Azərbaycan Respublikasının tibbi qanunvericilik aktlarına və normativ göstərişlərinə əsasən sürücülüyə əks göstəriş kimi qiymətləndirildiyindən onun sağlam psixi-ruhi vəziyyətinin olmasına baxmayaraq, həkimlərin öz peşə vəzifələrini doğru icra etməməsi səbəbindən sürücülük vəsiqəsi ala bilmir. Qeyd edir ki, köhnə datalara əsaslanaraq 2 nömrəli X2 tərəfindən də psixi durumu ilə bağlı dəyərləndirmə edilmiş və bu əsassız dəyərləndirməyə görə 11 oktyabr 2021-ci ildə tərtib edilmiş sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinin hərbi həkim kommisiyası tərəfindən yenidən eyni diaqnoz əsasında "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” statusu hərbi biletinə qeyd edilmişdir.
3. İddiaçı bildirir ki, o, 2013-cü ildə psixi durumu ilə bağlı artıq 2 nömrəli X1 stasionar formada müalicə almışdır, hansı ki, 11 oktyabr 2021-ci ildə tərtib edilmiş sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktında da bu qeyd edilməsinə baxmayaraq, həkimlər yenidən yoxlama ilə bağlı öz vəzifələrini icra etmir, hərəkətsizlik göstərirlər. Nəticədə qarşılaşdığı bu ədalətsiz situasiyanın yalnız məhkəmə yolu ilə həll olunacağını düşünmüş və hüquqlarının bərpası, təkrar əsaslı yoxlanılmanın keçirilməsi və doğru qiymətləndirmənin edilərək nəticənin tibbi arayışda əks olunması üçün məhkəməyə müraciət hüququndan istifadə etmək qərarına gəlmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxs tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, X3 Dispanserinin arxiv sənədlərinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 1991-ci il tarixdən dispanser müşahidəsindədir. Ətraflı məlümat üçün Yasamal rayon Cavabdehna müraciət etməyi tövsiyə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh göndərişinə əsasən sürücülük vəsiqəsi almaq üçün PSM-nə müayinə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub.
5. Məhkəmə İPM-nin 13-cü (məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh qismində Cavabdeh nəzərə alınmaqla iddia tələbi sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışın verilməsi kimi dəyişdirilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, 1976-cı il təvəllüdlü İddiaçı 1991-ci ildən "Orta dərəcəli nevrastenia, rezidual orqanik şəxsiyyətdə” diaqnozu ilə Ruhi-Əsəb Dispanserinin müşahidəsindədir. 2013 və 2018-ci illərdə “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotiv daxilolmalarla" diaqnozları ilə 2 saylı Psixiatriya Xəstəxanasında müalicə almışdır. İddiaçı 2021-2022-ci illərdə 3 nömrəli şəhər poliklinikasına sürücülük komissiyasından keçməsi üçün müraciət etmişdir. Ona sağlamlıq durumunun qiymətləndirilməsi məqsədilə Psixi Sağlamlıq Mərkəzinə göndəriş verilmişdir. xx.xx.2022-ci ildə Psixi Sağlamlıq Mərkəzində xəstəyə baxış keçirilmiş, ona “Üzvi şəxsiyyər pozuntusu F07.0 Sürücülüyə əks göstəriş var” rəyi verilmişdir. Yuxarıdakıları nəzərə alaraq, “İddiaçı sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışın verilməsində Cavabdeh təyin olunması" qərarına yenidən baxılması xahiş edilmişdir.Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
8. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
9. İddia tələbi sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli № 41 Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 3.10.3-cü bəndinə əsasən sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış təqdim etməlidir.
12. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş 4 avqust 2012-ci il tarixli № Q16-001-12 Qərarın 2.23-cü bəndinə əsasən Şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlılığı, habelə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur. İmtahanları qəbul edən QİM-in müfəttişi imtahana buraxılmış şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurduğu hallarda onu təkrar tibbi müayinəyə göndərilir.
13. İş materiallarına əsasən müəyyən edilir ki, X3 Dispanerinin arxiv sənədlərinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 1991-ci il tarixdən dispanser maşahidəsindədir. İddiaçı Cavabdeh göndərişinə əsasən sürücülük vəsiqəsi almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə müraciət edib, həkim-psixiatr tərəfindən müayinə olunub. Üzvi şəxsiyyət pozuntusu (F07.0) diaqnozu qoyulmaqla sürücülüyə əks göstəriş olduğu müəyyən edilmişdir.
14. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların dəqiq siyahısı hazırda Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş olmasa da, psixi sağlamlıq durumuna əsasən şəxsin sürücülüyə əks göstəriş olduğunu müəyyən etməsi qurumun qiymətləndirmə azadlığı çərçivəsindədir.
15. Məhkəmə hesab edir ki, hazırkı iddia cavabdeh qurumun maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması ilə bağlıdır. Odur ki, məhkəmə imtinanın açıq-aşkar qanunsuz olduğu və iddiaçının vəziyyətinə uyğun olmayan xəstəliklə bağlı olduğu qənəatinə gəlmir. Belə ki, iddiaçının 1991-ci il tarixdən dispanser maşahidəsində olması işin mübahisəsiz halıdır.
16. Bununla əlaqədar, məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
17. İnzibati Prosessual Məcəllədən: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
18. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva