Məhkəmə qərarları › İş №2-1(112)-283/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-283/2020

10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-283/2020 10.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Quliyev Nurlan Əziz oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlilliyinin etibarsız hesab edilməsi və əlilliyə görə müəyyən edilmiş sosial ödənişlərin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin, eləcə də əlilliyə görə müəyyən edilmiş sosial ödənişlərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y YƏN ETDİ: İddiaçı Quliyev Nurlan Əziz oğlunun nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı Quliyev Nurlan Əziz oğlunun əlilliyinin etibarsız hesab edilməsi və əlilliyə görə müəyyən edilmiş sosial ödənişlərin dayandırılması üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının əlilliyinin və ona əlilliyə görə müəyyən edilmiş sosial ödənişlərin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasında dair qərar qəbul edilməsini xahiş etmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-283/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən ikinci qrup əlillik təyin edilmiş və əlillik müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda onun Tibbi-Sosial Ekspertiza və X1 üzrə əlilliyi ləğv edildiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək pensiya ödənişi zamanı 9697.65 manat vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xəzinədarlıqdakı hesabına geri qaytarılması tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İnformasiya Texnologiyaları Şöbəsinin “Əlillik alt sistemi”ndə əlilliyi etibarsız hesab olunmuş şəxslərə müəyyən edilmiş sosial ödənişlərin dayandırılması və artıq ödənilmiş vəsaitinin bərpası barədə 2018-ci il 08 sentyabr tarixli, **********0 nömrəli əmrin surətinin ona göndərilməsini və əlilliyinin dayandırılmasının səbəbləri barədə məlumat verilməsini xahiş edilmişdir. Lakin həmin müraciətə cavab olaraq iddiaçıya ünvanlanmış məktubda sözügedən əmrə əsasən ona əlilliyə görə təyin edilmiş əmək pensiyasının xx.xx.2019-cu il tarixdən dayandırıldığı qeyd edilmiş, əlilliyinin hansı səbəbdən etibarsız sayılması, eləcə də müəyyən edilmiş sosial ödənişlərin dayandırılmasının səbəbləri açıqlanmamış, müvafiq əmrin surəti də ona göndərilməmişdir. İddiaçının yuxarıda qeyd edilən hallarla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir neçə dəfə müraciəti olsa da, həmin müraciətlərin heç biri cavablandırılmamışdır. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsini dəqiqləşdirmək iddiaçı tərəfə təklif edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanmışdır. 10 fevral 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səlahiyyətli olmadığı hallarla bağlı edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişinin aparılması dayandırılmışdır. Dəfələrlə iddiaçıya təyin olunmuş əlilliyin etibarsız sayılmasına dair qəbul edilmiş inzibati aktın surətinin təqdim edilməsi və müvafiq haldan dolayı baş vermiş digər hallar barədə məlumat verilməsi üçün Nazirliyə müraciət edilmiş, lakin həmin müraciətlərin heç biri rəsmi şəkildə cavablandırılmamışdır. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İnformasiya Texnologiyaları şöbəsinin “Əlillik alt sistemi”ndə əlilliyi etibarsız hesab olunmuş şəxslərə müəyyən edilmiş sosial ödənişlərin dayandırılması və artıq ödənilmiş vəsaitinin bərpası barədə 2018-ci il 08 sentyabr tarixli, **********0 nömrəli əmr inzibati akt statusuna malik olmaqla, onun ləğv edilməsi iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin və pensiya ödənişinin bərpa edilməsinə gətirib çıxaracaqdır. Çünki müvafiq aktın qanunsuzluğunun tanınması onun doğurduğu hüquqi nəticələrin də aradan qaldırılması ilə nəticələnir. Nümayəndə qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən ona edilmiş təklifi qəbul etməyərək, iddianın mümkünsüzlüyünə səbəb olan halların məhz iş üzrə qəbul ediləcək yekun məhkəmə aktında qeyd edilməklə işə iddia ərizəsində qeyd edilən məzmunda olduğu kimi baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı Quliyev Nurlan Əziz oğlunun əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACHV saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik, DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən isə xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan Daxili İşlər Nazirliyinin məktubu ilə iddiaçının daxili işlər orqanlarında xidmət etmədiyi və ona 4110003AACHV saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilməklə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Əlillik alt sistemində İddiaçı aid qiymətləndirmə etibarsız hesab edildiyindən iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası ödənişi dayandırılmışdır. Əlavə olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyasının DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən təyin edilməsi işin mübahisələndirilməyən halı olduğundan, ona əmək pensiyası ödənişinin aparılmasının dayandırılması və dayandırıldıqdan sonra bərpa edilməsi də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deyil, məhz DSMF-nin müvafiq rayon, şəhər şöbəsinin (DSMF-nin Sumqayıt şəhər şöbəsi) səlahiyyətlərinə aid olduğuna görə hazırkı iş üzrə iddia tələbinin “əlilliyə görə müəyyən edilmiş sosial ödənişlərin dayandırılması üzrə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya əlilliyə görə müəyyən edilmiş sosial ödənişlərin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 10 iyul 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin Əsasnaməsi”nin 2.1.1-ci maddəsinə əsasən əhalinin sosial müdafiəsinin təmin edilməsini, o cümlədən, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı dövlət sosial yardımının və digər sosial ödəmələrin təyin edilməsini və aidiyyəti üzrə çatdırılmasını təşkil etmək yerli şöbələrin müvafiq inzibati ərazi vahidi üzrə fəaliyyət istiqamətlərindən biridir. Həmin Əsasnamənin 3.1.6-cı maddəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq vətəndaşların pensiya hüquqlarını reallaşdırmaq, pensiyaların mövcud qanunvericiliyə uyğun olaraq təyin edilməsi üçün sənədlərin qəbul edilməsini, komissiyada baxılmasını, pensiya işlərinin tərtib olunmasını, pensiyanın təyin edilməsini və ödənişini həyata keçirmək yerli şöbələrin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə (vəzifələrinə) aid edilmişdir. Bundan başqa, məhkəmə iddiaçının nümayəndəsinin işə iddia tələbində qeyd edilmiş məzmunda baxılmasını xahiş etdiyini nəzərə alaraq, xüsusi olaraq o halı qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının əlilliyinin etibarsız hesab edilməsi ilə bilavasitə və ya dolayı yolla hər hansı əlaqəsi yoxdur. Belə ki, o hal iş materialları ilə öz təsdiqini tapır ki, iddiaçıya aid əlillik qiymətləndirilməsi məhz ona aid müvafiq göndərişin əsassız rəsmiləşdirilməsi barədə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin məktubu əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən etibarsız hesab edilmişdir. Bu səbəbdən də, iddia tələbinə “iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq səlahiyyətlərə malik olmadığından mahiyyəti üzrə baxılması mümkün sayıla bilməz. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 2.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Avropa İnsan Hüquqlarının Məhkəməsi “Bidjiyeva Rusiyaya qarşı” 05 dekabr 2017ci il tarixli qərarında (https://hudoc.echr.coe.int/) qeyd edir ki, müdaxilənin mütənasibliyi ictimaiyyətin ümumi mənafeyindən irəli gələn tələblərlə fərdlərin fundamental hüquqlarının qorunması tələbləri arasında dəqiq tarazlığın olmasına ziddir. Bu tarazlıq o zaman pozulur ki, aidiyyəti şəxs “hansısa xüsusi və hədsiz yükə məruz qalsın”. Dəqiq tarazlığın mövcudluğunun yoxlanılması adı keçən müxtəlif mənafelərin ümumi şəkildə yoxlanılmasını tələb edir və tərəflərin davranışılarının, dövlət tərəfindən sərf edilən vəsaitlərin analizinin aparılmasını və bunun həyata keçirilməsini şərtləndirə bilər, xüsusi olaraq, müvafiq orqanların lazım olan vaxtda, dəqiq və lazımi qaydada hərəkət etmək öhdəliyini bildirir. Konkret halda, məhkəmə bu işdə bir faktı təsdiq etdi ki, yerli yurisdiksiyalara görə ərizəçi əmlak üzərində mülkiyyət hüququ haqqında sertifikatı qüvvədə olan qanunvericilik müddəalarını pozmaqla əldə etmişdir, yəni bu sertifikatın qanuni qüvvəsi olmamışdır və ərizəçi torpaq sahəsini ona heç bir hüququ çatmadan əldə etmişdir. Məhkəmə qeyd etdi ki, yerli orqanlar lazım olan məqamda və ardıcıl şəkildə reaksiya vermişlər: 2008-ci ilin iyul ayında saxta sertifikatdan istifadəyə görə cinayət işi açılmış (bundan bir ay sonra ərizəçi kənd administrasiyasından torpaq sahəsinin hüdudlarının müəyyənləşdirilməsini xahiş etmişdi) və rayon administrasiyası 2009-cu ilin iyun ayında onun mülkiyyət hüququnun ləğv edilməsi üçün vəsatət qaldırmışdı. Məhkəmə hesab etdi ki, maraqlı tərəf yerli administrasiyanın səhvə yol verdiyini, yaxud onun hüquqlarının pozulduğunu sübut etsə də, qanuna uygun olaraq qaldırılmış iddia ona hansısa kompensasiyanı almaq imkanı verməzdi. Belə ki, bu halda, icraatın gedişatının və ədalət məhkəməsinin normal qaydada həyata keçirilməsinin əksinə olaraq iddiaçıdan belə bir lüzumsuz proseslə məşğul olmağı tələb etmək məntiqsizdir. Hazırki iddia ilə baglı məhkəmə ilk növbədə onu qeyd edir ki, iddiaçıya təyin edilmiş pensiya ona aid əlillik qiymətləndirilməsinin daxili işlər orqanlarında xidmət etmədiyi halda (bunu iddiaçı mübahisələndirmir) məhz əsassız göndərişin əsasında rəsmiləşdirilməsi ilə bağlı olmuşdursa, əlilliyin ləğv edilməsi və ya etibarsız sayılması səbəbi aradan qaldırılmadan əlilliyə görə pensiya ödənişinin bərpasından söhbət gedə bilməz. İddiaçının nümayəndəsi hazırki iddia tələbi üzrə cavabdeh kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərməsinə baxmayaraq, yuxarıda qeyd edilən səbəblərdən iddia mümkün sayılmadığından iddiaçıya izah edilir ki, ilk növbədə ona təyin edilmiş pensiya ödənişinin dayandırılmasına əsas olmuş halların aradan qaldırılması, yəni əlilliyinin yenidən qiymətləndirilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı cavabdeh inzibati orqanın olduğu yer üzrə inzibati məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia mümkün sayılmadığından, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı məsələyə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar