Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2832/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2021-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetini X1 ixtisası üzrə bitirməyinə dair verilmiş 18 fevral 2021-ci il tarixli 107819 ******* saylı 2/113 qeydiyyat nömrəli Bakalavr Diplomunun Azərbaycan Respublikasında tanınması (nostrifikasiyası) öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-2021-ci illərdə Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetində Ali təhsil almış və 2021-ci ildə həmin universiteti Bakalavr ixtisas dərəcəsi üzrə bitirmişdir. Bu barədə həmin təhsil müəssisəsindən ona 18 fevral 2021-ci il tarixli 107819 ******* saylı 2/113 qeydiyyat nömrəli “X1” ixtisası üzrə təhsil və ixtisas dərəcəsi haqqında Bakalavr diplomu və bakalavr mütəxəssis proqramının məzmunu və mənimsənilməsi nəticələri haqqında diploma əlavə verilmişdir. Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən verilmiş Bakalavr diplomu və diploma əlavə qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci ildə Apostil edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq xarici dövlətin təhsil müəssisəsi tərəfindən ona verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınması (nostrifikasiyası) üçün müvafiq zəruri sənədləri müəyyən edilmiş qaydada cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) təqdim etmişdir. Müəyyən müddətdən sonra, yəni 17 avqust 2021-ci ildə cavabdeh tərəfindən onlayn qaydada müsahibəyə dəvət edilmiş və tədris dili ilə bağlı müsahibənin nəticəsi müsbət qiymətləndirilmişdir. Ancaq cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ona göndərilmiş 30 avqust 2021-ci il tarixli NA00002500 saylı “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifıkasiyasmın) müəyyən edilməsi barədə” qərarla ali təhsil ixtisasının tanınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi sərhəd xidmətinin məlumatı qeyd edilmişdir. Həmin qərarda göstərilir ki, ərizəçi sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Qərarda daha sonra göstərilir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvesiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləmdirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. Cavabdeh inzibati orqanın 2016-2021-ci illərdə Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetində aldığı təhsillə bağlı ona verilmiş ali təhsilin bakalavr pilləsi üzrə 18 fevral 2021-ci il tarixli 107819 ******* saylı 2/113 qeydiyyat nömrəli “X1” ixtisası üzrə Diplomun Azərbaycan Respublikasında tanınmasından imtina edilməsinə dair 30 avqust 2021-ci il tarixli qərarı ilə razılaşmır, imtinanın səbəbini əsassız hesab edir. Xarici dövlətdə aldığı ali təhsilə dair diplomun Azərbaycan Respublikasında tanınması üçün hüquqi əsasların mövcud olması müəyyən edilir. Belə ki, hazırda Azərbaycan Respublikasında tanınmasını tələb etdiyi ali təhsil haqqında diploma əlavə edilmiş “Bakalavr mütəxəssis proqramının məzmunu və mənimsənilməsi nəticələri haqqında məlumatlar”dan müəyyən edilir ki, aldığı ixtisas üzrə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş proqram fənnləri üzrə tam tədrisi müvəffəqiyyətlə başa çatdırmışdır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, ali təhsil aldığı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin qiyabi (distant) təhsil üçün müəyyən etdiyi qaydalara uyğun olaraq hər il kurs semestr dövründə dərslərdə iştirak etmişdir. Aldığı təhsillə bağlı kurs semestrləri proqramları üzrə müəyyən edilmiş tədris materiallarını mənimsəməklə bəzi hallarda semestr imtahan və zaçotlarının qısa müddətdə verilməsi barədə müraciətləri əsasında imtahan və zaçotlara buraxılmış və müfaviq fənnlər üzrə bilikləri qənaətbəxş hesab edilərək müsbət qiymətləndirilmişdir. Bu səbəbdən də müəyyən vaxtlarda ali təhsil müəssisəsinin yerləşdiyi xarici dövlətin ərazisində semestr üçün müəyyən edilmiş müddətə nisbətən qısa müddətdə olmuşdur. Digər tərəfdən isə dünyanı bürümüş “COVİD-19” pandemiyası ilə əlaqədar Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin rektorunun 09 noyabr 2020-ci il tarixli 02-2-2010 saylı əmri ilə təhsil prosesinin tam olaraq məsafədən distant olaraq həyata keçirilməsi texnologiyası tətbiq edilmiş və 2020-2021-ci il təhsil dövrü semestrləri internet vasitəsi ilə məsafədən distant olaraq həyata keçirilmişdir. “COVİD-19” pandemiyası ilə əlaqədar dövlətlər arasında, o cümlədən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sərhədlər 2020-ci ilin mart ayından bağlanaraq gediş-gəliş mümkün olmadığından təhsil prosesi internet vasitəsi ilə reallaşmışdır. Bu halın özü də ali təhsil müəsissəsinin yerləşdiyi dövlətdə faktiki olaraq olmalı olduğu müddətə təsir etmişdir. Təhsil müəssisəsi tərəfindən dövlət imtahanı ilə bağlı tədris prosesində iştirak etmək üçün göndərilmiş çağırış məktubuna əsasən işlədiyi müəsissədən ona 34 təqvim günü müddətində məzuniyyət verilmiş və həmin məzuniyyət dövründə o, onlayn olaraq dövlət imtahanları ilə bağlı tədris və imtahan prosesində iştirak etmişdir. Dövlət imtahanında iştirak etmək üçün ali təhsil müəssisəsinin çağırış məktubu əsasında təhsil məzuniyyətində olmağı "xxxx" MMC tərəfindən verilmiş 06 yanvar 2021-ci il tarixli 05/2021k saylı əmrlə təsdiq olunur. Dövlət imtahanına getmək üçün aldığı aviabiletləri də avia reyslər olmadığından geri qaytarmışdır. Ali təhsilə dair xarici dövlətin ali təhsil müəssisəsi tərəfindən verilmiş Diplomun tanınması (nostrifikasiyası) prosesində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə riayət olunmamış, bu səbəbdən cavabdeh inzibati orqanın həmin diplomu tanımaqdan imtina etməsi ilə bağlı hərəkətləri qanunvericiliyə, o cümlədən Sazişin 5-ci maddəsinə və Qaydaların 1.6-cı bəndinə (hansı ki, beynəlxalq müqavilələrdə ekvivalentlik müəyyən edildiyi halda ekvivalentlik haqqında şəhadətnamənin ekspertiza keçirilmədən verilməsi təsbit edilmişdir) zidd olmuş və hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2021-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (2016/2017-ci tədris ili üzrə - 6 gün, 2017/2018-ci tədris ili üzrə - 12 gün, 2018/2019-cu tədris ili üzrə - getməyib, 2019/2020-ci tədris ili üzrə - 1 ay, 2020/2021-ci tədris ili üzrə pandemiya dövrü, getməməsi üzrlü səbəb kimi qəbul edilir) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyalarm səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Təhsildə X2rşı Rusiya Federasiyasının X8 Mülki Aviasiya Universiteti tərəfindən verilmiş bakalavr diplomu üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 107819 ******* nömrəli apostil olunmuş diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2021-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetini bitirmiş, “nəql proseslərinin texnologiyası” istiqaməti üzrə “bakalavr” dərəcəsinə yiyələnmişdir. Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 107819 ******* nömrəli diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, diplom sahibi haqqında məlumatlar: soyad - Beydullayev, ad - Kamran, ata adı - Vurğun, doğum tarixi - xx.xx.1998; ixtisas haqqında məlumalar: dövlət imtahan komissiyasının qərarı ilə bakalavr dərəcəsi verilmişdir, 23.03.01 “nəql proseslərinin texnologiyası” əyani təhsil formasında bakalavr/mütəxəssis proqramının mənimsənilmə müddəti 4 il. Əlavə məlumatlar: təhsil təşkilatının adı 2016-cı ildə dəyişdirilmişdir. Təhsil təşkilatının əvvəlki adı: X8 mülki aviasiya universiteti. Təhsilin forması: qiyabi. Təhsil proqramının istiqaməti (profili)- vahid nəqliyyat sistemində idarə olunma və daşınmaların təşkili. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2021-ci il tarixli, NA00002500 nömrəli Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarına əsasən ərizəçi sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Belə ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Qeyd olunanlara əsasən qərar alındı: 1. Ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmasın.
2. Qərarın surəti məlumatı üçün ərizəçiyə təqdim edilsin. 3. Qərardan 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə icraatı gedişində iddiaçı tərəfindən təqdim edilmiş Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış RU 53/1516 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilənin 1.1-ci maddəsinə görə icraçı təhsil xidmətini təqdim etməyi, sifarişçi/təhsil alan isə 23.03.01 X1 hazırlıq istiqaməti (ixtisası), Vahid nəqliyyat sistemində daşımaların təşkili və idarə olunma profili (ixtisası) üzrə qiyabi fakultədə (dərəcəsi - bakalavr, tədris planı və icraçının təhsil proqramı ilə müvafiq federal dövlət təhsil standartları hüdudlarında distansiya tədris forması üzrə) ali təhsil proqramı üzrə tədris üçün ödənişi etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə görə müqavilənin imzalanması anına təhsil proqramının mənimsənilməsinin normativ müddəti (təhsil müddəti) 4,5 il təşkil edir. Fərdi tədris planı, o cümlədən sürətləndirilmiş tədris üzrə tədris müddəti fərdi tədris planı ilə müəyyən olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2832/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetini X1 ixtisası üzrə bitirməyinə dair verilmiş xx.xx.2021-ci il tarixli 107819 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması (nostrifikasiyası) barədə ərizəsinə (müraciətinə) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yenidən baxılaraq iddiaçının təhsil forması növünün araşdırılması və buna müvafiq cavabın verilməsi üçün 2 (iki) aylıq müddət təyin edilməsi və cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi həmin müddət ərzində müraciətə baxılmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Sözügedən qərardadın icrası ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli, 00-05-425/TKTA nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2832/2022 saylı qərardadının icrası məqsədilə İddiaçı Rusiya Federasiyasının X8 Mülki Aviasiya Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 107819 ******* diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. X8 Mülki Aviasiya Universiteti tərəfindən Təhsildə Keyfiyyət Təminat Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 13.xx-xx-3027 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, 1998-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetində 23.03.01 X1 hazırlıq istiqaməti (ixtisası), Vahid nəqliyyat sistemində daşımaların təşkili və idarə olunma profili (ixtisası) üzrə (təhsil forması-qiyabi) 2015-ci ildən ( əmr xx.xx.2015, № 06-3-350) 2021-ci ilədək (əmr xx.xx.2021, № 13.05-3-0230) ali təhsil almışdır. X4 xx.xx.2021-ci il tarixdə ona №107819 0049303, qeydiyyat nömrəsi 2/113, xx.xx.2021-ci il tarixdə bakalavr diplomu verilmişdir. Dövlət təhsil proqramının bir hissəsini, o cümlədən dövlət imtahanını distant texnologiyalardan istifadə etməklə keçirilmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunmuş Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yerləşən Dövlət Mülki Aviasiya Universitetində “X1” ixtisası üzrə bakalavr dərəcəsi almış İddiaçı tədris yükünün yerinə yetirilməsi haqqında xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə İddiaçı təqdim etdiyi ali təhsil haqqında sənədə və onun əlavəsinə baxış keçirilmiş, İddiaçı təhsil aldığı ölkədə olması müddətləri nəzərdən keçirilmişdir. Belə ki, X7 Dövlət Mülki Aviasiya Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim olunmuş 107819 ******* nömrəli diplom əlavəsinin 5-ci bəndinə əsasən, müəyyən olunur ki, ərizəçi qiyabi formada təhsil almışdır. Ərizəçinin təhsil aldığı universitetdən daxil olan xx.xx.2022-ci il tarixli, 13.xx-xx- 3027 nömrəli arxiv arayışında da ərizəçinin təhsilalma formasının qiyabi olduğu bir daha təsdiq olunmuşdur. X7 Dövlət Mülki Aviasiya Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim olunmuş 107819 ******* nömrəli diplom əlavəsinin 3-cü bəndində əks olunmuş məlumata əsasən müəyyən olunur ki, ərizəçinin tədris aldığı təhsil proqramı üzrə tədris yükü 240 AKTTS (Avropa Kredit Transferi və Toplanması Sistemi) kreditindən və 984,8 akademik saatdan ibarətdir. İddiaçı təhsil aldığı ölkədə olması müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: İ il-6 gün, İİ il-12 gün, İİİ il-getməyib, İV il-1 ay, V ilgetməyib (pandemiya dövrünə təsadüf etdiyindən üzrlü səbəb kimi nəzərə alınmışdır). Eyni zamanda X8 Mülki Aviasiya Universitetinin xx.xx.2022-ci il tarixli, 13.xx-xx-3027 nömrəli arxiv arayışına əsasən İddiaçı təhsil müddəti ərzində qiyabi formada təhsil almış, təhsil proqramının bir hissəsini və dövlət imtahanını distant texnologiyalardan istifadə etməklə verdiyini bildirsə də konkret olaraq təhsil proqramının məhz hansı hissədə distant texnologiyardan istifadə etdiyini və bunu sübut edən fərdi tədris qrafikini təqdim etməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsilin əyani, qiyabi, eksternant və distant təhsilalma formaları mövcuddur. Distant və qiyabi təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin birgə formada işlənilməsinə dəlalət etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsil alma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. İddiaçının tədris ili üzrə hər il 48 AKTTS toplamalı olduğunu nəzərə alaraq, 2016/2017-ci tədris ilində Rusiya Federasiyasında olduğu 6 gün, 2017/2018-ci tədris ilində 12 gün, 2018/2019-cu tədris ilində ümumiyyətlə tədris aldığı ölkədə olmaması (həmin il tədrisi hansı fərdi tədris proqramı əsasında aldığı ərizəçi tərəfindən sübut edilməmişdir) qeyd edilən müddətlərdə həmin krediti ödəməsini qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünü (60 fənnin tədrisi, praktika, dövlət imtahanları) yerinə yetirməsi mümkün deyildir və ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil edir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı Rusiya Federasiyası Sankt- Peterburq Dövlət Mülki Aviasiya Universitetində X1 hazırlıq istiqaməti, Vahid nəqliyyat sistemində daşımaların təşkili və idarə olunma ixtisası üzrə qiyabi formada bakalavr təhsili almış, ona bu barədə xx.xx.2021-ci il tarixdə verilmiş 107819 ******* nömrəli diplom verilmişdir. İddiaçı qeyd edilən diplom üzrə ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, cavabdeh iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona verilmiş bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etməklə, 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Təhsil haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsiprosesi və onun nəticəsidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın: -1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir -2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. -4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın: -1.1-ci bəndinə görə bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetində “nəql proseslərinin texnologiyası”üzrə tam bakalavriat kursunu bitirmişdir və Dövlət İmtahan Komissiyasının xx.xx.2021-ci il tarixli 1 saylı protokol qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir. Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən iddiaçıya verilmiş diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Leninqrad vilayəti ümumi və peşə təhsili komitəsi tərəfindən xx.xx.2021-ci ildə 548553 nömrəsi ilə apostil edilmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının diplomunun tanınmasından və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtinasının əsas və yeganə dəlili ondan ibarətdir ki, Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğu üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. Başqa sözlə, cavabdehin mübahisələndirdiyi yeganə məqam Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu baxımdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin mümkünlüyü ilə bağlıdır Hazırkı iş üzrə diploma əlavədən görünür ki, iddiaçı qiyabi təhsil formasında ali təhsil almışdır. Eyni zamanda məhkəmə icraatı gedişində iddiaçı tərəfindən təqdim edilmiş Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti ilə İddiaçı arasında bağlanmış RU 53/1516 nömrəli, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı ilə universitet arasında qiyabi fakultədə distansiya tədris forması üzrə ali təhsil proqramının keçiriləcəyi ilə bağlı razılıq əldə olunmuşdur. Hazırkı inzibati məhkəmə icraatı gedişində iddiaçının istinad etdiyi müqavilə cavabdeh orqana təqdim edilmiş və həmin müqavilədən çıxış edərək iddiaçının təhsil alma forması ilə bağlı müvafiq araşdırmanın aparılması və həmin araşdırma nəticəsinə uyğun olaraq müvafiq cavab verilməsi ilə bağlı inzibati orqana 2 aylıq müddət verilmişdir. Məhkəmənin adıçəkilən xx.xx.2022-ci il tarixli aralıq qərardadının icrası ilə əlaqədar cavabdeh aparılmış inzibati icraatın yekunu olaraq diplom üzə ixtisasın tanınmasından imtina etmişdir. Bu zaman inzibati orqan ona istinad etmişdir ki, iddiaçının təhsil aldığı universitetdən daxil olan xx.xx.2022-ci il tarixli, 13.xx-xx-3027 nömrəli arxiv arayışında da ərizəçinin təhsilalma formasının qiyabi olduğu bir daha təsdiq olunmuşdur. Diplom əlavəsində iddiaçının tədris aldığı təhsil proqramı üzrə tədris yükü 240 AKTTS kreditindən və 984,8 akademik saatdan ibarətdir. İddiaçı təhsil aldığı ölkədə İ il-6 gün, İİ il- 12 gün, İİİ il-getməyib, İV il-1 ay, V il-getməyib (pandemiya dövrünə təsadüf etdiyindən üzrlü səbəb kimi nəzərə alınmışdır) olması müəyyən edildiyindən tədris yükünü mənimsəməsi mümkün deyildir. Halbuki, X8 Mülki Aviasiya Universitetinin xx.xx.2022-ci il tarixli 13.xx-xx-3027 nömrəli arxiv arayışında iddiaçının qiyabi təhsil forması üzrə təhsil alması ilə yanaşı eyni zamanda dövlət təhsil proqramının bir hissəsinin, dövlət imtahanının distant texnologiyalardan istifadə etməklə verdiyini də bildirmişdir. Başqa sözlə, X8 Mülki Aviasiya Universiteti xx.xx.2022-ci il tarixli cavabdehə ünvanlanmış rəsmi arayışında universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə etməklə təhsil alması, iddiaçının həmin universitetin məzunu olması təsdiqlənmişdir. Cavabdeh distant və qiyabi təhsilalma formalarının “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda bir-birindən fərqləndirilən anlayışlar olduğunu, qiyabi və distant təhsilin birgə formada işlənməsinin mümkün olmamasına istinad edərək iddiaçının diplomunun aldığı təhsil alma formasının tələblərinə cavab vermədiyini qeyd etsə də məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Göründüyü kimi Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Lakin bununla yanaşı qeyd edilməlidir ki, qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil alma texnologiyasından birmənalı olaraq istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Eyni zamanda cavabdeh bir tərəfdən iddiaçının qiyabi təhsil formasında distant texnologiyadan istifadə etməklə təhsil almasını qanunvericiliyin tələblərinə uyğun hesab etmir, digər tərəfdən isə istinad etdiyi imtinanın hüquqi əsasını məhkəməyə təqdim edə bilmir. Halbuki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul olunmamış və distant təhsilin dövlət standartlarının müəyyən edilməmişdir. Göründüyü kimi distant təhsil formasının qaydası və müddəti ilə bağlı daxili qanunvericilikdə müvafiq normativ hüquqi aktlar qəbul olunmadığı halda cavabdehin imtina əsaslarının qanuni olub-olmamasının yoxlanılması da mümkünsüzdür. Hazırkı işdən görünür ki, iddiaçının təhsil aldığı müəssisə iddiaçının qiyabi təhsil formasında distant texnologiyasından istifadə etməklə tədris prosesində iştirakını qəbul etmiş, təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmiş, ona təhsil proqramını tamamlanmasını, tədris yükünün tam mənimsənilməsinə görə təsdiq edən bakalavr diplomunu təqdim etmişdir. Cavabdeh X8 Mülki Aviasiya Universitetinin xx.xx.2022-ci il tarixli, 13.xx-xx-3027 nömrəli arxiv arayışına əsasən İddiaçı təhsil müddəti ərzində qiyabi formada təhsil almış, təhsil proqramının bir hissəsini və dövlət imtahanını distant texnologiyalardan istifadə etməklə verdiyini bildirilsə də konkret olaraq təhsil proqramının məhz hansı hissədə distant texnologiyardan istifadə etdiyini və bunu sübut edən fərdi tədris qrafikini təqdim etmədiyinə istinad etmişdir. Məhkəmə cavabdehin sərgilədiyi bu mövqe ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırkı məhkəmə icraatında iddiaçı təhsil müddəti ərzində qiyabi formada lakin distant texnologiyadan istifadə edərək üzrə təhsil aldığını, bu səbəbdən təhsil aldığı ölkə ərazisində az müddətdə olduğunu, tədrisin distant formada aparılması ilə bağlı Universitet ilə aralarında müqavilə bağlandığını bildirmişdir. Hazırkı inzibati məhkəmə icraatında məhkəmə iddiaçının aldığı təhsil forması, təhsilin müddəti, təşkili, normativ əsasları və s. ilə bağlı müvafiq araşdırmanın aparılması, bununla bağlı təhsil aldığı müəssisəyə müvafiq sorğuların göndərilməsi, lazımı sübutların əldə edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı aralıq qərardad qəbul edərək cavabdehə müddət təyin etmişdir. Cavabdeh verilmiş müddət ərzində iddiaçının təhsil aldığı müəssisədən arxiv arayışı əldə etmiş, lakin yekunda universitet tərəfindən iddiaçının konkret olaraq təhsil proqramının məhz hansı hissədə distant texnologiyardan istifadə etməsi və bunu sübut edən fərdi tədris qrafikinin təqdim edilmədiyini əsas gətirərək imtina cavabı vermişdir. Halbuki inzibati araşdırma ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarında inzibati orqanın universitetdən istinad etdiyi fərdi tədris proqramı və ya təhsil forması ilə bağlı müvafiq sənədləri tələb etməsi də müəyyən olunmur. Halbuki, universitetin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının təhsil forması və tədris qaydası barədə məlumat verilmiş, qeyd edilən arayışdakı məlumatların əsaslılığı barədə universitetə əlavə sorğular verilməklə müvafiq dəqiqləşmələr aparmaq imkanı olduğu halda cavabdeh orqan qeyd edilən sorğuları verməmiş, yeganə həmin arayışı əldə etməklə kifayətlənmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, müəyyən olunur ki, müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olduğundan və iddiaçı qiyabi təhsil formasında təhsil aldığı müddətdə universitetlə razılaşdırılmış tələb olunan müddətlərdə sözügedən ölkə ərazisində əyani şəkildə iştirak etməklə yanaşı, eyni zamanda tədris prosesində distant texnologiyadan istifadə edərək təhsil müəssisəsinə getmədən, məsafədən iştirak etmişdir. Hərçənd, qiyabi təhsilalma forması zamanı distant təhsil texnologiyalarından istifadə etməklə təhsil alması halını istisna edən daxili qanunvericilikdə bilavasitə təsbit olunan imperativ qayda və ya norma mövcud deyildir. Hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Cavabdeh iddiaçı barəsində əliverişli inzibati aktın-diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin verilməsini istisna edən zəruri şərtləri sübuta yetirə bilməmişdir. (Hazırkı məhkəmə qərarındakı hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1357/2022 saylı və 2-1(102)-1443/2022 saylı inzibati işlər üzrə qəbul etdiyi qərarlarındakı mövqeyə uyğundur). “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticə oxşar işlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə də uyğundur. Məhkəmə hazırkı iş üzrə nəticəyə gələrkən o halı da nəzərə alır ki, cavabdeh iddiaçının dil biliyi ilə bağlı müsahibənin nəticəsini müsbət qiymətləndirmiş və bununla bağlı hər hansı mübahisə etməmişdir. Beləliklə, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan və işi faktiki hallarına əsasən hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli 107819 ******* saylı 2/113 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli 107819 ******* saylı 2/113 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova