Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2833/2020 20.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh əməkdaşlarının tərtib etdiyi xx.xx.2019-cu il tarixli icraata götürmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir. Ərizədə göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu icra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı Hərbi Məhkəməsinin 1-2(093)- 15/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədində borclu İddiaçı 350 manat məbləğində ekspertiza xərcinin dövlət büdcəsinə, 3300 manat məbləğində pul vəsaitinin tutularaq, tələbkar X1 xeyrinə və 1936 manat pul vəsaitinin tutularaq tələbkar X4 xeyrinə ödənilməli olduğu göstərilmişdir. Bakı şəhəri Cavabdeh icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli qərarı ona görə əsassızdır ki, vətəndaş X3 iddiaçının ona qarşı olan 2300 manat məbləğində borcunu qaytarmaq üçün Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-876/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıdan 2300 manat və ödənilmiş 30 manat dövlət rüsümunun tutularaq X2 verilməsi qət edilmişdir. İddiaçı həmin qərarla razılaşmadığı üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayətlə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-876/2018 saylı qətnaməsi ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən iş üzrə qəbul etdiyi qərar qanuni qüvvəsini almışdır. Bundan başqa, X7 1-ci instansiya məhkəməsində 1936 manat pul vəsaitinin ona qaytarılmasından imtina etmiş, Şirvan Apellyasiya Məhkəməsində iştirak etməmiş, mülki iddia qaldırmamışdır. İcra vərəqəsi aidiyyəti inzibati məhkəmə (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı İnzibati Məhkəməsi) tərəfindən verilmədiyindən ərizə inzibati iş kimi icraata qəbul edilmiş, təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə bildirişi göndərilmişdir. 20 fevral 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı işə İnzibati Prossessual Məcəllənin 2.2.2-ci və 33.1-ci maddələrinə uyğun olaraq mahiyyəti üzrə baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında Cavabdeh nümayəndəsi iştirak etmədiyinə görə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, icra sənədi üzrə tərəf İddiaçı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-15/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında Bakı şəhəri Cavabdeh icra məmuru V.Hüseynov tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul olunmuş “icraata başlamaq haqqında” qərarının qanuniliyini mübahisələndirmişdir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə, işin göstərilən hallarından çıxış edərək belə qənaətə gəlir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İcra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də, hərəkət və hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də, üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İnzibati prosessual Məcəlləyə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddiaçıya izah edilir ki, məzmunu yuxarıda şərh edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, hazırki iddia tələbində qaldırdığı məsələlər barəsində icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququndan istifadə edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia mümkün sayılmadığından, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və inzibati məhkəmə icraatına cəlb etmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2833/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2833/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver