Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2833/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların nümayəndəsi Vəkil2, Üçüncü şəxslərin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X19 və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları:
1. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyətində olan yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin vətəndaş X8 adına sənədləşdirilməsi və razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq hüquqi qeydiyyata alınması qərara alınmışdır.
2. 1119096834 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ümumi sahəsi 611.20 kv.metr olan 22F saylı fərdi yaşayış evinə X8 xüsusi mülkiyyət hüququ qeydə alınmaqla xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış verilmişdir.
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zığ yolu küçəsi 22 “A" saylı yaşayış sahəsində yerləşən 22 nömrəli mənzilin yenidən qurulması zamanı artırılmış əlavə tikililərin X8 adına sənədləşdirilməsi ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamının ləğv edilməsini xahiş etmişlər.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X19, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Tərəflərin əsaslandırması
5. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində istifadədə olan 0,01098 ha torpaq sahəsində yerləşən 22A nömrəli yaşayış sahəsindən ibarət 1 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olmuşdur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Aparatının MKTD-nin xx.xx.2011-ci il tarixli sərəncamı ilə X5 - Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 22A saylı evin 23 saylı mənzilinin icarədarı hesab edilmişdir. H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən 21 fevral 2002-ci il tarixdə 2 otaqlı 23 saylı mənzilə order verilmişdir. "xxxx" Firması MMC tərəfindən fərdi yaşayış evinin eskiz layihəsi hazırlanmışdır. Bu mənzillərdən biri-22 saylı mənzil özəlləşdirilmiş, digər 23 saylı mənzil isə icarədə olmuşdur. İddiaçılara məxsus olmuş mənzillərin qarşısında 300 kv.metr torpaq sahəsi mövcud olmuşdur. xx.xx.2011-ci il tarixdə 22 saylı mənzili banka girov qoyaraq 34.000 manat məbləğində kredit götürmüşdür və kredit borcunu vaxtında ödəyə bilmədiyindən bankın əməkdaşı X7 adına girov qoyulmuşdur. Götürdüyü kreditlə həyat yoldaşının icarəsində olan mənzilin üzərində 3 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Borcu qaytara bilmədiyindən 2011-ci ildə qohumu X14 ilə satılması barədə razılığa gəlmişlər, lakin pulun qalan hissəsini ödəmədiyindən aralarında mübahisə yaranmış, X8 adına rəsmiləşdirildikdən sonra ödəyəcəyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə bağışlama müqaviləsi təsdiq edilmişdir. Bağışlama müqaviləsində 87 kv.metr yaşayış sahəsinin bağışlanması öz əksini tapmışdır, halbuki iki mənzil, yeni inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evi, 3 sota yaxın torpaq sahəsi onların istifadəsində olmuşdur və qeyri-qanuni yollarla X8 adına rəsmiləşdirilmiş, yeni ünvan verilmişdir. Bağışlama müqaviləsində 87 kv.m sahənin bağışlanması nəzərdə tutulmuşdur. Xətai rayon İcra Hakimiyyəti Başçısının 35 saylı, 02 fevral 2018-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililər X8 adına sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması nəzərdə tutulmuşdur. Xətai rayon İcra Hakimiyyəti Başçısının bu sərəncamı qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, bu səbəbdən ləğv edilməlidir. Belə ki, 23 saylı mənzilin aparılan əməliyyatlara heç bir aidiyyəti olmamışdır, özəlləşdirilməmiş, girov qoyulmamış, satışa çıxarılmamışdır. Onlar bu mənzilin kirayəçiləri olaraq qalır. Onlarla bağlanan müqavilə qüvvədədir, ləğv edilməmişdir və belə olan halda Ş.Əsgərova sərəncam verilməsi nə dərəcədə qanunidir. Onlar hal-hazırda da qeyd edilən və 22 saylı mənzilə aidiyyatı olmayan fərdi yaşayış evində yaşayırlar və uzun müddətdir ki, onların faktiki istifadəsindədir. Qanunsuz sərəncam əsasında onlara məxsus tikililər Ş.Əsgərovun adına qeyri-qanuni olaraq rəsmiləşdirilmiş, Zığ Yolu, 22 "F" ünvanı verilmişdir. Cavabdeh tərəf həmin tikililərin kimə aid olmasını araşdırmadan qanunun tələblərini pozmaqla sərəncam vermişdir və sərəncam verildiyi vaxt onların heç bir məlumatı olmamışdır. Ərizə ilə cavabdehə müraciət edərək sərəncamın ləğv edilməsini xahiş etmişlər, lakin heç bir tədbir görülməmişdir və xx.xx.2022-ci il tarixdə verilmiş cavabda məhkəmə qərarı əsasında həllini tapa bilməsi göstərilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər.
7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi
9. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. a)İddianın mümkünlüyü
10. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. 11.İddiaçıların hazırkı iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. 12.Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). 13.Birinci şərt, yəni iddia qaldırmaq səlahiyyətinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların belə bir iddia qaldırmaq üçün subyektiv hüquqları mövcuddur. 14.Belə ki, işdə olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-669/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X19 cavabdehlər İddiaçı1, İddiaçı2, X11 və X15 qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22F-dən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5386/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2, X20 və X12 Bakı şəhəri Xətai rayonu Zığ yolu 22F saylı evdən əşyaları ilə birlikdə çıxarılması və həmin evin onlar tərəfindən boşaldılması qət edilmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan evdə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla da iddiaçının mülkiyyət hüququnu pozduqları üçün həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və həmin ev boşaldılmalıdır. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2242/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1, İddiaçı2, X9 və X12 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5386/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2, X20 və X12 iddiaçı X8 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolunda yerləşən 22F saylı evdən əşyaları ilə birlikdə çıxarılması və həmin evin onlar tərəfindən boşaldılması, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun apellyatorlara aid edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev tam mülkiyyət hüququ üzrə X13 məxsusdur. Cavabdehlər isə hər hansı hüquqi əsas olmadan həmin evdə yaşayırlar. Cavabdeh İddiaçı1 apellyasiya şikayətində və izahatında həmin evin mübahisəli olduğunu bildirsə də, Şahin Əsgərov ev üzərində mülkiyyət hüququnu məhkəmə qaydasında mübahisələndirməmişdir. Cavabdehlər qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-669/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdehlər İddiaçı1, İddiaçı2, X20 və X22 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2242/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15.Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıların yaşadıqları mənzil mülkiyyət hüququ ilə Şahin Əsgərova məxsus olduğu üçün onların həmin mənzildən çıxarılması qət edilmişdir. 16.İddiaçılar hazırda Şahin Əsgərovun adına Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev kimi qeydiyyatdan keçmiş əmlakın əslində Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22a saylı evin 22 və 23 saylı mənzilləri olduğunu və Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamına əsasən həmin mənzillərin vahid əmlak kimi X8 adına sənədləşdirilməsinə razılıq verildiyindən həmin mənzillərin 22F saylı fərdi yaşayış evi kimi Ş.Əsgərovun adına qeydə alındığını bildirməklə həmin qeydin aparılmasına əsas olan xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamın ləğv edilməsini xahiş edirlər. 17.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir:
18. 4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək;
19. 4.11.11.1. təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək;
20. 4.11.11.2. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək;
21. 4.11.11.3. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək;
22. 4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək;
23. 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək;
24. 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək;
25. 4.11.13. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq;
26. Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanlarına məlumat verir və layihəyə dair münasibət bildirilməsi də yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir.
27. Göründüyü kimi, qanunverici yerli icra hakimiyyəti orqanlarına yaşayış sahəsinin tikintisinə icazə vermək (xx.xx.2019-cu il tarixədək), məlumatlandırma icraatı çərçivəsində layihəyə münasibət bildirmək kimi bir çox səlahiyyət vermişdir. 28.Buna görə də cavabdehin üçüncü şəxs Ş.Əsgərovun əlavələr etməklə tikinti apardığı fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verilməsi barədə hxx.xx.2018-ci il tarixli 35 saylı sərəncamını yeni tikilinin layihəsinin təsdiq edilməsi kimi qəbul edən məhkəmə, Ş.Əsgərovun Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ümumi sahəsi 611.20 kv.metr olan 22F saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun həmin sərəncama əsas qeydə alınığını nəzərə alaraq hesab edir ki, həmin sərəncam iddiaçılara münasibətdə hüququ qüvvəyə malik olmaqla onların hüquqlarına toxunduğundan onların həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqları mövcuddur. 29.İddia müddətinə gəldikdə, işdə həmin sərəncamın iddiaçılara təqdim edilməsi, sərəncam qəbul edilərkən onların inzibati icraat zamanı dinlənilməsi barədə hər hansı məlumat mövcud deyil. Həmçinin həmin sərəncam xx.xx.2018-ci il tarixdə qəbul edilsə də, işdən görünür ki, iddiaçılar həmin mənzildə 2021-ci ilə kimi yaşamış, məhz mənzildən çıxarılmaya dair mübahisə üzrə mülki məhkəmə icraatı gedişində hazırkı sərəncamdan məlumatlı olmuşlar. Buna görə də məhkəmə hesab edir ki, həmin sərəncamın mübahisələndirilməsi üçün prosessual müddət də ötürülməmişdir və iddia mümkün iddiadır. b) İddianın əsaslılığı Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: 30.H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin AY Seriyalı 0337 nömrəli, 21 fevral 2002-ci il tarixli orderinin surətindən görünür ki, vətəndaş Əhədova Ş.Ş. və onun 3 nəfərdən ibarət ailə üzvləri (arvadı Mənsimova M.M., oğlulları Əhədov R.Ş., Əhədov R.Ş.) Zığ yolu küçəsindəki 22a saylı evdə yerləşən 1 saylı ailələr üçün yataqxananın yaşayış sahəsi 40,0 kv.metr olan 1 otaqlı 22 nömrəli mənzili tutmaq hüququna malikdir. Order H.Z.Tağıyev adına BTTB müdriyyəti və HİK-nin 2 saylı protokolu ilə rəsmiləşdirilmiş, xx.xx.2002-ci il tarixli birgə qərarına əsasən verilmişdir. 31.Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-845/2008 nömrəli, 28 aprel 2008-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 iddiası təmin edilmiş və ünvan 3 ünvanda yerləşən ailəvi yataqxanasının 22 nömrəli mənzilinə dair İddiaçı1 ilə icarə müqaviləsinin bağlanması Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinə tapşırılmışdır. 32.Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2008-ci il tarixli, 144 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Zığ yolu küçəsində yerləşən 22a saylı evin, yaşayış sahəsi 40,0 kv.metr olan 1 otaqlı 22-ci mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) İddiaçı1 adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab olunmuşdur. 33.MH Seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,01098 ha torpaq sahəsində yerləşən 22A nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində, 87,0 kv.metr ümumi, 45,1 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 957 nömrəli reyestr kitabının 88840 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə ona ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. 34.03.06.2011-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı1 ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus Bakı şəhəri, ünvan 1-də yerləşən ümumi sahəsi 87 kv.metr olan mənzili X7 mülkiyyətinə vermişdir. 35.1111054198 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22A, 22 saylı mənzilə X7 xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. 36.02 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X16 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87 kv.metr, yaşayış sahəsi 45,1 kv.metr, yardımçı sahəsi 41,9 kv.metr olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə alan X13 bağışlamışdır. 37.Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş X1 sifarişi əsasında tərtib edilmiş ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan yaşayış evinin yenidən qurularkən aparılan əlavə tikililərin eskiz layihəsindən görünür ki, evin ümumi sahəsi 600,8 kv.metr, yaşayış sahəsi 233,9 kv.metr müəyyən edilmişdir. 38.Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyətində olan yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin vətəndaş X8 adına sənədləşdirilməsi və razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq hüquqi qeydiyyata alınması qərara alınmışdır. 39.1119096834 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ümumi sahəsi 611.20 kv.metr olan 22F saylı fərdi yaşayış evinə X8 xüsusi mülkiyyət hüququ qeydə alınmaqla xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış verilmişdir. 40.İddiaçılar hazırda Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ümumi sahəsi 611.20 kv.metr olan 22F saylı fərdi yaşayış evinə X8 xüsusi mülkiyyət hüququnun qeydə alınmasına əsas olan sənəd kimi Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamını mübahisələndirirlər. 41.Məhkəmə qeyd edir ki, İddiaçı1 mülkiyyətində olan Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a ünvanında yerləşən 87 kv.metr sahəsi olan 22 saylı mənzili X3, sonuncunun həmin mənzili X13 bağışlaması, daha sonra həmin mənzildə edilmiş yenidənqurmalar əsasında Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamına əsasən 611.2 kv.metr mənzilin fərdi yaşayış evi kimi Şahin Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mənzilə fərdi yaşayış evi kimi yeni ünvan verilməsi işin mübahisələndirilməyən hallarını təşkil edir. 42.İddiaçılar hazırda həmin 611.2 kv.metr sahənin daxilinə həmçinin İddiaçı2 ayrılmış Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a ünvanında yerləşən 23 saylı mənzilin də daxil edildiyini və Xətai rayon İcra Hakimiyyəti tərəfindən həm 22, həm də 23 saylı mənzilin birləşdirilərək yenidənqurma edilmiş tikinti kimi X8 adına sənədləşdirilməsi barədə qərar qəbul edildiyini iddia edirlər. 43.Məhkəmə iddiaçıların bu tələbi ilə razılaşır. Belə ki, işdə olan H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin AY Seriyalı 528 nömrəli, 21 fevral 2002-ci il tarixli Orderindən görünür ki, vətəndaş İddiaçı2 və onun 1 nəfərdən ibarət ailə üzvü Zığ yolu küçəsindəki 22a saylı evdə yerləşən yataqxananın yaşayış sahəsi 51,5 kv.metr olan 2 otaqlı 23 nömrəli mənzilini tutmaq hüququna malikdir. Order H.Z.Tağıyev adına BTTB müdriyyəti və HİK-nin 4 saylı protokolu ilə rəsmiləşdirilmiş, xx.xx.2002-ci il tarixli birgə qərarına əsasən verilmişdir. 44.Həmçinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2011-ci il tarixli 16/4 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Zığ yolu küçəsində yerləşən 22A saylı evin, yaşayış sahəsi 51,5 kv.metr olan 2 otaqlı 23-cü mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) İddiaçı2 adına icarə müqaviləsinin bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması qərara alınmışdır. 45.Göründüyü kimi, H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən xx.xx.2002-ci il tarixdə hər iki iddiaçıya 1 ədəd mənzil, yəni İddiaçı1 22 saylı, İddiaçı2 isə 23 saylı mənzil ayrılmışdır. 46.İddiaçı1 22 saylı mənzili öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaqla sonradan özgəninkiləşdirsə də, İddiaçı2 ona ayrılmış 23 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırması və başqa şəxsin mülkiyyətinə verməsi iş materialları ilə müəyyən edilmir. 47.Məhkəmə araşdırması zamanı İddiaçı2 ayrılmış mənzilə dair sənədlərin əldə edilməsi üçün aidiyyəti qurumlara sorğu göndərilmiş, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, ünvan 6 saylı evin 23 saylı mənzili mövcud olmadığından və mənzilin sənədləşdirilməsi ilə bağlı İddiaçı2 tərəfindən mənzilə dair sənədlər əlavə edilməklə heç bir müraciət daxil olmadığından 2- 1(112)-2833/2023 saylı inzibati işə əlavə edilmiş “Bakı şəhəri, Zığ yolu küçəsi, 22A saylı evin 23-cü mənzilinə İddiaçı2 adına icarə müqaviləsinin bağlanması haqqında” xx.xx.2011ci il tarixli 16/4 saylı sərəncam Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən qəbul edilməmişdir. 48.Departament habelə xx.xx.2023-cü il tarixli məktubunda təkrar göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 149 saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 266 saylı Sərəncamına əsasən Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2003-cü il tarixli, 785 saylı Sərəncamı ilə ünvan 6 ünvanında yerləşən 22 mənzildən ibarət keçmiş yataqxana binası balansa qəbul edilmişdir. ünvan 6 saylı evin 23 saylı mənzili mövcud olmamış və ona görə də, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən mənzilə dair xx.xx.2011-ci il tarixli 16/4 saylı sərəncam verilməmişdir. 49.Həmçinin işdə olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin arxiv fondu üzrə xx.xx.2011-ci il tarixli 16/4 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. 50.Göründüyü kimi, Departament Bakı şəhəri, Zığ yolu küçəsində yerləşən 22A saylı evin, yaşayış sahəsi 51,5 kv.metr olan 2 otaqlı 23-cü mənzilinə İddiaçı2 adına icarə müqaviləsinin bağlanılması barədə xx.xx.2011-ci il tarixli sərəncamın onun tərəfindən qəbul edilmədiyini bildirmiş, həmin sərəncam dövlət arxivində aşkar edilməmişdir. 51.Eyni zamanda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2003-cü il tarixli 78/5 saylı sərəncamla "xxxx" ASC-dən qəbul edilmiş mənzil fondu əvəzsiz olaraq Departamentin Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş, bu zaman 22a saylı yaşayış binasının 22 ədəd mənzili olmuşdur. 52.Lakin işin qeyd olunan halları Zığ yolu küçəsi 22 saylı evin 23 saylı mənzilinin mövcud olmaması və İddiaçı2 həmin mənzildə yaşamaması qənaətinə gəlmək üçün hələ kifayət deyildir. 53.Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 02 may 2023-cü il tarixli, 90 nömrəli məktubundan görünür ki, mühəndislərin 133 saylı MKİS-nin işçiləri ilə birgə araşdırması zamanı yalnız ünvan 8lı binanın 23-cü mənzilinə aid İddiaçı2 adına xx.xx.2022-ci il tarixli, 528 nömrəli order təqdim edilmişdir. Eyni zamanda keçən dövrlər ərzində 22 və 23-cü mənzillərdə əlavə tikinti işləri aparılmış mənzillərin sahəsi böyüdülüb 611,2 kv.metr olmuşdur. 54.Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-33781/23 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək ünvan 7 ünvanında qeydiyyatdadır. 55.Göründüyü kimi, ünvan 8lı binanın 23 saylı mənzili mövcud olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi həmin ünvanı qəbul edərək 2003-cü ildə İddiaçı2 həmin mənzilə qeydiyyata almış, mənzilin balanssaxlayıcısı olan 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi İddiaçı2 həmin ünvanda yenidənqurma işləri aparmaqla mənzilin sahəsinin 22 saylı mənzillə birlikdə böyüdülüb 611,2 kv.metr edildiyi barədə məlumatı məhkəməyə təqdim etmişdir. 56.Üçüncü şəxs olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ünvan 6 ünvanında yerləşən yataqxana binasının 22 mənzildən ibarət olması və 22A saylı evin 23 saylı mənzilinin mövcud olmaması barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 845/2008 nömrəli, 28 aprel 2008-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Zığ yolu 22a ünvanda yerləşən 1 saylı Uşaq bağçasında ümumi sahəsi 100 m2 olan fərdi yaşayış tikintisinə Mənzil Kommunal Departamenti ilə müqavilə bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, Departament isə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2003-cü il tarixli 78/5 saylı sərəncamı ilə H.Z.Tağıyev adına Toxucutikişsənaye Kombinatı» ASC-nin mənzil fondunun əvəzsiz olaraq departamentin Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat-Birliyinin balansına verildiyini, balansa qəbul edilmiş binalar içərisində Səhmdar Cəmiyyətin Bakı şəhəri, Zığ yolu 22a ünvanda yerləşən ailə yataqxanasının olduğunu, lakin iddiaçıya məxsus mənzil balansa qəbul edilmiş 2 mərtəbəli yataqxana binasında deyil, onun həyətində ayrıca tikili olduğundan iddiaçı ilə müqavilə bağlanılmasının mümkünsüz olduğunu bildirmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə iclasında izahat verən "xxxx" ASC-nin nümayəndəsi X6 isə bildirmişdir ki, “Kombinatın uşaq bağçası kimi fəaliyyət göstərən ünvan 3 bina sonradan Kombinatda işləyən Azərbaycan Vətən müharibəsi veteranlarına verilməsi üçün ailə yataqxanasına çevrilməsi barədə Bakı şəhəri İcra Hakimyyətinə müraciət edilmiş və onların razılığı alındıqdan sonra həmin binada Kombinatda işləyən müharibə veteranlarına otaqlar paylanılmışdır. İddiaçı1 1987-ci ildən Kombinatda işləmiş və ailə vəziyyəti ağır olmuş, daimi yaşayış sahəsi olmadığından 4 ailə üzvü ilə birlikdə Azərbaycan Vətən müharibəsi veteranları birliyinin emalatxanasında məskunlaşmışdı. AVMVB-nin və onun özünün müraciətini nəzərə alaraq X4 Komitəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə yataqxananın həyətində olan çardaq rekonstruksiya edilib yaşaması üçün İddiaçı1 istifadəsinə verilmişdir. Kombinatın rəhbərliyinin köməyi ilə həmin çardaq əvvəlcə karton və taxtadan, sonra isə daşdan reksonstruksiya edilərək yaşayış üçün yararlı vəziyyətə salınmışdır. Həmin mənzilə 22 saylı nömrə verilmiş və Əhədov ailə üzvləri ilə birlikdə həmin ünvana qeydiyyata alınmışdır. İddiaçı1 Kombinat tərəfindən müvafiq order verilmişdir. Sonradan Kombinatın mənzil fondu, o cümlədən Zığ yolu, 22a ünvanda yerləşən ailə yataqxanası Bakı şəhəri MKTD-nin balansına verilmişdir. İddiaçı1 da 22 saylı mənzili həmin ailə yataqxanasına aiddir.” 57.Məhkəmə iclasında iddiaçılar həm 22, həm də 23 saylı mənzilin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-845/2008 nömrəli, 28 aprel 2008-ci il tarixli qətnaməsində göstərilən yataqxanaya məxsus uşaq bağçasının həyətində olan çardaqdan rekonstruksiya edilmiş mənzillər olduğunu, sonradan isə H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin həmin mənzilləri order əsasında onların istifadəsinə verdiyini bildirmişdir. 58.Göründüyü kimi, Departament daha əvvəl də İddiaçı1 adına qeydiyyatdan keçmiş 22 saylı mənzilin balansa qəbul edilmədiyini bildirsə də, sonradan məhkəmə qətnaməsinə əsasən həmin mənzilin İddiaçı1 verildiyi müəyyən edildiyində onunla icarə müqaviləsi bağlamalı olmuşdur. 59.Belə olan halda aydın olur ki, 23 saylı mənzilin H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin balansında olan əmlak olub-olmamasından asılı olmayaraq həmin ünvanda, ünvanı “ünvan 11ənzil 23” kimi qəbul edilən yaşayış sahəsinin mövcud olması, Birliyin həmin mənzilə dair İddiaçı2 adına order verməsi, iddiaçının 2003-cü ildən həmin mənzildə qeydiyyatda olması və orada yaşaması işin mübahisəsiz halını təşkil edir. 60.Buna görə də məhkəmə hesab edir ki, hazırda müəyyən edilməli hal, Şahin Əsgərovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə aparılmış yenidən qurma ilə bağlı təqdim edilmiş layihəyə əlavə tikililər içərisində İddiaçı2 qeydiyyatda olduğu 23 saylı mənzilin də daxil edilib edilməməsi və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 35 saylı sərəncam ilə həmin 23 saylı mənzilin X13 məxsus mənzil kimi onun adına sənədləşdirilməsi barədə qərar qəbul edilib edilməməsinin müəyyən edilməsidir. 61.İş materiallarından görünür ki, İddiaçı2 133 saylı Mənzil Kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş 23 saylı mənzilin sxemini təqdim etmiş, həmin sxemdə mənzilin yerləşmə forması “L” şəkilli olmaqla öz əksini tapmışdır, hansı ki, işdə olan Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq ediləm X1 sifarişi əsasında tərtib edilmiş ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan yaşayış evinin yenidən qurulması ilə bağlı aparılan əlavə tikililərin eskiz layihəsindən görünür ki, orada 133 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib edilmiş 23 saylı mənzilin sxeminində göstərilən otaqlar, yəni “L” şəkilli 23 saylı mənzil də öz əksini tapmışdır. 62.Eyni zamanda həmin “L” şəkilli 23 saylı mənzil həmçinin sonrada Şahin Əsgərovun fərdi yaşayış evi kimi qeydiyyata aldırdığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ümumi sahəsi 611.20 kv.metr olan 22F saylı fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda da öz əksini tapmışdır. 63.Bundan əlavə, iş materiallarına əlavə edilmiş fotoşəkil və məhkəmə tərəfindən mübahisəli ünvana keçirilmiş yerli baxış zamanı 22 və 23 saylı mənzilin ortaq divarla bitişik olduğu, lakin hər bir mənzilin (evin) ayrı giriş-çıxış qapısının olduğu, həmin evlərə vahid həyətdən giriş olduğu müəyyən edilmişdir. 64.Beləliklə, göstərilənlərə əsasən Ş.Əsgərovun yenidən qurma ilə bağlı tərtib editdiyi layihəyə 23 saylı mənzilin də daxil edilidiyi və həmin layihə əsasında cavabdehin xx.xx.2018-ci il tarixli 35 saylı sərəncam ilə yenidən qurulmuş tikilinin Ş.Əsgərovun adına rəsmiləşdirilməsi barədə qərar qəbul etməsi tam sübuta yetirilir. 65.Məhkəmə qeyd edir ki, 23 saylı mənzil İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun adına order verilməsi, həmin mənzildə qeydiyyatda olmaqla yaşaması, Şahin Əsgərovun isə 23 saylı mənzilə hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd təqdim etməməsi belə qənaətə gəlməyə əsas verir ki, Ş.Əsgərovun 23 saylı mənzil də daxil edilməklə yenidən qurma ilə bağlı tərtib etdiyi layihə əsasında tikdiyi tikililərin rəsmiləşdirilməsinə dair Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamı qanunsuz olmuşdur. 66.Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən: - Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
67. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, üçüncü şəxs Şahin Əsgərov səhv məlumatlar təqdim etməklə, yəni özünə məxsus olmayan əmlakı mülkiyyətində olan mənzildə yenidən qurma edilməsi kimi təqdim etməklə qanunsuz inzibati aktın qəbul edilməsinə nail olmuşdur.
68. Buna görə də məhkəmə belə qənatə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş sərəncam iddiaçıların hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, mübahisələndirilən sərəncam ləğv edilməlidir.
69. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin “Mövcud fərdi yaşayış evinin sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2018-ci il tarixli 35 saylı sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Salahova