Məhkəmə qərarları › İş №2-1(112)-2835/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2835/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2835/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı şəhid anası kimi onun əmək pensiyasına əlavənin birdəfəlik ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı ona şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına çıxdığı gündən pensiyasına 93 manat 50 qəpik əlavənin xx.xx.2013-cü il tarixindən hesablanaraq birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək almadığı əlavənin hesablanaraq birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X4 xx.xx.1992-ci il tarixində Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(103)-6129/2018 saylı qərarında qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilsin. Məhkəmə qərarına əsasən ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon Şöbəsi tərəfindən oğlunun şəhid olması haqqında arayış verilərkən adı şəhid ailələrinin siyahısına əlavə edilmişdir. O, cavabdehə ərizə ilə müraciət edərək oğlu X3 görə əmək pensiyasına əlavənin edilməsini xahiş etmişdir. Onun bir neçə müraciətinə rəsmi cavab verilməmişdir. Özü də, qanunamüvafiq şəkildə xx.xx.2013-cü ildən (yaşa və 40 ilə yaxın əmək stajının olduğuna görə) əmək pensiyasına çıxmışdırr. Lakin, şəhid anası kimi əmək pensiyasına 94 manat əlavə xx.xx.2019-cu il tarixindən ödənilməyə başlanmışdır. Beləliklə, 77 ay ərzində onun əmək pensiyasına şəhid ailəsi kimi 94 manat əlavə edilməmişdir. Bu məbləğ 7238 (yeddi min iki yüz otuz səkkiz) manat təşkil edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2019-cu il tarixli, **********42 nömrəli imtina məktubunda bilmişdir ki, ona həmin əlavə xx.xx.2018-ci il tarixindən hesablanmağa başlamışdır. Hesab edir ki, həmin məbləğ ona əmək pensiyasına çıxdığı tarixdən etibarən hesablanaraq ödənilməsi daha ədalətli olar. Bu tam qanunauyğundur. O, hesab edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qəbul edildiyi gündən Bakı Apellyasiya Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(103)-6129/2018 saylı qərarı verilən günədək birdəfəlik verilməsi daha ədalətli olar. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edərək qeyd etmişlər ki, İddiaçı oğluna şəhidlik statusu Suraxanı Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qərarına əsasən verilmişdir. Həmin tarixdən etibarən vətəndaşa şəhid ailə üzvü üçün nəzərdə tutulan əmək pensiyasının baza hissəsinə (baza hissəsi 110.0 manat ₓ 85%) 93.5 manat, əmək pensiyasının üzərinə əlavə olaraq S/H-256.07+93.5+Y/H- 7.6=357.25 manat məbləğində hesabına köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 941794 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə xidməti vəzifələrini icra edərkən Dağlıq Qarabağda şəhid olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 421 nömrəli arayışdan görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı Məhərrrəm qızı həqiqətən onun oğlu 1974-cü il təvəllüdlü X4 hərbi hissənin tərkibində hərbi xidmət keçərkən (döyüş tapşırığını və ya döyüş təminatını yerinə yetirərkən həlak olmuş) şəhid olmuşdur. İşdə olan Suraxanı (rayon) şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 026966 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı qızzına xx.xx.2019-cu il tarixdə müddəsiz vəsiqə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Suraxanı rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********2 nömrəli, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı oğluna şəhidlik statusu Suraxanı Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qərarına əsasən verilmişdir. Həmin tarixdən etibarən ona şəhid ailə üzvü üçün nəzərdə tutulan əmək pensiyasının baza hissəsinə (baza hissəsi 110.0 manat ₓ 85%) 93.5 manat, əmək pensiyasının üzərinə əlavə olaraq S\H-256.07+93.5+Y/H-7.6=357.25 manat məbləğində vəsait hesabına köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, idiaçının mərhum oğlu 1974-cü il təvəllüdlü X4 xx.xx.1993-cü ildə xidməti vəzifələrini icra edərkən Dağlıq Qarabağda həlak olmuş, ona Suraxanı Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qərarına əsasən şəhidlik statusu verilmişdir. Həmin tarixdən etibarən İddiaçı şəhid ailə üzvü üçün nəzərdə tutulan əmək pensiyasının Baza hissəsinə (baza hissəsi 110.0 manat ₓ 85%) 93.5 manat, əmək pensiyasının üzərinə əlavə olaraq S/H-256.07+93.5+Y/H- 7.6=357.5 manat məbləğində vəsait hesabına köçürülmüşdür. İddiaçıya əvvəlki illər üçün əmək pensiyasına əlavə ödənilməmişdir. Məhkəmə aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır və bu səbəbdən də, təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində;19.1.2. İ qrup gözdən əlillərə 110 manat, digər İ qrup əlillərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur);19.1.3. öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən İ və İİ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində; 19.1.5. siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində; 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə:19.1.7.1. İ qrup əlillərə 110 manat məbləğində;19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində;19.1.7.3. İİİ qrup əlillərə 55 manat məbləğində;19.1.8. Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə: 19.1.8.1. İ qrup əlillərə 154 manat məbləğində; 19.1.8.2. İİ qrup əlillərə 121 manat məbləğində;19.1.8.3. İİİ qrup əlillərə və əlil olmayan müharibə iştirakçılarına 99 manat məbləğində. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.2013-cü ildən əmək pensiyası alır (bu hal cavabdeh tərəfindən təkzib edilməmişdir). O, şəhid ailəsidir, iddiaçının mərhum oğluna şəhidlik statusu 2018-ci ildə verilməsinə baxmayaraq, onun oğlu xx.xx.1993-cü il tarixdə xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. Bu səbəbdən də, iddiaçı şəhid ailəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 19.1.1-ci maddəsində nəzərdə tutulmuş pensiyaya əlavəni onun pensiya hüququ yarandığı vaxtdan almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Məhkəmə eləcə də, iddiaçının pensiya hüququnun 2013-cü ildə yaranmasını və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1, 32, 37.7-ci maddələrinin tələblərini nəzərə alaraq, iddiaçıya yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi tələbini də əsaslı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilədək olan redaksiyası) əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək almadığı əlavənin hesablanaraq birdəfəlik olaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar