Məhkəmə qərarları › İş №2-1(112)-2839/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2839/2020

21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2839/2020 21.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirаkı ilə, iddiаçı İddiaçı Heydər oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X7 İdarəsinə qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Heydər oğlu iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, iddiaçının 19 saylı şəhər X14 məktəbinə qəbul olunduğu gündən həqiqi hərbi xidmətə çağırıldığı günə, yəni xx.xx.1981-ci ilə kimi müddətin ümumi iş stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən, xx.xx.2019-cu ildən təyin edilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X7 İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Bakı şəhəri 19 saylı şəhər X14 Məktəbinə avtomobil təmiri üzrə çilingər,elektrik avadanlığının texniki qulluğu və təmiri kursuna qəbul olmuşdur, xx xxxxxxx 1981-ci ildə həqiqi hərbi xidmətinə çağırılmışdır,bu səbəbdən də Peşə Məktəbində imtahan verə bilməmişdir, həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra iddiaçı Peşə məktəbində imtahanları verib xx xxx 1984-cü il tarixdə diplom almışdır.İddiaçı həqiqi hərbi xidmətdən xx xxxxxx 1983-cü il tarixdə tərxis olunduqdan sonra xx xxxxxx 1984-cü il tarixdə Cənub Rayon Dəniz Neft donanmasına işə qəbul olunmuşdur və bu günə kimi orada çalışır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə,incəsənətin xüsusi sahələrində,həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 57 yaşa çatdıqda,azı 25 il sığorta stajına malik olduqda,müddətin ən azı 12 ilin 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə,əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı cavabdehə müraciət edərkən əmək kitabçasından əlavə “X10” X2 aldığı arxiv arayışını,diplomun surətini və s. sənədləri də təqdim etmişdir.Arxiv arayışında iddiaçının işə qəbul olunandan hansı vəzifələrdə çalışdığı barədə ətraflı məlumat qeyd olunmuşdur.Həmçinin arayışda adı çəkilən gəmilərin liman akvatoriyasında işləyən liman gəmiləri,yardımçı-xidmət gəmiləri,xidmət,liman və limandaxili yol gəmilərinə aid deyildir.Lakin cavabdeh ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X7 İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını, “Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçili”yi tərəfindən tərtib edilmiş arxiv arayışını,hərbi biletinin və diplomunun surətini əlavə etmişdir.Qeyd edilən əmək kitabçası və arayışdan göründüyü kimi,iddiaçının xx.xx.1984-cü ildən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 21 il 11 ay 01 gündür.İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə,axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə,incəsənətin xüsusi sahələrində,həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda,azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə,qadınlar-55 yaşına çatdıqda,azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə,əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun təhsil müddətini sığorta stajına aid etməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. İddiaçının nümayəndəsi və vəkili X3 iddiada göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və vəkilinin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçının hərbi biletinə əsasən iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 403788 nömrəli diploma əsasən iddiaçı 01.091978-ci ildən xx.xx.1984-cü ilədək Bakı şəhəri 19 №li X14 məktəbində təhsil almışdır. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Neft və X11 Cənub rayon idarəsində matros, baş matros, xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilə qədər matros, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə qədər kapitan köməkçisi, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər kapitanın baş köməkçisi, xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək kapitan, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilə qədər kapitanın 2-ci köməkçisi, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilə qədər kapitanın baş köməkçisi, xx.xx.2007-ci ildən xx.xx.2002-ci ilə qədər kapitanın böyük köməkçisi, xx.xx.2002-ci ildən xx.xx.2008-ci ilə qədər kapitan, xx.xx.2008-ci ildən hal-hazıra kimi kapitanın böyük köməkçisi işləyir.Əmək kitabçasında qeyd edilmişdir ki, Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli, 220 saylı qərarına əsasən Neft və X12 Cənub rayon İdarəsi “Kaspiyneftqazflot” dəyişdirilərək Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə Cənib ekspedisiya dəstəsi – Cənib dəniz neft donanma idarəsi “Kaspiyneftqazflot” olmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçının əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aıd olub olmaması barədə hər hansı məlumatın qeyd edilməməsi, bundan başqa xx.xx.2006-cı il tarixə iddiaçının ümumi iş stajının 25 ildən az olması əsası ilə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nın X8 2019-cu ildə verdiyi arxiv arayışına əsasən iddiaçının işlədiyi gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmiləri deyirdirlər. Arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 539 nömrəli fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X15 Donanması adlandırılmışdır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət X6 və Xəzər X8 yenidən təşkili yolu ilə “Azərbaycan X10” QSC yaradılmışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, xx.xx.2019-cu il tarixində onun 57 yaşı tamam olmuşdur, həmin tarixə onun 40 ildən çox ümumi iş stajı olmuş, həmin müddətin 21 il 11 ay 2 gününü iddiaçı xx.xx.2006-cı ilə qədər işləmişdir, eyni zamanda iddiaçı 2 il 1 ay 6 gün həqiqi hərbi xidmətdə olmuşdur, həmçinin iddiaçı X14 məktəbində təhsil almışdır ki, bu da iş materiallarına əlavə edilmiş diplomla təsdiqlənir, iddiaçı əmək fəaliyyəti dövründə həmişə güzəştli əmək pensiyası hüququ verən peşədələrdə işləmişdir. İddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinasının əsasında iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən az olması durur. Halbuki iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən çox olması həm əmək kitabçası, həm hərbi bileti, həm də diplomu ilə təsdiqlənir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.2006-cı ilə qədər 21 il 11 ay 2 gün iş stajı vardır, iddiaçı həmçinin hərbi biletinə əsasən 2 il 1 ay 6 gün həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa iddiaçının texniki peşə məktəbində təhsil aldığı xx xxxxxxxx 1978-ci ildən xx xxx 1984-cü ilədək olan dövrdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur.Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.Məhkəmə onu da qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Göstərilənlərə əsasən cavabdehin iddiaçının xx.xx.2006-cı ilə qədər 25 il ümumi əmək stajının olmaması barədə dəlilinin əsası yoxdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçının əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aıd olub olmaması barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş arxiv arayışına əsasən iddiaçının əmək fəaliyyəti göstərdiyi gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmiləri deyirdirlər, yəni üzən gəmilərdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndində göstərilmişdir: Dəniz və çay donanması: b) üzən heyətin: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyətinin (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə pensiya hüququ vardır. İşin faktiki hallarına görə də iddiaçı dəniz donanmasının üzən gəmi heyətində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı Heydər oğluna 19 saylı şəhər X14 məktəbinə qəbul olunduğu gündən həqiqi hərbi xidmətə çağırıldığı günə, yəni xx.xx.1981-ci ilə kimi olan müddətin ümumi iş stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən, xx.xx.2019-cu ildən təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X7 İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü,34cü, 68-ci,69-cu,85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı Heydər oğluna 19 saylı şəhər X14 məktəbinə qəbul olunduğu gündən həqiqi hərbi xidmətə çağırıldığı günə, yəni xx.xx.1981-ci ilə kimi olan müddətin ümumi iş stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən, xx.xx.2019-cu ildən təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X7 İdarəsinin üzərinə qoyulsun. Qərаrdаn apelyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar