Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2839/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “X1” MMCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı sənədlərin götürülməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “X1” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyasının "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən yoxlanılan dövr üzrə 01.01.2017-ci il tarixdən 31.07.2020-ci il tarixədək vergi ödəyicisinin dövlət qeydiyyatı və uçotunun, habelə təşkilati-strurktur dəyişiklikləri barədə məlumat və sənədlərin; vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surətinin; vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavabların; vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavabların; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkətinin; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkətinin; yoxlama ilə əhatə edən dövrlər üzrə dövriyyə qalıq cədvəlinin; vergiyə cəlb edilən əməliyyatlar aparılmış və Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısının; ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısının; dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələrinin; dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polislərinin imzalanmış və möhürlənmiş kağız dayışıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin, yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesabalarının hərəkətinin (excell faylda); yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəlinin (excell faylda); yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkətinin (excell faylda); yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama fayllarının (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material (ehtiyatların) hərəkəti barədə məlumatın (excell faylda); siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumatın, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surətinin; yoxlama ilə əhatə edilən dövrlər üzrə uzunmüddətli aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestrinin (excell faylda); xarici əməkdaşlarla bağlanmış əmək müqavilələrinin, iş vaxtı cədvəllərinin, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədlərinin, xarici əməkdaşların pasport surətlərinin; müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətlərinin; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətlərinin (PDF faylda); yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısının; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığorta polislərinin (PDF faylda); yoxlama ilə əhatə edilən qeyri-rezidentlərlə bağlanmış müqavilələrin, ödənişi təsdiq edən sənədlərin, təhvil-təslim aktlarının (PDF faylda); yoxlanılan dövrlər üzrə işçilərin vəzifələri, FİN nömrələri, SSN nömrələri, əldə etdiyi bütün mükafatlar, faydalar, tutulmalar göstərilməklə əmək haqqı cədvəllərinin (tələbnaməyə əlavə olunmuş şablon formada exsel faylda) elektron surətinin və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Rusiya Federasiyasının "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən yoxlanılan dövr üzrə 01.01.2017-ci il tarixdən 31.07.2020-ci il tarixədək vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlərin; vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surətinin; vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavabların; vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavabların; vergiyə cəlb edilən əməliyyatlar aparılmış və Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısının; ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısının; dəyəri 10 000 manatdan yuxarı olan bütün kredit müqavilələrinin; dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polislərinin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin, siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumatın, onlarla bağlanmış müqavilələrin və onların bütün əlavələrinin surətinin; xarici əməkdaşlarla bağlanmış əmək müqavilələrinin, iş vaxtı cədvəllərinin, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədlərinin, xarici əməkdaşların pasport surətlərinin; müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətlərinin; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətlərinin (PDF faylda); yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polislərinin (PDF faylda); yoxlama ilə əhatə edilən qeyri-rezidentlərlə bağlanmış müqavilələrin, ödənişi təsdiq edən sənədlərin, təhvil-təslim aktlarının (PDF faylda); yoxlanılan dövrlər üzrə işçilərin vəzifələri, FİN nömrələrinin, SSN nömrələrinin, əldə etdiyi bütün mükafatların, faydaların elektron surətinin və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ünvanlayaraq Cavabdehmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində keçirilən yoxlama ilə əlaqədar sənədlərin məhkəmə qərarına əsasən götürülməsi üçün səbəb olan şəraitin aradan qalxdığını nəzərə alaraq sənədlərin götürülməsi barədə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “X1” MMCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı sənədlərin götürülməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2839/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2839/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver