Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2839/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsində 1973-1975-ci illərdə, Azərbaycan Milli Aerokosmik Agentliyinin aparatında 1992-2007-ci illərdə, Mərkəzi Seçki Komissiyasının Katibliyində 2015-2023-cü illərdəki stajımın cəmi 25 il dövlət qulluğu stajı sayılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə 2018-ci ildə 65 yaşının tamam olması ilə əlaqədar pensiyaya çıxmışdır. Yaşa görə ona əmək pensiyası təyin edilərkən, dövlət qulluğunun pensiyasının təyin edilməli olduğu halda adi qaydada stajı nəzərə alınmaqla pensiya təyin edilmişdir. O uzun müddət dövlət qulluqçusu kimi - Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsində 1973-1975- ci illərdə, Azərbaycan Milli Aerokosmik Agentliyinin aparatında 1992-2015-ci illərdə (həmin dövrün yalnız 1992-2007ci ilədək olan hissəsi dövlət qulluğu hesab edilir) və Mərkəzi Seçki Komissiyasının aparatında 2015-2023-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə, cəmi 25 il dövlət qulluğu üzrə iş stajı olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “onun dövlət qulluqçusu kimi xx.xx.2023-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(112)-2839/2025 nömrəli inzibati iş vardır. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, 2-1(112)-2839/2025 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən İnzibati Prosessual Məcəllənin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq etirazı təqdim edilir. İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Onun dövlət qulluğu stajı 15 ildən az (7 il 11 ay (xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövr)) olduğu üçün dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirilir ki, İddiaçı hüququnun yarandığı 16 noyabr 2016-cı il tarixdən 63 yaşdan ümumi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticədə İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır".Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-cü maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 6-cı maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci ilin oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması “Əmək pensiyaları haqqında" Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olduqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında işləmiş dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırlması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılır.Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 5 noyabr tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən dövlət statistikasının rayon və şəhər informasiya-hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında fəaliyyət göstərmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir.Sözügedən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamə’ nin təsdiq edilməsi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988- ci il tarixli 114 nömrəli Qəranına əsasən qüvvədən düşmüşdür. “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli 294 nömrəli Qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.Həmin Qanunun 20.11.ci və 20.12.ci maddələrinə əsasən:Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının Azərbaycan Milli Aerokosmik Agentliyində (bundan sonra - Agentlik) işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilib-edilməməsi, aid edildiyi təqdirdə isə hazırda mövcud olan hansı dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmasına dair Azərbaycan Dövlət İmtaham Mərkəzinə sorğu verilib. Cavab olaraq göndərilmiş məktubda 15 mart 1993-cü ilin tarixinədək dövlət idarəetmə orqanı olmuş Agentlikdə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 2.10-cu bəndində nəzərdə tutulmuş vəzifələrdə, həmçinin qulluqçu və kiçik xidmətedici (xidmət) heyət vəzifələrində çalışmış şəxslərin iş müddətinin dövlət qulluğu stajlarına aid edildiyi bildirilib. Həmçinin sözügedən cavab məktubunda Agentlikdə 15 mart 1993-cü il tarixindən sonra işləmiş şəxslərin əmək fəaliyyətləri müddətlərinin dövlət qulluğu stajı kimi nəzərə alınmadığı qeyd edilmişdir. Bu səbəbdən iddiaçının Azərbaycan Milli Aerokosmik Agentliyində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin məhkəməyə X5 daxil olmuş 27 noyabr 2024-cü il tarixli məktubda da eyni məzmunlu cavab verilərək 15 mart 1993-cü il tarixdən sonra işləmiş şəxslərin əmək fəaliyyətləri müddətlərinin dövlət qulluğu stajına daxil edilmədiyi qeyd edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az olduğu üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Azərbaycan Respublikası İPM 47- ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən,İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair 2- 1(112)-2839/2025 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 36 saylı Mənzil Kommunal İstismar sahəsinin 049566 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Bakuvi küçəsi, 8 nömrəli evin 3 nömrəli mənzilində pasport qeydiyyatındadır. İddiaçı dair ИТ-İ seriyalı 3188 saylı xx.xx.1970-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli fərmanına uyğun olaraq Azərbaycan Milli Aerokosmik Agentliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyindən çıxarılaraq Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 462 nömrəli fərmanı ilə Milli Aerokosmik Agentliyi AMEA-nın tabeliyindən çıxarılaraq AR Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. xx.xx.2007-ci il tarixdə İdarə aparatının baş hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir.xx.xx.2015-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.xx.xx.2015-ci il tarixdə 2015-ci ilin dekabrın 16-dan 3 aylıq sınaq müddətinə Mərkəzi Şeçki Komissiyasının Katubliyi Hüquq şöbəsinin baş məsləhətçisi təyin edilmişdir, xx.xx.2016-cı il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2019-cu il tarixdə dövlət qulluğundakı çalışma müddəti 2019-cu il noyabrın 16-dək uzadılmışdır. xx.xx.2019-cu il tarixli Dövlət qulluğundakı çalışma müddəti 2020-ci il noyabrın 16-dək uzadılmışdır,xx.xx.2020-ci il tarixdə dövlət qulluğundakı çalışma müddəti 2021-ci il noyabrın 16-dək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə Dövlət qulluğundakı çalışma müddəti 2022-ci il noyabr ayının 16-dək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəs verilmişdir. xx.xx.2022-ci il tarixdə dövlət qulluğunda çalışma müddəti 2022-ci il noyabrın 16-dan 2023-cü il noyabrın 15-dək azaldılmışdır.xx.xx.2023-cü il tarixdə Dövlət qulluğunda olmanın yuxarı yaş həddinə çatdığına görə dövlət qulluğuna 2023-cü il noyabr 16-dan xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-F-193204/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 25 iyul 2024-cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1- ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-cı maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda bildirilir ki, Mərkəzi Filiala 16 yanvar 2024-cü il tarixində daxil omuş müraciətə əsasən Azərbaycan Milli Aerokosmik Agentliyində (bundan sonra - Agentlik) işlədiyiniz dövrün dövlət qulluğu stajına daxil edilib-edilməməsi, aid edildiyi təqdirdə isə hazırda mövcud olan hansı dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmasına dair Azərbaycan Dövlət İmtaham Mərkəzinə sorğu verilib. Cavab olaraq göndərilmiş məktubda 15 mart 1993-cü ilin tarixinədək dövlət idarəetmə orqanı olmuş Agentlikdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı’nın 2.10-cu bəndində nəzərdə tutulmuş vəzifələrdə, həmçinin qulluqçu və kiçik xidmətedici (xidmət) heyət vəzifələrində çalışmış şəxslərin iş müddətinin dövlət qulluğu stajlarına aid edildiyi bildirilib. Həmçinin sözügedən cavab məktubunda Agentlikdə 15 mart 1993-cü il tarixindən sonra işləmiş şəxslərin əmək fəaliyyətləri müddətlərinin dövlət qulluğu stajı kimi nəzərə alınmadığı qeyd edilib. Qeyd olunanları və Mərkəzi Filiala təqdim etdiyi sənədləri nəzərə alaraq, dövlət qulluğu stajı 15 ildən az təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Mərkəzi Şeçki Komissiyasının xx.xx.2023-cü il tarixli 3- 11/2-474/2023 saylı arayışından görünür ki, İddiaçı ondan ötrü ki, o, 2015-ci il dekabrın 16-dan 2023-cü il noyabrın 16-na kimi Mərkəzi Seçki Komissiyası Katibliyin Hüquq şöbəsinin baş məsləhətçisi olmuşdur. Onun son iki ildə aldığı əməkhaqqı aşağıdakı kimi təşkil etmişdir: 2021-ci ildə vəzifə maaşı 1745.25, qulluq stajına görə əlavə 523.58, ixtisas dərəcəsinə görə əlavə 126.75, vəzifə maaşına digər əlavə 0.00, mükafat(100% büdcədən) 895, məzuniyyət pulu 0.00, cəmi 3290.58 manatdır. 2022-ci il üzrə vəzifə maaşı 10156.30, qulluq stajına görə əlavə 3046.89, ixtisas dərəcəsinə görə əlavə 877.83, vəzifə maaşına digər əlavə 10187.43, mükafat(100% büdcədən) 2685.00, məzuniyyət pulu 1295, cəmi 28249.05, 2023-cü il üzrə vəzifə maaşı 7388.51, qulluq stajına görə əlavə 2216.55, ixtisas dərəcəsinə görə əlavə 660.43, vəzifə maaşına digər əlavə 8127.36, mükafat(100% büdcədən) 1790, məzuniyyət pulu 4198.80, cəmi 24381.65 olmaqla ümumilikdə, 55921.28 manatdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 3-17-1/2-307630/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 26 noyabr 2024-cü il tarixində daxil olmuş 2- 1(112)-13522/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, vətəndaş İddiaçı pensiya işinə dair sənədlərin və onun Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Flialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli 003735 saylı qərardan görünür ki, İddiaçı yaşa görə xx.xx.2016-cı il tarixdə 339.47 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz olmaqla 752.43 manat təyin edilmişdir. Azərbyacan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinin 104345nömrəli pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbyacan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinin pensiya və ya pensiyalara əlavə olunan müavinət təyin edeən komissiyanın xx.xx.2016-cı il tarixli 15 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı ildən ömürlük olmaqla yaşa görə 218.68 manat pensiya təyin edilmiş və ya pensiya payı ayrılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-F-294376/2023 saylı məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim edilən sənədləri nəzərə alaraq dövlət qulluğu stajı 15 ildən az (7 il 11 ay (xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9-3/2-3587/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin Mərkəzi profilaktik nəzarət arxivində instruktor vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Mərkəzdə mövcud olan sənədlər əsasında həmin illərdəki iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə dair rəy bildirmək mümkün olmamışdır. 1992- 2007-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində baş hüquqşünas vəzifəsində iş müddətilə bağlı bildirilir ki, “Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 fevral tarixli 580 nömrəli Fərmanına əsasən kosmik fəzanın öyrənilməsi sahəsində dövlət siyasətini həyata keçirmək, milli aerokosmik proqramlar hazırlayıb yerinə yetirmək, başqa dövlətlərlə birlikdə həyata keçirilən beynəlxalq kosmik layihələrə dair işləri əlaqələndirmək və idarə etmək, bu sahələrdə olan elm və istehsal potensialından respublikanın xalq təsərrüfatının və təhlükəsizliyinin xeyrinə səmərəli istifadə etmək məqsədi ilə X7-İstehsal Birliyi bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Milli Aerokosmik Agentliyi müstəqil dövlət idarəetmə orqanı olmuş, kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirmişdir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən Agentliyin fəaliyyəti Azərbaycan Respublikasının büdcəsi və öz vəsaiti hesabına maliyyələşdirilmişdir. "Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Maşınqayırma və Konversiya Komitəsi haqqında Əsasnamənin və onun strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 15 mart tarixli 490 nömrəli Fərmanına əsasən Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil olan birlik və müəssisələrin siyahısında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 2 mart tarixli 92 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin siyahısı” təsdiq edilmişdir. Qeyd edilən Qərarda Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin siyahısında nəzərdə tutulmuşdur. “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 839 nömrəli Fərmanına əsasən Agentlik Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibindən çıxarılıb Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir. “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 836 nömrəli Fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi - texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 27 sentyabr 463 nömrəli Fərmanı ilə Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Dövlət qulluğu haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Həmçinin yuxarıda adıçəkilən Siyahının 2.10-cu bəndinə əsasən Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin həmin orqanların birlik və müəssisələrində mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Qeyd edilənlərə əsasən 1993-cü il 15 mart tarixədək dövlət idarəetmə orqanı olmuş Azərbaycan Milli Aerokosmik Agentliyində yuxarıda adıçəkilən Siyahının 2.10-cu bəndində nəzərdə tutulmuş vəzifələrdə çalışmış şəxslərin iş müddəti dövlət qulluğunda qulluq stajına daxildir. Qeyd edilən tarixdən sonrakı dövrdə adıçəkilən Agentlikdə iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında baş məsləhətçi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarından: ... Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir. ... Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir. Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.1.7-ci maddənin əvvəlinə “əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş” sözləri əlavə edilmişdir. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.11.1-ci və 20.11.2-ci maddələr yuxarıda qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184- İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il № 462-İİİQD Qanununun XVİİ hissəsinə əsasən, “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüş hesab edilmişdir. Qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunundan: 6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin də məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin Mərkəzi profilaktik nəzarət arxivində instruktor vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Mərkəzdə mövcud olan sənədlər əsasında həmin illərdəki iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə dair rəy bildirmək mümkün olmamışdır. 1992-2007-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində baş hüquqşünas vəzifəsində iş müddətilə bağlı bildirilir ki, “Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 fevral tarixli 580 nömrəli Fərmanına əsasən kosmik fəzanın öyrənilməsi sahəsində dövlət siyasətini həyata keçirmək, milli aerokosmik proqramlar hazırlayıb yerinə yetirmək, başqa dövlətlərlə birlikdə həyata keçirilən beynəlxalq kosmik layihələrə dair işləri əlaqələndirmək və idarə etmək, bu sahələrdə olan elm və istehsal potensialından respublikanın xalq təsərrüfatının və təhlükəsizliyinin xeyrinə səmərəli istifadə etmək məqsədi ilə X7-İstehsal Birliyi bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Milli Aerokosmik Agentliyi müstəqil dövlət idarəetmə orqanı olmuş, kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirmişdir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən Agentliyin fəaliyyəti Azərbaycan Respublikasının büdcəsi və öz vəsaiti hesabına maliyyələşdirilmişdir. "Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Maşınqayırma və Konversiya Komitəsi haqqında Əsasnamənin və onun strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 15 mart tarixli 490 nömrəli Fərmanına əsasən Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil olan birlik və müəssisələrin siyahısında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 2 mart tarixli 92 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin siyahısı” təsdiq edilmişdir. Qeyd edilən Qərarda Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin siyahısında nəzərdə tutulmuşdur. “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 839 nömrəli Fərmanına əsasən Agentlik Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibindən çıxarılıb Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir. “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 836 nömrəli Fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi - texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 27 sentyabr 463 nömrəli Fərmanı ilə Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Dövlət qulluğu haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Həmçinin yuxarıda adıçəkilən Siyahının 2.10-cu bəndinə əsasən Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin həmin orqanların birlik və müəssisələrində mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Qeyd edilənlərə əsasən 1993-cü il 15 mart tarixədək dövlət idarəetmə orqanı olmuş Azərbaycan Milli Aerokosmik Agentliyində yuxarıda adıçəkilən Siyahının 2.10-cu bəndində nəzərdə tutulmuş vəzifələrdə çalışmış şəxslərin iş müddəti dövlət qulluğunda qulluq stajına daxildir. Qeyd edilən tarixdən sonrakı dövrdə adıçəkilən Agentlikdə iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında baş məsləhətçi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. İddiaçının hazırki dövrə mübahisələndirilməyən dövlət qulluğu stajı dövlət qulluğu stajı 15 ildən az olmaqla, 2015- 2023-cü illəri əhatə edir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və dövlət idarəetmə orqanı olmuş Azərbaycan Milli Aerokosmik Agentliyində işlədiyi və xx.xx.1973xx.xx.1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin Mərkəzi profilaktik nəzarət arxivində instruktor vəzifəsində iş müddəti ilə bağlı məhkəmə qeyd edir ki, həmin müddətlər cəmi 02 il 06 ay 8 gün təşkil edir. İddiaçının pensiya yaşına çatdığı və dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün minimum 5 il dövlət qulluqçusu stajının tələb edildiyi xx.xx.2015-xx.xx.2017-ci illər (xx.xx.2015-xx.xx.2017- 01 il 6 ay 14 gün) nəzərə alınsa belə onun dövlət qulluğu stajı 5 ildən az olmuşdur. xx.xx.2017-ci il tarixdən yeni redaksiyada verilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11.1-ci maddəsinin tələbinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il staj tələb edilir ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının ümumi dövlət qulluq stajı 15 ildən azdır. Belə olan halda, məhkəmə prosessual qənaət prinsipinə əsasən iddiaçının xx.xx.1973-xx.xx.1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin Mərkəzi profilaktik nəzarət arxivində instruktor vəzifəsində iş müddətinin dövlət qulluğu stajı kimi hesab edilib-edilməməsi ilə bağlı əlavə araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etmir. Qeyd edilən səbəblərdən məhkəmə iddiaçının dövlət qulluqçusu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsinin hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi”si olduğunu müəyyən etmir. Beləliklə, məhkəmə müəyyən edir ki, dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X8 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. X8 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X2rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin). Məhkəmə iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin ödəndiyini müəyyən etmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-2839/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2839/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver