Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-284/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı qeydiyyatda olduğu ünvan hal-hazırda qəzalı vəziyyətdə olduğundan sözügedən ünvan sakinlərinə ödənilən birdəfəlik maddi yardım müqabilində onların köçürülməsi ilə bağlı ona da, sözügedən yardım ödənilməsi vəzifəsinin cavabdehin və əlaqədar orqanların üzərinə qoyulması həmçinnin, ən azı 1 il müddətində ona bu pul ödənilmədiyi üçün 12 ay müddətində əlavə kirayə haqqı ödədiyindən bu məbləğ ona dəymiş ziyan kimi (bu məbləğ aylıq 250 manat olmaqla, ümumilikdə minimum 3000 (üç min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdən bəri yuxarıda qeyd etdiyi ünvanda yaşamaqdadır və hal-hazırda da, qeydiyyatdadır. Bütün həyatı boyu Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmişdir. Hazırda anası ağır şəkər xəstəsi olan və 40 ildən çox xalqın balalarının təhsilə qovuşmasında xidmət etmiş təqaüddə olan müəllimə X1 onun himayəsində yaşayır. İşi ilə əlaqədar olaraq bir müddətdir ki, həmin ünvanda qeydiyyatda olsa da, orada olan qəzalı vəziyyətlə bağlı olaraq kirayədə anası ilə birlikdə yaşayır. Ona məlum olduğuna görə, qeydiyyatda olduğu ünvan hal-hazırda qəzalı vəziyyətdə olduğundan sözügedən ünvan sakinlərinə ödənilən birdəfəlik maddi yardım müqabilində onların köçürülməsi işi dövlət tərəfindən həyata keçirilməkdədir. Hesab edir ki, bununla bağlı ona da, sözügedən yardım ödənilməlidir ki, köçüb hansısa ünvanda yaşaya bilsin. Yuxarıda göstərilənləri nəzərə alaraq inzibati orqana müvafiq qaydada ərizə ilə müraciət edərək, sözügedən ünvandan sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək birdəflik maddi yardımın ona da, ödənilməsinə dair müvafiq göstəriş verilməsini xahiş etsə də, Suraxanı rayon İcra Hakimiyyətinin 16.09.2019-cu il tarixli cavab məktubu ilə ona imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, başçının müvafiq sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxana binasında yaşaması müəyyən edilmədiyi üçün müraciətində qaldırdığı məsələnin müsbət həlli imkanları xaricindədir. Hesab edir ki, yuxarıdakı imtina qərarı ilə onun və himayəsində olan yaşlı anasının hüquqları pozulmuşdur və verilmiş qərarla onun hansısa yerdə yaşamaq imkanları məhdudlaşdırılaraq onsuz da, ağır olan maddi vəziyyəti daha da çətinləşmişdir. İnzibati orqan komissiya keçirilən vaxtı onun orada yaşamadığı faktını onunla əsaslandırmışdır ki, onsuz da bina qəza vəziyyətində olduğundan təhlükəsizliyini fikirləşərək o, müvəqqəti olaraq başqa bir yerdə kirayədə yaşamaqdadır və həm də, kirayə pulu ödəyərək bir təhər maddi çətinliklərlə yaşamaqdadır. İmtinanın digər səbəbi kimi o, da qeyd olunmuşdur ki, Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Suraxanı RİH-ə ünvanlanmış 195 nömrəli, 14.07.2017-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda (yataqxana binasında yaşayan sakinlər haqqında) adı mövcud deyil. Hesab edir ki, həmin siyahıda səhlənkarlığa yol verilərək işin faktiki halları kifayət qədər aydınlaşdırılmadan onun adı əsassız olaraq siyahıya daxil edilməmişdir. Hesab edir ki, imtina qərarı ləğv edilərək onun adı da, sözügedən siyahıya daxil edilməlidir və inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə ona kompensasiya ödənilməsi həyata keçirilməlidir. Hesab edir ki, sözügedən ünvandan sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək birdəfəlik maddi yardımın ona ödənilməsinə dair müraciəti ilə əlaqədar məsələ heç cür obyektiv baxılmadan rədd oluna bilməzdi, belə ki, cavabdeh onun məsələsinə səthi baxmış və ədalətsiz qərar qəbul etməklə onu evsiz qalmağa vadar etmişdir. Həmin yataqxanada o müvəqqəti olaraq yaşasa da, həmin ünvana onun qeydiyyatla bağlı istifadə hüququları da, yaranmışdır. Evə dair mülkiyyət hüququ qeydə alınmasa da, daha öncə qeyd olunduğu kimi, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin əmlaka sahiblik edən şəxsə də, mənsubdur. Ona görə ki, qanuni gözləntiyə malik olaraq, qeyd olunan əmlakın sahibi hesab olunur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı RİH-ə müraciət edərək yaşayış yeri üzrə Suraxanı rayonu, Hövsan qəsəbsəi, Rüfət Abdullayev küçəsi 24 saylı yataqxanada qeydiyyatda olduğunu nəzərə alaraq, həmin yataqxana binasının qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ona birdəfəlik maddi yardım ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin ünvan 3 ünvanında yerləşən qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin yataqxanada faktiki yaşayan ailələrin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də, binanın sökülərək ərazinin abadalaşdırılması üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə maliyyə vəsaiti ayrılmışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Suraxanı RİH-ə ünvanlanmış 195 nömrəli, 14.07.2017-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda (yataqxana binasında yaşayan sakinlər haqqında) İddiaçı adının olmadığı, eləcə də, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli, 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahının tərtib olunması məqsədi ilə keçirilən baxış zamanı həmin yataqxana binasında yaşamadığı müəyyən edildiyindən, onun müraciətinə RİH-nin Q-118/2-150 nömrəli, 16.09.2019-cu il tarixli məktubu ilə cavab verilərək xahişinin təmin edilməsinin RİH-in səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı qaldırdığı iddianın əsassız hesab edilməklə rədd olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq iş üzrə bütün sübutları təqdim etdiyini, sözügedən yataqxanada yaşaması ilə bağlı əlavə heç bir sübut təqdim edə bilməyəcəyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş Q- 118/2-150 nömrəli, 16.09.2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının ona kompensasiya məbləğinin ödənilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin yataqxanada faktiki yaşayan ailələrin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də, binanın sökülərək ərazinin abadlaşdırılması üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə maliyyə vəsaiti ayrılmışdır. Həmçinin, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Suraxanı RİH-ə ünvanlanmış 195 nömrəli, 14.07.2017-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda (yataqxana binasında yaşayan sakinlər haqqında) adının olmadığı, eləcə də, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 89 nömrəli, 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədi ilə keçirilən baxış zamanı həmin yataqxana binasında yaşamadığı müəyyən edildiyindən müraciətində qaldırdığı məsələnin müsbət həlli imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş 1/1883 nömrəli, 13.11.2019-cu il tarixli məktub və ona əlavə edilmiş, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş yataqxana binasında qeydiyyatda olmaqla yaşayan ailələrin Suraxanı RİHB-nin 89 nömrəli, 31.07.2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş siyahıdan görünür ki, həmin siyahıya sözügedən yataqxanada qeydiyyatda olmaqla yaşayan şəxslər daxil edilmiş, siyahıda İddiaçı adı aşkarlanmamışdır. İşdə olan 1 saylı Təmir Tikinti İdarəsinin X3 Yığıncağının 15.02.2007-ci il tarixli protokoldan görünür ki, gündəlik məsələdə İddiaçı mənzil hüququna malik olmayan şəxs kimi pasport qeydiyyatına görülməsi olmuşdur. 1 saylı Təmir Tikinti İdarəsinin rəisi G.Cavadovun məlumat və çıxışları nəzərə alınaraq İddiaçı mənzil hüququna malik olmayan şəxs kimi idarənin nəzdində olan yataqxanaya pasport qeydiyyatına götürülməsinə etiraz edilməmişdir. İşdə olan 1 saylı Təmir Tikinti İdarəsinin rəisi tərəfindən verilmiş 15.02.2007-ci il tarixli, 6 nömrəli orderin surətindən görünür ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 24 ünvanında olan 1 saylı Təmir Tikinti İdarəsinin yataqxanasına 14.5 kv.m ölçüdə sahəyə dair İddiaçı adına order verilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən 01.12.2020-ci il tarixli, 096-29161-1210 nömrəli məktubla təqdim edilmiş İddiaçı fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı sözügedən ünvana qeydiyyata düşməsinə əsas kimi 1 saylı Təmir Tikinti İdarəsinin rəisi tərəfindən verilmiş 15.02.2007-ci il tarixli, 6 nömrəli order göstərilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli “Bakı şəhər yerli xərclərindəki MKTD-nin müvafiq qurumlarında və rayon MKTB-ri üzrə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulan vəsaitdə dəyişiklik edilməsi barədə” sərəncamın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərdiyi şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı rayon İcra Hakimiyyətinin xəzinə hesabına 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manatın köçürülməsinə göstəriş verilməsi barədə 2017-ci il 26 sentyabr tarixli, 7-430/4g nömrəli məktubundakı təkliflə Maliyyə Nazirliyi 2017-ci il 23 oktyabr tarixli, 07/03-317-5172 nömrəli məktubu ilə razılıq verərək, qaldırılan məsələnin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməli olduğunu bildirmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar: 1. Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi: 1.1.Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manat məbləğində vəsaitin ayrılmasını Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1,2,3 saylıl Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliklərinə və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həll etməsi; 1.2. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1,2,3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birlikləri və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birlikləri üzrə azaldılan məbləğlərin 2018-ci il yerli büdcə xərcləri hesabına ödənilməsini təmin etmək məqsədi ilə onların növbəti ilə keçirilməsi və 2017-ci ilin borc öhdəliyi kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılmasını həll etməsi barədə sərəncam qəbul edilmişdir. İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti baçısının 134 nömrəli, 06.11.2017-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyəti başçısının 25.10.2017-ci il tarixli, 491 saylı sərəncamının icrasının təmin olunması haqqında” sərəncamın surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli sərəncamının 1.1.bəndi ilə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ******* (iki milyon altı yüz altmış min yüz əlli) manat məbləğində vəsaitin ayrılmasının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birliklərinə və Şəhərin Rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həlli Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə tapşırılmış, 7-487/7g saylı, 01.11.2017-ci il tarixli məktub ilə həmin sərəncam icrasının təmin olunması üçün Suraxanı RİH-ə göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli sərəncamının icrasının təmin olunması məqsədilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 1.6, 3.15.11. bəndlərinə istinad edərək qərara alınmışdır ki: 1. BŞİH Başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli sərəncamının 1.1. bəndində nəzərdə tutulmuş vəsait hesabına Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (M.Məmmədov): 1.1. Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35 000 (otuz beş min) manat, eləcə də orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə cəmi 40 000 (qırx min) manat olmaqla (bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15 150 (on beş min yüz əlli) manat birdəfəlik maddi yardımın onların adlarına açılmış müvafiq bank hesablarına köçürülməsini təmin etsin. 1.2. Aidiyyəti qurumlarla razılaşdırılmaqla 40 000 (qırx min) manat vəsait hesabına Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 21/1 və 24 saylı qəzalı yataqxana binalarının söküntüsünü, həmin binaların balansdan silinməsini və 80000 (səksən min) manat vəsait hesabına sökülmüş binalarının yerində abadlıq işlərinin görülməsini təmin etsin; 1.3. Hövsan qəsəbəsi, Rüfət Abdulllayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında maddi yardım almış şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə dair sənədlərin ləğvi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsin. İşdə olan analoji məhkəmə qərarlarından və sənədlərdən görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasının boşaldılması və əvəzində birdəfəlik maddi yardımın ödənilməsi barədə iddia tələbi qaldırılmışdır. İddia tələbi təmin edilərək, sözügedən məhkəmə qətnaməsi icra olunmuşdur. İşdə olan mübahisəli ünvanda yerləşən yataqxana binasında yaşayan digər sakinlərə aid sənədlərdən görünür ki, həmin yataqxanada yaşayan sakinlərlə 1 sayı Təmir Tikinti İdarəsi arasında mənzil və kommunal xidmətlərin ödənilməsi haqqında müqavilə bağlanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş yataqxana binasının boşaldılması və əvəzində həmin ünvanda qeydiyyatda olmaqla yaşayan ailələrin hər birinə 35 000 (otuz beş min) manat kompensasiya ödənilməsi ilə bağlı icra tədbirlərinin görülməsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Belə ki, “Bakı şəhər yerli xərclərindəki MKTD-nin müvafiq qurumlarında və rayon MKTB-ri üzrə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulan vəsaitdə dəyişiklik edilməsi barədə” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli sərəncamının icrası ilə bağlı, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti baçısının 134 nömrəli, 06.11.2017-ci il tarixli sərəncamına əsasən Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35 000 (otuz beş min) manat, eləcə də orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə cəmi 40 000 (qırx min) manat olmaqla (bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15 150 (on beş min yüz əlli) manat birdəfəlik maddi yardımın onların aadlarına açılmış müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi barədə sərəncam verilmişdir. Həmin qəzalı vəziyyətdə olan yataqxana binalarının kompensasiya məbləği ödənilməklə boşaldılması ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia tələbləri qaldırılmış və məhkəmə qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Hazırki iş üzrə 1 saylı Təmir Tikinti İdarəsinin X3 yığıncağının 15.02.2007-ci il tarixli protokoluna əsasən isə İddiaçı yataqxanaya mənzil hüququna malik olmayan şəxs kimi qeydiyyata alınmasına etiraz etməmişlər. İddiaçı 1 saylı Təmir Tikinti İdarəsi tərəfindən 15.02.2007-ci il tarixli, 6 nömrəli order verilmişdir. Həmin orderə əsasən iddiaçı Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasına qeydiyyata düşmüş, lakin, Suraxanı RİHB-nın 89 nömrəli, 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş, ünvan 3 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş yataqxana binasında qeydiyyatda olmaqla yaşayanların siyahısında İddiaçı adı aşkar edilməmiş, iddiaçıya mübahisəli ünvanda yaşamamasına görə birdəfəlik ödəmənin ödənilməsindən cavabdeh tərəfindən imtina edilmiş, məhkəmə araşdırması zamanı İddiaçı həmin yataqxanada yaşamasını təsdiq edən, hər hansı bir mötəbər sübut təqdim etməsi tələb edilsə də, onun tərəfindən məhkəməyə heç bir sübut təqdim edilə bilməmişdir. Bununla da, İddiaçı həmin yataqxana binasında qeydiyyatda olmaqla yaşaması məhkəmə araşdırması zamanı da, öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı sözügedən qəzalı vəziyyətdə olan yataqxana binasına formal qeydiyyatda olmaqla, yəni mübahisəli ünvana mənzil hüququ verilmədən qeydiyyata alındığından və eləcə də, məhkəmə araşdırması zamanı onun sözügedən yataqxana binasında qeydiyyatda olmaqla yaşaması faktı öz təsdiqini tapmadığından, o, yataqxana binasının boşaldılmaqla birdəfəlik ödəmə ödənilməsi nəzərdə tutulan ailələr kateqoriyasına aid olmadığından iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin yataqxana binasından köçürülməyə görə nəzərdə tutulmuş birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı hissəsi təmin edilmədiyindən, hüquqi müqəddaratı həmin tələblə bağlı olan digər törəmə tələblər də, müzakirə olunmadan rədd olunmalıdır. “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 3.15.11-ci maddəsinə əsasən təbii fəlakət və ya fövqəladə hadisə baş verdikdə, əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür, bu hadisələr nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsini təşkil etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) yataqxanalarda yaşayış sahələri aiddir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 84.0.1-ci və 84.0.3-cü maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məşhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-284/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-284/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver