Məhkəmə qərarları › İş №2-1(112)-284/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-284/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-284/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Dadaşova Nailə Qurban qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, işsiz),cavabdehin nümayəndəsi Rzazadə Nicat Cavanşir oğlunun (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı Dadaşova Nailə Qurban qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının 47 saylı mağaza üzərində mülkiyyəti hüququnu təsdiq edən çıxarışın verilməsi, hərrac nəticəsində B.Qurbanovun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbi üzrə inzibati işə üçüncü şəxs qismində Qurbanov Bəşir Fərman oğlu cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Dadaşova Nailə Qurban qızı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “İddiaçı Qurban qızının təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, hüquqi varisi olan kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində yalan məlumatlar yazılaraq qanunsuz hərraca çıxarmaları nəticəsində Qurbanov Bəşir Fərman oğlunun adına 24.08.2017-ci il tarixli, № 112623 çıxarışın etibarsız sayılıb ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1181 nömrəli, 23.02.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı Dadaşova Nailə Qurban qızının veridyi apellyasiya şikayəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2- 1(103)-1581/2021 nömrəli, 29.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2- 1(103)-1581/2021 nömrəli, 29.06.2021-ci il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Dadaşova Nailə Qurban qızı iradə ifadəsini nəzərə alaraq və çatmaq istədiyi məqsədə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə yekun ərizəsini məhkəməyə təqdim etməlidir. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-1581/2021 nömrəli, 29.06.2021-ci il tarixli qərardadında göstərilənləri rəhbər tutularaq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yekun ərizənin təqdim edilməsi təklif edilmiş və iddiaçı İddiaçı da 08.10.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-1581/2021 nömrəli, 29.06.2021-ci il tarixli qərardadına istinad etməklə dəqiqləşdirimiş iddia tələbinin əks olunduğu iddia ərizəsini məhkəməyə təqdim etmiş və məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25.11.2016-cı il tarixli, 168 nömrəli sərəncamının ləğv edilməsi, İddiaçı adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində (yalan məlumatlar yazılaraq) X8 adına 24.08.2017ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi, mülkiyyətinin özünə geri qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11.02.1988-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" y/s, Mənzil-Tikinti Kooperativinin 13 nömrəli binasının qeyri-yaşayış sahəsində yerləşən 47 nömrəli sənaye malları mağazasının müdiri olmuş və müəssisə (prosedur qaydaları pozularaq iddiaçıdan alınana qədər) 32 il fasiləsiz və rəsmi olaraq onun sahibliyində olmuşdur. 47 nömrəli sənaye malları mağazası qeyri-yaşayış sahəsi olduğuna və iddiaçı da eyni müəssisədə 7 ildən artıq əmək stajı olduğuna görə o müəssisənin hüquqi varisi müəyyən edilmişdir və 1 saylı Bakı Ərazi İdarəsi elə həmin 1995-ci ildə hüquqi varisə Texniki pasport vermişdir. Dövlət Əmlak Komitəsinin 20.04.1999-cu il tarixli, 24 nömrəli əmri ilə Azərbaycan Respublikası üzrə bütün idarələr ləğv edilmiş və həmin idarələrin tabeliyində olan müəssisə və təşkilatlar yeni yaradılmış indiki İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyinə verilmiş, mərkəzləşdirilmişdir. 1999-cu ildə İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi yaradılanda o artıq 01.01.1995-ci ildən müəssisənin hüquqi varisi olmuşdur. Qanun Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisi müəyyən edilmiş müəssisə barədə qərar qəbul etməsinə, özgəninkiləşdirilməsinə yol vermir. İİ Dövlət Proqramına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yalnız hüquqi varisi müəyyən edilmədən ləğv edilmiş müəssisələrin əmlakı barədə qərar qəbul edə bilər. Faktiki olaraq müəssisə 32 il hüquqi varisin sahibliyində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2017-ci il tarixli, 2(102)-7711/17 nömrəli qərarı ilə iddiaçı məhkəmə çəkişməsində qalib olmuşdur. Bakı İcra və X11 Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09.03.2018-ci il tarixli 2(103)-2426/2018 nömrəli qətnaməsini icra etmək üçün X9 verdikləri 24.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışı ləğv etməli idi. Əks halda müəssisə İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindən çıxmış sayılırdı və İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru Məhəmməd İmanovun icra sənədi tərtib etmək səlahiyyəti çatmırdı. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25.11.2016-cı il tarixli, 168 nömrəli sərəncamı Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi barədə olmuşdur. Halbuki, bu sərəncamla Azərbaycan Respublikasının Qanunları, İİ Dövlət Proqramının tələbləri və hüquqi varisin mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, 47 nömrəli mağaza adlı müəssisə “dövlət” əmlakı deyil, kooperativ mülkiyyətidir və bu əmlakın nizamnamə kapitalında dövlətin payı yoxdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" y/s, bina 13, qapı 1, 2, 3-də yerləşən 47 nömrəli mağazasına dair onun adına çıxarışın verilməsi barədə müraciəti daxil olmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi digər fiziki şəxsin – X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bir hissəsi özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır və bu barədə 04.05.2021-ci il tarixli imtina məktubunda izahat verilmişdir. İddiaçı adına heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası onun adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində (yalan məlumatlar yazılaraq) X8 adına 24.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi hissədə mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Rzazadə məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin iddiaçıya ünvanlanmış 15.02.2019-cu il tarixli məktubuna əsasən iddiaçının Qurbanov Bəşir Fərman oğlunun və Abdullayev İftixar Tahir oğlunun adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə müraciəti təmin edilməmişdir. Cavabdehin 24.01.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçının cavabdehə ünvanladığı 04.03.2021-ci il tarixli müraciətinə əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, Mənzil Tikinti Kooperativi bina 13, qapı 1,2,3-də yerləşən təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasına yeganə varis Dadaşova Nailə Qurban qızının adına çıxarış verilməsini xahiş etmişdir,iddiaçının müraciəti cavabdehin 04.03.2021-ci il tarixli məktubu ilə təmin edilməmişdir, imtinanın əsası kimi həmin əmlakın digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 161M nömrəli, 31.07.2015-ci il tarixli əmrinə əsasən iddiaçı 20.06.1999-cu il tarixindən tutduğu vəzifədən azad olunmuş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2093/2019 nömrəli, 08.04.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 09.03.2018-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31.07.2015-ci il tarixli, 161 M saylı əmrinin ləğv edilməsi və iddiaçının həmin Mərkəzin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına müdir vəzifəsinə bərpa olunması qət edilmişdir, həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 03.08.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır, Ali Məhkəmənin mülki kollegiyasının qeyd edilən qərarında göstərilmişdir ki, qeyd edilən tələb üzrə borclu təşkilat tərəfindən 27.08.2018-ci ildə müvafiq əmr verilərək sözügedən göstəriş icra edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27M nömrəli, 27.08.2018-ci il tarixli əmrinə əsasən həmin Mərkəzin 31.07.2015-ci il tarixli, 161 M saylı əmri ləğv edilmiş və iddiaçı 47 saylı mağazaya müdir vəzifəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 28M nömrəli, 27.08.2018-ci il tarixli əmrinə əsasən iddiaçının müdir işlədiyi mağazanın mülkiyyətçisi dəyişdiyi üçün iddiaçı 24.08.2017-ci il tarixindən tutduğu vəzifəsindən azad olunmuş hesab edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehlak və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 49M nömrəli, 20.11.2019-cu il tarixli əmrinin surətinə əsasən Nərimanov rayon məhkəməsinin 14.12.2018-ci il tarixli, 2(005)-4772/2018 nömrəli qətnaməsi ilə iş üzrə iddiaçı Dadaşova Nailə Qurban qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (bundan sonra AR ƏMDK İXMİM) və qeyrilərinə qarşı “əmrin dəyişdirilməsi, əmrin ləğv edilməsi, hərracın nəticələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi, özünün 47 saylı mağazaya əmlak hüququnun tanınması və buna dair çıxarışın verilməsi, AR ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, AR ƏMDK-nın İXMİM-nin qanundankənar əməllərinin istintaqa cəlb edilməsi tələbinə dair iddiası” qismən təmin edilərək AR ƏMDK İXMİM-nin 27.08.2018-ci il tarixli, 28M saylı əmri ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(103)-5500/2019 saylı qətnaməsi ilə Nərimanov rayon məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmış,apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(102)-6386/2019 nömrəli qərarı ilə təmin edilməmişdir, qeyd edilənlərə əsasən iddiaçı barədə 27.08.2018-ci il tarixli əmr ləğv edilmiş, iddiaçının şəxsi işinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın yeni mülkiyyətçisi Qurbanov Bəşir Fərman oğluna təhvil veriməsi əmr edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 30.01.2013-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində 47 saylı mağazanın Dadaşova Nailə Qurban qızına əvəzsiz olaraq verilməsi barədə məlumat mövcud deyildir. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı 11.02.1988-ci ildə 47 nömrəli mağazaya müdir vəzifəsinə işə götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2426/2018 nömrəli, 15.11.2018-ci il tarixli qərardadına əsasən (həmin qərardad Ali Məhkəmənin 2(102)-2093/19 saylı, 08.04.2019cu il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır) iddiaçı 47 nömrəli mağazada müdir vəzifəsindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27.08.2018-ci il tarixli, 28M saylı əmrinə əsasən işdən azad edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportu”na əsasən təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazası Bakı şəhəri Yeni Günəşli "xxxx" massivində yerləşir. Cavabdehin məhkəməyə ünvanladığı 30.10.2020-ci il tarixli məktubuna əlavə edilmiş ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi 13, mərtəbə 1, qapı 2;3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi - 644,5 kv metr (47 saylı mağaza) xüsusi mülkiyyət kimi Qurbanov Bəşir Fərman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, bundan sonra AN-İ №0678588 nömrəli, 07.03.2018-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən Qurbanov Bəşir Fərman oğlu Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi 13, mərtəbə 1, qapı 2;3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 385,5 kv metr hissəsini Abdullayev İftixar Tahir oğluna satmışdır, ******* nömrəli daşınmaz əmlkın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi 13, mərtəbə 1, qapı 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi – 259 kv metr Qurbanov Bəşir Fərman oğlunun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır, 3482 №li, 05.07.2017-ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqısı haqqında” müqaviləyə əsasən isə sahəsi 644,5 kv metr olan 47 saylı mağaza Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 04.07.2017-ci ildə keçirilən hərracda Qurbanov Bəşir Fərman oğluna satılmışdır. Suraxanı rayon məhkəməsinin 2(010)-270/2019 nömrəli, 15.03.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Abdullayev İftixar oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13, qapı 2/3 və iddiaçı Qurbanov Bəşir Fərman oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13, qapı 4 ünvanlarında olan qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun həyata keçirilməsinə dair Dadaşova Nailə Qurban qızı tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir.Həmin qətnamədən Dadaşova Nailə Qurban qızının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9415/19 nömrəli, 08.08.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsindən İddiaçı Qurban qızının verdiyi kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-145/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı 11.02.1988-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 ünvanda yerləşən 47 nömrəli sənaye malları mağazasında müdir vəzifəsində işləmişdir, həmin vəzifədən 31.07.2015-ci il tarixli, 161 M saylı əmrlə işdən azad edilsə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən vəzifəsinə bərpa edilmiş və növbəti dəfə mağazanın mülkiyyətçisi dəyişdiyi üçün iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27.08.2018-ci il tarixli, 28M saylı əmrinə əsasən işdən azad edilmişdir, işdən azad edilməsi ilə razılaşmayan iddiaçı “əmrin dəyişdirilməsi, əmrin ləğv edilməsi, hərracın nəticələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi, özünün 47 saylı mağazaya əmlak hüququnun tanınması və buna dair çıxarışın verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın İstehsal Xidmət X1kənar əməllərinin istintaqa cəlb edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş,onun iddiası qismən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27.08.2018-ci il tarixli, 28M saylı əmrinin ləğv edilməsi hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir, bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin iddiaçı barəsində 28M nömrəli, 27.08.2018-ci il tarixli əmri ləğv edilmişdir, iddiaçının vaxtilə işlədiyi 47 saylı mağaza isə “Müəssisənin (obyektin) alqı-satqısı haqqında” müqaviləyə əsasən (644,5 kv metr sahə) 04.07.2017-ci ildə hərracdan üçüncü şəxs Qurbanov Bəşir Fərman oğluna satılmış və həmin şəxsin qeyd edilən əmlak üzərində əmlak hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir, həmin şəxs də xüsusi mülkiyyətində olan əmlakın 385,5 kv metr hissəsini Abdullayev İftixar Tahir oğluna satmışdır, sonradan hər iki mülkiyyətçi İddiaçı Qurban qızına qarşı məhkəmədə iddia qaldıraraq mülkiyyət hüququnun həyata keçirilməsinə dair Dadaşova Nailə Qurban qızı tərəfindən edilən maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmiş və iddiaları təmin edilmişdir.Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq İddiaçı adına təsərrüfat hesablı 47 nömrəli təsərrüfat malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində (yalan məlumatlar yazılaraq) X8 adına verilmiş 24.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnzibati işin maeriallarından göründüyü kimi iddiaçının iddia tələbində göstərilən əmlak - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən, iddiaçının əmək kollektivinin üzvü olduğu 47 saylı sənaye malları mağazasının yerləşdiyi qeyri-yaşayış sahəsidir və iddiaçının iddia tələbinin tərkibinə həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb də daxildir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu qanun Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir: 17.2.1. əsas iş yeri həmin müəssisə hesab edilən işçilər; 17.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; 17.2.3. özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər; 17.2.4. 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslər. Yuxarıda göstərilən normalara əsasən iddiaçı işləmiş olduğu 47 saylı sənaye malları mağazasının satışında güzəştli şərtlərlə iştirak etmək subyektiv hüququna malik olmuş şəxslər kateqoriyasına qanunvericiliklə aid edilmişdir. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin əsaslar kimi aşağıda göstərilənlər qeyd edilmişdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Belə olan halda iddiaçı işçisi olduğu və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən güzəştli şərtlərlə satışında iştirak etmək hüququ olduğu 47 saylı sənaye malları mağazası üzərində mülkiyyət hüququnun qeydiyyatdan keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas olan bilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində hər hansı bir halı təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, həmin sənədlər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə o halı da qeyd edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi əmlakın “hüquqi varisi olduğu kooperativ mülkiyyəti” kimi göstərsə də əvvəla iddiaçının hər hansı bir kooperativ əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edə bilən sübutlar təqdim etməmiş, belə bir sübutların olması barədə məlumatları məhkəməyə bildirməmişdir. Eyni zamanda iddiaçının özünün məhkəməyə təqdim etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mınzil Kooperativ Təsərrüfatı İdarəsinin 30.01.2013-cü il tarixli məktubunun surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində 47 saylı mağazanın Dadaşova Nailə Qurban qızına əvəzsiz olaraq verilməsi barədə məlumat mövcud deyildir. Bundan başqa iş matreriallarından göründüyü kimi Suraxanı rayon Məhkəməsinin 2(010)-270/2019 nömrəli, 15.03.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Abdullayev İftixar oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13, qapı 2/3 və iddiaçı Qurbanov Bəşir Fərman oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13, qapı 4 ünvanlarında olan qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun həyata keçirilməsinə dair Dadaşova Nailə Qurban qızı tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9415/19 nömrəli, 08.08.2019-cu il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış və apellyasiya məhkəməsinin qətnaməsindən İddiaçı Qurban qızının verdiyi kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-145/2020 nömröəli, 09.01.2020ci il tarixli qərarı təmin edilməmişdir. Suraxanı rayon məhkəməsinin qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən 2(010)-270/2019 nömrəli, 15.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, “cavabdeh (yəni İddiaçı Qurban qızı) məhkəmə baxışı zamanı iddia tələbinin əsassız olmasını bildirsə də mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair onun bu və ya digər hüququnun olmasını və həmin əsaslarla da qeyri-yaşayış sahəsindən istifadə etməsini təsdiq edən hər hansı bir mötəbər sənədə istinad edə bilməmişdir.Cavabdehin (yəni İddiaçı) iddiaçılara məxsus olan qeyri-yaşayş sahəsini hüquqi əsas olmadan zəbt etməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir.Cavabdehin yəni (İddiaçı) qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur”. Suraxanı rayon məhkəməsinin qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən 2(010)-270/2019 nömrəli, 15.03.2019-cu il tarixli qətnaməsini qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9415/19 nömrəli, 08.08.2019-cu il tarixli qətnaməsi ilə isə müəyyən edilmişdir ki,”Cavabdeh (yəni İddiaçı) ...mübahisə predmeti olan qeyriyaşayış sahəsinə dair onun bu və ya digər hüququnun olmasını və həmin əsaslarla da qeyri-yaşayış sahəsinə dair onun bu və ya digər hüququnun olmasını və həmin əsaslarla da qeyri-yaşayış sahəsindən istifadə etməsini təsdiq edən hər hansı bir mötəbər sənədə istinad edə bilməmişdir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-145/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarında da əks olunmuş Ali Məhkəmənin hüquqi mövqeyinə görə “Cavabdeh (yəni İddiaçı) ..qeyri-yaşayış sahələrinin onun hər hansı qanuni əsaslarla istifadə və sahibliyində olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.”. Yəni qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi,13 ünvanda yerləşən sənaye malları mağazasının üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının olmaması təsdiq edilmişdir. Bundan başqa məhkəmə o halı da qeyd edir ki, həmin əmlak X8 adına daşınmaz əmlakın dövlət reyestrində “Müəssisənin (obyektin) alqı-satqısı” haqqında 3482 nömrəli, 05.07.2017-ci il tarixli müqavilə əsasında qeydə alınmışdır və bu barədə hazırda iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 24.08.2017-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. “Müəssisənin (obyektin) alqı-satqısı” haqqında 3482 nömrəli, 05.07.2017-ci il tarixli müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş və ya məlumat təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Hazırki məhkəmə icraatının gedişində cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı bir sübyektiv hüquqlarının pozulması müəyyən edilmədiyi üçün məhkəmə iddiaçının iddiasının əsassız olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı İddiaçı onun adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində (yalan məlumatlar yazılaraq) X8 adına 24.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25.11.2016-cı il tarixli, 168 nömrəli sərəncamının ləğv edilməsi, mülkiyyətinin özünə geri qaytarılmasının təmin edilməsi haqqında iddiası Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 31.03.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı onun adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində (yalan məlumatlar yazılaraq) X8 adına 24.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar