Məhkəmə qərarları › İş №2-1(112)-284/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-284/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-284/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 50 yaşım tamam olan tarixdən, yəni 05 may 2007-ci ildən zərərli iş stajına görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 xx xxx 1957-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. xx.xx.1975-ci ildən hal-hazıradək müxtəlif idarə və müəssisələrdə işləmişdir. Ümumi iş stajı 43 ildir. Zərərli iş yerində işlədiyi üçün 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2009-cu ildən əmək pensiyası alır. Ona 52 yaşı tamam olan tarixdən pensiya təyin olunması ilə razılaşmır. Belə ki, 50 yaşı xx.xx.2007-ci ildə tamam olmuşdur. Həmin tarixə qədər onun 32 il iş stajı olmuşdur. Bu iş stajının (2007ci ilədək) 28 ili zərərli istehsala aiddir. İşlədiyi iş yeri AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il il tarixli 320 saylı qərarına əsasən 1 №-li Siyahıya aid edilmişdir. Sözügedən qərara görə müvafiq olaraq 20 il əmək stajı olub, 10 il 1 №-li Siyahı üzrə işləyən kişilər 50 yaşa çatdıqda güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş olurlar. “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında" qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və əmək stajına görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında" qanunun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzilməyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" qanunu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin /ətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla iddaçıya 29 mart 2009-cu il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı ramam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyiniz xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1978-ci ilədək 2-ci dərəcə fəhlə işləmiş, xx.xx.1978-ci ildə Metallurgiya zavodlarının avadanlığı üzrə 2-ci dərəcəli quraşdırıcı-çilingər işinə qəbul edilmiş, xx.xx.1979-cu ildə 3-cü dərəcəli odadavamçı keçmiş, xx.xx.1984-cü ildə idarə adını dəyişib “Mərkəzi Domna Təmiri” Tresti nin Sumqayıt İdarəsi adlanmış, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-xx.xx.2001-ci ilədək “Azərdənizneftinşaat” Trestində 5ci dərəcə bənna, xx.xx.2001-xx.xx.2014-cü ilədək “Azərdənizneftinşaat” Trestində bənna, 3-cü dərəcəli polad əv dəmir beton konstruksiyaları quraşdırıcısı, xx.xx.2014-xx.xx.2015-ci ilədək bənna, xx.xx.2015-ci ilədn hazırkı tarixədək Neftqaztikinti trestində bənna peşəsində işləyir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın verdiyi xx.xx.2022-ci il tarixli, **********330490075X00111 nömrəli məktubla göndərilmiş arayışdan görünür ki, Verilir xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1997-ci il tarixində (əmr № 39/k, xx.xx.1997-ci il) “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2001-ci il tarixində (əmr № 40/k, xx.xx.2001-ci il) işdən azad edilib. Əmək stajı 3 il 6 ay 14 gün (üç il altı ay on dörd gün) təşkil edir. İddiaçı 01 05.2001-ci il tarixində (əmr № 02/k, xx.xx.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialına bənna peşəsinə işə qəbul edilib və 03 11 2014-cü il tarixində (əmr № 191/k, xx.xx.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 13 il 6 ay 3 gün (on üç il altı ay üç gün) təşkil edir. “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2 maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “Neftqaztikinti” trestinə verilib SOCAR-ın xx.xx.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən "Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialının adı dəyişdirilərək “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. İddiaçı 04.11 2014-cü il tarixində (əmr № 123-k, xx.xx.2014-cü il) “Neftqaztikinti’1 trestinin 4 saylı Tikinti Quraşdırma idarəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 316/k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 9 gün (doqquz ay doqquz gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000235, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümünə bənna peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 6 il 6 ay 11 gün (altı il altı ay on bir gün) təşkil edir. İddiaçı bənna peşəsi üzrə iş stajı 24 il 4 ay 6 gün (iyirmi dörd il dörd ay altı gün) təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Azərbaycan Boru Yayma Zavodunun verdiyi xx.xx.2022-ci il tarixli, AZB01/44 nömrəli məktubda bildiirlmişdir ki, X2 "xxxx" ASCdə (keçmiş Azərbaycan Boruyayma zavodu) işləməmişdir. Belə ki, əmək kitabçasında da qeyd edildiyi kimi X2 "Domnatəmir" Təmir-Tikinti Quraşdırma İdarəsində (“Mərkəzi Domna Təmir" Trestinin Sumqayıt İdarəsi) işləmişdir. Bu səbəbdən tələb olunan məlumatın tərəfimizdən təqdim olunması mümkün deyildir. Həmçinin, nəzərinizə çatdırırıq ki. "Domnatəmir" Təmir-Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərmişdir. Həmin idarə marten sobalarının, boruyayma dəzgahlarının və digər əsas avadanlıqların təmiri sahəsi üzrə bizim müəssisəyə xidmət göstərmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi xx.xx.2022-ci il tarixli, **********409600 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Mərkəzi Domna Təmiri” Trestinin Sumqayıt İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı Azərmetaltəmirtikinti İstehsalat Birliyinin Domnatəmir Tikinti Quraşdırma İdarəsinin xx.xx.1994-cü il tarixdə KOL-736 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alın verdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-15521/2023 nömrəli məktubunda bildirilmişdir ki, X1 Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən onun 01.02 1979-cu il tarixindən xx.xx.1997-ci il tarixinədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metallurgiya istehsalatı bölməsində (İİİ) isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər (1030100a—15416) vəzifəsinə aiddir. Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulur. Eyni zamanda. “Əmək pensiyaları haqqında' Qanunun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə aparılırdı. Əlavə olaraq bildiririk ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. X3 90.2-ci maddəsinə əsasən normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin qulluq funksiyalarının nədən ibarət olması barədə məlumatın verilməsi Mərkəzi Filialın səlahiyyətlərinə aid olmadığından qeyd olunan məsələyə tərəfimizdən münasibət bildirilməsi mümkün deyil. Əlavə olaraq bildiririk ki, vətəndaş İddiaçı 52 yaşının tamam olduğu 29 mart 2009-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin "a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunan səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının verdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-86365/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1979-cu il tarixindən xx.xx.1997-ci il tarixinədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsində (İİİ) isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlə (1030100a— 15416) vəzifəsinə aiddir. "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr Azərbaycan Respublikası Nazirlər görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulur. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə aparılırdı. Əİavə olaraq bildiririk ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusr asının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. X7 unun 90.2-ci maddəsinə əsasən normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirlir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərin tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyər edilir. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin qulluq funksiyalarının nədən ibarət olması barədə məlumatın verilməsi Mərkəzi Filialın səlahiyyətlərinə aid olmadığından qeyd olunan məsələyə tərəfimizdən münasibət bildirilməsi mümkün deyil. Əlavə olaraq bildiririk ki, vətəndaş İddiaçı 52 yaşının tamam olduğu 29 mart 2009-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 уaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qəıarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunan səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının verdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-133179/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1979-cu il tarixindən xx.xx.1997-ci il tarixinədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsində (İİİ) isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər (1030100a— 15416) vəzifəsinə aiddir. "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulur. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə aparılırdı. Əlavə olaraq bildiririk ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəs'inin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. X3 90.2-ci maddəsinə əsasən normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin qulluq funksiyalarının nədən ibarət olması barədə məlumatın verilməsi Mərkəzi Filialın səlahiyyətlərinə aid olmadığından qeyd olunan məsələyə tərəfimizdən münasibət bildirilməsi mümkün deyil. Əlavə olaraq bildiririk ki, vətəndaş İddiaçı 52 yaşının tamam olduğu 29 mart 2009-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a" bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunan səbəbdən bir daha bildiririk ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Təqdim edilmiş pensiya işinin surətindən və X8 Sistemindən çıxarışdan görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2009cu il tarixli qərarla həmin tarixdən 1 nömrəli siyahı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, aylıq pensiya məbləği 2630.34 manat, keçmiş dövr məbləği 337.11, ödəniş məbləği 2967.45 manatdır. Sonuncu əməliyyat tarixi xx.xx.2022-ci il tarixdə aparılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarıdan müəyyən olunur ki, iddaçıya Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq 52 yaşından güzəştli şərtlərlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı iddiasında iddiaçı 1 nömrəli siyahı ilə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajına malik olduğu halda ona “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna əsasən 50 yaşdan pensiya hüququnun yarandığına istinad edərək həmin yaşdan, yəni xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mübahisələndirir. Məhkəmə iddia tələbi ilə aşağıdakılara əsasən razılaşmır. Hazırkı iş üzrə işin mübahisələndirilən halı iddiaçının tələb olunan ümumi və ya güzəştli stajı toplayıb-toplamaması deyil, iddiaçıya güzəştli şərtlərlə pensiyanın hansı tarixdən (yaşdan) təyin edilməsi olduğundan məhkəmə məhz yaş tələbi ilə bağlı hüquqi qiymətləndirmə aparır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinin iddiaçıya pensiya təyin edilən xx.xx.2009-cu il tarixdə qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Qeyd olunmalıdır ki, ƏPQ-nin istinad olunan 9.8-ci maddəsi əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa və staja görə tələbləri nəzərdə tutarkən ƏPQ qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olan Qanunu nəzərdə tutur ki, bu da “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixə qüvvədə olan redaksiyasıdır, hansı ki, həmin qanunda 1 nömrəli siyahıda nəzərdə tutulmuş işlərdə işləyən şəxslərin 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması təsbit olunmuşdur. Belə ki, xx.xx.2006-cı ildə aparılan pensiya islahatları çərçivəsində qüvvəyə minən və yeni pensiya sistemini müəyyən edən ƏPQ-nin qəbul edilməsi ilə pensiya təyinatında köklü dəyişikliklər edilmiş, bu zaman ƏPQ-yə daxil edilən qanunun 9.8-ci maddəsi həmin tarixədək, yəni xx.xx.2006-cı il tarixədək olan təminatların qorunub saxlanılması məqsədi daşımışdır, Qanunun qəbul edilməsindən 10 il əvvəl olan və artıq çoxdan öz hüquqi qüvvəsini itirmiş xx.xx.1997-ci il tarixədək olan təminatların deyil. Qanuna 9.8-ci maddənin daxil edilməsi ilə qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri gözlənilmişdir. Çünki hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaq məqsədi daşıyır. O da qeyd edilməlidir ki, bu yanaşmanın əksi həm ƏPQ-nin 9.8-ci maddəsinin təsbit edilmə məqsədinə, həm də 1 nömrəli siyahı üzrə xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin hüquqlarına zidd olmaqla, hüquq bərabərliyi prinsipinin pozulması deməkdir. Çünki əks yanaşma: - xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 20 il ümumi, 10 il xüsusi stajı olan, xx.xx.1997- xx.xx.2005-ci illər arasında 50 yaşı tamam olan şəxsin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 50 yaşdan güzəşli şərtlərlə pensiya təyin edilməsi barədə tələbinin rədd; - xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 20 il ümumi, 10 il xüsusi stajı olan, xx.xx.2006-cı ildən sonra 50 yaşı tamam olan şəxsin isə 50 yaşdan güzəşli şərtlərlə pensiya təyin edilməsi barədə tələbinin təmin edilməsinə gətirib çıxarır. Halbuki qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqil olsa da, bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). Mübahisəyə əks yanaşma, yəni xx.xx.1997- xx.xx.2005-ci illər arasında 50 yaşı tamam olan şəxslərlə, xx.xx.2006-cı ildən sonra 50 yaşı tamam olan şəxslər arasında fərqləndirmə aparılması legitim məqsədlərə xidmət etmək, istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsindən məhrumdur. Başqa sözlə, məhkəmənin qənaətinə görə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin xx.xx.1997-ci ilədək qüvvədə olan redaksiyasına əsasən məhz xx.xx.1997-ci ilədək 20 il ümumi, 10 il güzəştli iş stajı toplayıb və xx.xx.1997-ci ilədək 50 yaşı tamam olmuş şəxslərə, yəni hər üç şərtin eyni vaxtda xx.xx.1997-ci ilədək ödənildiyi halda 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməlidir. xx.xx.1997-ci il tarixdən sonra həmin ilin növbəti aylarında (məs, oktyabr, noyabr və s.) 50 yaşı tamam olmuşlara pensiya təyinatı 50 yaşdan deyil, artıq yaş həddinin xx.xx.1997-ci ildən 2000-ci ilin avqustun 1-dək olan hər il üçün 6 ay artımına müvafiq olaraq məs, 50 yaş 06 ay, 51 yaş, (....)., xx.xx.2000-ci ildən sonra isə 52 yaşdan aparıla bilər. Hazırkı iş üzrə iddiaçı isə 50 yaşını xx.xx.2007-ci ildə tamamlamış, belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq ona qüvvədə olan qanunun redaksiyasına əsasən düzgün olaraq 52 yaşdan pensiya təyin edilmişdir. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, ƏPQ-nin 9.8-ci maddəsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixə qüvvədə olan redaksiyası üzrə yaş və staja dair tələblərinin tətbiq edilməsini tələb etdiyindən iddiaçının 50 yaşının tamam olduğu xx.xx.2007-ci il tarixdən güzəştli şərlərlə pensiya təyin edilməsi barədə tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin müraciətin təminindən imtinası hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar