Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2840/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X15, X9 və X10) “qeydiyyatdan çıxarılma“ tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X15, X9 və X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından X12, ünvan 2 ünvanından X2 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının mülkiyyətində olan ünvan 1 və ünvan 3 ünvanlarında yerləşən mənzillər qanunsuz yolla özgəninkiləşdirilmişdir. Daha sonra iddiaçı tərəfindən üçüncü şəxslərə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin iddiası tam həcmdə təmin olunmadığından iddiaçı məcbur olub apellyasiya şikayəti vermişdir. Nəticədə apellyasiya şikayəti tam həcmdə təmin olunaraq iddia tələbləri təmin olunmuş, saxta müqavilələr ləğv olunmuş və həmin mənzillər iddiaçının mülkiyyətinə qaytarılaraq orada qanunsuz məskunlaşan bütün şəxslər mənzillərdən çıxarılaraq iddiaçıya təhvil verilməsi məhkəmə qətnaməsi ilə qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 2(103)- 7991/2018 saylı, 10.08.2018-ci il tarixli icra sənədinin icra olunması Nizami rayon İcra şöbəsinə həvalə edilmişdir. Həmin icra sənədi məcburi qaydada icra olunaraq mənzillər iddiaçıya təhvil verilmişdir. Lakin mənzillərin yerləşdiyi ünvanlar üzrə üçüncü şəxslər pasport qeydiyyatında qalmışdır. Bu da iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçıya məxsus mənzillərdə qeydiyyatda olan üçüncü şəxslər orada yaşamırlar və onlara məxsus olan bir əşya da yoxdur. Cavabdehin imtinası tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 17.09.2021-ci il tarixli məktubda qeyd edilir: Nizami Rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X13 ünvan 5 ünvanından, X4 və X5 ünvan 3 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.10.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 2 ünvanına dair sənədlərin surətinin verilməsi, həmçinin X12 həmin mənzilə dair istifadə hüquqlarının olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X12 sözügedən mənzilə istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 580/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X15, X14 və X6 qarşı “bağışlama, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv edilməsi barədə” iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin 10 saylı mənzilinə dair İddiaçı ilə X15 arasında Bakı şəhəri 22 saylı notariat kontorunda bağlanmış 07.04.2017-ci il tarixli, 4Ə-59 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, ünvan 1-a dair X12 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, ünvan 1-a dair X15 ilə X14 arasında Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış 16.04.2017-ci il tarixli, 4Ə-128 reyestr nömrəli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair İddiaçı ilə X15 arasında Bakı şəhəri 20 saylı notariat kontorunda bağlanmış 13.06.2017-ci il tarixli, 4Ə-186 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair X12 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair X15 ilə X10 arasında Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış 22.06.2017-ci il tarixli, 4Ə-227 reyestr nömrəli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız sayılması və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin 10 saylı və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilləri üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin mənzillərin boşaldılaraq İddiaçı təhvil verilməsi, X8 50.000 manat X3 xeyrinə və 45.000 manat X7 xeyrinə tutularaq verilməsi, X8 4.298 manat qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 4.299 avro və 4.000 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7991/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-580/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsindən cavabdeh X3 apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh X7 apellyasiya şikayətinin qismən təmin ediləməsi, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2018-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Qəhrəmanov Əziz X1 xeyrinə tutulacaq pulun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, X8 62.000 manat məbləğində pulun tutularaq X11 ödənilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2018-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir, nəzərə alınmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2018-ci il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin 10 saylı mənzilinə dair İddiaçı ilə X15 arasında Bakı şəhəri 22 saylı notariat kontorunda bağlanmış 07.04.2017-ci il tarixli, 4Ə-59 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, ünvan 1-a dair X12 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, ünvan 1-a dair X15 ilə X14 arasında Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış 16.04.2017-ci il tarixli, 4Ə- 128 reyestr nömrəli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair İddiaçı ilə X15 arasında Bakı şəhəri 20 saylı notariat kontorunda bağlanmış 13.06.2017-ci il tarixli, 4Ə-186 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair X12 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair X15 ilə X10 arasında Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış 22.06.2017-ci il tarixli, 4Ə-227 reyestr nömrəli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız sayılması və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin 10 saylı və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilləri üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərin boşaldılaraq İddiaçı təhvil verilməsi, Ə.Qəhrəmanovdan 50.000 manat, E.İbrahimovun xeyrinə tutularaq verilməsi, Ə.Qəhrəmanovdan 4.298 manat, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 4.299 avro və 4.000 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20.12.2021-ci il tarixli məktubda qeyd edilir: Sorğuda sadalanan ünvanlara dair məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 1 və ünvan 2 ünvanları İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sorğuya uyğun olaraq bildiririk ki, sadalanan şəxslərin həmin mənzillər üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-580/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsinin surəti və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7991/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsinin surəti həmin məktuba əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin 10 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin 19.08.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsinə əsasən verilmiş 2(103)-7991/2018 saylı, 10.08.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-580/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin 10 saylı mənzilinə dair İddiaçı ilə X15 arasında bağlanmış bağışlama müqaviləsi etibarsız sayılmış, həmin mənzilə dair X12 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, həmin mənzilə dair X15 ilə X14 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılmış və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilinə dair İddiaçı ilə X15 arasında bağlanmış bağışlama müqaviləsi etibarsız sayılmış, həmin mənzilinə dair X12 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, həmin mənzil dair X15 ilə X10 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılmış və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 3 saylı evin 10 saylı və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 79 saylı evin 14 saylı mənzilləri üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilmiş və həmin mənzillər boşaldılaraq İddiaçı təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7991/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-580/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsi qeyd olunan hissədə apellyasiya baxışının predmeti olmamışdır, qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və icra edilmişdir. Hazırda ünvan 1 və ünvan 2 ünvanları İddiaçı adına qeydiyyata alınmışdır və mülkiyyətindədir. Üçüncü şəxs X15 ünvan 1 ünvanında, üçüncü şəxslər X9 və X10 ünvan 2 ünvanında qeydiyyatda olsalar da, orada yaşamırlar və onların həmin mənzillər üzərində istifadə hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Hazırda üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzillərdə formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzillərdə formal olaraq qeydiyyatda qalmışlar və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanından X12, ünvan 2 ünvanından X2 və X3 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2840/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2840/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver