Məhkəmə qərarları › İş №2-1(112)-2843/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2843/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2843/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X23 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili X6, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona 52 yaşının tamam olduğu, 26 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranmış pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı 52 yaşının tamam olduğu, 26 avqust 2017-ci il tarixdən güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26 avqust 1965-ci ildə anadan olmuş, 1982-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitututuna daxil olmuş, 1989-cu ildə bitirmişdir. Həmçinin, 26 iyun 1984-cü ildən, 10 may 1986-cı ilədək hərbi xidmətdə olmuşdur. 52 yaşının tamam olduğu, 26 avqust 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan pensiya fərqinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə 22 oktyabr 2020-ci il tarixli, **********8 saylı məktubla cavab verilərək göstərilmişdir ki, «..Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”-nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (kod 1100000b-17541) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 08 iyul 1983-cü il tarixli ИT-İ ******* saylı əmək kitabçasında 21 avqust 1989-01 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində «X11 X13 X15 İdarəsi»-nin kəşfiyyat pensiyasına mexanik və böyük mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə aid deyildir». Aşağıdakı səbəblərdən cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, əmək fəaliyyətinə 21 avqust 1989-cu ildə X11 Kontorunda (12 oktyabr 1989-cu ildən X14 İdarəsi adlanmışdır) qazma avadanlıqlarına xidmət və təmiri üzrə mexanik kimi başlamışdır. 02 yanvar 1992ci ildən-01 iyun 1996-cı ilədək X4 böyük mexanik vəzifəsində, 01 iyun 1996-cı ildən həmin X2ma avadanlıqlarının xidməti və təmiri üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 01 may 2003-cü ilədək həmin vəzifədə işləmişdir. 02 yanvar 2004-cü ildə həmin kəşfiyyat partiyasında 12-ci dərəcəli qazma işləri üzrə mexanik vəzifəsinə təyin edilmişdir. 03 fevral 2006-cı ildə «Kompleks geoloji və topoqrafiya İdarəsi» mövcud təşkilati hüquqi forması dəyişdirilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Geofizika və geodeziya» İdarəsinin tabeçiliyinə verilmişdir. 01 iyun 2008-ci ildən X5 12-ci dərəcəli qazma qurğusunun mexaniki vəzifəsinə təyin edilmiş, hazırda da, Dövlət Neft Şirkəti «Qaz İxracı» İdarəsində əmək fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”-nın neftin qazılması və hasilatı (dəniz neftçiləri), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (kod 1100000b-17541) nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin siyahının “kod1100000b-23485”-də quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexanikləri də, nəzərdə tutulmuşdu. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarının istinad olunan bölməsində quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin mütəxəssisləri ( o cümlədən mühəndisləri) nəzərdə tutulmuşdur. Ona məxsus 039423 saylı diplomdan da, göründüyü kimi, Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək, mühəndis mexanik ixtisasına yiyələnmişdir. İxtisasına uyğun olaraq, X11 X13 X15 İdarəsinin kəşfiyyat partiyasında mütəxəssis olaraq mexanik və böyük mexanik vəzifəsində işləmişdir. Odur ki, «X11 X13 X15 İdarəsi»nin kəşşfiyyat partiyasında mexanik və böyük mexanik vəzifələrində işlədiyi dövrün cavabdeh tərəfindən xüsusi iş stajına daxil edilməməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının tələblərinə zidd olmuşdur. Hesab edir ki, 1989cu ildən etibarən X11 Kontorunda çalışdığı mütəxəssis (mexanik, böyük mexanik, mühəndis) vəzifəsində çalışdığı iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə tərəfindən təsdiq olunan 1 saylı Siyahısında (kod 1100000b-17541, quyularlda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları) nəzərdə tutulmuşdur. Əmək kitabçasındakı qeydlərdən müəyyən edilir ki, həmin müddət 10 ildən artıqdır. Belə ki, cavabdehin üst qurumu olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının “30” iyun 2005-ci il tarixli 12-1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının neft sənayesinə aid olan qulluqçu vəzifələrinin X20-Sorğu Kitabçası”nın “MÜTƏXƏSSİSLƏR” bölməsindən göründüyü kimi, mütəxəssis anlayışına “İstehsalat (sahə) mexaniki”, “mühəndis texnoloq”, “mühəndis laborant”, “Texnik-texnoloq (böyük texnik-texnoloq da daxil olmaqla)” daxildir. Eyni zamanda, həmin sənədin “Bölməyə daxil olan qulluqçu vəzifələrinin əlifba sırası ilə adları və dərəcələr diapazonu” cədvəlinin 6-cı sırada əks olunmaqla mütəxəssis qismində “İstehsalat (sahə) mexaniki” də aid edilmişdir. Yenə, həmin sənədin “Bölməyə daxil olan qulluqçu vəzifələrinin müqayisəli adları və dərəcələr diapazonu” cədvəlində “İstehsalar (sahə) mexaniki” vəzifəsinin əvvəlki adının rus dilində ifadə edilməklə “механик производства (участка)” kimi ifadə edilmişdir. Eyni yanaşma 30.06.2005-ci il tarixinədək qüvvədə olmuş ixtisas-sorğu kitabçasında da əks olunmuşdur. Göründüyü kimi, cavabdeh təşkilatın üst qurumu olan Nazirliyin təsdiq etdiyi sənəddə də, “mütəxəssis” ümumi anlayış kimi müəyyən edilməklə, bura bir sıra vəzifələr, o cümlədən, mexaniklər də, daxil edilmişdir. Beləliklə, 01.01.2006-cı ilədək dəniz şəraitində əmək stajı 10 ildən artıq, təhsil və hərbi xidmət dövrü ilə birlikdə 20 il ümumi stajı yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial siğorta stajı (bundan sonra-siğorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial siğorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə siğorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli , 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Onun işlədiyini peşələr əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İstinad olunan maddi hüquq normasının tələbinə əsasən 01 yanvar 2006-cı ilədək 20 il ümumi iş stajı, o cümlədən 10 il xüsusi stajı olan şəxslərə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbləri əsas götürülməklə təyin edilir. 01 yanvar 2006-cı il tarixinədək qüvvədə omuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün, onun 20 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə tərəfindən təsdiq olunan 1 saylı Siyahı üzrə 10 ildən artıq isə güzəştli şərtlərlə əmək stajı 01 yanvar 2006-cı ilədək yarandığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ona pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixədək olan redaksiyası əsas götürülməlidir. Onun 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı” üzrə (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində, (kod 1100000b-17541) quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları) 10 ildən artıq güzəştli iş stajı olduğundan, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən 52 yaşının tamam olduğu 26 avqust 2017-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensantı, kömür və şistin emalı bölməsində (1100000) quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geoloqları, texnikləri, ustaları vəzifələri (1100000-17541) nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 iyul 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında 21.08.1989-01.06.1996-cı il tarixləri arasındakı dövr ərzində “X11 X13 X15 İdarəsi”nin kəşfiyyat partiyasında mexanik və böyük mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə aid deyildir. Əlavə olaraq, bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş xahiş edir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə təqdim edilərək bildirilmişdir ki, o, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 52 yaşının tamam olduğu, 26 avqust 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində əsalandırmışdır ki, əmək stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nın kod 1100000b—17541 (neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri) və kod1100000b—23485-nə (quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexanikləri) aid edilməklə hesablanmalıdır. Bu əsaslandırmanın bir hissəsi də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının "30" iyun 2005-ci il tarixli 12-1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının neft sənayesinə aid olan qulluqçu vəzifələrinin X20-Sorğu Kitabçası”nın “MÜTƏXƏSSİSLƏR” bölməsindən göründüyü kimi, mütəxəss anlayışına “İstehsalat (sahə) mexaniki”, “mühəndis texnoloq”, “mühəndis laborant”, “Texnik-texnoloq (böyük texnik-texnoloq da daxil olmaqla)” daxil edilməsi, eyni zamanda həmin sənədin “Bölməyə daxil olan qulluqçu vəzifələrinin əlifba sırası ilə adları və dərəcələr diapazonu” cədvəlinin 6-cı sırada əks olunmaqla mütəxəssis qismində “İstehsalat (sahə) mexaniki” də aid edilməsi, həmin sənədin “Bölməyə daxil olan qulluqçu vəzifələrinin müqayisəli adları və dərəcələr diapazonu” cədvəlində “İstehsalat (sahə) mexaniki” vəzifəsinin əvvəlki adnın rus dilində ifadə edilməklə "Механик производства (участка)" kimi ifadə edilməsi olmuşdur. Yəni, normativ akt tərtib edilərkən, rus dilindən düzgün tərcümə edilməmə, nəticəsində bu qeyri müəyyənlik yaranmışdır. Lakin sonradan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı qəbul edilərkən, bu qeyri-müəyyənlik aradan qaldırılmışdır. Belə ki, sosnuncu qərarla (23.01.2007, № 12) təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da əks olunmuşdur. Sonuncu siyahının 10.1-ci bəndinin “b” yarımbəndinin 6-cı (bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)) və 11-ci (quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər) abzasları bilavasitə onun əmək fəaliyyəti üzrə vəzifələri icra etdiyi sahələri əks etdirir. Belə ki, iddia ərizəsində də, göstərdiyi və əmək kitabçasına da, əks olunan kimi, əmək fəaliyyətinə qazma avadanlıqlarına xidmət və təmiri üzrə mexanik kimi başlamış, daha sonra vəzifəsi artırılaraq, böyük mexanik vəziyyəsində, və daha sonra da qazma avadanlıqlarının xidməti və təmiri üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilməklə, 01 may 2003-cü ilədək həmin vəzifədə işləmişdir. 02 yanvar 2004cü ildə həmin kəşfiyyat partiyasında 12-ci dərəcəli qazma işləri üzrə mexanik vəzifəsinə təyin edilmişdir. Əmək vəzifələri və funksiyaları haqqında qısa olaraq bildirir ki, o, əmək fəaliyyətinə 21 avqust 1989-cu ildə Kompleks X15 İdarəsində qazma avadanlıqlarının təmiri üzrə mexanik kimi başlamışdır. Bu İdarə keçmiş SSRİ-də yeganə dəniz geoloji-kəşfiyyat idarəsi olaraq, Xəzər dənizinin bütünlükdə neftli-qazlı yataqların, vilayətlərinin geologiyasının öyrənilməsi ilə məşğul olmuşdur. Yalnız onu demək kifayətdir ki, məhz onların idarənin qazdığı quyularla az dərinlikdə yatan 6 neft-qaz yatağı aşkar olunmuşdur ki, bunlardan da, biri Qazaxıstan sularında, ikisi Dağıstan sularında, ikisi isə Azərbaycan sularında (Qərbi Abşeron və Həzi Aslanov yataqları) yerləşmişdir. Bundan başqa qeyd edir ki, Abşeron antiklinalının uzaq cənub qanadında yerləşən yeni tipli Qala lay dəstəsindəki sənaye əhəmiyyətli qaz yığımının aşkar edilməsi də, idarənin adı ilə bağlıdır. Məlumat üçün bildirir ki, 02.01.1992-ci ildən X4 böyük mexanik vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə 01.06.1996-cı il tarixinə qədər işləmiş və həmin tarixdən etibarən X15 İdarəsinin Kəşfiyyat partiyasında mühəndis vəzifəsinə keçirilmişdir. Bu vəzifədə 11.02.2004-cü il tarixinə qədər işləmiş və bu tarixdən sonra X1ma avadanlıqlarının təmiri və istismarı üzrə qazma qurğusunun mexaniki vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə 01.06.2008-ci il tarixinə qədər işləmişdir. Dəniz şəraitində neft quyuları, qaz quyuları, struktur kəşfiyyat qazma quyuları və demək olar ki, bütün quyuların qazılması qazma qurğusu vasitəsi ilə yerinə yetirilir. Bu qazma qurğusuna aid olan qazma avadanlıqları aşağıdakı kimidir: 1.qazma qülləsi (qazma vışkası), 2.kran-blok, 3.Tal-blok, 4. Bucurqad, 5. Fırlanqıc, 6. Qazma Boruları, 7, Qazma baltası, 8. Qazma nasosları, 9. Rotor, 10. Qazma borcularını qaldırıb endirmək üçün istifadə edilən burax (qazma kanatı) və s. Yuxarıda göstərilən qazma qurğusuna aid olan avadanlıqların yoxlanılması, təmir edilməsi, sazlanması və istismar olunması üçün quraşdırılması işləri mexanik və böyük mexanikin vəzifə təlimatına daxildir. Əvvəllər işlədiyi, X16-Kəşfiyyat İdarəsinin balansında olan X17rğusunda istifadə olunan qazma qülləsi barəsində məlumat vermək istəyr. Qazma Qülləsi (Qazma vışkası) – aşağı hissəsi 6 metr 25 sm × 6 metr 25 sm olan, hündürlüyü 27.6 metr və yük qaldırma qabiliyyəti maksimum 60 ton olan bir qurğudur. Bu Qurğunun əsas vəzifəsi qazma avadanlıqlarını qazma aparmaqla öz üzərində saxlamaqdan ibarətdir. Məsələn, bu qurğu vasitəsi ilə qazılan 1000 metrlik quyuda qazma işləri zamanı qazma qülləsinə (vışkasına) 19 ton 500 kq yük düşəcəkdir (qazmada istifadə olunan qazma borcularının hər 1 metrinin çəksii 19.5 kq-dır, yəni 19.5 ×1000 metr alınır 19.5 ton). Bu qurğunun yuxarı hissəsində kran-blok avadanlığı yerləşdirilir. Bu avadanlığın vəzifəsi qazma zamanı istifadə olunan qazma borularının qaldırılıb-endirilməsində isitfadə olunan kanat və ya burazın kran blokda olan roliklərin üzərində hərəkətinin tənzimlənməsindən ibarətdir. İddia ərizəsinə bu əlavədə göstəridiyi əsaslandırma bir daha sübut edir ki, o, iddiasında əsaslı və ədalətlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, İddiaçı adına 25.08.1989-cu il tarixdə açılmış əmək kitabçasının surətindən müəyyən edilir ki, İddiaçı əmək fəlaiyyətinə 21 avqust 1989-cu ildə X11 Kontorunda (12 oktyabr 1989-cu ildən X14 İdarəsi adlanmışdır) qazma avadanlıqlarına xidmət və təmiri üzrə mexanik kimi başlamış, 02 yanvar 1992-ci ildən, 01 iyun 1996-cı ilədək X4 böyük mexanik vəzifəsində, 01 iyun 1996-cı ildən həmin X2ma avadanlıqlarının xidməti və təmiri üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 01 may 2003- cü ilədək həmin vəzifədə işləmiş, 02 yanvar 2004-cü ildə həmin kəşfiyyat partiyasında 12-ci dərəcəli qazma işləri üzrə mexanik vəzifəsinə təyin edilmiş, 03 fevral 2006-cı ildə “X8 və topoqrafiya İdarəsi” mövcud təşkilatı hüquqi forması dəyişdirilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və geodeziya” İdarəsinin tabeçiliyinə verilmişdir. 01 iyun 2008-ci ildən X5 12-ci dərəcəli qazma qurğusunun mexaniki vəzifəsinə təyin edilmiş, hazırda da, Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsində əmək fəaliyyətini davam etdirir. İşdə olan РВ seriyalı, 039423 nömrəli M.Əzizbəyov adına Neft və Kimya İnstitutu tərəfindən verilmiş diplomun surətindən görünür ki, İddiaçı 1989-cu ildə M.Əzizbəyov adına Neft və X21-neft mədən fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisasını bitirmişdir. İşdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-318 nömrəli, 31.08.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, M.Əzizbəyov adına Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədləri əsas tutularaq bildirilmişdir ki, İddiaçı 1982-ci ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur. İddiaçı 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 1986-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna daxil olmuşdur. 1989-cu ildə qeyd edilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə” 21.08.2020-ci il tarixli müraciətinə cavab olaraq verilmiş 22.10.2020-ci il tarixli, **********9 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlədrə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsndə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən eidlmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahısı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondesantı, kömür və şistin emalı bölməsində (1100000) quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (1100000-17541) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 8 iyul 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında 21.08.1989-01.06.1996-cı il tarixləri arasındakı dövr ərzində “X11 X13 X15 İdarəsi”nin kəşfiyyat partiyasında mexanik və böyük mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə aid deyildir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan SOCAR Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı həqiqətən X8 və Topoqrafiya İdarəsinin (indiki X9 istehsalat Bölümü) arxiv sənədlərinə əsasən Xəzərdənizneftqaz İstehsalat birliyinin Dəniz geoloji-kəşfiyyat kontorunda X17rğusunun kəşfiyyat partiyasına qazma qurğusunun təmiri və xidməti üzrə mexanik, böyük mexanik,mühəndis, Quruda İstismar qazma partiyasında qazma qurğularının təmiri və xidməti üzrə baş mexanik vəzifəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: 21,08.1989-cu il tarixli 129-k saylı əmrə əsasən Xəzərdənizneftqaz stehsalat birliyinin Dəniz geoloji-kəşfiyyat kontorunun X17rğusunun kəşfiyyat partiyasına qazma qurğularının təmiri və xidməti üzrə mexanik vəzifəsinə işə qəbul olunub. 14.01.1992-ci il tarixli 5-k saylı əmrə əsasən kəşfiyyat partiyasına qazma qurğusunun təmiri və xidməti üzrə böyük mexanik vəzifəsinə keçirilib. 14.06.1996-cı il tarixli 45-k saylı əmrə əsasən kəşfiyyat partiyasında 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 01.11.1999--cu il tarixli 114-k saylı əmrə əsasən kəşfiyyat partiyasında mühərriklərin təmiri və xidməti üzrə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 01.05.2000-ci il tarixli 34-k saylı əmrə əsasən kəşfiyyat partiyasında mühərriklərin təmiri və xidməti üzrə 13-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. İşdən azad olma: 01,05.2003-cü il tarixli 09-k saylı əmrə əsasən X8 və Topoqrafiya İdarəsindən Azərbaycan Respublikasının ƏM-nin 69.3 bəndinə əsasən tutduğu vəzifədən azad edilib,onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İşə qəbul olma: 02.01.2004-cü il il tarixli 2-k saylı əmrə əsasən X8 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasına qazma qurğusunun təmiri və xidməti üzrə 12-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul olunub. 15.11.2008-ci il tarixli 61-k saylı əmrə əsasən Quruda istismar qazma partiyasında qazma qurğularının təmiri və xidməti üzrə 12ci dərəcəli mexanik vəzifəsinə keçirilib. 14.01.2008-ci il tarixli 03-k saylı əmrə əsasən Quruda istismar qazma partiyasında qazma qurğularının təmiri və xidməti üzrə 13-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. 01.06.2009-cu il tarixli 101-k saylı əmrə əsasən Quruda istismar qazma partiyasında qazma qurğularının təmiri və xidməti üzrə 16-cı dərəcəli baş mexanik vəzifəsinə keçirilib. İşdən azad olma: 30.08.2012-ci il tarixli 405-k saylı əmrə əsasən X8 və Topoqrafiya İdarəsindən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən idarənin ləğvi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Cəmi iş stajı: 21,08.1989-cu ildən 30.08.2012-ci ilə qədər 22 il,4 ay 10 gündür. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X8 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X9 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin tabeliyində olan X12 Ekspedisiyası ARDNŞ-nin 27.12.2013-cü il tarixli 13-1000-01 -SM-05- 000033 saylı əmri ilə X9 İstehsalat Bölümü adlandırılmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən SOCAR Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş 13 iyul 2021-ci il tarixli məktubla təqdim edilmiş, arxiv arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ona görə ki, həqiqətən onun X8 və Topoqrafiya İdarəsinin (indiki X9 İstehsalat Bölümü) arxiv sənədlərinə əsasən Xəzərdənizneftqaz İstehsalat birliyinin Dəniz geoloji-kəşfiyyat kontorunda X17rğusunun kəşfiyyat partiyasına qazma qurğusunun təmiri və xidməti üzrə mexanik, böyük mexanik, mühəndis, Quruda istismar qazma partiyasında qazma qurğularının təmiri və xidməti üzrə baş mexanik vəzifəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: 21.08.1989-cu il tarixli 129-k saylı əmrə əsasən Xəzərdənizneftqaz İstehsalat birliyinin Dəniz geoloji-kəşfiyyat kontorunun X17rğusunun kəşfiyyat partiyasına qazma qurğularının təmiri və xidməti üzrə mexanik vəzifəsinə işə qəbul olunub. 14.01.1992-ci il tarixli 5-k saylı əmrə əsasən kəşfiyyat partiyasına qazma qurğusunun təmiri və xidməti üzrə böyük mexanik vəzifəsinə keçirilib. 14.06.1996—cı il tarixli 45-k saylı əmrə əsasən kəşfiyyat partiyasında 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 01.11.1999-cu il tarixli 114-k saylı əmrə əsasən kəşfiyyat partiyasında mühərriklərin təmiri və xidməti üzrə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 01.05.2000--Cİ il tarixli 34-k saylı əmrə əsasən kəşfiyyat partiyasında mühərriklərin təmiri və xidməti üzrə 13-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. İşdən azad olma: 01.05.2003-cü il tarixli 09-k saylı əmrə əsasən X8 və Topoqrafiya İdarəsindən Azərbaycan Respublikasının ƏM-nin 69.3 bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İşə qəbul olma: 02.01.2004-cü il il tarixli 2-k saylı əmrə əsasən X8 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasına qazma qurğusunun təmiri və xidməti üzrə 12-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul olunub. 15.11.2008-ci il tarixli 61-k saylı əmrə əsasən Quruda istismar qazma partiyasında qazma qurğularının təmiri və xidməti üzrə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. 14.01.2008-ci il tarixli 03-k saylı əmrə əsasən Quruda istismar qazma partiyasında qazma qurğularının təmiri və xidməti üzrə 13-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. 01.06.2009-cu il tarixli 101-k saylı əmrə əsasən Quruda istismar qazma partiyasında qazma qurğularının təmiri və xidməti üzrə 16-cı dərəcəli baş mexanik vəzifəsinə keçirilib. İşdən azad olma: 30.08.2012-ci il tarixli 405-k saylı əmrə əsasən X8 və Topoqrafiya İdarəsindən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən idarənin ləğvi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Cəmi iş stajı: 21.08.1989-cu ildən 30.08.2012-ci ilə qədər 22 il, 4 ay 10 gündür. İddiaçı dənizdə üzən qazma qurğusunda neft və qaz proseslərinin qazılması zamanı quyuların qazılması üzrə istehsalat prosesində mexaniki avadanlıqların saz vəziyyətdə saxlanılmasında, təmirinin təşkilində birbaşa iştrak etmiş, qazma qülləsində olan bütün mexaniki avadanlıqların təmirində iştrak etmiş, quyuların sınaqdan keçirilməsi prosesində istifadə olunan bütün mexaniki avadanlıqların quraşdırılmasında, sınaq olunmasında bilavasitə iştirak etmişdir. O, üzən qazma qurğusunun mexaniklərinin tarif ixtisas dərəcəsinə əsasən mütəxəsis sayılmış, bilavasitə geofiziki tədqiqat aparan mədən geofizika partiyasının mühəndislərinin və mexaniklərinin işinin ağırlıq dərəcəsinə görə fərqli olaraq daha mürəkkəb mexaniki işlərin icrası ilə məşğul olmuşdur. İddiaçı çalışdığı qazma qurğularının təmiri və xidməti üzrə, mühəndis vəzifəsi 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1. Qazma b) rəhbərlər və mütəxəssislər 1100000b—17541 kodunda göstərilmişdir. İddiaçı çalışdığı mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin və göstəricilərin siyahısı”nda

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin 10.1 (b) rəhbərlər və mütəxəssislər yarımbəndində göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X8 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X9 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin tabeliyində olan X12 Ekspedisiyası ARDNŞ-nin 27.12.2013-cü il tarixli 13-1000-01-SM-05-000033 saylı əmri ilə X9 İstehsalat Bölümü adlandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “pensiya kapitalı” şərtinin olmamasına istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, 28.01.1961-ci il təvəllüdlüdür və o, hazırda 01.01.2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 28.01.2018-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, hazırda mübahisənin predmetini iddiaçının 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respulikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ əldə edib-etməməsi təşkil edir. Məhkəmə bununla bağlı qanunvericiliyin aşağıda göstərilən normalarını qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə 13.06.1997ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Hazırki mübahisə yuxarıda göstərilən qanunvericiliyin normaları nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək iddiaçının 20 il ümumi iş stajı və 10 il xüsusi iş stajının olmasını şərtləndirir. Məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək əldə etdiyi ümumi iş stajına münasibətdə qeyd edir ki, işdə olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı 1982-1989-cu illərdə (hərbi xidmət də, daxil olmaqla) M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda təhsil almış, 21 avqust 1989-cu ildə X11 Kontorunda (12 oktyabr 1989-cu ildən X14 İdarəsi adlanmışdır) qazma avadanlıqlarına xidmət və təmiri üzrə mexanik kimi başlamış, 02 yanvar 1992-ci ildən, 01 iyun 1996-cı ilədək X4 böyük mexanik vəzifəsində, 01 iyun 1996-cı ildən həmin X2ma avadanlıqlarının xidməti və təmiri üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 01 may 2003-cü ilədək həmin vəzifədə işləmiş, 02 yanvar 2004-cü ildə həmin kəşfiyyat partiyasında 12-ci dərəcəli qazma işləri üzrə mexanik vəzifəsinə təyin edilmiş, 03 fevral 2006-cı ildə “X8 və topoqrafiya İdarəsi” mövcud təşkilatı hüquqi forması dəyişdirilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və geodeziya” İdarəsinin tabeçiliyinə verilmişdir. 01 iyun 2008-ci ildən X5 12-ci dərəcəli qazma qurğusunun mexaniki vəzifəsinə təyin edilmiş, hazırda da, Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsində əmək fəaliyyətini davam etdirir. Göründüyü kimi, iddiaçı 01.01.2006-cı il tarixədək 20 il ümumi iş stajı əldə etmişdir. Məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək əldə etdiyi xüsusi iş stajına münasibətdə qeyd edir ki, işdə olan sənədlərdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsasında göstərilmişdir kİi, Mərkəzi filiala təqdim etdiyi 8 iyul 1983-cü il tarixli, ИT- T ******* nömrəli əmək kitabçasında 21.08.1989-01.06.1996cı il tarixləri arasındakı dövr ərzində “X11 X13 X15 İdarəsi”nin kəşfiyyat partiyasında mexanik və böyük mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur, lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondesatı, kömür və şistin emalı bölməsində (1100000) quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri (110000-17541) nəzərdə tutulmuş, mexanik və böyük mexanik vəzifələri nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinasının əsaslarının araşdırılması məqsədilə məhkəmə tərəfindən SOCAR Geofizika və Geologiya İdarəsinə sorğu göndərilmiş, məhkəmənin sorğusuna sonuncu tərəfindən 13 iyul 2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, İddiaçı dənizdə üzən qazma qurğusunda neft və qaz proseslərinin qazılması zamanı quyuların qazılması üzrə istehsalat prosesində mexaniki avadanlıqların saz vəziyyətdə saxlanılmasında, təmirinin təşkilində birbaşa iştirak etmiş, qazma qülləsində olan bütün mexaniki avadanlıqların təmirində iştirak etmiş, quyuların sınaqdan keçirilməsi prosesində istifadə olunan bütün mexaniki avadanlıqların quraşdırılmasında, sınaq olunmasında bilavasitə iştirak etmiş, o, üzən qazma qurğusunun mexaniklərinin tarif ixtisas dərəcəsinə əsasən mütəxəssis sayılmış, bilavasitə geofiziki tədqiqat aparan mədən geofizika partiyasının mühəndislərinin və mexaniklərinin işinin ağırlıq dərəcəsinə görə fərqli olaraq daha mürəkkəb mexaniki işlərin icrası ilə məşğul olmuşdur. İddiaçı çalışdığı qazma qurğularının təmiri və xidməti üzrə, mühəndis vəzifəsi 11000000 X.Neftin qzılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1. Qazma b) rəhbərlər və mütəxəssislər 1100000b—17541 kodunda göstərilmişdir. Göründüyü kimi, iddiaçının 21.08.1989-01.06.1996-cı il tarixləri arasındakı dövr ərzində “X11 X13 X15 İdarəsi”nin kəşfiyyat partiyasında mexanik və böyük mexanik işlədiyi peşələri tarif ixtisas dərəcəsinə görə mütəxəssis sayılmış, eləcə də, o, bilavasitə geofiziki tədqiqat aparan mədən geofizika partiyasının mühəndislərinin və mexaniklərinin işinin ağırlıq dərəcəsinə görə fərqli olaraq daha mürəkkəb mexaniki işlərin icrası ilə məşğul olmuşdur. Onun 21.08.1989-01.06.1996-cı il tarixləri arasındakı dövr ərzində “X11 X13 X15 İdarəsi”nin kəşfiyyat partiyasında işlədiyi həmin peşələr ******* X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1.Qazma b) rəhbərlər və mütəxəssislər 1100000b—17541 koduna aid edilməklə, həmin illər onun güzəştli iş stajına daxil edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ümumən iddiaçının 01.01.2006-cı il tarixədək xüsusi iş stajının 10 ildən artıq olduğu müəyyən edilmişdir. Məhkəmə eləcə də, iddia tələbinin 26 avqust 2017-ci il tarixdən yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina cavabının surətindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə “Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə” ərizə ilə 21.08.2020-ci il tarixdə müraciət etmişdir. Beləliklə, hazırda iddia tələbinin “26 avqust 2017-ci il tarixdən etibarən yaranmış pensiya fərqi məbləğinin ödənilməsi” hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsində göstərilən şərtləri ödədiyindən, iddia tələbi həmin hissədə də, əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni 26.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar