Məhkəmə qərarları › İş №2-1(112)-2847/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2847/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2847/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədəqərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Sobu kəndində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdə Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına yol montyoru qəbul olunmuş və xx.xx.1981-ci il tarixdə işdən azad olunmuşdur. 1981-ci il 16 noyabr tarixdən xx xxxxxx 1983-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. 1984-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon 59 saylı Zəngilan rayon X4 işləmişdir. xx.xx.1994-cü il tarixdən xxxx Qapalı Səhmdar Cəmiyyətində əmək fəaliyyətinə başlamışdır. Xüsusi ağır iş şəraitində uzun müddət işləmişdir. İşlədiyi iş şəraiti iddiaçıya güzəştli şərtlərə əmək pensiyası hüququ verir. Hazırda da güzəştli şərtlərlə əmək stajı davam edir. İddiaçının işlədiyi iş şəraiti xüsusi ağır və zərərli iş şəraitidir. Lakin ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə müraciət etməyinə baxmayaraq pensiya təyin edilməmişdir. İddiaçının xüsusilə ağır iş şəraiti və zərərli iş şəraiti ilə işləməyini nəzərə almayaraq ona pensiya təyin edilməsindən imtina edilmişdir. Ərizəyə əlavə edilmiş təkcə Bakı Metropalitenində işlədiyi zərərli və xüsusilə ağır iş şəraitində əmək stajı 17 il 09 ay 25 gün təşkil etmişdir. Ümumi iş stajı isə 41 il təşkil edir. Nəzərə almaq lazımdır ki, iddiaçı artıq 2006-cı ilə kimi qanunvericilikdə nəzərdə tutulmuş 25 il ümumi əmək stajını və 12 il 6 ay güzəştli stajı toplamışdır. Ona görə də iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh DSMF-nin X3 İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. DSMF-nin X3 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx xxx 2020-ci il tarixli, **********6 saylı yazılı etirazda iddiaçıya ünvanlanmış 12.2019-cu il tarixli, **********9 saylı imtina məktubunda qeyd edilənlər göstərilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci və İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddələrinə istinad edilməklə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Zəngilan rayonunun Sobu kəndində doğulmuşdur. - İddiaçıya məxsus olmaqla xx.xx.1994-cü ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Milli Orduda xidmət etmiş, 13/OK saylı, xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü ildə elektromexanika xidmətində xüsusilə ağır əmək şəraitində 3-cü dərəcəli çilingər elektrik vəzifəsinə qəbul edilmiş, 42/OK saylı, xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci il tarixdən ağır əmək şəraitinə keçirilmiş, 116/Ok saylı, xx.xx.1996-cı il tarixli əmrə əsasən xx.xx.1996-cı il tarixdən ağır əmək şəraitində 4-cü dərəcəli çilingər-elektrik təyin edilmiş, 49/KŞ saylı, xx.xx.2000-ci il tarixli əmrlə xx.xx.2000-ci il tarixdən xüsusilə ağır əmək şəraitində 5-ci dərəcəli çilingər-elektrik təyin edilmiş, 98/KŞ saylı, xx.xx.2003-cü il tarixli əmrə əsasən xx.xx.2003-cü il tarixdən ağır iş şəraiti ilə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 30/KŞ saylı, xx.xx.2005-ci il tarixli əmrə əsasən xx.xx.2005-ci il tarixdən xüsusilə ağır iş şəraiti ilə 5-ci dərəcli elektrik çilingəri su təchizatı sahəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdən K-36 saylı, xx.xx.2014-cü il tarixli əmrə əsasən 2 saylı Elektromexanika distansiyasına xüsusi ağır və zərərli iş şəraiti ilə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3-933 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı İmran oğlunun xx xxxxxx 2006-cı ilədək “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində xüsusi ağır iş şəraiti ilə (Əmr 13/ok xx.xx.1994-cü il), xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək ağır iş şəraiti ilə (Əmr 42/ok 01,05.1995-ci il, Əmr 116/ok xx.xx.1996-cı il), xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək xüsusi ağır iş şəraiti ilə (Əmr 49/kş xx.xx.2000-ci il), xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək ağır iş şəraiti ilə (Əmr 98/kş xx.xx.2003-cü il), xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək xüsusi ağır iş şəraiti ilə (Əmr 30/kş xx.xx.2005-ci il) elektrik çilingəri peşəsində işləmişdir. İddiaçı İmran oğlunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİİ fəsil 2 nömrəli (Metropoliten) 2300200a bəndinə əsasən güzəştli şərtlərlə əmək stajı 5 il 08 ay təşkil edir. - “xxxx” Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı X8 İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 19 saylı arayışda göstərilmişdir ki, İddiaçı 1984-cü ildən Zəngilan rayon 47 nömrəli Yol Sahəsində işləmişdir. xx.xx.1994-cü ildən işdən azad edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, xx.xx.2019-cu ildə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncunun iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.2ci bəndində göstərilmişdir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilsə də, əmək stajını təsdiq edən əmək kitabçasına alternativ sənədlərdən biri də əmək stajını təsdiq edən arxiv arayışı hesab edilir və işçinin müvafiq fəaliyyət dövrünün onun əmək kitabçasında qeyd edilməməsi həmin dövrün əmək fəaliyyəti dövrü kimi nəzərə alınmaması üçün əsas deyildir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən tövsiyə xarakterli qərarında göstərilənlərə əsasən “xxxx” Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı X8 İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 19 saylı arayışın mötəbərliyinin müəyyən edilməsi istiqamətində bir sıra orqanlara sorğular ünvanlanmış, həmin sorğulara cavab olaraq: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” İnstitutu MMC-dən məhkəməyə daxil olmuş 384 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı ‘”xxxx” Dövlət Şirkətinin Cəbrayıl şəhər 2 saylı X8 idarəsinin Zəngilan şəhər 59 saylı X2 əmək fəaliyyəti barədə Arxiv sənədlərinin saxlanılması və informasiya şöbəsi tərəfindən arxiv sənədləri əsasında araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, sözügedən İdarə tərəfindən 1984-1994-cü illərə aid heç bir sənəd İnstitutun arxivinə təhvil verilməmişdir Bu səbəbdən İddiaçı 1984-1994-cu illər üzrə “xxxx” Dövlət Şirkətinin Cəbrayıl şəhər 2 saylı X8 İdarəsinin Zəngilan şəhər 59 saylı X4 işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərin surətinin tərəfimizdən Sizə təqdim edilməsi mümkün deyil. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 1-2-118/6442-20 saylı məktubda bildirilmişdir ki, “xxxx” Dövlət Şirkətinin Cəbrayıl şəhər 2 saylı X8 İdarəsinin Zəngilan şəhər 59 saylı X5 sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Respublikanın kənd rayon və şəhər nəqliyyat müəssisələrinin sənədləri idarənin özündə saxlanılır və ya aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin rayon, şəhər filiallarına təhvil verilir. Bu səbəbdən tələb olunan arxiv arayışlarının verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 5-1672 saylı məktubda bildirilmişdir ki, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi səbəbindən sözügedən inzibati ərazi vahidləri çərçivəsində fəaliyyət göstərmiş idarə, müəssisə və təşkilatların dövlət mühafizəsində olan arxiv sənədləri işğal zonasında qalmışdır. Yuxarıda qeyd edilən səbəbə görə sorğunuzu icra etmək qeyri mümkündür. - Zəngilan rayon dövlət arxivi tərəfindən məhkəməyə ünvanlanmış 15 saylı, xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan rayon dövlət arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. “xxxx” Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı X8 İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsinin 1997-ci ilə dair sənədləri arxivə daxil olmadığı üçün sorğu cavablandırıla bilmir. Yuxarıda qeyd edilənlərdən başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Zəngilan Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 saylı, xx.xx.2019-cu il tarixli arayışda da göstərilmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal zonasında qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarəmüəssisəsinin, o cümlədən, Zəngilan Rayon “59 saylı” yol istismar idarəsinin sənədləri Arxivə daxil olmadığı üçün sorğunun cavablandıra bilmədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə və aşağıda göstərilənlərə əsasən “xxxx” Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı X8 İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 19 saylı arayış İddiaçı 1984- 1994-cü illərdə işləməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarında da görünür ki, “xxxx” Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı X8 İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 19 saylı arayışının verilməsinə əsas olmuş sənədlərin, iddiaçının həmin arayışda göstərilmiş müddətlərdə işə qəbuledilmə və işdənçıxma əmrlərinin müəyyən edilməməsi onun iradəsindən asılı olmayan və üzrlü hesab edilməli səbəb olan fakt, hərbi əməliyyatların aparılması, başqa sözlə, Zəngilan rayonunun 1993-cü ilin oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə əlaqədardır. Bu hal da hamıya bəlli olan faktdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “xxxx” Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı X8 İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 19 saylı arayış da 59 saylı İstehsalat Sahəsinin rəisi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bu hal arayışın mötəbərliyinə ola biləcək şübhəni aradan qaldırır. İş materiallarında olan sənədlərlə də “xxxx” Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı X8 İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsinin, həqiqətən də, müvafiq arayışda göstərilmiş dövrdə fəaliyyət göstərməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci, yəni “Nəqliyyat” fəslinin “metropolitenlər” bölməsində 2300200a şifri altında a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsi təsbit olunmuşdur. İşdə olan “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3-933 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubdan da müəyyən edilir ki, iddiaçı fasiləsiz olaraq metropolitendə elektromexanika sahəsində xx.xx.1994-cü ildən xx.xx.2006-cı ilədək müddət ərzində ağır və xüsusilə ağır iş şəraitində işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə 11 ay, 11 il güzəştli iş stajını toplamışdır (məhkəmə həmin məktubda iddiaçının güzəştli şərtlərlə əmək stajının 5 il 08 ay kimi göstərilməsini formal mətn xətası kimi qiymətləndirir). Məhkəmə, həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci, yəni “Nəqliyyat” fəslinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində 23001000—19825 şifri altında magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları peşələri təsbit olunmuşdur. İş materiallarında olan Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiya tərəfindən verilmiş 148 saylı, xx.xx.1993-cü il tarixli arayışdan da müəyyən edilir ki, İddiaçı 94 saylı əmrlə xx.xx.1978-ci il tarixdə Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına yol montyoru vəzifəsinə qəbul olunmuş, 141 saylı əmrlə xx.xx.1981-ci ildən işdən azad edilmişdir. Torpaqların işğalı ilə əlaqədar 1993-cü ilə qədər bütün sənədlər, o cümlədən, maliyyə sənədləri işğal ərazisində qalmışdır. Məhkəmənin qənaətinə görə, Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiya tərəfindən verilmiş 148 saylı, xx.xx.1993-cü il tarixli arayışda iddiaçının nəqliyyat sahəsində işlədiyi yol montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq şifrinə ekvivalent olması ilə əlaqədar qeydiyyat aparılmasa da, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilənlərə əsasən və yuxarıda şərh edilmiş sübuta ehtiyacı olmayan hamıya bəlli olan faktlar nəzərə alınaraq həmin arayış, həm də, iddiaçının güzəştli iş stajını təsdiq edən sənəd kimi qəbul edilməlidir. Qısacası, həmin arayışa əsasən iddiaçı 03 il 02 ay 05 gün müddətində də güzəştli peşələrdə işləmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göstərilən normanın tələbləri baxımından iddiaçının Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət müddəti də ümumi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə və aparılmış riyazi hesablamalara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 15 il 01 ay 05 gün güzəştli iş stajı, 25 ildən artıq ümumi iş stajını toplaması öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixədək İddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, cavabdehin imtina məktubunda qeyd edilənləri əsassız hesab edir, ona görə ki, inzibati orqan iddiaçının ona pensiya təyinatının aparılmasına dair ərizəsi üzrə aparılmış müvafiq araşdırma zamanı inzibati icraat pozuntularına yol vermiş, tətbiq edilməli olan hüquq normalarını nəzərə almalı olduğu halda, işə tətbiq edilməli olmayan hüquq normalarını öz cavab məktubunda sadalamaqla kifayətlənmişdir. Belə ki, inzibati orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün 60 yaş tələb olunmasını və iddiaçının müraciəti zamanı onun hələ 60 yaşının tamam olmadığını diqqətdən qaçırmış, beləliklə, iddiaçıya həmin Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən pensiya təyinatının aparılması istiqamətində araşdırma aparmaqdan yayınmışdır. Bundan başqa pensiya təyinatı orqanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbini göstərməklə də, məsələnin iddiaçının xeyrinə həllindən yayınmışdır. Belə ki, göstərilən şərtin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pensiya hüququ əldə etmiş şəxslərə aid edilməli olmamasını nəzərə almamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının xx.xx.2019-cu il tarixdə tamam olmasını nəzərə almamaqla formal əsaslarla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar