Məhkəmə qərarları › İş №2-1(112)-285/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-285/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-285/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı oğlunun və vəkili Vəkil, Üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin və çıxarışın ləğv edilməsi, bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı oğlu cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə bakı İnzibati Məhkəməsinə müraciət edərək X12 adına verilmiş 5976 saylı bağ sahəsi kimi reyestr xidmətində qeydiyyata alınmış çıxarışın, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini, İddiaçı oğlunun adına Bağ Təsərrüfatı İdarəsinin Ləhic bağlar sahəsindəki 248 №-li BTK-nın nəzdində 0,12 ha ölçüdə 5931 №-li bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyev X20 müharibəsi əlili kimi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli 744 saylı (bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə) sərəncama görə Ləhişdəki 5931 № li bağ 248 № li BTK tərkibində İddiaçı oğlunun adına keçirilmişdir. Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №li koperativinə 12 №li order verilmişdir. Order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 №li qərarına əsasən İddiaçı oğluna Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi verilmişdir. Üçüncü şəxs X19, İddiaçı oğlunun razılığı olmadan İddiaçı oğluna məxsus Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 №li bağ sahəsini qanunsuz olaraq zəbt etmiş, hasarlamış və saxta sənədlərilə öz adına rəsmiləşdirmişdir. Eyni zamanda üçüncü şəxs X19, X7 və qeyriləri 15.04 1994-cü il tarixli 882 saylı qərar və bağlar təsərüfatı idarəsinin 82 saylı orderi ilə 0,12 ha ölçülü Ləhiş bağ massivində 6976 saylı bağ sahəsi cavabdeh X12 mülkiyətinə verilmişdir. Bundan sonra cavabdeh Bakı şəhəri 1 saylı reyestr xidmətindən öz adına çıxarış almışdır. Göründüyü kimi üçüncü şəxs X14 verilən bağ sahəsi ilə İddiaçı oğluna verilən bağ sahələri anların sənədləri ayrı-ayrıdır. İddiaçı oğlunun adına verilən Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 № li koperativinə 12 № li order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı ona dəlalət edir ki, Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi İddiaçı oğlunun istifadəsinə verilmişdir. Göstərilənlər ona dəlalət edir ki, üçüncü şəxs X19 İddiaçı oğlunun adına verilən torpaq sahəsinə qanunsuz sahiblik edir. Bundan başqa cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 22 dekabr 2020-ci il tarixli arayışına görə iddiaçının müraciəti əsasında "əraziyə texniki baxış keçirilmiş, göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komiəsi tərəfindən verilmiş JN 26766D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında 5976 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı məxsus torpaq sahəsi saxtakarlıq edilərək iddiaçının adına olan 5931 № li bağ sahəs olduğu halda yanlış olaraq üçüncü şəxs X12 mülkiyyətinə verilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2021-ci il tarixli cavab məktubundə göstərilmişdir ki,"Daşınmaz Əmlakın dövlət reyesteri haqqında "Azərbaycan Respublikası qanununun 2.3 və 2.4-cü maddələrinə görə daşınmaz əmlak üzərində qydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bir sözlə cavabdeh 3-cü şəxs X12 adına qanunsuz olaraq verilmiş çıxarışı ləğv etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəmənin 2-1(112)-7199/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X19, X4, X15, X8, X9 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı İdarə tərəfindən İddiaçı oğluna **********31 qeydiyyat nömrəli, 21 05.2021 -ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Üçüncü şəxsi iddiaya yazılı etiraz etmiş və etirazda bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında JN-26766D (kod 0050003) Şəhadatnamə ilə mülkiyyətimə hər iki təşkilat (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Bağlar təsərrüfatı idarəsi) tərəfindən yerində göstərilməklə 5976 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsinin sərhədlərini Dövlət Reyestri Xidmətinin Sabunçu rayon Ərazi idarəsinin nümayəndəsi tərəfindən müasir texniki vasitələrlə bir daha yerində göstərilməklə Dövlət Reyestr Xidməti tərəfindən mənə 5976 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarış verilmişdir (Seriya RX № 0749395). xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi 2-1(82)-129/2017 saylı iş üzrə üçüncü şəxs qismində məhkəmə iclasında iştirak edərkən məlum olmuşdur ki, İddiaçı oğlu adlı şəxs Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə etdiyi müraciətinə imtina cavabı aldığı üçün həmin idarəyə qarşı iddia ərizəsi ilə qeyd olunmuş məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-20/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin qərarla İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “iddiaçının bağ sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan tərəflər yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyindən adı çəkilən qərar qanuni qüvvəyə minmişdir. İddiaçı oğlunun torpaq üzərində istifadə hüququnun bərpa edilməsinə dair iddia ərizəsi ilə bağlı 2019-cu ilin fevralında Sabunçu Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuş, məhkəmə prosesində məlum olmuşdur ki, iddiaçının bağ sahəsi ilə bağlı məhkəməyə təqdim etdiyi orderinə mütləq əlavə edilməli olan torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi yoxdur. Belə sxemin olmadığı halda orderdə qeyd olunmuş torpaq sahəsinin yerində göstərmək qeyri mümkündür. Bütün bu və digər dəlillərini nəzərə alaraq, iddiaçının tələbi rədd edilmişdir. 2(008)-931/2019 nömrəli mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarından İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 10 iyun 2019-cu il tarixdə baxılaraq (iş 2 (103)- 8201/19) apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olaraq İddiaçı oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6290/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. İddia üzrə məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarlardan narazı olaraq, İddiaçı oğlu iddia ərizəsinin məzmununu dəyişərək, “AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14(yəni, mənə) verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin məhkəmə tərəfindən bu iddia 2(008)-452/2020 saylı, xx.xx.2020- ci il tarixli qərardadla rədd edilmişdir Sabunçu Rayon Məhkəməsin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardaddan narazı olaraq İddiaçı oğlu iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9186/2020 qərardadı ilə Sabunçu Rayon Məhkəməsin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9186/2020 qərardadından İddiaçı oğluAzərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməmişdir. Göründüyü kimi, İddiaçı oğlu ona məxsus 5976 saylı bağ sahəsinə dair dövlət tərəfindən verilmiş mülkiyyət hüququma dair müxtəlif məhkəmə instansiyalarına 1995-ci il tarixli, torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi olmayan orderi təqdim etməklə və praktiki olaraq eyni tərəflər arasında, eyni predmet üzrə (X14 verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışı ləğv haqqında) eyni məzmunlu iddialarla müxtəlif məhkəmə instansiyalarına müraciət edərək və öz iddia ərizələrində ona dövlət orqanları tərəfindən verilmiş sənədlərin saxta olmasını əsassız olaraq qeyd edərək, hüquqi baxımdan qanunsuz olan məqsədinə nail olmaq niyyətindədir. Yuxarda qeyd edilənlərə əsasən iş üzrə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin X13 İdarəsi 248 nömrəli kooperativinin 12 nömrəli Orderində əsasən İddiaçı oğluna Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli, 744 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 248 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 nömrəli bağ ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli, 7-2287/17 nömrəli məktubu ilə göndərilmiş arxiv çıxarışına əsasən: -Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 862 nömrəli sərəncamından çıxarış: 3.82. X22 o.-Ləhic BTK № 248 bağ 5976; -Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 744 nömrəli Sərəncam (çıxarış): Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə: 2.Ləhicdəki 5931 № li bağ 248 № li BTK tərkibində İddiaçı adına keçirilsin. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********68 nömrəli məktubunda qeyd olunmuşdur ki, müraciətinizlə əlaqədar mütəxəssislər tərəfindən əraziyə texniki baxış keçirilmiş və faktiki sahəsi 0,1202 ha olan bağ sahəsinin mişar daşından inşa edilmiş hasar daxilində olmaqla torpaq sahəsində tikili olmadığı müəyyən edilmişdir. Arxiv məlumatlarına əsasən başqa vətəndaş tərəfindən hasara alındığını iddia etdiyiniz bağ sahəsi bölgü sxeminə görə 5931 saylı bağın yerinə uyğun gəlir. Xidmətin 1 saylı Bakı Ərazi idarəsinin elektron boza məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 26766D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 5976 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildiririk ki, 5931 və 5976 saylı bağ sahələrinin yerləşdiyi ərazinin sxematik xəritəsindən çıxarış məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********46 nömrəli məktubu ilə göndərilmiş arxiv qovluğundakı sənədlərdən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin X13 İdarəsi 248 nömrəli kooperativinin 82 nömrəli orderinə əsasən X14 Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 248 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5976 nömrəli bağ ayrılmışdır. -Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən bağ sahələrinin yerləşdiyi ərazinin sxematik xəritəsində 5931 və 5976 nömrəli bağ sahələri öz əksini tapmışdır. -Bağlar İdarəsi tərəfindən tərtib edilmiş 5976 nömrəli bağ sahəsinin plan cizgisində torpaq sahəsinin eni 25.0 m, uzunluğu 48.0 m, ümumi sahəsi 1200 kv.m olmaqla qeyd olunmuş və qonşuluğundakı torpaq sahələrinin nömrələri 5975, 5977, 5996 göstərilmişdir. -Dövət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin JN 26766D KOD 00500003 nömrəli xx.xx.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində qeyd olunmuşdur ki, bu şəhadətnamə Bakı şəhər sakini 1. X19, 2. X15, 3. X10, 4. X9, 5. X3 verilir ona görə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 862 saylı Qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı Orderi ilə 0.12 ha Ləhiş bağ massivində yerləşən 5976 saylı bağ sahəsi onun mülkiyyətinə verilib. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 3726 nömrə ilə kitabda qeydə alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 0.12 ha ölçüdə X19, X5, X15, X8, X2 adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planında qeyd olunmuşdur ki ,torpaq sahəsinin ünvanı (yerləşdiyi ərazi): ünvan , hüquq sahibi X19 və başqaları, torpaq sahəsinin kateqoriyası(məqsədli təyinatı): Yaşayış məntəqələrinin torpaqları, Torpaq sahəsinin mülkiyyət növü: Xüsusi, Torpaq sahəsi üzərində hüququn növü: Mülkiyyət, Reyestr nömrəsi: **********01, Sənəd üzrə sahəsi(hektarla): 0.12 ha, Faktiki sahəsi(hektarla): 0.12 ha, Plan və ölçünün tərtib edilməsinə əsas: Dövət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi, xx.xx.2005-ci il tarixli JN-26766D nömrəli Azərbaycan Respublikası DTXK Şəhadətnamə. İş materiallarından görünür ki, İddiaçı oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiaçının Bakı şəhəri, Ləhiş bağ massivindəki 5931 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(82)-20/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin inzibati iş üzrə məhkəmə icraatı zamanı keçirilmiş məhkəmə ekspertizasının nəticələrinə dair 29 dekabr 2017-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən İddiaçı oğlunun adına qeydiyyatdan keçmiş (5976 saylı bağ sahəsinə verilmiş) sahəsi 0.12 hektar reyestr nömrəsi **********01 olan çıxarış və plan-ölçü sənədinin koordinatlarının tamamilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********80 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar sahəsində yerləşən X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X11 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsü verilmiş faktiki sahə, qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 5931 saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunan torpaq sahəsi ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN 26766D KOD 00500003 saylı şəhadətnaməyə uyğun olaraq 5976 saylı bağ sahəsi kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4596 nömrəli məktubu ilə göndərilmiş Ekspert rəyində qeyd olunmuşdur ki: Tədqiqatın nəticəsi: Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı oğlu tərəfindən naturada göstərilən faktiki sahənin Bakı şəhəri, Ləhiş bağlar sahəsində 248 nömrəli BTK nəzdində bağların sxematik xəritəsində qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəldiyi müəyyən edilir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, mübahisəli torpaq sahəsinin koordinatları aşağıdakı kimidir:

1. X - 413184.3478, Y - 4492182.5819

2. X - 413223.0587, Y - 4492211.1176

3. X - 413237.7142, Y - 4492191.1347

4. X - 413199.1128, Y - 4492162.5613 Qərardadın üçüncü sualları üzrə: Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X11 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsü verilmiş faktiki sahənin qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəldiyini nəzərə alaraq həmin şəhadətnamə və "Torpaq sahəsinin planı və ölçüsü”-nün bağlar sahəsinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, 5976 saylı bağ sahəsi kimi qeydiyyatdan alınmış torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsindən şimal şərqdə yerləşir. 5976 saylı bağ sahəsi kimi göstərilən 1200,0 kv.m torpaq sahəsinin naturada yerləşmə (x,y) koordinatları əlavə olunur.

1. X - 413267.020, Y - 4492247.370

2. X - 413305.342, Y- 4492276.274

3. X - 413320.396, Y - 4492256.314

4. X - 413282.074, Y - 4492227.411 5976 saylı bağ sahəsi kimi qeydiyyatdan alınmış torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsindən şimal şərqdə yerləşir. Belə ki, 5976 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməsi 57,0 metr şimal-şərqdə yerləşən qeydiyyata alınmayan torpaq sahəsinə uyğun gəlir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, **********45 nömrəli məktubunda qeyd olunmuşdur ki, qeydiyyatdan keçmiş 5976 saylı bağ sahəsi naturada arxiv cizgisi və ləğv edilmiş DTXK-nın həmin bağa verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsi naturada qeydiyyatdan keçmiş 5976 saylı bağ sahəsi ilə üst-üstə düşür. Bundan əlavə 5976 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməli olduğu sahə 57.0 metr şimal-şərqdə olmaqla koordinatları əlavə edilir.

1. X - 413184.304, Y - 4492182.707

2. X - 413222.870, Y - 4492211.285

3. X - 413237.710, Y - 4492191.166

4. X - 413199.145, Y - 4492162.588 Torpaq sahəsi sxematik xəritəyə əsasən 5931 saylı bağın ərazisinə uyğun gəlsə də, JN 26766D əsasında **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********28 nömrəli məktubunda bildirilmişdir ki, tərəfinizdən göstərilən bağ sahəsi digər fiziki şəxsin adına Dövlət Reyestrində qeydiyyatdan keçdiyi üçün ərizənizin icrası mümkün olmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********01 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, müraciətinizlə əlaqədar mütəxəssislər tərəfindən əraziyə texniki baxış keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən baxış zamanı tərəfinizdən göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 26766D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 5976 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********31 nömrəli məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsəürrüfatı İdarəsinin 12 saylı orderinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Ləhiş bağlar sahəsində 248 nömrəli BTK-nın nəzdində 0.12 ha ölçüdə 5931 nömrəli bağ sahəsi İddiaçı oğluna ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ə-301-112 saylı, xx.xx.2016-cı il tarixli arxiv arayışından görünür ki, Ləhicdəki 5931 nömrəli bağ 248 nömrəli BTK tərkibində İddiaçı oğlunun adına keçirilməsi qərara alınmışdır. İddiaçı oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 5931 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(82)- 20/2018 saylı qərarı ilə iddia tələbi tələbi təmin edilməmiş, məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, nə qədər ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq bağ sahəsi başqa şəxsin, yəni X12 adına qeydiyyata alınmışdır və həmin qeydiyyat ləğv edilməmişdir iddiaçının sözügedən bağ sahəsinə hüquqlarının qeydiyyata alınması mümkün deyildir. Eyni zamanda cavabdehin iddiaçıya ünvanladığı cavablarında iddiaçının iddia etdiyi faktiki bağ torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 26766D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 5976 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı əsas gətirilərək bağ sahəsinə hüquqların qeydiyyatından imtina edilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı Lahiş bağ massivində X12 (birgə mülkiyyətçilər) adına 5976 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dar qeydlərin ləğvini tələb etməklə eyni zamanda 5931 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İş üzrə təqdim edilən Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli 744 saylı Ləhic 248 nömrəli BTK tərkibində 5931 nömrəli bağ sahəsinin İddiaçı oğlunun adına keçirilməsi barədə qərarı və həmin qərar əsasında verilmiş 248 nömrəli BTK-ya aid 12 nömrəli order iddia olunan 5931 nömrəli bağ sahəsinə dair hüququnun qeydiyyatına əsas verən ilkin hüquqmüəyyənedici sənədlər qismində çıxış edir. Adıçəkilən Bakı şəhər İcra Hakimiyyətinin 06 iyun 1995-ci il tarixli 744 saylı qərarı Bakı şəhər İcra Hakimiyyətinin arxivində mövcuddur. 248 nömrəli BTK-ya aid orderin əsli iddiaçıda olmaqla notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Belə olan halda iddiaçının istnad etdiyi hüquqmüəyyənedici sənədlərin mötəbərliyini istisna edəcək hal hazırkı iş üzrə müəyyən olunmamışdır. Eyni zamanda üçüncü şəxslərin adlarına 5976 nömrəli bağ sahəsi ilə bağlı qeydiyyatın aparılmasına əsas verən sənədlərdən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nömrəli qərarına əsasən X14 248 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5976 nömrəli bağ ayrılmış, həmin bağa dair üçüncü şəxsin adına 82 nömrəli order verilmiş, həmin qərar və order əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən üçüncü şəxslərin adlarına xx.xx.2005-ci il tarixli JN-26766D kod 00500003 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, daha sonra 5976 saylı bağ sahəsi üzərində birgə mülkiyyət hüququ üçüncü şəxslərin adlarına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, eyni zamanda həmin bağ sahəsi ilə abğlı torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. Üçüncü şəxsin Ləhiş bağ massivində 5976 nömrəli bağ sahəsinə dair hüququnun qeydiyyata alınmasına əsas verən Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nömrəli qərarı və həmin qərar əsasında verilmiş orderi kimi hüquqmüəyyənedici sənədləri mövcuddur. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı və üçüncü şəxsə Ləhiş bağ massivində, eyni BTK (№ 248) tərkibində 0.12 ha ölçüdən Bakı şəhər İcra Hakimiyyəti qərarları ilə müxtəlif nömrəli 5931 və 5976 nömrəli bağ sahələri ayrılmış, hər ikisinin adına qeyd edilən bağ nömrələri ilə bağlı ayrıca order verilmişdir. Sözügedən bağ sahələrindən 5976 nömrəli bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin mübahisələndirilən halı iddiaçının 5931 nömrəli bağ sahəsi kimi iddia etdiyi torpaq sahəsinin naturada 5976 nömrəli bağ sahəsi kimi X12 və digər üçüncü şəxslərin adına qeydiyyatdan keçməsinin müəyyən olunmasıdır. Başqa sözlə, hazırkı mübahisənin həlli üçüncü şəxsin adına 5976 nömrəli bağ sahəsi kimi aparılmış qeydlərin bağ sahəsinin naturada faktiki yerləşmə vəziyyətinə uyğun tərtib edilib-edilməməsi, 5976 nömrəli bağ sahəsinin yerləşmə koordinatlarının düzgün müəyyən edilib-edilməməsi ilə bağlıdır. Əvvəla qeyd edilməlidir ki, mübahisəli bağ sahələri eyni BTK nəzdində yerləşsə də ayrı-ayrı bağ sahələrinə, ayrı-ayrı qərar və orderlər əsasında verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş Ləhiş bağ massivində bağların ümumi sxematik xəritəsində 5931 və 5976 nömrəli bağ sahələri öz əksini tapmışdır. 5931 nömrəli bağ sahəsinin bir tərəfi yol olmaqla qonşuları 5930, 5932 və 5953 nömrəli bağlardır, 5976 nömrəli bağ sahəsinin də bir tərəfi yol olmaqla qonşu bağ nömrələri 5975, 5977, 5996 nömrəli bağlardır. Eləcə də 5976 nömrəli bağ sahəsinə dair arxiv sənədlərindən müəyyən olunur ki, 5976 nömrəli bağ sahəsinin yerləşmə cizgisində bağ sahəsinin sol tərəfdən yol, sağ tərəfdən 5996, ön tərəfdən 5975 və arxa tərəfdən 5977 nömrəli bağ sahəsi ilə əhatələnmişdir. Deməli, mübahisəli bağ sahələrinin ilkin torpaqayırma sənədləri fərqli olmaqla yanaşı sxematik xəritədə yerləşmə vəziyyətləri də fərqlidir. Başqa sözlə, Ləhiş bağ massivində 2 eyni olmayan 5931 və 5976 nömrəli bağ sahələrinin olduğu mübahisəsizdir. İş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərində müəyyən olunmuşdur ki, iddiaçının 5931 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi bağ sxematik xəritədə qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisidir. Həmin ərazi 5976 saylı bağ sahəsi kimi qeydiyyata alınmışdır. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməli olduğu sahə 57.0 metr şimal-şərqdə boş olan, hər hansı üçüncü şəxsin adına qeydiyyata alınmamış sahədir və həmin sahənin yerləşmə koordinatları X - 413184.304, Y - 4492182.707, X - 413222.870, Y - 4492211.285, X - 413237.710, Y - 4492191.166X - 413199.145, Y - 4492162.588 olsa da səhvən 5931 nömrəli bağ sahəsinin yerləşdiyi koordinatlar üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto görüntüsündə 5976 kimi qeydiyyata alınmış, sxematik xəritəyə əsasən 5931 nömrəli bağ olan sahənin yeri göstərilmiş, həmin bağ sahəsinin bir tərəfi yol olmaqla 5930, 5932, 5933 nömrəli bağlarla qonşu olduğu öz əksini tapmışdır. Eyni zamanda həmin görüntüdə sxematik xəritəyə əsasən 5976 nömrəli bağ sahəsinin 5976 nömrəli bağ sahəsi kimi qeydiyyatdan keçmiş mübahisəli torpaq sahəsindən aralı yerləşdiyi, bir tərəfi yol olmaqla, ən yaxın məsafədə 5974, 5975, 5977 nömrəli qonşu bağlarla bir sırada olduğu görünür. Başqa sözlə, sxematik xəritə ilə ortofoto görüntünün müqayisəli təhlili nəticəsində müəyyən olunur ki, hər iki bağ sahəsinin faktiki yeri ilə sxematik xəritə üzrə yerləşməli olduğu yerlər fərqlidir, bu yerlər hər iki bağ sahəsinin qonşu bağ nömrələrinin ardıcıllığı və yerləşmə istiqamətlərinə əsasən müəyyən edilmişdir. 5976 nömrəli bağ sahəsinin koordinatları naturada yerləşməli vəziyyətinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestr məlumatlarına düzgün işlənilməmişdir. Beləliklə, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi kimi qeydiyyatdan keçmiş faktiki sahə qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəlir və bu halda X11 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün bağ sahələrinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi öz təsdiqini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, iddiaçının naturada iddia etdiyi 5931 nömrəli bağın yerləşdiyi (yerləşməli olduğu) torpaq sahəsi ilə bağlı X12 adına 5976 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alındığından və mülkiyyət hüququnun verilməsinə əsas Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli JN-26766D kod 00500003 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olduğundan məhkəmə hesab edir ki, üçüncü şəxslərin adlarına aparılmış həmin qeydlər ləğv edilməli, naturada göstərilən 5931 nömrəli bağ sahəsinə mülkiyyət hüququ İddiaçı oğlunun adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, ekspert xərci cavabdehə həvalə edilməlidir. Məhkəmə eyni zamanda izah edir ki, üçüncü şəxsin ilkin hüquqmüəyyənedici sənədləri olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 862 nömrəli sərəncamı və həmin sərəncamla verilmiş 248 nömrəli BTK-ya aid 82 nömrəli order əsasında hazırkı iş üzrə koordinatları müəyyən olunmuş, sxematik xəritəyə əsasən 5976 nömrəli bağ sahəsinin yerləşməli olduğu bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etmək hüququnu saxlanılır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5976 saylı bağ sahəsinə dair X11 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, X19, X6, X15, X8, X2 adlarına ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı xx.xx.2015-ci il tarixli ********** nömrəli qeydlərin ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5931 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ekspert tədqiqatının dəyəri olan 50 manat xərc Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar