Məhkəmə qərarları › İş №2-1(112)-2850/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2850/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2850/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildə Qaradağ RHK tərəfindən Qarabağ və onun ətrafında gedən döyüşlərdə iştirak etmək üçün səfərbərlik vaxtı orduya hərbi xidmətə çagrılmışdır. xx.xx.1992-ci ildə 51 №-li əmirlə döyüş əməliyyatı aparan N saylı hərbi hissəyə daxil edilmiş və Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı qanlı döyüşlərdə fəal işrirak etmişdir. xx.xx.1992-ci il tarixində yaralanıb hərbi hissənin tibb məntəqəsində müalicə almışdır. Sonra xəstə olduğu üçün xx.xx.1992-ci il tarixində Mərkəzi Hərbi Hospitala göndərilmişdir. Sağaldıqdan sonra yenidən cəbhəyə qayıtmışdır. Döyüş əməliyyatlarında iştirak etməyi haqqıda N saylı h/h qərargah rəisinin imzası ilə 98 №-li arayış var. xx.xx.1992-ci il tarixində 92 №-li əmirlə N saylı h/h-dən tərxis olunmuşdur. Həmin tarixdə Qaradağ RHK-ya gəlib hərbi biletini onlara təqdim etmişdir və ona heç bir irad tutulmayıb. 1995-ci ildə ona “Müharibə Veteranı” verilmişdir. xx.xx.2010-cu il tarixindən Qaradağ RHK onu müharibə iştirakçısı hesab etmir. Onu əsas göstərmişdir ki, əmrlər kitabda öz əksini tapmayıbdır. Hansı ki, onun günahı deyil. O dövrdə sənədləşmə işləri çox aşağı səviyyədə olmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının N nömrəli hərbi hissədə xidməti Mərkəzi Arxivin xx xxxxxx 2019-cu il tarixli, 9/2- 20696 nömrəli arayışı ilə təsdiq edilməmişdir. İddiaçının “Müharibə veteranı” statusunun verilməsinə dair ərizəsi Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın xx xxxxxx 2017-ci il və xx xxxxxx 2020-ci il tarilxi iclaslarında baxılmış və Komissiya məhz bu əsasla iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsindən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X2, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 11, mənzil 29 ünvanında qeydiyyatdadır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hərbi biletdə İddiaçı xx.xx.1992-ci ildə N №-li hərbi hissəyə daxil olması, xx.xx.1992-ci ildə hərbi hissədən təxris olması və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər edilmişdir. -M/Y 029418 №-li vəsiqənin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ RHK tərəfindən xx.xx.1999-cu ildə İddiaçı “Müharibə Veteranı” vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin 1712 №-li, xx.xx.1992-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə cağırılmışdır və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 4221 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, N №-li hərbi hissənin çavuşu İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1992-ci il tarixdə (yazıldığı tarix göstərilməyib) Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: 12 barmaq bağırsağın xorası kəskinləşmə mərhələsində. Əsas olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1992-ci ilə məxsus 3 №-li "Stasionar xəstələrin qeydiyyatı” kitabının 2863-cü sayındakı qeyd. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin 381 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, ehtiyatda olan kiçik çavuş, 1961-ci il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o həqiqətən 23.06 1992-ci il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. Əsas Səfərbərliklə hərbi xidmətə çağırılanların Əlifba kitabı. - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2020-ci il tarixli, HP 01/275 №-li məktubdan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin 454 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə keçmiş Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən “Müharibə Veteranı” adı və MV seriyalı 029418 nömrəli vəsiqəsi verilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-cı il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədə əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 174 nömrəli qərarının və Azərbaycan Respublikası Hərbi Komissarının xx.xx.2006cı il tarixli, 1968 nömrəli göstərişinin tələblərinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almış vətəndaşların əsasverici sənədlərində yenidən araşdırma aparılmışdır Xidmət illərinin araşdırılması üçün 2008-ci və 2011-ci ilərdə Müdafiə Nazirliyinin Arxivinə sorğu edilmiş və alınmış cavablarda N saylı hərbi hissədə xidməti və tərxisi olunmağı barədə məlumat olmadığı göstərilmişdir. Bu səbəbdən İddiaçı “Müharibə Veteranı” statusu ləğv edilmişdir. - Qeyd olunan məktuba əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 26/2- 11254 №-li, xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, N saylı hərbi hissə komandirinin iyun, avqust 1992-ci il tarixli əmrlərində İddiaçı Əyyub oğlunun xidməti barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, 1/O-564 №-li iddaçıya ünvanlanan məktubdan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın 22 02.2017-cı il və təkrar xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-20696 nömrəli arayışına əsasən ərizəsində qeyd etdiyi müddətlərdə N nömrəli hərbi hissədə xidməti öz təsdiqini tapmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə iddiaçının izahatnı dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx 1997-ci il, 383-İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Qaradağ RHK tərəfindən həqiqi hərbi xidmətə cağırılmışdır. İddiaçı məxsus hərbi biletdə sonuncunun xx.xx.1992-ci ildə N №-li hərbi hissəyə daxil olması, xx.xx.1992-ci ildə hərbi hissədən təxris olması və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər edilsə də, onun N saylı hərbi hissədə xidməti qəbul edilməsi və tərxis olunması barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumatlar aşkar edilməmişdir. xx xxxxxx 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə qəbul edilməsi, hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmət barədə (qanuni əsaslarla xidmətə qəbul ediməsi və ehtiyata buraxılması barədə) arayış və əmr olmadığından ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtuna edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar