Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2855/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Zərdab rayon X7 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair inzibati işin materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qırmızı qurd eşənəyi diaqnozu ilə xəstədir və xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək İ qrup əlilliyə görə təqaüd almışdır. Ona əlillik həmin xəstəliklə əlaqədar təyin edilmişdir. Hazırda həmin xəstəliklərlə yanaşı şəkərli diabet, diabetik ensefalopatiya, diabetik neyropatiya və bir çox digər xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklər səbəbindən o, daimi olaraq dərmana möhtac vəziyyətdədir. Hər gün dərmanlar qəbul edir, daimi olaraq müalicə götürür. Onun əlillik pensiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əsassız olaraq kəsilmişdir. Sonuncu müraciətinə isə imtina edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və ədalətsizdir. Çünki onun stasionar müalicə ala bilməməsi onun xəstəliklərini aradan qaldırmır. O, ağır yataq xəstəsidir. Dərmanlarını almaq imkanı yoxdur. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən onun əlilliyinin müəyyən olunması barədə imtina qərarı qəbul etmişdir. Göründüyü kimi onun əlilliyinin müəyyən olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Ekspertiza və Reablitasiya Agentliyinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Zərdab rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste..; Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya; Meyar : 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə. Fastolipid sindrom.2-li anemiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Zərdab rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0260003AABBA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste... ; Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya; Meyar : 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qırmızı qurd eşənəyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “SəbəbkÜmumi xəstəlik;X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya; Meyar : 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qırmızı qurd eşənəyi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0260003AAG1Ksaylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan sistem qırmızı qurdeşənəyi, Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə Ağırlaşma N08.5* Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı, Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı Ağırlaşma D63.8* Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya Ağırlaşma 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Nefrogen hipertoniya Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ Yanaşı xəstəliklər J42. Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki bronxit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozu və ağırlaşmalarini təsdiq edən, laborator-instrumental müayinələrin nəticələri , mütəxəssislərin rəyləri , status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Kürdəmir rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə.Nefrogen hipertoniya.Xroniki böyrək xəstəliyi İİ mərhələ. Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı. Renal anemiya. Dəqiqləşdirilməmiş xroniki bronxit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: şəxsin öncəki əlilliyi əsassız olması faktından ləğv edilmişdir, əlavə dəqiqləşdirmələrin aparılması məqsədəmüvafiqdir” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş və Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatdadır. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş; - xx.xx.2021-cu il tarixli 0260003AAG1K saylı göndərişində “X1: Xİİ Sinif-Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M30-M36-Birləşdirici toxumanın sistem zədələnməsi=>M32-Sistem qırımızı qurdeşənəyi=>M32.1-Digər orqan və sistem zədələnməsi ....; ” Diaqnozun mətni: Digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan qırmızı qurdeşənəyi, Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə; Ağırlaşma N08.5-Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı, Birləşdirici toxumanın sistem xəstəliklləri zamanı; Ağırlaşma D63.8 Başqa rubrikalarda təəsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya; Ağərlaşma İ12.0 Böyrək çatmamazlığı ilə müşayət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Neforgen hiporteniya; Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ; Yanaşı xəstəliklər J42 Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki bonxit. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş; - xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı göndərişində “X1: Xİİ Sinif-Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M30-M36-Birləşdirici toxumanın sistem zədələnməsi=>M32-Sistem qırımızı qurdeşənəyi=>M32.1-Digər orqan və sistem zədələnməsi ....; ” Diaqnozun mətni: Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləçmələrlə. Nefrogen hipertoniya. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı. Real anemiya. Dəqiqləşdirilmiş xroniki bronxit. Tibbi-Sosial Ekspert Komissiyyasının elektron müraciətlərə dair arayışlardan müəyyən edilir ki, müvafiq olaraq iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək, imtinanın səbəbi kimi göstərilmişdir ki; - Göndərişin natamam doldurulması-Səbəb: şəxsin öncəki əlilliyi əsassız olması faktından ləğv edilmişdir, əlavə dəqiqləşdirmələrin aparılması zəruridir. Cavabdeh inzibati orqan tərəfindən bununla əlaqədar iddiaçıya aidiyyatı tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T33/2022 saylı (ekspertizanın başlanma tarixi 05 yanvar 2022-ci il, başa çatma tarixi 25 yanvar 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq olaraq Zərdab rayon mərkəzi xəstəxanası və Kürdəmir rayon X7 hüquqi şəxsləri tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0260003AAG1K saylı və xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı, №-088 göndərişləri tam doldurulmuşdur, qeyd edilən diaqnozlar aparılmış kliniki, laborator və instrumental müayinələrin nəticəsində müəyyən edilmişdir, xəstəliyin ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinə görə hazırda əlillik təyinatına əsas vermir, əsas xəstəliyin müalicə potensialı başa çatmadığından ixtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyə olunur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO1.3-2022-9584 saylı və Azərbaycan Tibb Unniversitetinin X3 xx.xx.2022-ci il tarixli eyni məzmunlu rəylərdə qeyd olunmuşdur ki, bu günə qədər dünyanın heç bir ölkəsində “Sistem qırmızı qurdeşənəyi” xəstəliyi xroniki xəstəlikdir radikal müalicəsi yoxdur, yalnız adekvat müalicələr vasitəsilə klinik-laborator remissiya əldə elmək mümkündür. Xəstə İddiaçı 1978-ci il təvəllüdlü “Sistem qırmızı quıdeşənəyi. Xroniki gedişli, aktiv mərhələ. İİİ dərəcə aktivlik. Dərinin, ağciyərlərin, ürəyin, oynaqların zədələnməsi ilə gedən forma. Funksional çatışmazlıq İİ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin X4 (xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə) stasionar müalicə almışdır Göstərilən diaqnoz kliniki əlamətlər və labarator-instrumental müayinələrlə təsdiq edilmişdir. Bu xəstənin vəziyyəti ilə əlaqədar olaraq onun daimi həkim nəzarət qrupunun müşahidəsində olması və əlillik dərəcəsinin verilməsi məqsədəuyğun hesab olunmalıdır. Hazırda cavabdeh inzibati tərəfindən Zərdab rayon mərkəzi xəstəxanası və Kürdəmir rayon X7 hüquqi şəxsləri tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0260003AAG1K saylı və xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı, №-088 göndərişləri üzrə iddiaçıya göndərişin natamam doldurulması əsası ilə əlilliyin təyin olunmasından imtina olunmuşdur. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Məhkəmə araşdırması zamanı iş materiallarından o cümlədən ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq olaraq Zərdab rayon mərkəzi xəstəxanası və Kürdəmir rayon X7 hüquqi şəxsləri tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0260003AAG1K saylı və xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı, №-088 göndərişləri tam doldurulmuşdur, qeyd edilən diaqnozlar aparılmış kliniki, laborator və instrumental müayinələrin nəticəsində müəyyən edilmişdir. Bundan əlavə iş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, “Sistem qırmızı qurdeşənəyi” xəstəliyi xroniki xəstəlikdir radikal müalicəsi yoxdur, yalnız adekvat müalicələr vasitəsilə klinik-laborator remissiya əldə elmək mümkündür. İddiaçı “Sistem qırmızı quıdeşənəyi. Xroniki gedişli, aktiv mərhələ. İİİ dərəcə aktivlik. Dərinin, ağciyərlərin, ürəyin, oynaqların zədələnməsi ilə gedən forma. Funksional çatışmazlıq İİ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin X4 (xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə) stasionar müalicə almışdır Göstərilən diaqnoz kliniki əlamətlər və labarator-instrumental müayinələrlə təsdiq edilmiş və iddiaçının vəziyyəti ilə əlaqədar olaraq onun daimi həkim nəzarət qrupunun müşahidəsində olması və əlillik dərəcəsinin verilməsi məqsədəuyğun hesab olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2855/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2855/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver