Məhkəmə qərarları › İş №2-1(112)-2857/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2857/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2857/2020 18.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Azərbaycan Respub-likasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5-nun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respub-likasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5-nun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “xx xxx 2012-ci il tarixindən xx xxx 2015-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasın-da (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 8) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respub-likasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5-nun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra DSMF-nin Bakı şəhəri Sabunçurayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2012-ci il tarixindən xx xxx 2015-ci il tarixə kimi ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2012-ci il tarixindən xx xxx 2015-ci il tarixə kimi ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında polis əməkdaşı kimi xidmət etdiyi 1992-1993-cü illər ərzində iştirak etmiş, müraciəti əsasında ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 031372 nömrəli xx.xx.2015-ci il tarixli müharibə vetaranı vəsiqəsi verilmişdir. Cavabdeh orqan "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müracəti əsasında ona aylıq müavinət təyin etmişdir. Müavinət ona ilk dəfə veriləndə, müavinətin vəsiqənin verildiyi xx.xx.2015-ci tarixindən hesablandığını, əvvəlki üç il üçün müavinətin ödənilmədiyi ona qısa müddət bundan əvvəl məlum olmuşdur. Əvvəlki üç il üçün ona müavinətin verilməsi barəsində xx.xx.2020-ci il tarixli **********4 nömrəli müraciətinin təmin edilməsindən, cavabdeh orqan özünün xx xxxxxx 2020-ci il tarixli ********** nömrəli cavab məktubu ilə imtina etmişdir. Hesab edir ki cavabdeh orqanın həmin imtina cavabı qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinə göndəril-miş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən iddiaya dair yazılı etirazında bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunun 7-ci maddəsindən göründüyü kimi iddiaçıya kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət almaq hüququ veteran vəsiqəsi verildiyi tarixdən xx.xx.2015-ci il tarixdən yaranır. ƏƏSMN-i yanında DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsi iddiaçıya müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti xx.xx.2015-ci il tarixdən təyin etmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu li tarixli Fərmanının 2.1.1-ci bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Hesab edilir ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün təqaüdün əvvəlki dövr üçün ödənilməsi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanın tələblərinə uyğun deyildir. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icraatında işin halları və müba--hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq proses-sual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında polis əməkdaşı kimi xidmət etdiyi 1992-1993-cü illər ərzində iştirak etmiş, müraciəti əsasında ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 031372 nömrəli xx.xx.2015-ci il tarixli müharibə vetaranı vəsiqəsi verilmişdir. Məlumatlı olmadığından Daxili İşlər Nazirliyinə vaxtında müraciət etməmiş, bu səbəbdən ona müharibə veteranı vəsiqəsi gec verilmişdir. İddiaçı izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respub-likasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5-nun nümayəndəsi nümayəndəsi izahatında bildirdi ki, veteranlıq statusunu təsdiq edən sənəd veteran vəsiqəsidir. İddiaçıya vəsiqə xx.xx.2015-ci ildə verildiyi üçün ödəniş həmin vaxtdan təyin edilmişdir. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilmə-lidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 031372 nömrəli xx.xx.2015-ci il tarixli müharibə veteranı vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin vəsiqə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdə verilmişdir. - DSMF-nin Sabunçurayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda iddiaçının ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, “Sosial müavinət haqqında “ Qanunun 9.1-ci maddəsinə görə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu alma hüququ yaranan gündən təyin edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən müharibə veteranları üçün qanun müəyyən olunmuş sosial müavinət almaq hüququnun yaranması üçün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənədləri yəni müharibə veteranı vəsiqəsini təqim etməlidir. -müavinət işindən göründüyü kimiİddiaçı xx.xx.2015-ci il tarixdən etibarən DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən müavinətlərin təyin edilərək ödənilməsi həyata keçirilir. İşin hallarından müəyyən olunduğu kimi, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyindən sonra xx.xx.2015-ci il tarixdən etibarən cavabdeh tərəfindən müavinətlərin təyin edilərək ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, yalnız müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. Məhkəmə aşağıdakı əsaslara görə cavabdehin dəlillərini əsaslı hesab etmir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun 2-ci maddəsinə əsasən, müharibə veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosialməişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi, veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2015-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni xx.xx.2015-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Buna görə də, əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dir-mək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx xxx 2012-ci il tarixindən xx xxx 2015-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçurayon şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx xxx 2012-ci il tarixindən xx xxx 2015-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb ödənilməsi öhdəliyi Azərbay-can Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5-nun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar