Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-286/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhərində doğulmuş, Bakı şəhəri, A.Qarayev küçəsi, ev 1, mənzil 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Hüquq baş idarəsinin cavabdeh qismində işlərinin təşkili şöbəsinin böyük hüquqşünası) iştirakları ilə, iddiaçı - “NKN Group» MMC-nin cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müvafiq siyahıdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı “NKN Group» MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 13.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 28.07.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, 04.07.2019-cu il tarixdə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsi əsasında məlum olmuşdur ki, şirkətin 1.07 manat artıq vergi ödəməsi olduğu halda 9.432,64 manat vergi öhdəliyi vergi orqanı tərəfindən təsdiqlənməmiş azalma kimi nəzərə alındığından həmin məbləğ büdcəyə ödənilməli olan vergi borcu kimi göstərilmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçının vergi orqanındakı ƏDV depozit hesabına məhdudiyyət qoyularaq əməliyyatların aparılması qadağan edilmişdir. Bununla əlaqədar olaraq şirkət tərəfindən ƏDV qeydiyyatına alındığı vaxtdan tarixdən iyun 2019-cu il vergi hesabatı dövrünədək olan bütün bəyannamələr vergi orqanına təqdim edilmiş və təsdiqlənməmiş azalmanın, habelə bank hesabı üzərinə qoyulan sərəncamların və ƏDV depozit hesabına qoyulan məhdudiyyətlərin aradan qaldırılması vergi orqanından xahiş olunmuşdur. Lakin, iddiaçının ərizəsi əsassız olaraq cavabdeh tərəfindən təmin edilməmişdir. Bu barədə cavabdeh orqana rəsmi şəkildə müraciət edilərək sözügedən sərəncam və qadağaların ləğv edilməsi vergi orqanından tələb olunmuşdur. Həmin müraciətə isə cavab olaraq bildirilmişdir ki, “... aparılmış araşdırma zamanı riskli vergi ödəyiciləri ilə qarşılıqlı əlaqənin olması müəyyən olunmuşdur. Belə ki, "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (**********) ilə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab olunur ...”. Cavabdehin imtina məktubundan bəlli olur ki, ƏDV depozit hesabı üzərinə məhdudiyyətin qoyulması məhz riskli əməliyyatların aparılması ilə bağlı olmuşdur. Hesab edirik ki, cavabdehin bu mövqeyi tamamilə qanunsuz olmaqla heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı MMC bu günədək heç bir şirkətlə heç bir riskli əməliyyat aparmamışdır. Vergi orqanının riskli vergi ödəyicisi hesab etdiyi "xxxx" MMC və "xxxx" MMC ilə İddiaçı MMC qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq alqı- satqı müqavilələri bağlamış və real alqı-satqı edərək mallar almışdır. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış NKN-A 04/19 saylı, 19.04.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC həmin müqavilənin 1 saylı Əlavəsində göstərilən malları, yəni 125 ədəd “Giriş qadağandır”, 125 ədəd “Təmir işləri”, 110 ədəd “Hərəkət maneənin solundan” və 110 ədəd “Hərəkət maneənin sağından” yol nişanlarından ibarət malları İddiaçı MMCyə satmış, satılmış bu malların dəyəri isə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Sözügedən malların alıcı tərəfindən təhvil alınması isə iddia ərizəsinə əlavə edilmiş 04.06.2019-cu il tarixli, 370519 nömrəli elektron qaimə ilə öz təsdiqini tapır. Bununla yanaşı İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış NKN- A 03/19 saylı, 15.03.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC həmin müqavilənin 1 saylı Əlavəsində göstərilən malları, yəni 1 ədəd 7.5 metrlik ofis konteynerini (profnastil materialdan) İddiaçı MMC-yə satmış, satılmış bu malların dəyəri isə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Sözügedən malların alıcı tərəfindən təhvil alınması isə iddia ərizəsinə əlavə edilmiş 04.06.2019- cu il tarixli, 369894 nömrəli elektron qaimə ilə öz təsdiqini tapır. Hətta "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri olması fərz edilsə belə, yenə də İddiaçı MMC-nin həmin vergi ödəyiciləri ilə apardığı əməliyyatlar riskli hesab edilə bilməz. Çünki tərəflərin arasında müqavilələr bağlanılmaqla real alqısatqılar edilmiş və mallar təhvil alınmışdır. Digər tərəfdən vergi orqanı tərəfindən bu əməliyyatların riskli hesab olunmasının hər hansı hüquqi əsası yoxdur. Ona görə də cavabdehin əsassız yerə iddiaçıya yaratdığı məhdudiyyətlər qanunsuz hesab edilərək aradan qaldırılmalıdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazı onunla əsaslandırmışdır ki, qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq ədən sənəd hesab edilmir (VM, 109.9-cu maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsınə əsas vermir (VM, 178.11 -ci maddə). Belə ki, İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi ödəyicisi müxtəlif təyinatlı mallar olan “inşaat və təmir materialları, geyimlər, ayaqqabılar və müxtəlif xidmətlərin” təqdim edilməsindən əldə edilən vəsaitin 40%-ni riskli və ya əmtəəsiz əməliyyatlar apardığı ehtimal olunan 7 vergi ödəyicisinə köçürməklə təqdim etdiyi mal və xidmətləri həmin vergi ödəyicilərindən əldə etmişdir. Belə ki, vergi ödəyicisi 7 022,0 manat ƏDV ödəməklə “Yol nişanı” üzrə qaimə əldə etdiyi “ANTİKOS" MMC (VÖEN: **********) müxtəlif vergi ödəyicilərinə əmtəəsiz olaraq təqdim etdiyi “məişət texnikaları, inşaat materialları, yataq yorğan dəstləri” qarşılığında əldə olunan vəsaitləri fəaliyyətinə uyğun gəlməyən “ərzaq məhsullarının, iri iribuynuzlu heyvanların” satışı ilə məşğul olan vergi ödəyicilərinə köçürmüşdür. “NKN GROUP" MMC-nin 27 900,0 manat ƏDV köçürdüyü "xxxx" MMC də (VÖEN: **********) müxtəlif vergi ödəyicilərindən əmtəəsiz qaimə əldə edərək ƏDV depozit hesabına daxil olan vəsaitləri həmin vergi ödəyiciləri vasitəsilə dolayı olaraq fəaliyyətinə uyğun olmayan ərzaq tədarükçülərinə köçürmüşdür. Eyni hal vergi ödəyicisinin "xxxx" MMC-nin (VÖEN: ********** ) ƏDV aopozit hesabına köçürdüyü 5 904,0 manat qarşılığında əldə etdiyi “taxta mebel" üçün də müşahidə edilmişdir. "xxxx" MMC həmin vəsaitdən 5 804,0 manatı "xxxx" MMC-yə köçürərək “taxta mebel” üzrə əmtəəsiz qaimə əldə etmiş, "xxxx" MMC isə həmin vəsaiti ərzaq satışı ilə məşğul olan vergi ödəyicilərinə köçürmüşdür. "xxxx" MMC tərəfindən digər riskli vergi ödəyiciləri olan "EGRİP” MMC-yə (VÖEN: **********) 14 760.0 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 3 074,0 manat. "xxxx" MMCyə (VÖEN: **********) 2 070,0 manat və "xxxx" MMC-yə (VÖEN: **********) 990,0 manat dəyərində ƏDV köçürülmüş və əmtəəsiz olduğu ehtimal edilən qaimələr əldə edilmişdir. "xxxx" MMC-nin rəhbər və təsisçisi olan X4 eyni zamanda "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: ********** ),"xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) rəhbər və (və ya) təsisçisidir. Bu da vergi ödəyicilərinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarının 2.1.8-ci (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) maddəsinə əsasən riskli hesab edilir. Göründüyü kimi, vergi orqanı tərəfindən İddiaçı MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından görünür ki iddiaçı vergi orqanı tərəfindən onun vergi orqanına təqdim etdiyi bəyannamələr üzrə təsdiqlənməmiş azalmalarına, onun bank və vergi orqanındakı ƏDV depozit hesabına qoyulan məhdudiyyətlərlə əlaqədar cavabdehə müraciət edərək həmin məhdudiyyətlərin aradan qaldırılması ondan xahiş edilmiş, cavabdeh 04.07.2019-cu il tarixli imtinasını onunla əsaslandırmışdır ki, “aparılmış araşdırma zamanı riskli vergi ödəyiciləri ilə qarşılıqlı əlaqənin olması müəyyən olunmuşdur. Belə ki, "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab olunur”. Cavabdehin imtinasından narazı qalan iddiaçı məhkəmədə onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə cavabdehə qarşı iddia qaldırmışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM, 109.9-cu maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 -ci maddə). Belə ki, İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi ödəyicisi müxtəlif təyinatlı mallar olan “inşaat və təmir materialları, geyimlər, ayaqqabılar və müxtəlif xidmətlərin” təqdim edilməsindən əldə edilən vəsaitin 40%-ni riskli və ya əmtəəsiz əməliyyatlar apardığı ehtimal olunan 7 vergi ödəyicisinə köçürməklə təqdim etdiyi mal və xidmətləri həmin vergi ödəyicilərindən əldə etmişdir. Belə ki, vergi ödəyicisi 7 022,0 manat ƏDV ödəməklə “Yol nişanı” üzrə qaimə əldə etdiyi “ANTİKOS" MMC (VÖEN: **********) müxtəlif vergi ödəyicilərinə əmtəəsiz olaraq təqdim etdiyi “məişət texnikaları, inşaat materialları, yataq yorğan dəstləri” qarşılığında əldə olunan vəsaitləri fəaliyyətinə uyğun gəlməyən “ərzaq məhsullarının, iri iribuynuzlu heyvanların” satışı ilə məşğul olan vergi ödəyicilərinə köçürmüşdür. “NKN GROUP" MMC-nin 27 900,0 manat ƏDV köçürdüyü "xxxx" MMC də (VÖEN: **********) müxtəlif vergi ödəyicilərindən əmtəəsiz qaimə əldə edərək ƏDV depozit hesabına daxil olan vəsaitləri həmin vergi ödəyiciləri vasitəsilə dolayı olaraq fəaliyyətinə uyğun olmayan ərzaq tədarükçülərinə köçürmüşdür. Eyni hal vergi ödəyicisinin "xxxx" MMC-nin (VÖEN: ********** ) ƏDV aopozit hesabına köçürdüyü 5 904,0 manat qarşılığında əldə etdiyi “taxta mebel" üçün də müşahidə edilmişdir. "xxxx" MMC həmin vəsaitdən 5 804,0 manatı "xxxx" MMC-yə köçürərək “taxta mebel” üzrə əmtəəsiz qaimə əldə etmiş, "xxxx" MMC isə həmin vəsaiti ərzaq satışı ilə məşğul olan vergi ödəyicilərinə köçürmüşdür. "xxxx" MMC tərəfindən digər riskli vergi ödəyiciləri olan "EGRİP” MMC-yə (VÖEN: **********) 14 760.0 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 3 074,0 manat. "xxxx" MMC-yə (VÖEN: **********) 2 070,0 manat və "xxxx" MMC-yə (VÖEN: **********) 990,0 manat dəyərində ƏDV köçürülmüş və əmtəəsiz olduğu ehtimal edilən qaimələr əldə edilmişdir. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Həmin Məcəllənin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. -ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. -ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: -2.1.3-cü bəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -2.1.7-ci bəndinə əsasən bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; -2.1.8-ci bəndinə əsasən beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı MMC-nin qanuni təmsilçisi X3r. İddiaçı MMC-nin İdarə heyətinin rəhbəri olan X4 eyni zamanda "xxxx"MMC, "xxxx"MMC, "xxxx" MMC, "xxxx" MMC və “X7”MMC-nin idarə heyətinin rəhbəridir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunduğundan, apardığı əməliyyatlarda uyğunsuzluqlar aşkar olunduğundan, həmçinin əmtəəsiz əməliyyatlar aparması müəyyən olunduğundan cavabdeh inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “NKN Group» MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-286/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-286/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver