Məhkəmə qərarları › İş №2-1(112)-286/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-286/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-286/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 16 iyun 2020-ci il tarixli, **********342900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********080100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 16 iyun 2020-ci il tarixli, **********342900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində 4-cü rüb 2017ci il hesabat dövrü üzrə müəssisəyə əlavə vergi (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmırlar və hesab etmişlər ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəflərindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmiş və vergi yoxlamasının nəticəsi üzrə 16 iyun 2020-ci il tarixli, **********342900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar çıxarılmışdır. Lakin vergi orqanına etdikləri müraciətlərin heç biri araşdırılmadan kameral vergi yoxlaması həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixində Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə dəvət edilmişlər. İclas zamanı müəssisənin işçi layihəsi üzrə inşa ediləcək binasında 2 mərtəbəyə icazə verilməməsi onlara bildirilmişdir. Vergi orqanı tərəfindən müəssisənin nümayəndəsinin dəvət ediləcəyi və tikinti sahəsinin azaldılması ilə əlaqədar müvafiq olaraq 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində dəqiqləşmə aparılmasına köməklik ediləcəyi müəssisəyə bildirilmişdir. Lakin vergi orqanından heç bir cavab ala bilməmişlər. Bu səbəbdən də xx.xx.2020-ci il tarixli, **********37740 nömrəli məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafıq tədbirlər görülməsini, müvafiq dövr üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə dəqiqləşmə təqdim edilə bilməsi üçün tikinti sahəsinin azalmasına dair müşahidə aparılmasını xahiş etmişlər. Vergi orqanı müəssisənin xx.xx.2020-ci il tarixli müraciətinə **********751000 nömrəli məktubla cavab verərək, müraciətinə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxıldığını, eyni məzmunlu müraciətə xx.xx.2019-cu il tarixli, **********012900 nömrəli məktubla cavab verildiyini, tərəflərindən aparılmış tikintinin layihədən fərqli olaraq aparılması ilə bağlı məsələlərə yalnız həmin tikinti üzrə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş yeni işçi layihə təqdim edildikdən sonra baxılacağını bildirmişdir. Ona görə də xx.xx.2020-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, idarə tərəfindən daha əvvəl tələb edilən işçi layihə və digər əlaqəli sənədləri vergi orqanına təqdim etmişlər. Müvafiq sənədlərə baxıldıqdan sonra vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********009300 AVİS nömrəli cavab məktubunda onlara bildirilmişdir ki, tikinti sahəsinin ölçülməsi ilə bağlı müvafiq vəzifəli şəxs ayrılmış və tezliklə məsələ həll olunacaqdır. Lakin vergi orqanı tərəfindən müəssisəyə zəng edilərək, müvafiq tikinti sahəsinə yerində baxış keçiriləcəyinin bildirilməsinə baxmayaraq, bu işlər öz həllini tapmamışdır. Həmin müddətdə isə müəssisənin vergilər üzrə şəxsi hesab vərəqəsində müəssisəyə borc və faizlər hesablanmış, müəssisənin bank hesabına sərəncam qoyulmuşdur. Bununla əlaqədar xx.xx.2020-ci il tarixində **********006600 nömrəli və **********655500 nömrəli şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, müəssisənin tikinti sahəsinə baxış keçirəcək şəxslərin müəssisəyə göndərilməsini, sahənin yenidən hesablanmasının başa çatdırılmasını və müəssisənin mükəlləf olduğu bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə (BTFSV) dəqiqləşmə verilməsi üçün şərait yaradılmasına göstəriş verilməsini xahiş etmişlər. Lakin bu müraciətləri də nəticəsiz qalmışdır. xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq, vergi orqanı bildirdirmişdir ki, tikinti layihəsi üzrə nəzərdə tutulmuş mərtəbələrin inşasının azaldılması ilə əlaqədar olaraq dəqiqləşdirilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi’nin təqdim edilməsi zamanı yaranan çətinliklə bağlı müraciəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış, müraciətlərində qeyd edilən hallar araşdırılaraq, müvafiq bəyannamənin təqdim edilməsinə texniki imkan yaradılmışdır. xx.xx.2020-ci il tarixində **********344800 nömrəli və **********473800 nömrəli şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yenidən müraciət etmişlər. Bildirmişdir ki, məktub və digər tələb edilən müvafiq sənədləri vergi orqanına təqdim etmişlər. Vergi orqanı tərəfindən təyin edilmiş iclaslarda iştirak etmişlər. Həmin iclaslarda sahənin yenidən ölçülməsi məsələsi qaldırılmışdır. İclas rəhbərinin və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi rəhbərliyinin məktubunda qeyd olunmuşdur ki, tezliklə sadələşmiş vergiyə cəlb edilmiş sahənin ölçülməsi üçün onlarla əlaqə saxlanılacaq. Hətta bir neçə dəfə rəsmi şikayət ərizəsi ilə müraciət etmişlər. Şəxsi hesab vərəqəsində faiz hesablaması davam edir. Borc bildirişi göndərilmişdir. Göstərilənlərlə əlaqədar müvafiq vəzifəli şəxsin tikinti sahəsinə və sənədlərə baxış keçirərək, vergiyə cəlb olunan sahənin dəqiqləşdirilməsinə köməklik edilməsini xahiş etmişlər. Bu dəfə isə vergi orqanı əvvəlki cavab məktubunun əksinə olaraq, xx.xx.2020-ci il tarixli müraciətə **********996500 nömrəli cavab məktubu göndərərək, İddiaçı MMC tərəfindən aparılan tikinti sahəsi ilə əlaqədar vergi orqanı tərəfindən müşahidə aparılması barədə müraciətlərinə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxıldığını, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə 31 mart 2020-ci il tarixdən etibarən ölkədə xüsusi karantin rejimi olduğunu nəzərə alaraq, müəssisənin apardığı tikinti sahəsinə və sənədlərə baxış keçirilməsinin imkan xaricində olduğunu, xüsusi karantin rejimi aradan qaldırıldıqdan sonra isə müəssisənin apardığı tikinti sahəsinə və sənədlərə baxış keçirilməsinin təmin ediləcəyini bildirdi. Demək olar ki, eyni məzmunlu iki müraciətlərinə vergi orqanı fərqli cavab məktubları göndərmişdir. Yəni xx.xx.2020-ci il tarixli müraciətlərinə cavab olaraq, vergi orqanı bildirmişdir ki, bəyannamənin təqdim edilməsi zamanı yaranan çətinliklə bağlı müraciətlərə baxılmış, qeyd edilən hallar araşdırılmış və bəyannamənin təqdim edilməsinə texniki imkan yaradılmışdır. xx.xx.2020-ci il tarixli digər cavab məktubunda isə vergi orqanı bildirmişdir ki, xüsusi karantin rejimi olduğunu nəzərə alaraq, tikinti sahəsinə və sənədlərə baxış keçirilməsinin imkan xaricində olduğunu, xüsusi karantin rejimi aradan qaldırıldıqdan sonra isə müəssisənin apardığı tikinti sahəsinə və sənədlərə baxış keçirilməsi təmin ediləcəkdir. Ona görə də bir daha dəqiqləşdirmək məqsədilə xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixində **********742600 nömrəli və **********265400 nömrəli şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yenidən müraciət edərək bildirmişdir ki, dəfələrlə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və müvafiq İcra Hakimiyyəti orqanına məktub və digər tələb edilən sənədləri təqdim etmişlər. Müəssisənin vergilər üzrə şəxsi hesab vərəqəsində müəssisəyə borc və faizlər hesablanır, müəssisənin bank hesabına sərəncam qoyulmuşdur. Bununla əlaqədar müəssisənin tikinti sahəsinə baxış keçirəcək şəxslərin müəssisəyə göndərilməsinə, sahənin yenidən hesablanmasının başa çatdırılmasına və müəssisənin mükəlləf olduğu bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə (BTFSV) dəqiqləşmə verilməsi üçün şərait yaradılmasına göstəriş verilməsini xahiş etmişlər. Vergi orqanı 2017-ci il 4-cü rüb vergi dövrü üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı ilə əlavə vergi məbləği hesablamışdır. Həmin qərar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmiş və əsassız hesablamalar aparılmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz və etiraz əlavə təqdim edərək etirazını onunla əsaslandırılmşıdır ki, cavabdeh İddiaçı MMC-nin iddia ərizəsində irəli sürdüyü idda tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatlari, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələ;) edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsi ilə vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-cı ilin 4-cü rüb bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binasi (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadiqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadiqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), hamçinin vergi tutma obyektinin müəyyənləşdirilməsi hər hansi başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansi digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bildiririk ki, mənbəyi bəlli olan məlumatlara əsasən iddiaçı Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,70 kvadrat metr olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********593300 nömrəli məktub göndərilmiş, lakin məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 4-cü rübü üçün 3208263,30 manat hesablama aparılmış, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********652200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə 2017-ci ilin 4-cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməklə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğini (992646,75 manat) azaltmışdır. Lakin qeyd edilən bəyannamə nəzərə alınmayaraq, yenidən 3208263,30 manat (əlavə hesablama 992646,75 manat) vergi hesablanmış və “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********417400 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə 2017-ci ilin 4cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləği qismən azaldılmışdır. Lakin azalmaya əsas verə biləcək təsdiqedici sənədləri vergi orqanına təqdim edilmədiyindən iddiaçının bəyannaməsi nəzərə alınmamış və xx.xx.2020-ci il tarixli həmin bəyannamə üzrə xx.xx.2020-ci il tarixli, **********080100 saylı qərar ilə hesablanmış vergi məbləği bərpa edilmişdir. Bununla yanaşı iddiaçı xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinə müraciət edərək kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Aparılmış araşdırmalar nəticəsində cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində bina tikintisi ilə əlaqədar yeni təməl qoyma işlərinin aparılıb-aparılmamasına baxış keçirildiyi və nəticədə Nəsimi rayonu, Azadlıq prospekti, İ.Həmidov və Tağızadə küçələrinin kəsişməsində İddiaçı MMC-yə məxsus ümumi sahəsi 31147,74 kvadrat metr olan binanın təməl qoyma işlərinə 2017-ci ilin 4-cü rübündə başlanıldığı fotoşəkillər ilə aşkar olunmuşdur. Bundan başqa araşdırmalar nəticəsində yaşayış və qeyri-yaşayış sahələri sökülmüş 77 sakinə ümumilikdə 4659,95 kvadrat metr yaşayış sahəsinin, 2707,21 kvadrat metr isə qeyriyaşayış sahəsinin verildiyi müəyyən edilmiş, müvafiq qərar qəbul edilmiş və həmin qərardan cavabdeh tərəf şikayət etməmiş, qərarla razı qalmışdır. Beləliklə iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Potnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsində inşa edilən bina üzrə vergiyə cəlb olunan yaşayış sahəsi 22709,75 kvadrat metr, qeyri-yaşayış sahəsi kvadrat metr olmaqla ümumilikdə 23780,54 kvadrat metr təşkil etdiyi müəyyən edilmiş və (yaşayış üzrə: 22709,75 x 2,2 x 45=2248265,25 manat, qeyri-yaşayış üzrə: x 2,2 x 45 x 1,5=159012,33 manat) 2407277,58 manat məbləğində bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi hesablanmışdır. Vergi Məcəlləsinin 219.3-cü maddəsinin müddəalarına əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Həmin Məcəllənin 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bır tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Həmin Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bununla yanaşı, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyd olunanlara əsasən tikilən binanın mənzillərarası pilləkən meydançalarının, pilləkənlərin, liftlərin, lift şaxtası və ya digər şaxtaların, dəhlizlərin, texniki mərtəbələrin, çardaqların sahələri ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC xx.xx.2010-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdı (VÖEN: **********). - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı MMC xx.xx.2010-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixdən qanuni təmsilçisi X8r. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 14 №-li “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 №-li Qərarını təhbər tutaraq və İddiaçınə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx- 1936 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC-lə bağlanmış 24 yanvar 2017-ci il tarixli müqavilənin 2.4-cü bəndinə dəyişikliy”in lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası və məqsədinə nail olunması üçün Şirkətin təklifini qəbul etməsini nəzərə alaraq 24 yanvar 2017-ci il tarixdə aralarında bağlanmış müqavilədə 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.4. Binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yerin tikilən binalarda sökülən mənzilin sahəsindən minimum 15% əlavə sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək”. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 146 №li “Nəsimi rayonu, Azadlıq prospekti, V.Plotnikov, E.Tağızadə və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarını rəhbər tutaraq İddiaçı MMC-nin müraciətini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1 , 75.1, 75.6-cı maddələrini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1936 saylı, 28 dekabr 2016-cı il tarixli razılaşma məktubna (təqdim olunmuş layihəyə əsasən) Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 14 saylı, 24 yanvar 2017-ci il tarixli və 92 saylı, 14 aprel 2017-ci il tarixli sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin 24827 saylı, xx.xx.2018-ci il tarixli və 24974 saylı, xx.xx.2018-ci il tarixli ekspertiza rəylərini nəzərə alaraq Azadlıq prospekti, V.Plotnikov, E.Tağızadə və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə mövcud qəzalı vəziyyətdə olan yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən Bakı Şəhər Lokal Gəlirlər Departamentinə ünvanlanan 3-9/388 №-li, xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 24 yanvar 2017-ci il tarixli 14 saylı sərancamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, S.Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi İddiaçı MMC-yə həvalə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən ünvanlarda mövcud olmuş yaşayış və qeyri-yaşayış sahələri sökülərək yerində mülkiyyətçilərə veriləcək yaşayış və qeyri-yaşayış sahələri haqqında məlumat forması təqdim edilir. - Həmin məktuba əlavə edilmiş İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsiçməsindəki məhəllədə mövcud qeyri-yaşayış sahələri sökülmüş mülkiyyətçilərə veriləcək qeyri-yaşayış sahələri haqqında məlumat cədvəlinin surətindən görünür ki, ümumilikdə 13 nəfərə MMC tərəfindən cəmi 2770,8 kv,m. sahənin verilməsi nəzərdə tutulmuşdur. - Həmin məktuba əlavə edilmiş İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsiçməsindəki məhəllədə mövcud yaşayış evləri sökülmüş mülkiyyətçilərə veriləcək mənzillər haqqında məlumat cədvəlinin surətindən görünür ki, ümumilikdə 64 nəfərə MMC-ə tərəfindən cəmi 6107,55 kvm. sahənin verilməsi nəzərdə tutulmuşdur. Sakinlərə veriləcək mənzil sahələri yerləşən bloklarda holl 568,95 kvm., lift sahəsi 387 kvm., pilləkən qəfəsinin sahəsi 390 kvm., cəmi 1345,95 kvm. təşkil edir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən İddiaçınə ünvanlanan 3/283 №-li, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına uyğun olaraq pilot layihələr çərçivəsində Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı qərarın icrası İddiaçınə həvalə edilmişdir. Müəyyən edilmişdir ki, şəhərin mərkəz ərazisində əhalinin sıxlıq əmsalı, kommunikasiya xəttlərinin, yol və nəqliyyat infrastrukturunun ötürmə gücü yüksəkmərtəbəli binaların tikintisi üçün əlverişli deyildir və normalara ziddir. Qeyd olunanlarla əlaqədar Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidə nəzərdə tutulmuş 1 ədəd 3 girişli 16 mərtəbəli binanın inşasının mərtəbəliliyinin 14-ə endirilməsi tapşırığının icra olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi bir daha İddiaçınə həvalə olunur. Əks təqdirdə, aparılan tikinti işləri şəhərsalma normalarına zidd olduğundan müvafiq məsuliyət öhdəçiliyi İddiaçı üzərinə düşür. - Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli, **********38662200 nömrəli “Vergilər hesablanması barədə” qərarından görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 3.208.263,30 manat vergi hesablanmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünə dair bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş cari vergi bəyannaməsindən görünür ki, cəmiyyət tərəfindən binanın ümumi sahəsi 21,937.31 kvm., vergi məbləği 2,215,616.55 manat bəyan edilmişdir. - Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “Vergilər hesablanması barədə” qərarından görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 2.215.616,55 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 3.208.263,30 manat müəyyən edilmiş və ona görə də 992.646,75 manat əlavə vergi hesablanmışdır. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 13 dekabr 2018ci il tarixli, **********222700 №-li inzibati şikayətin qismən təmin edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azadılması barədə Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2018-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “Vergilər hesablanması barədə” qərarı ləğv edilmiş, İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə öhdəliyi 2017-ci ilin 4cü rübü üçün 2407277,57 manat məbləğində müəyyən edilmiş, bu Qərarın 2-ci və 3-cü bəndlərinin icrası ilə bağlı İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin edilməsi Vergilər Nazirliyi yanında Bak şəhəri Lokal Gəlirlər Departamentinə tapşırılmışdır. - Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli, **********781900 nömrəli “Vergilər hesablanması barədə” qərarından görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 2.087.698,14 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 319.579,44 manat əlavə vergi hesablanmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünə dair bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsindən görünür ki, cəmiyyət tərəfindən binanın ümumi sahəsi 16,266.10 kvm., vergi məbləği 1,640,673.54 manat bəyan edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1.640.673,54 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 766.604,04 manat əlavə vergi hesablanmışdır. Səbəb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,7 kvm. olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanmasına baxmayaraq Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. - Həmin qərara əlavədən görünür ki, yaşayış sahəsi 27 369,70 kvm., qeyri-yaşayış sahəsi 3 778,00 kvm., cəmi sahə 31 147,70 kvm., vergi məbləği 3 270 633,30 manat; güzəşt olunan sakinlər üçün yaşayış sahəsi 4 659,95 kvm., qeyri-yaşayış sahəsi 2 707,21 kvm., cəmi sahə 7 367,16 kvm., vergi məbləği 863 355,74 manat; faktiki yaşayış sahəsi 22 709,75 kvm., qeyri-yaşayış sahəsi 10 70,79 kvm., cəmi faktiki sahə 23 780,54 kvm., vergi məbləği 2 407 277,57 manat; fərq yaşayış sahəsi 4 659,95 kvm., qeyri-yaşayış sahəsi 2 707,21 kvm., cəmi sahə 7 367,16 kvm., vergi məbləği 863 355,74 manat göstərilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1.689.112,26 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 718.165,32 manat əlavə vergi hesablanmışdır. - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş “Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Vəkil (vəkil vəsiqəsi: № 1757, verilmə tarixi xx.xx.2020-ci il) sifarişi ilə Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağıyev, Azadlıq prospekti, V.Plotnikov və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən inşa edilən yüksək mərtəbəli, çoxmənzilli yaşayış binalarının sahələrinin müəyyənləşdirilməsi barədə” 22 iyul 2020-ci il tarixli, 092 №-li mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağıyev, Azadlıq prospekti, V.Plotnikov və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binanın sahələri – inşa edilmiş binanın ümumi sahəsi 31964,84 kvm; o cümlədən zirzəminin ümumi sahəsi 5485,5 kvm. (satışa yararlı sahəsi, qaraj (avtodayanacaq)) və qeyri-yaşayış sahəsi 2597,1 kvm.; qeyri-yaşayış (mağaza) yararlı sahə - 3021,70 kvm.; yaşayış sahəsi (mənzillər) – 20195,84 kvm.; pilləkən, dəhliz, lift sahəsi – 3261,8 kvm. kimi müəyyənləşdirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/51xx-xx/3767 №-li, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində İddiaçı MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30318.02 kv.metr, o cümlədən qeyri-yaşayış sahəsi 5751.1 kv.metr, yaşayış sahəsi 21850.2 kv.metr, pilləkən dəhliz və lift şaxtası sahəsi 2716.72 kv.metr müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57.840,75 manat məbləğində müəyyən olunur. - Həmin rəydən həmçinin görünür ki, yaşayış sahəsi üzrə 15742,65 kvm. və qeyriyaşayış sahəsi üzrə 2980,3 kvm. sahələrin vergiyə cəlb edilməli olması müəyyən olunur, o cümlədən: 15742,65 x 45 x 2,2 = 1 558 522,35; 2980.3 x 45 x 2.2 x 1.5= 442 574,55 (1 558 522,35 + 442 574,55) = 2 001 096,90. Beləliklə ümumilikdə 2 001 096,90 manat sadələşdirilmiş vergi hesablanmalı və 30 ay və ya 10 rüb ərzində hər rübə uyğun olaraq 2 001 096,90 manat olmaqla dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan cəmiyyətin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumilikdə 1 950,314,01 manat məbləğində ödənişlərin aparılması nəzərə alınmaqla 2017-ci ilin 4-cü rübü üzrə 57.840,75 manat sadələşdirilmiş vergi hesablanmalıdır. - İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.2017-xx.xx.2020-ci il əhatə etdiyi dövrə cəmiyyətə 9.485.263,86 manat borc hesablanmış, 1.950.314,01 manat ödənilmiş, 7.072,860,06 manat azaldılmış, çap tarixinə faiz borcu 52.220,74 manat, təsdiqlənməmiş azalmalar 487.702,73 manat, əhatə etdiyi dövrün son tarixinə saldo -530,665,41 manat, cəmi ödənilməli borc 1.018.368,14 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlə 23,00 manat təşkil etmişdir. - İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, cəmiyyətə 10.198.297,81 manat borc hesablanmış, 2.516.214,31 manat ödənilmiş, 7.222.964,69 manat azaldılmış, çap tarixinə faiz borcu 78.056,75 manat, təsdiqlənməmiş azalmalar 487.702,73 manat, əhatə etdiyi dövrün son tarixinə saldo - 556.501,42 manat, cəmi ödənilməli borc 1.044.204,15 manat təşkil etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X10 tərəfindən qəbul edilmiş 17 iyun 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 direktor olduğu İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətində cari bəyannamə ilə hesablanmış, 2017-ci ilin 4-cü rübü üzrə 334811,70 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, 2019-cu ilin 4-cü rübü-2020-ci ilin 4-cü rübü üzrə 48513,34 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, eləcə də kameral yoxlama ilə hesablanmış 2017-ci ilin 4-cü rübü üzrə 143633,08 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 526958,12 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması və ibtidai araşdırma aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sifarişi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağıyev, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda İddiaçı MMC (VÖEN: **********) tərəfindən inşa edilən 16 mərtəbəli, 3 girişli, 2 ədəd yaşayış binası üzrə vergiyə cəlb edilən tikinti sahələri (hər bir bina üzrə yaşayış və qeyri-yaşayış sahələri ayrıca göstərilməklə müəyyən edilməsi) barədə” 10 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, mütəxəssisə təqdim edilmiş layihə sənədlərinə əsasən aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda "xxxx" MMC tərəfindən layihələndirilən 3 girişli, 210 mənzilli, 2 mərtəbəsi +/- 0,00 səviyyəsindən aşağı zirzəmisi, +/- 0,00 səviyyəsindən yuxarı 2 mərtəbəsi qeyri-yaşayış, 15 mərtəbəsi (təkrarlanan) yaşayış sahəsi və 1 mərtəbə mansarda layihəlidir. Lakin binaya baxış zamanı müəyyənləşdirildi ki, mövcud vəziyyətdə - 7,80 səviyyəsində avtomobillər üçün dayanacaq, -4,50 səviyyəsində ticarət mərkəzi0 (qeyri-yaşayış), +0,00 və +4,20 səviyyəsində 2 mərtəbə qeyri-yaşayış və 14 mərtəbə yaşayış təyinatlı mərtəbənin tikintisi tam başa çatdırılmış, dam örtüyü bağlanmışdır. Mütəxəssis təqdim olunmuş layihədən istifadə edərək və mövcud faktiki vəziyyətə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda yerləşən 3 girişli, +/-0,00 səviyyəsindən yuxarı 2 mərtəbə qeyri-yaşayı və 14 mərtəbə yaşayış təyinatlı binanın sahələrini hesabladı. Binanın ön fasad hissəsindən göründüyü kimi zirzəminin 2-ci qatı (- 4,50 səviyyədə) layihədə olduğu kimi qeyri-yaşayışa yararlı olduğundan hesabat da buna uyğun aparılmışdır. Beləliklə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda yerləşən məhəllədə inşa edilən 16 mərtəbəli 3 girişli, 2 ədəd binanın vergiyə cəlb edilən tikinti sahələri aşağıdakı kimi müəyyənləşdirildi: Nəticə: 1) 2 girişli, 16 mərtəbəli, 98 mənzilli, “A” və “B” girişlərinin ümumi sahəsi – 25182,68 kvm., o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi 2849,44 kvm. (qaraj və qeyri-yaşayışa yararlı sahə - 1827,52 kvm.), 2 mərtəbəli qeyri-yaşayışın sahəsi (yararlı) – 2388,04 kvm., 14 mərtəbəli mənzillərin sahəsi – 15596,98 kvm., pilləkən, dəhliz, lift, divar altı sahə - 4348,22 kvm. müəyyənləşdirildi; 2) 1 girişli 16 mərtəbəli, 98 mənzilli “C” girişinin ümumi sahəsi 8298,6 kvm., o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi – 948,48 kvm. (qaraj və qeyri-yaşayışa yararlı sahə - 456,24 kvm.), 2 mərtəbəli qeyri-yaşayış sahəsi (yararlı) – 726,41 kvm., 14 mərtəbəli mənzillərin sahəsi – 4598,86 kvm., piləkən, dəhliz, lift, divar altı sahə - 2024,85 kvm. müəyyənləşdirildi. - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumilikdə tikili 16 mərtəbəli, 196 mənzilli, “A”, “B” və “C” girişli binanın ümumi sahəsi 33481,28 kvm., o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi 3797,92 kvm. (qaraj və qeyri-yaşayışa yararlı sahə 2283,76 kvm.), 2 mərtəbəli qeyri-yaşayış sahəsi (yararlı) 3114,45 kvm., 14 mərtəbəli mənzillərin sahəsi 20195,84 kvm., pilləkən, dəhliz, lift, divar altı sahə 6373,07 kvm. təşkil edir. Keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamenti (Katiblik) tərəfindən yaşayış və qeyri-yaşayış sahələri sökülmüş 77 sakinə ümumilikdə 4659,95 kvadrat metr yaşayış sahəsinin, 2707,21 kvadrat metr isə qeyri-yaşayış sahəsinin verildiyi sənədlərlə təsdiqi tapdığından (müqavilə və sakinlərin verdikləri ifadələr) nəzərə alınmışdır. Bina tikintisi ilə məşğul olan şəxs binanın yaşayış və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisi ayrılıqda hesablayır. Vergi Məcəlləsinin 219.3-cü və 220.8-ci maddələrinə əsasən yaşayış sahəsi üzrə hesablama: 2318888,88 manat ((3797,92 – 2283,76 + 20195,84 +6373,07) yaşayış sahəsi – 4659,95 köçürülən sakinlərə verilmiş yaşayış sahəsi) = 23423,12 kvm. yaşayış sahəsi x 45 manat x 2,2 əmsal (3-cü zona)) məbləğində təşkil edir. Qeyri-yaşayış sahəsi üzrə hesablama 399613,50 manat ((2283,76 + 3114,45) qeyri-yaşayış sahəsi – 2707,21 köçürülən sakinlərə verilmiş qeyri-yaşayış sahəsi) = 2691,00kvm. qeyri-yaşayış sahəsi x 45 manat x 2,2 əmsal (3-cü zona) x 1,5) məbləğində təşkil edir. Araşdırmanın nəticəsinə görə ümumilikdə hesablanmış vergilər 2718502,38 manat (2318888,88 + 399613,50) təşkil edir. Araşdırmanın nəticəsinə əsasən inşa edilmiş yaşayış binası üzrə layihədə göstərilənlərdən fərqli olaraq 16 mərtəbəli, 196 mənzilli, “A”, “B” və “C” girişli binanın ümumi sahəsi 33481,28 kvm. olmuş və ümumilikdə hesablanmış vergilər 2718502,38 manat (2318888,88 + 399613,50) təşkil edir. Beləliklə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi əlavə olaraq 311225,00 manat (2718502,38 – 2407277,38) təşkil edir. Beləliklə araşdırmanın nəticəsi olaraq bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə cəmiyyətin 789669,67 manat (478444,67 + 311225,00) maliyyə sanksiyası üzrə 100,00 manat, muzdla işləyəndləri işə götürən sığortaedənlər (MDSS) üzrə 2375,20 manat və icbari tibbi sığorta üzrə 927,85 manat məbləğində borcunun olması barədə rəy verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı MMC xx.xx.2010-ci il tarixdə qeydiyyata alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti təmir tikinti işlərindən ibarətdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 14 №-li sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 146 №-li sərəncamı ilə İddiaçı MMC-yə Azadlıq prospekti, V.Plotnikov, E.Tağızadə və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə mövcud qəzalı vəziyyətdə olan yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 3-9/388 №-li, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, S.Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki məhəllədə mövcud qeyri-yaşayış sahələri sökülmüş 13 nəfər mülkiyyətçiyə ümumilikdə MMC-ə tərəfindən cəmi 2770,8 kv,m. sahənin, yaşayış evləri sökülmüş 64 nəfərə mülkiyyətçiyə veriləcək cəmi 6107,55 kvm. sahənin verilməsi nəzərdə tutulmuş, sakinlərə veriləcək mənzil sahələri yerləşən bloklarda holl 568,95 kvm., lift sahəsi 387 kvm., pilləkən qəfəsinin sahəsi 390 kvm., cəmi 1345,95 kvm. təşkil edir. Tərtib edilmiş layihəyə əsasən həmin ərazidə cəmiyyət tərəfindən 18 mərtəbəli (17+mansard), 210 mənzilin tikilməsi nəzərdə tutulsa da, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 3/283 №-li, xx.xx.2019-cu il tarixli məktubuna əsasən şəhərin mərkəz ərazisində əhalinin sıxlıq əmsalı, kommunikasiya xəttlərinin, yol və nəqliyyat infrastrukturunun ötürmə gücü yüksəkmərtəbəli binaların tikintisi üçün əlverişli olmaması və normalara zidd olması əsası ilə həmin ərazidə nəzərdə tutulmuş 1 ədəd 3 girişli 16 mərtəbəli binanın inşasının mərtəbəliliyinin 14-ə endirilməsi İddiaçınə həvalə olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********38662200 nömrəli “Vergilər hesablanması barədə” qərara əsasən İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 3.208.263,30 manat vergi hesablanmış, xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “Vergilər hesablanması barədə” qərara əsasən 992.646,75 manat əlavə vergi hesablanmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 13 dekabr 2018-ci il tarixli, **********222700 №-li inzibati şikayətin qismən təmin edilməsi haqqında qərara əsasən İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə öhdəliyi 2017-ci ilin 4-cü rübü üçün 2407277,57 manat məbləğində müəyyən edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 766.604,04 manat əlavə vergi hesablanmış, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 718.165,32 manat əlavə vergi hesablanmışdır. İddiaçı tərəfindən cavabdehin xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 108.3-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. - 130.6-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir. - 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir (xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir); - 218.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. - 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir (xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir); - 220.8-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır (həmin maddədən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat» sözləri xx.xx.2019-cu il tarixdə çıxarılmışdır); - 220.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır; - 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir (xx.xx.2019-cu il tarixdə çıxarılmışdır). Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda yerləşən məhəllədə inşa edilən binanın ilkin layihə sənədlərinə əsasən inşa edilməməsi işin mübahisəsiz haldır. Vergi orqanı ilə vergi ödəyicisi arasında olan mübahisə vergiyə cəlb olunan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri ilə bağlıdır. İddiaçı tərəfindən 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1.689.112,26 manat bəyan edilmiş, cavabdeh tərəfindən isə həmin məbləğ kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilərək 718.165,32 manat əlavə vergi hesablanmışdır. Həmin ərazidə əvvəllər mövcud olmuş qeyri-yaşayış sahələrinin sökülməsinə görə 13 nəfər mülkiyyətçiyə ümumilikdə MMC-ə tərəfindən cəmi 2770,8 kv,m. sahənin, yaşayış evləri sökülmüş 64 nəfərə mülkiyyətçiyə cəmi 6107,55 kvm. sahənin verilməsi, sakinlərə veriləcək mənzil sahələri yerləşən bloklarda holl 568,95 kvm., lift sahəsi 387 kvm., pilləkən qəfəsinin sahəsi 390 kvm., cəmi 1345,95 kvm. təşkil etməsi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının məktubunda əksini tapsa da vergi orqanı tərəfindən güzəşt olunan sakinlər üçün yaşayış sahəsi 4 659,95 kvm., qeyri-yaşayış sahəsi 2 707,21 kvm. qəbul edilmiş, vergiyə cəlb olunmalı olan faktiki yaşayış sahəsi 22 709,75 kvm., qeyri-yaşayış sahəsi 10 70,79 kvm., cəmi faktiki sahə 23 780,54 kvm. müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, vergi orqanının mübahisələndirilən qərarında istinad olunmuş tikilinin 31147,70 kvm., vergiyə cəlb olunan ümumi sahəsinin 23 780,54 kvm. olması və bu əsasla əlavə vergi hesablanması ilə bağlı sübutlar cavabdeh tərəfindən təqdim olunmamış, hətta məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə (sübut kimi istinad etdiyi) isə tikilinin ümumi sahəsi və vergiyə cəlb olunan sahəsi ilə bağlı əsaslı fərqlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində İddiaçı MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30318.02 kv.metr, o cümlədən qeyriyaşayış sahəsi 5751.1 kv.metr, yaşayış sahəsi 21850.2 kv.metr, pilləkən dəhliz və lift şaxtası sahəsi 2716.72 kv.metr, vergiyə cəlb edilməli sahələrin yaşayış sahəsi üzrə 15742,65 kvm. və qeyri-yaşayış sahəsi üzrə 2980,3 kvm. olması, eyni zamanda ümumilikdə həmin binanın tikintisi ilə bağlı İddiaçı MMC tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin 2.001.096,90 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmçinin cavabdehin vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş ekspert İlham Xudiyev tərəfindən verilmiş ekspert rəyində göstərilənləri təsdiq etmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/51xxxx/3767 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqın-da” xx.xx.2003cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.- 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, məhkəmə araşdırılması zamanı İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, S.Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki ünvanda inşa edilmiş binanın tikintisi ilə bağlı 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə ödənilməli olan sadələşdirilmiş verginin 2.001.096,90 manat olması öz təsdiqini tapdığından iddiaçı tərəfindən həmin vergi üzrə 1 950,314,01 manat məbləğində ödənişlərin aparılması nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********080100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 500 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə ekspert xərcinin 350 manatı cavabdehdən, 150 manatı isə iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatın dəyəri 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 150 (yüz əlli) manatı isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar