Məhkəmə qərarları › İş №2-1(112)-2860/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2860/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2860/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs qismində X3 cəlb edilməklə “ sənədin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiа ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinə qarşı Bаkı İnzibаti Məhkəməsində iddia qaldıraraq, Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Babayev Şəhriyar Əliabas oğlunun adına verilmiş xx.xx.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişlər. İddiаçılar iddiа tələbini оnunlа əsаslаndırmışlar ki, cavabdeh tərəfindən iddiaçıların ailə üzvü olan Babayev Şəhriyar Əliabas oğluna Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi 4589T saylı fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınması haqqında 07 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncam verilmişdir.Babayev Şəhriyar Əliabas oğlunun həmin sərəncam əsasında qeyd edilən yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həmin sərəncamla iddiaçıların maraqlarına toxunulur, belə ki, məhz qeyd edilən sərəncam əsasında Babayev Şəhriyar Əliabas oğlu ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmış və sonradan iddiaçıların evdən çıxarılmasına nail olmuşdur.İddiaçılar qeyd edilən sərəncamın onlara təqdim edilməsi ilə bağlı cavabdehə müraciət etsələr də müraciətləri təmin edilməmişdir.İddiaçılar göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, Babayev Şəhriyar Əliabas oğlu mübahisəli ünvan üzrə 2016-cı ildən torpaq və əmlak vergisinin ödəyicisi olmuşdur, həmin ünvan üzrə kommunal xidmətlərlə bağlı müqavilələr onunla bağlanmışdır. Notarial qaydada təsdiq olunmuş xx.xx.2015-ci il tarixli, vətəndaşların birgə ərizəsinə əsasən Babayev Şəhriyar Əliabas oğlu həmin ünvanda yaşayır.Babayev Şəhriyar Əliabas oğlunun xx.xx.2017-ci il tarixli müraciəti əsasında cavabdeh tərəfindən sözügedən ünvan üzrə torpaq sahəsində inşası başa çatdırılmış bir mərtəbəli fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınması barədə rayon icra hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 07 nömrəli sərəncam verilmişdir. İddiaçılar ilə X3 arasında məhkəmə mübahisələri mövcud olmuşdur.Həmin məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə qərarlarına əsasən iddiaçıların qeyd edilən yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Həmçinin iddiaçılar cavabdehə qarşı xx.xx.2018-ci il tarixli, 7 nömrəli sərəncamın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qeyd edilən qərardad qüvvədə saxlanmışdır.Həmin qərardad ilə iddiaçıların Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 4589T saylı bağ evində yaşamadıqları, orada qeydiyyatda olmadıqları və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2860/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Babayev Şəhriyar Əliabas oğlunun adına verilmiş xx.xx.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 təqdim edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apelyasiya şikayətində qərarın Babayev Şəhriyar Əliabas oğlunun hüquqlarına toxunmasına baxmayaraq, onun Babayev Şəhriyar Əliabas oğlunun məhkəmə icraatına cəlb edilmədən qəbul edildiyi göstərilmişdir. xx xxxx 2020-ci il tarixdə X3 ərizə ilə müraciət edərək inzibati iş üzrə qərar onun maraqlarına toxunduğunu nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2860/2020 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş RX seriyalı,1247180 saylı çıxarışa əsasən Bakı şəhəri, Pirallahi rayonu, Dübəndi bağ sahəsi, 4589T saylı bağ evi üzərində X1 xüsusi mülkiyyət hüququ və 116,9 ha torpaq sahəsi üzərində isə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.Sözügedən torpaq sahəsi isə məhz Bakı şəhəir Pirallahi rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 07 nömrəli sərəncamı ilə X2 ayrılmışdır. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2860/2020 saylı qərarının ləğv edilməsi, 2-1(112)- 2860/2020 saylı iş üzrə icraatının təzələnməsi, Babayev Şəhriyar Əliabas oğlunun iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Beləliklə iş üzrə icraat təzələndiyindən məhkəmə iclası təyin edilmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər.Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3. –cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçıların tələbi Babayev Şəhriyar Əliabas oğlunun adına verilmiş xx.xx.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Konstitusiyanın 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmişdir: “Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.” Həmin Qanunun 11-ci maddəsinə görə, məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 2.4. –ci maddəsinə əsasən, fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1.-ci maddəsinə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçılar cavabdeh tərəfindən onların hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişlər. Belə ki, iş materiallarına mübahisəli sərəncamın iddiaçılara aid olmasına dair, və ya həmin sərəncamı ilə üzərində hüquqların dövlət qeydiyyatına alınması nəzərə alınan daşınmaz əmlaka iddiaçılarının hər hansı hüququnun mövcud olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. İddiaçılar həmçinin faktiki olaraq həmin əmlakdan istifadə və ya ona sahiblik hüquqlarına da malik deyil. Beləliklə mübahisəli əmlaka dair hal-hazırda sərəncamın cavabdeh tərəfindən verilməməsi ilə iddiaçılarının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Babayev Şəhriyar Əliabas oğlunun adına verilmiş xx.xx.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Babayev Şəhriyar Əliabas oğlunun adına verilmiş xx.xx.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar