Məhkəmə qərarları › İş №2-1(112)-2861/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2861/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2861/2023 17.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-19/1 nömrəli 06 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Faisalabad şəhərində anadan olmuşdur. Pakistan İslam Respublikasının vətəndaşıdır, milliyyətcə pəncabi, dini etiqadına görə əhmədidir. Kəndində 8 il orta təhsilini almış, lakin xüsusi peşəsi olmadığı üçün alasının vəfat etdiyi 2010-cu ilə kimi onunla birlikdə kənd təsərrüfatı sahəsində çalışmışdır. 2010-2013-cü illərdə tekstil fabrikində kargüzar işləmiş, 2013-2022-ci illərdə isə həmin fabrikdə operator kimi işləmişdir. Ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarmağının səbəbi dini etiqadına görə əvvəllər suni olduğunu, sonradan əhmədi təriqəti qəbul eldiyini, lakin bunu açıq şəkildə bəyan etmədiyini, lakin dini etiqadı dəyişməsi faktının bacısının əri tərəfindən üzə çıxarıldıqdan sonra ailə üzvləri tərəfindən döyüldüyünü, təhdid və təziqlərə məruz qaldığını, bacısının əri və “X4” təşkilatının üzvləri tərəfindən polisə şikayət edilərək kafirlikdə ittiham edildiyini bildirmişdir. xx.xx.2022-ci ildə DMX İQ-19/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikası vətəndaşı İddiaçı 06 iyun 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 41-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Pakistan islam Respublikasının Pəncab vilayətinin Faisalabad şəhərinin 355GB kəndində doğulduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə əhmədi oldu¬ğunu, kənddə 8 il orta təhsil aldığını, xüsusi bir peşəsinin olmadığını. 2010-cu ildə atası vəfat edənədək onunla birlikdə kənd təsərrüfatı sahəsində çalışdığını, 2010-2013-cü illərdə 'Tekstil” fabrikində kargüzar işlədiyini, 2013-2022-ci illərdə həmin fabrikdə kompüter operatoru olaraq çalışdığını bildirmişdir (həmçinin, ərizəçi ərizəsində ailə üzvləri barədə məlumat verərkən atası, anası, iki bacısı və bir qardaşının olduğunu, ailədə ən böyük övlad olduğunu, özünün Abida Qasım adlı Pakistan vətəndaşı ilə evli olduğunu, lakin həyat yoldaşının Pakistanda qaldığını, övladlarının olmadığını, arvadının hamilə olduğunu qeyd etmişdir). Bundan başqa, ərizəçi onu da qeyd etmişdir ki. ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarma səbəbi haqqında danışarkən ərizəçi dini etiqadına görə əvvəllər müsəlman (sünni) olduğunu, sonradan əhmədi təriqətini qəbul etdiyini, lakin bunu açıq şəkildə bəyan etmədiyini, heç bir kəsə bu barədə məlumat vermədiyini, lakin dini etiqadını dəyişməsi faktının bacısının əri tərəfindən üzə çıxarılmasından sonra ailə üzvləri tərəfindən döyüldüyünü, təhdid və təzyiqlərə məruz qaldığını, bacısının əri və "X4” təşkilatının üzvləri tərəfindən polisə şikayət edilərək kafirlikdə ittiham edildiyini bildirmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi zid¬diyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki. Qaçqın statusunun verilməsi ilə bağlı ilkin ərizəsində ərizəçi 2013-cü ildə əhmədi təriqətini qəbul etməsini, bu barədə ailə üzvlərinə və ya iş yoldaşlarından heç kimə məlumat verməməsini qeyd etsə də, ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı bu təriqəti iki iş yoldaşının məsləhəti ilə qəbul etdiyini, digər əhmədi təriqətinə mənsub olan iş yoldaşlari ilə birlikdə şirkətdə namaz qıldığını bildirmişdir. Həmçinin, ərizəçi evliliyindən qabaq əhmədi olduğu üçün digər əhmədilər kimi xüsusi bir problemlə qarşılaşmadığını, yalnız əhmədilərə məxsus ümumi problemlərlə üzləşdiyini bildirməsi onun dim etiqadı barədə heç kimə məlumat verməməsi barədə dedikləri ilə ziddiyyət təşkil edir. Həmçinin, ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı dediyi məlumatlardan məlum olmuşdur ki, çalışdığı iş yerində işçilərin 80% əhmədi təriqətinə mənsub olmuş, həmin mənsublardan birinin tövsiyəsi ilə ərizəçi öz həyat yoldaşı ilə əhmədilərin dini mərkəzi sayılan Rabvahda rəsmi nikah bağlamışdır. Bundan əlavə, ərizəçinin dini etiqadını dəyişməsinin evliliyindən sonra üzə çıxması oarədə dedikləri ilə müqayisədə xx.xx.2020-ci il tarixində əldə etdiyi pasportunda dini etiqadı əhmədi olaraq göstərilmişdir. Bu isə onun dini etiqadının həmin tarixdən etibarən rəsmi şəkildə dövlət nümayəndələri tərəfindən əhmədi kimi tanınmasını sübuta yetirir. Bundan əlavə, bu faktın rəsmiləşdirilməsindən sonra ərizəçi sərbəst şəkildə həyatını davam etdırərək işinə davam etməsi onun dövlət tərəfindən təqib edilməsi barədə ehtiyatlarını doğrulamır. Çünki, ərizəçi könüllü şəkildə dini etiqadının əhmədi olmasını, əhmədi cəmiyyətinə üzvlüyünü, üzvlük haqqı ödəməsini dövlət orqanına bildirdikdən sonra heç bir təhdid və təzyiqlə üzləşməmişdir. Ərizəçinin ərizə- anketinin qeydiyyatı və müsahibə zamanı maddi sübut kimi təqdim etdiyi işdən çıxması barəcə arayışın və evlilik şəhadətnaməsinin təhlili müəyyənləşdirmişdir ki, ərizəçi xx.xx.2022-c cə ərizə ilə könüllü olaraq işdən ayrılmışdır. Həmçinin, evlilik şəhadətnaməsində olan nikah tarixi isə xx.xx.2021 -ci il olaraq göstərilmişdir. Bununla da, ərizəçinin evlilik tarixini bilərəkdən yalnış göstərdiyi, iddia etdiyi kimi 2022-ci ilin mart ayında evləndikdən qısa bir müddət sonra problemlərlə üzləşmədiyi məlum olmuşdur. Belə ki, təqdim etdiyi nikah şəhadətnaməsinə əsasə" ərizəçi xx.xx.2021 -ci ildə ailə həyatı qurmuşdur. Ərizəçinin könüllü olaraq işdən çıxması, Azərbaycana məhz BMT QAK-a görə gəlməs BMT QAK-ın onu qəbul etməyərək Dövlət Miqrasiya Xidmətinə göndərməsi, bunun əleyhinə olaraq ərizəçinin əvvəlcədən bu barədə məlumatlı olacağı təqdirdə Azərbaycana deyil bassa ölkələrə gedəcəyini bildirməsi onun həqiqətən Azərbaycana sığınacaq əldə etmək məqsəmə gəlməsini şübhə altına alır. Mənşə ölkəsi haqqında aparılan araşdırma göstərmişdir ki, hazırda Pakistan ərazisində 2- 4 milyon arası əhmədi təriqətinə etiqad edən insan yaşamaqdadır. 1974-cü ildə Pakistan İslam Respublikasının konstitusiyasına qəbul edilmiş düzəlişlər nəticəsində əhmədilər qeyri-müsəlrra” olaraq elan edilmiş, 1984-cü ildən başlayaraq, xüsusilə əhmədiləri hədəf alan bir sıra qamm layihələri qəbul edilmişdir. Pakistan islam Respublikasının Cinayət Məcəlləsinə əsasə." ümumilikdə özlərini müsəlman olaraq adlandıran əhmədilərə qarşı 3 il həbs cəzası və ya cərimə tətbiq edilə bilər. Ümumlikdə, mənbələrə əsasən, Pakistanda küfrdə mühakimə olunan heç kəs edam edilməmişdir (X6 Journal, 28 iyul 2014-cü il https://www.refworld.org/docid/56af1 b384.html). Əhmədilərin cinayət təqibinə məruz qalması halının araşdırılması zamanı onların açıc şəkildə Qurandan sitat gətirmək, camaat arasında təbliğat aparmaq, dini materialları nəşr etmək və yaymaq kimi bir sıra hallarda həbs edilə biləcəyi məlum olmuşdur (https://www.uscirf.gov/resources/pakistan-human-rights-update). Əldə edilmiş digər məlumatlara əsasən Pakistan hökumətinin özü dini azlıqları sıxışdırmaq üçün sistematik səy göstərməsə də. dini azadlıqları qorumaq üçün kifayət qədər iş görmür. Hökumət həmçinin dini azlıqlara qarşı cinayət törətmiş şəxslərin də məsuliyyətə cəlb edilməs1 üçün müəyyən addımlar atsa da. onun səyləri yetərli cey; (https://www.uscirf.gov/resources/pakistan-human-rights-update). Həmçinin yerli QHT-lərin hesabatlarına əsasən Pakistan höküməti tərəfincə" cini azlıqlara qarşı küfr ittihamı getdikcə azalmaqdadır. Nümunə olaraq Sosial Ədalət Mərkəzinin (CSJ) məlumatına əsasən. 2021 -ci ildə 84 nəfər küfrdə ittiham olunub ki, bu da 2020-ci ildə təqsirləndirilən 199 nəfərdən əhəmiyyətli dərəcədə azalma deməkdir (https://www.state.gcv/wpcontent/uploads/2022/05/PAKİSTAN-2021-İNTERNATİ ONAL-RELİGİOU S-FRE E DOM- REPORT.pdf). Araşdırma nəticəsində müəyyən olunmuşdur ki. əhmədilərin dini etiqadlarını gizlətmələrinə qarşı dövlət tərəfindən bir sıra addımlar atılmışdır. Asiya insan Haqları Komissiyasının (AHRC) 2013-cü il hesabatında bildirilir ki, Pakistandakı müsəlmanlar "şəxsiyyət vəsıqələrmı əldə etmək üçün Əhmədiyyə icmasının qurucusunu saxtakar və yalançı elan edən məcburi bəyannamə verməlidirlər" (AHRC 2013, 188, https://www.refworld.org/docid/56af1b384.html). Lakin yuxarıda qeyd edildiyi kimi ərizəçi könüllü olaraq özünün əhmədi dininə mənsubluğunu, cəmiyyətinə üzvlüyünü və üzvlük ödənişlərini bildirməklə pasportunda dini etiqadının əhmədi olaraq göstərilməsim istəmişdir. Pakistandakı dini azlıqların iş və təhsil hüququ barədə 2014-cü il üçün X5 Hesabatında deyilir ki, dini azlıqların işə götürülməsi üçün 5 faizlik kvota mövcud olsa da. ' işəgötürənlər tərəfindən bu tələb ardıcıl surətdə yerinə yetirməyib” (ABŞ 14 oktyabr. 2015, 9). Lakin ərizəçi qaçqın statusunun verilməsi ilə bağlı ilkin ərizəsində çalışdığı ‘‘Shahtaj Textile” şirkətinin çalışanlarının 80%-nin əhmədi dininə mənsub olmasını, burada sərbəst şəkildə öz dini etiqadını yerinə yetirməsini bildirmişdir. Həmçinin, onun təqdim etdiyi işdən çıxma ərizəsində yuxarıda qeyd edilən əhmədilərin mövcud iş tapma çətinliklərinə baxmayaraq könüllü şəkildə belə bir iş yerini tərk etməsi göstərilmişdir (https://www.refworld.org/docid/56af1b384.html). Ərizəçinin verdiyi məlumatların Qaçqınların statusu haqqında 1951 -ci il Konvensiyasına və Qaçqınların statusu haqqında 1967-ci il Protokoluna nəzərən qiymətləndirilməsi, eləcə də ona Pakistan islam Respublikası tərəfindən xx.xx.2020-ci il tarixdə pasport verilməsi, həmir pasportda dininin rəsmi olaraq əhmədi kimi göstərilməsi şəxsin əsaslı təqib qorxusunun doğru olmadığını ortaya çıxarır. Ərizəçinin həmin tarixdən sonra rahat şəkildə ölkəsində yaşayıb öz dini etiqadını davam etdirməsi onun dövlət tərəfindən təqib edilmədiyini göstərir. Həmçinin ərizəçi, ailə üzvləri və qohumları tərəfindən dini etiqadını dəyişməsinə görə təhdid və təqiblərə məruz qalmasından, onlar tərəfindən döyülməsindən sonra rəsmi dövlət dairələrinə şikayət etməməsi və ya hər hansı bir himayə tələb etməməsi onun dövlətin himayəsindən istifadə etmədiyini göstərir. X2 əhmədilərin dini mərkəzi sayılan Rabvah şəhərində ailə həyatı qurması, həyat yoldaşının ailəsinin həmin şəhərdə yaşaması, özünün Pakistanı təm etdikdən sonra həyat yoldaşının ailəsinin yanına köçməsi və orada yaşaması ərizəçinin ölkə daxilində daxili yerdəyişmə alternativinin olmasını və onun bu alternativdən istifadə etməməsini göstərir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi "Qaçqın” statusu verilməsi haaqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş.onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinin 1 -ci hissəsinin 1 -ci bəndində "qaçqına verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-cı ıl tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasımın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir ("Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 19 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1 -ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin nımayəsinaən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nərıcələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2022-ci tarixli, İQ-19/1 saylı “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarın surəti; - xx.xx.2022-ci il tarixli, MŞ-41-2022-ci il tarixli müvəqqəti şəhadətnamə (Arayış) - Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il “Qaçqın Statusunun verilməsi haqqında” Vəsatət (ərizə anket);

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. - Bənd 1. ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. ... - Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından məhkəmə qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, dini mənsubiyyətinə görə ölkəsində təqib və təhdid olunacağını bildirmişdir. İddiaçı müsahibə zamanı ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarma səbəbi haqqında danışarkən dini etiqadına görə əvvəllər müsəlman (sünni) olduğunu, sonradan əhmədi təriqətini qəbul etdiyini, lakin bunu açıq şəkildə bəyan etmədiyini, heç bir kəsə bu barədə məlumat vermədiyini, lakin dini etiqadını dəyişməsi faktının bacısının əri tərəfindən üzə çıxarılmasından sonra ailə üzvləri tərəfindən döyüldüyünü, təhdid və təzyiqlərə məruz qaldığını, bacısının əri və “X4” təşkilatının üzvləri tərəfindən polisə şikayət edilərək kafirlikdə ittiham edildiyini bildirmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, Qaçqın statusunun verilməsi ilə bağlı ilkin ərizəsində ərizəçi 2013-cü ildə əhmədi təriqətini qəbul etməsini, bu barədə ailə üzvlərinə və ya iş yoldaşlarından heç kimə məlumat verməməsini qeyd etsə də, ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı bu təriqəti iki iş yoldaşının məsləhəti ilə qəbul etdiyini, digər əhmədi təriqətinə mənsub olan iş yoldaşlari ilə birlikdə şirkətdə namaz qıldığını bildirmişdir. Həmçinin, ərizəçi evliliyindən qabaq əhmədi olduğu üçün digər əhmədilər kimi xüsusi bir problemlə qarşılaşmadığını, yalnız əhmədilərə məxsus ümumi problemlərlə üzləşdiyini bildirməsi onun dim etiqadı barədə heç kimə məlumat verməməsi barədə dedikləri ilə ziddiyyət təşkil edir. Həmçinin, ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı dediyi məlumatlardan məlum olmuşdur ki, çalışdığı iş yerində işçilərin 80% əhmədi təriqətinə mənsub olmuş, həmin mənsublardan birinin tövsiyəsi ilə ərizəçi öz həyat yoldaşı ilə əhmədilərin dini mərkəzi sayılan Rabvahda rəsmi nikah bağlamışdır. Bundan əlavə, ərizəçinin dini etiqadını dəyişməsinin evliliyindən sonra üzə çıxması barədə dedikləri ilə müqayisədə xx.xx.2020-ci il tarixində əldə etdiyi pasportunda dini etiqadı əhmədi olaraq göstərilmişdir. Bu isə onun dini etiqadının həmin tarixdən etibarən rəsmi şəkildə dövlət nümayəndələri tərəfindən əhmədi kimi tanınmasını sübuta yetirir. Göründüyü kimi, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu mövcud deyil. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Məhkəmə hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: - 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. - 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. - 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. - 48.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. - 48.3-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. - 48.4-cü maddəsinə əsasən bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. - 50.1-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-19/1 nömrəli 06 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar