Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2867/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İ qrup əlil olaraq həyat yoldaşı mərhum X9 qanuni vərəsəsi kimi X9 adına ayırılmış “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinin özəlləşdirilməsini həyata keçirmək üçün həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X9 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Bakı şəhəri 6 saylı notariat ofisinə etdiyi müraciət ərizəsi nəticəsində xx.xx.2013-cü il tarixdə həmin notariat ofisində vərəsəlik işi açılmış və qanunvericiliyin tələbinə əsasən onun, yəni İddiaçı miras qoyanın qanun üzrə vərəsəsi olması müəyyən edilmişdir. İddiaçının həyat yoldaşı X11 vəfat etməmişdən əvvəl X16 İdarəsinə məxsus “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsi ayrılmışdır. Bu haqda məlumat Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə edilmiş rəsmi sorğuya verilmiş cavabda da bildirilir. Lakin həyat yoldaşının qəfil vəfatı ilə əlaqədar həmin torpaq sahəsinin özəlləşdirilməsi (daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi) həyata keçirilmədiyindən, müvafiq sənədin əldə edilməsi üçün “Yelkən” bağçılıq-yoldaşlıq birliyindən ilkin hüquq müəyyənedici sənədləri almaq üçün həmin Birliyinə dəfələrlə müraciət etdikdə, o, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Çünki Birlik həyat yoldaşının vəfat etməsindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, X11 ayrılmış 0,05 ha torpaq sahəsini hissə-hissə ətrafdakı şəxslərə qeyri-qanuni satdığı üçün ona yalnız həmin torpaq sahəsinin yarısını, yəni 0,025 ha torpaq sahəsi verə biləcəyini, ondan artıq torpaq sahəsinin isə mövcud olmadığını söyləmişdir. Bununla bağlı “Yelkən” bağçılıq-yoldaşlıq birliyinin tabe olduğu Azərbaycan Dəniz Nəqliyyatı X4 Respublika Komitəsinə müraciət etdikdə, həmin Komitədən rəsmi şəkildə bildirilmişdir ki, X15 Həmkarlar İttifaqı Komitəsinin nəzarəti altında tərtib olunmuş “Yelkən” bağçılıq-yoldaşlıq birliyinin xx.xx.2019-cu il tarixində Əmlak Komitəsinə göndərilən sonuncu ümumi siyahısında X14 319-cu sıra nömrəsində 2000-ci il tarixində bağçılığın “V” bataqlıq sektorunda ona ayrılan 342 saylı torpaq sahəsi 0,05 ha göstərilib. Ardınca da söylənilir ki, “Yelkən” bağçılığın İdarə Heyətinin məlumatına əsasən 342 saylı torpağın sahəsi 300 m2 (yəni 0,03 ha) təşkil edir. Ayrılan 0,05 ha torpaq sahəsinin yerdə qalan 200 m2 (yəni 0,02 ha) hissəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək kimlərə və hansı qeyriqanuni yollarla verilməsi barədə heç nə bildirilmir. İddiaçı həyat yoldaşı mərhum X9 qanuni vərəsəsi olaraq, onun adına ayırılmış “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar 342 nömrəli bağ sahəsinin özəlləşdirilməsini həyata keçirmək üçün həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı və texniki pasportu vermək üçün cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 09 iyul 2021-ci il tarixində müraciət etmişdir. Həmin müraciətə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixində verdiyi rəsmi cavabda isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən müvafiq bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilmədiyinə görə həmin torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı və texniki pasportunun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bidirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********06 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X11 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İİİ-ЖГ 307403 nömrəli, xx.xx.1983-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X14 və İddiaçı xx.xx.1983-cü il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 06 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 583315 nömrəli, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1469 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, X-489 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2012-ci ildə vəfat etmiş X5 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X9 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2013-cü ildə vərəsəlik işi açılıb və vərəsəlik dairəsi müəyyən olmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə sizə məlumat verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində 342 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş olunur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********64 nömrəli məktubda bildirilmişdir ki, sizin “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 342 nömrəli bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X11 X12 məxsus “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində, 0.05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. X3 “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində 342 nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və s.) İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********96 nömrəli məktubda bildirilmişdir ki, sizin “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinin X11 məxsus olması barədə məlumatın verilməsinə dair müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədər olaraq bildirilir ki, “Yelkən” bağçılıqyoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X9 adına 0.05 hektar torpaq sahəsi 342 nömrəli bağ sahəsi göstərilmişdir. Lakin X1 bağ sahəsinin ayrılmasına dair sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dəniz Nəqliyyatı X4 Respublika Komitəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 50/06 nömrəli məktubda bildirilmişdir ki, sizin Azərbaycan Dəniz Nəqliyyatı X4 Respublika Komitəsinin sədrinə ünvanladığınız 18 may 2021-ci il tarixli ərizənizə baxılmışdır. Ərizənizdə göstərmisiniz ki, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində yerləşən X12 məxsus “Yelkən” bağçılıq-yoldaşlığın bağçılıq sahəsində X9 adma 0,05 ha torpaq sahəsi olan 342 nömrəli bağ sahəsi ayrılmışdır. X15 Həmkarlar İttifaqı Komitəsinin nəzarəti altında tərtib olunmuş “Yelkən” bağçılıq-yoldaşlığın xx.xx.2019-cu il tarixində Əmlak Komitəsinə göndərilən sonuncu ümumi siyahısında X14 319-cu sıra nömrəsində 2000-ci il tarixində bağçılığın “V” bataqlıq sektorunda ona ayrılan 342 saylı torpaq sahəsi 0,05 ha göstərilib. O zaman dənizçilərə ayrılan torpaq sahəsi yalnız bölgü sxemi (xəritəsi) üzərində nəzərdə tutulmuşdur. Suyun dərinliyi (0.5-2.3 m) buna imkan vermirdi ki, dənizçilər ora yaxınlaşıb hər hansı abadlıq işləri görsünlər. Bakı şəhər X8 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987ci il tarixli, 20/396 saylı Qərarı ilə X10 işçiləri üçün ayrılmış torpaq sahəsi 2000-ci ilin sonuna qədər HİK nəzarəti altında paylanıb qutarıb. Qeydiyyatdan keçən dənizçilər HİK nəzarəti altında protokola salınıb və onlara lazımi sənədlər verilib. Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığınız xx.xx.2020-ci il tarixli ərizənizə, cavab olaraq “Yelkən” bağçılıq-yoldaşlığın ümumi siyahısında X6 adına 342 saylı torpaq sahəsinin olması haqqında və ona 342 saylı torpaq sahəsinin verilməsi haqqında heç bir sənəd (üzvlük kitabçası, protokoldan çıxarış, bölgü sxemi, arayış) olmadığı barədə sizə ətraflı məlumat verilib. 342 saylı torpaq sahəsinin ətrafındakı qonşu torpaqlar 340, 341, 341a saylı torpaq sahələrinin sahəsi 300- 450 m2 arasında dəyişilir. 342 saylı torpağın sahəsi 300 m2 təşkil edir. (“Yelkən” bağçılığın İdarə Heyətinin məlumatına əsasən). Ərizənizdə qeyd edirsiniz ki, 342 saylı bağ sahəsinin ayrılmasına dair “təkidlə” “çıxarış” tələb edirsiniz. Əmlakın özəlləşməsinə aid “çıxarış” lazımi sənədlər əsasında yalnız 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilir, baxmayaraq ki, bu barədə sizin əlinizdə X9 vərəsəsi olduğunuz haqqında sənəd yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan X15” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, CMxx/xx-1477 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X10 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X13 yenidən təşkili yolu ilə ASCO yaradılmış və həmin müəssisələrin əmlakı, o cümlədən hüquq və öhdəlikləri ASCO-ya keçmişdir. ASCO-nun Nizamnaməsi və strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuşdur. Qeyd olunan qərarla təsdiq olunmuş ASCO-nun strukturunda ““Yelkən” bağçılıq-yoldaşlıq birliyi” adlı təşkilat yoxdur, həmçinin ASCO ilə adıçəkilən bağçılıq-yoldaşlıq birliyi arasında hər hansı hüquqi münasibət mövcud deyildir. Eyni zamanda, hüquq və öhdəlikləri ASCO-ya təhvil verilən Azərbaycan Dövlət X10 strukturunda da qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçmiş ““Yelkən” bağçılıq-yoldaşlıq birliyi” adlı təşkilat olmamış və belə təşkilata aid sənədlər ASCO-ya təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 342 nömrəli bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğuyla əlaqədar olaraq arxiv qovluğunda mövcud olan “Yelkən” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Yelkən” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahısında 319-cu sırada X14, üzvlüyə daxil olduğu il 2000-ci il, bağ nömrəsi 342 olaraq qeyd olunmuşdur. Cavabdeh orqanın iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********06 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən bağ sahəsinə hüquqların mərhum X11 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrətəqdim olunan sənədlərdə iddiaçının mərhum əri X9 adı Yelkən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında göstərilsə də sonuncuya konkret olaraq müvafiq nömrəli, müvafiq ölçüdə bağ sahəsinin ayrılması barədə protokoldan çıxarış, üzvlük kitabçası müəyyən olunmamışdır. Məhkəmə icraatında olarkən Yelkən bağçılıq-yoldaşlıq birliyinə aid arxiv qovluğuna baxış keçirilmiş, arxiv qovluğunda mərhum R.Nümayəndə bağ torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd aşkar olunamamışdır. Eyni zamanda, birlik daxilində üzvlərə bağların yalnız birliyin təsdiq etdiyi siyahı əsasında deyil, siyahıya müvafiq olaraq bağın ayrılmasına dair üzvlərin iclas protokolları əsasında verilməsi müəyyən olunmuşdur. 9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, hər iki dövr qanunvericiliyinə əsasən torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Hazırkı iş üzrə iddia edilən torpaq sahəsi üzrə mərhum R.Nümayəndə aid torpaqayırma sənədi aşkar olunmamaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin naturada (faktiki) istifadəsinə təhvil verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunvericiliyin tələbinə görə yalnız torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər və naturada təhvil verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduqda apara bilər. Belə sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuş, iddiaçı tələbinin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2867/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2867/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver