Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2868/2020 16.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (X7 üzrə Mərkəzi Filialına) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (X7 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın mümkün hesab edilməsi, işə mahiyyəti üzrə baxılması və İddiaçı 57 yaşının tamam olduğu gündən, yəni xx.xx.2019-cu il tarixdən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsindən cavabdeh tərəfindən verilmiş imtinanın əsassız və qanunsuz hesab edilməsi, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur və hal-hazırda da həmin kənddə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Əmək fəaliyyətinə xx xxxxxxxx 1979-cu il tarixdən Tovuz rayonunun "Qələbə” üzümçülük sovxozunun şərab zavodunda fəhlə işləməklə başlamış, xx xxx 1981-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həmin işdən azad edilmişdir. 2 il hərbi xidmətdə olduqdan sonra 1983-cü ilin iyun ayının 8-də yenidən həmin sovxozda anbar fəhləsi kimi işə başlamış, bir həftədən sonra, xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Tovuz rayonunun Əli Bayramov adına üzümçülük sovxozunun şərab məntəqəsində fəhlə işləmişdir. İddiaçı xx.xx.1983-cü il tarixdən X13 və Qaz Flotunda matros şagirdi, xx.xx.1983-cü il tarixdən matros, xx.xx.1984-cü ildən A.Kortunov adına gəmidə bosman, xx.xx.2000-ci il tarixdən gəmilərin neftçıxarma sahəsində işləyən xarici şirkətlərə icarəyə verilməsi ilə əlaqədar, həmin şirkətlərdən biri olan "X3 inc" şirkətində xx.xx.2008-ci ilədək gəmi bosmanı vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək BYUİ Kaspian Şirkətində gəmilərdə bosman vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci ilədək Xəzər Dəniz X6 "Kür” gəmisində bosman, xx.xx.2012-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X8 "Kür" gəmisində bosman vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2013-cü il tarixli 6 №-li və xx xxxxxx 2014-cü il tarixli 213 №-li Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X9 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçı da həmin təşkilatda işini davam etdirir. xx xxxxxx 2006-cı il tarixə İddiaçı ümumi əmək (sığorta) stajı 26 il 1 ay 9 gün, güşəştli iş sahələrində 22 il 2 ay 11 gün təşkil edir. xx xxxxxx 2020-ci il tarixə isə ümumi əmək (sığorta) stajı 40 il, güzəştli sahədə 36 il 1 ay 02 gün təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə İddiaçı ağır və zərərli iş sahələrində uzun müddət 36 ildən artıq işləmiş şəxs kimi güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək ümumi əmək stajı 26 il 1 ay 9 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş sahələrində isə stajı 22 il 2 ay 11 gün təşkil etdiyi üçün, İddiaçı pensiya həmin vaxtadək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahının XXVİİİ bölməsində 23003010-cu kodla göstərilmiş gəmi bosmanı güzəştli iş sahəsi kimi nəzərdə tutulmuşdur. Həmin vəzifə Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş siyahıda da (21.2-ci bölmə b) yarımbəndi) nəzərdə tutulmuşdur. Göstərilən hüquq normalarının müddəalarına əsasən İddiaçı 57 yaşı tamam olduqdan sonra, yəni xx.xx.2019-cu ildən sonra, ona həmin yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh dövlət orqanı olan DSMF-nin X7 İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycanda şəhərdaxili və şəhərətrafı yol gəmilərinin (Bakı buxtasında işləyən gəzinti gəmilərindən başqa) olmadığını hamının bildiyi halda, həmin idərənin rəisinin imzası ilə guya İddiaçı bosman vəzifəsində işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmadığı ona verilmiş arayışda göstərilmədiyi üçün ona pensiya təyinatından imtina edilmişdir. Bundan sonra İddiaçı işlədiyi təşkilatdan, xx.xx.2019-cu il tarixli izahedici arayış alaraq cavabdeh təşkilata təqdim etmiş və təkrarən pensiya təyin edilməsini xahiş etmişdir. xx xxxxxx 2019cu il tarixli **********9 №-li imtina məktubunda göstərilmişdir ki, əmək kitabçasında qeyd edilən iddiaçının işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Azərbaycan dilinin izahlı lüğətinin İ cildinin 336-cı səhifəsində (2006-cı il nəşri) bosman sözü - gəmi komandasının təsərrüfat işləri cəhətdən tabe olduğu şəxsdir, matros isə mülki donanmada adi dənizçidir. Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılaraq iddiaçıya 57 yaşının tamam olduğu xx xxxx 2019-cu il tarixdən güzəştli şərtlərdə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş 'Vətəndaşların pensiya təminatı haqqında’ Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın nəqliyyat bölməsinin (21) dəniz, çay donanmasının (21.2) yarımbəndinin üzən heyəti (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) (b) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. İddiaçının İdarəyə təqdim etdiyi xx xxxxx 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, onun işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Qələbə üzümçülük sovxozunun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı xx xxxxxxxx 1979-cu il tarixdə 122 №-li əmrlə Qələbə üzümçülük sovxozunun şərab zavoduna müvəqqəti fəhlə qəbul edilmiş, xx xxx 1981-ci il tarixdə 53 №-li əmrlə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq fəhləlikdən azad edilmiş, xx xxxx 1983-cü il tarixdə 69 №-li əmrlə öz ərizəsinə əsasən AVM-də işləmək üçün fəhlə qəbul edilmiş, xx xxxx 1983-cü il tarixdə 72 №-li əmrlə fəhləlikdən azad edilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********8 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xususı sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və agır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8 ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya huququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyın edilir. xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunun”un 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı oıan və bu stajın ən azı 12 ıl 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xususı sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il taxirli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin “b“ yarımbəndinə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. Eyni zamanda sizın ümumi iş stajınız 25 ildən az təşkil edir. “xxxx” QSC-nin Xəzər X12 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli EN01/02-157 nömrəli arayışda işlədiyiniz gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmadığı deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********9 saylı məktubundan görünür ki, onun təqdim etdiyi xx xxxxx 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd edilən işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan “xxxx” QSC Xəzər X9 xx.xx.2019-cu il tarixli EN01/02-689 saylı arxiv arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə Xəzər X9 k/s “Y.Kazımov” gəmisinə şagird matros peşəsinə işə qəbul edilmişdir (xx.xx.1983-cü il tarixli 237-k nömrəli əmr). xx.xx.1983-cü ildə həmin gəmiyə 2-ci dərəcəli matros (xx.xx.1983-cü il tarixli 280-k nömrəli əmr) peşəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə t/x “A.Kortunov” gəmisinə bosman vəzifəsinə (xx.xx.1984-cü il tarixli 70-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2000-ci ildə icarədə olan gəmilərə işləməyə getməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2000-ci il tarixli 151-k nömrəli əmr). xx.xx.2009-cu ildə t/x “Kür” gəmisinə bosman vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2009-cu il tarixli 83-k nömrəli əmr). xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2012-ci il tarixli 775-k nömrəli əmr). xx.xx.2012-ci ildə t/x “Kür” gəmisinə bosman vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2012-ci il tarixli 1008-k nömrəli əmr). Hal-hazırda “Sokar-1” gəmisində bosman peşəsində çalışır. (Şəxsi iş № 402.) Adı çəkilən gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: şəxsi vərəqə T-2, ştat cədvəli, Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən Xəzər X12 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Xəzər X9 yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan “xxxx” QSC Xəzər X12 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli M1 01/02-390 saylı arxiv arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə Xəzər X9 k/s “Y.Kazımov” gəmisinə şagird matros peşəsinə işə qəbul edilmişdir (xx.xx.1983-cü il tarixli 237-k nömrəli əmr). xx.xx.1983-cü ildə həmin gəmiyə 2-ci dərəcəli matros ( xx.xx.1983-cü il tarixli 280-k nömrəli əmr) peşəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə t/x “A. Kortunov” gəmisinə bosman vəzifəsinə (xx.xx.1984-cü il tarixli 70-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2000-ci ildə icarədə olan gəmilərə işləməyə getməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ( öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2000-ci il tarixli 151-k nömrəli əmr). xx.xx.2009-cu ildə t/x “Kür” gəmisinə bosman vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2009-cu il tarixli 83-k nömrəli əmr). xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2012-ci il tarixli 775-k nömrəli əmr). xx.xx.2012-ci ildə t/x “Kür” gəmisinə bosman vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2012-ci il tarixli 1008-k nömrəli əmr). Halhazırda “Sokar-1” gəmisində bosman peşəsində çalışır. Şəxsi iş № 402. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - kod: 23003010) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. - Əsas: şəxsi vərəqə T-2, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən Xəzər X12 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Xəzər X9 yenidən təşkili yolu ilə “xxxx” QSC yaradılmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli MC 02/02-469 saylı məktubunda qeyd edilir: Sizin 2-1(112)- 2868/2020 nömrəli inzibati iş üzrə 2020-ci il 28 avqust tarixli məktubunuz “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) 2020-ci il 01 oktyabr tarixində daxil olmuş və həmin məktuba aidiyyəti struktur bölmələr tərəfindən baxılmışdır. Bildiririk ki, məktubda qeyd edilən “TideWater Marine İnternational İNC” şirkəti 2000-2009-cu illər ərzində, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ləğv edilərək hüquq və öhdəlikləri ASCO-ya ötürülən Xəzər X12 (XDND) ilə alyans şəklində Azərbaycanda fəaliyyət göstərmişdir. “BYUİ Kaspian” şirkəti isə 1999-cu ilin dekabr ayından etibarən XDND ilə alyans şəklində fəaliyyət göstərməyə başlamış və hal-hazırda da fəaliyyətini davam etdirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, məhkəmənin sorğusunda qeyd edilmiş şirkətlər vaxtı ilə SOCAR-ın strukturuna daxil olmuş Xəzər X9 alyansı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2013-cü il tarixli 6 nömrəli sərəncamına əsasən, xxxx və SOCAR-ın Xəzər X9 ləğv edilməsi və onların əsasında “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. İş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə «Qələbə» Sovxozunda şərab zavoduna müvəqqəti fəhlə qəbul edilmiş, xx.xx.1981-ci il tarixədə hərbi xidmətə getməsi ilə əlaqədar şərab zavodunda fəhləlikdən azad edilmiş, xx.xx.1983-cü ildə öz ərizəsinə əsasən müvəqqəti olaraq “Qələbə” sovxozu AVM-də işləmək üçün fəhlə qəbul edilmiş, xx.xx.1983-cü ildə öz ərizəsinə əsasən “Qələbə” sovxozu AVM-də fəhləlikdən azad edilmişdir, xx.xx.1983-cü ildə Əli Bayramov adına üzümçülük sovxozunun nəzdində olan şərab məntəqəsinə fəhlə qəbul edilmiş, xx.xx.1983cü ildə Əli Bayramov adına üzümçülük sovxozunun şərab məntəqəsində fəhləlikdən öz ərizəsinə əsasən azad edilmiş, xx.xx.1983-cü ildən xx.xx.1983-cü il tarixədək X13 və Qaz İdarəsi donanmasında matros şagirdi, xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək həmin idarədə matros, xx.xx.1984-cü ildən xx.xx.2000-ci ilədək A.Kortunov adına gəmidə bosman işləmiş, xx.xx.2000-ci ildə icarədə olan gəmilərə işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilədək “X3 inc” şirkətində bosman, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək BYUİ Kaspian Şirkətində gəmilərdə bosman, xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək X13 X1 X6 “Kür” gəmisində bosman işləmiş, xx.xx.2012-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X12 “Kür” gəmisində bosman vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X9 yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. O, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1979-cu ildə «Qələbə» Sovxozunda şərab zavoduna müvəqqəti fəhlə qəbul edilmiş, xx.xx.1981-ci il tarixədə hərbi xidmətə getməsi ilə əlaqədar şərab zavodunda fəhləlikdən azad edilmiş, xx.xx.1983-cü ildə müvəqqəti olaraq “Qələbə” sovxozu AVM-də işləmək üçün fəhlə qəbul edilmiş və xx.xx.1983-cü ildə isə azad edilmişdir, xx.xx.1983-cü ildə Əli Bayramov adına üzümçülük sovxozunun nəzdində olan şərab məntəqəsinə fəhlə qəbul edilmiş və xx.xx.1983-cü ildə isə azad edilmişdir, xx.xx.1983-cü ildən xx.xx.1983-cü il tarixədək X13 və Qaz İdarəsi donanmasında matros şagirdi, xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək həmin idarədə matros, xx.xx.1984-cü ildən xx.xx.2000-ci ilədək A.Kortunov adına gəmidə bosman işləmiş, xx.xx.2000-ci ildə icarədə olan gəmilərə işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilədək “X3 inc” şirkətində bosman, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək BYUİ Kaspian Şirkətində gəmilərdə bosman, xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək X13 X1 X6 “Kür” gəmisində bosman işləmiş, xx.xx.2012-ci ildən halhazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X12 “Kür” gəmisində bosman vəzifəsində işləyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X9 yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Habelə “xxxx” QSC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “TideWater Marine İnternational İNC” şirkəti 2000-2009-cu illər ərzində, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ləğv edilərək hüquq və öhdəlikləri ASCO-ya ötürülən Xəzər X12 (XDND) ilə alyans şəklində Azərbaycanda fəaliyyət göstərmişdir, “BYUİ Kaspian” şirkəti isə 1999-cu ilin dekabr ayından etibarən XDND ilə alyans şəklində fəaliyyət göstərməyə başlamış və hal-hazırda da fəaliyyətini davam etdirir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 26 ildən çoxdur. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, cavabdeh imtina məktubunda “xxxx” QSC-nin Xəzər X12 tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmadığı deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığının qeyd olunduğunu, habelə iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilən işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumatın qeyd edilmədiyni göstərməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyini bildirmişdir. Lakin “xxxx” QSC tərəfindən verilmiş arayışa əsasən iddiaçının tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir, bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. İddiaçının xx.xx.1983-cü ildən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ bölmə (Nəqliyyat) 3-cü bənd (Dəniz və çay donanması) 1-ci yarımbəndində (Üzən heyət) nəzərdə tutulmuşdur (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla). Eyni zamanda həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» 21-ci bölmə (Nəqliyyat) 21.2-ci bənd (Dəniz və çay donanması) «b» yarımbəndində (üzən heyət) nəzərdə tutulmuşdur (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla). “xxxx” QSC tərəfindən verilmiş arayışda da iddiaçının işlədiyi vəzifə və gəmilərin qeyd olunan vəzifə və gəmilərə uyğun olduğu, istisna olaraq müəyyən edilmiş vəzifə və gəmilərə aid olmadığı təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 22 ildən çoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Göstərilənlərə əsasən iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2868/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2868/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver