Məhkəmə qərarları › İş №2-1(112)-2868/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2868/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2868/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı İddiaçının vəkili X5 oglunun Cavabdehin nümayəndəsi X4 oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Su Kəmərlərinin Mühafizəsi Alayında milis nəfəri vəzifəsində xidmət keçməsi barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə YYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ədərək 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi həqiqətən X2 Alayında milis nəfəri vəzifəsində xidmət keçməsi barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbində göstərilmişdir ki, iddiaçı AR Sovet “Spartak” idman strukturunda 1974-ci ilin iyun ayına kimi, 1974-ci ilin iyul ayından 1978-ci ilin oktyabr ayına kimi AR Sovet “Dinamo”da trener-müəllim kimi, həmin ilin noyabr ayından 1981-ci ilin yanvar ayına kimi dzüdo üzrə müəllim işləmişdir. 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayına kimi Daxili İşlər Nazirliyinin X2 Alayında serjant rütbəsində milis nəfəri kimi xidmətdə olmuşdur. 1984-cü ilin oktyabr ayında X2 Alayının kadrlar üzrə müfəttişi vəzifəsinə təyin olunmuş və 1987-ci ilin dekabr ayına kimi göstərilən vəzifədə işləmiş, 1987-1992-ci illərdə DİN-in Arif Heydərov adına tədris mərkəzində müəllim vəzifəsində xidmətini davam etdirmiş və 1992-ci ilin fevral ayında öz ərizəsi ilə X3 xidmətdən ehtiyata buraxılmışdır. Pensiya verilməsinə dair sənədlərinin hazırlanması üçün müraciət etdikdə xidmət illərinin kifayət etmədiyi, 1974-1981-ci illərdə X2 Alayında milis nəfəri kimi xidmət keçməyinə dair məlumatların şəxsi işinə kiminsə öz vəzifə borcunu düzgün yerinə yetirmədiyinə görə daxil edilmədiyi iddiaçıya məlum olmuşdur. Bununla baglı iddiaçı X2 Alayının kadrlar şöbəsinə və rəhbərliyinə müraciət etsə də, 1974-1981-ci illərdə həmin alayda xidmət keçməyinə dair və şəxsi işi müəmmalı şəraitdə itmiş və tapılmamış, DİN-in arxiv idarəsində də bu sənədlər nədənsə aşkar olunmamışdır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 01 dekabr 2021-ci il tarixli 2-1(112)-11021/2021 saylı qərardadı ilə iş üzrə cavabdehlər əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilmişlər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin hazırlıq iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi və əsaslandırılması izah edilmiş, iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılması təkid edildiyindən iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Cavabdehin nümayəndəsi etirazında bildirilmişdir ki, cavabdeh tərəfindən hərhansı hərəkətsizlik edilməmiş, iddiaçının müraciəti üzrə müvafiq araşdırılma aparılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq aidiyyəti qurumları tərəfindən iddiaçının müraciətlərinə baxılaraq ona ünvanlanmış cavab məktubları ilə arxiv şəxsi işininin xidmətkeçmə siyahısında qeyd edilən tarixlərdə DİN-in X2 üzrə Milis Alayında kiçik rəis heyətində xidmət etməyinə dair qeydiyyatın aşkar edilmədiyi bildirilmiş, həmçinin də iddiaçının arxiv şəxsi işininin xidmətkeçmə siyahısında qeyd edilən tarixlərdə onun DİN-in X2 üzrə milis Alayında kiçik rəis heyətində xidmət etməyinə dair qeydiyyat olmadıgından arxiv arayışının verilməsi mümkün olmamışdır. İddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir. Maddə 1. arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələridir. Maddə 8. Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnamə: 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. 2.11. Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, ədliyyə, miqrasiya, fövqəladə hallar, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, habelə geodeziya və xəritəçəkmə, ekologiya və təbii sərvətlər, standartlaşdırma və metrologiya dövlət orqanlarının və Azərbaycan Milli Elmlər Akademiyasının arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla həmin təşkilatların özündə daimi mühafizə olunur. 4.9. Dövlət arxivləri sosial-hüquqi xarakterli sorğuların icrasından başqa vətəndaşların arxiv sənədləri əsasında sorğularını yerinə yetirməyə borclu deyildir. Arxivlər vətəndaşlara yalnız onları maraqlandıran məlumatların saxlandığı müvafiq arxiv fondlarının yerləri haqqında məlumat verir və sənədlərdən istifadə qaydaların izah edir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimat: 2.1. Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilənə qədər dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. 2.2. İdarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. 3.1. İdarənin fəaliyyəti nəticəsində yaranan sənədlərin məcmusu onun sənəd fondunu təşkil edir. İdarənin sənəd fondu Azərbaycan Respublikasının kargüzarlıq və arxiv işi sahəsində qüvvədə olan normativ-hüquqi aktlarına, sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi və sahə siyahılarına, işlərin nomenklatur-siyahısına uyğun sənədlərin sistemləşdirilməsi və işlərin formalaşdırılması əsasında yaradılır. 3.7.2. Azərbaycan Respublikasının icra hakimiyyəti, prokurorluq, məhkəmə və yerli özünüidarəetmə orqanlarının sənədlərindən müstəqil arxiv fondu yaradılır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin iddiaçının müraciətinə baxılaraq ona ünvanlanmış 03.08.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir, 1974-1981-ci illər ərzində DİN-in X2 üzrə Milis Alayında kiçik rəis heyəti vəzifəsində xidmət etməyinə dair arayışın verilməsi barədə DİN-in Baş Kadrlar İdarəsinə daxil olmuş müraciətinə baxılmışdır. Arxiv şəxsi işininin xidmətkeçmə siyahısında qeyd edilən tarixlərdə DİN-in X2 üzrə Milis Alayında kiçik rəis heyətində xidmət etməyinə dair qeydiyyat aşkar edilmədiyindən xahişin müsbət həlli imkan xaricindədir. Məhkəmə sorgusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının arxiv şəxsi işininin xidmətkeçmə siyahısı nəzərdən keçirilərək qeyd edilən tarixlərdə iddiaçının DİN-in X2 üzrə Milis Alayında kiçik rəis heyətində xidmət etməyinə dair qeydiyyat aşkar edilməmişdir. Əlavə olaraq məhkəmə sorgusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Həyat X1 üzrə Polis Alayının 17.01.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir, sabiq polis əməkdaşı İddiaçı işlədiyi müddət haqqında Alayda hər hansı bir məlumat mövcud deyildir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arxivinə inzibati orqanın özü tərəfindən fəaliyyəti nəticəsində yaranan və müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün sənədlər təhvil verilir. Müvafiq arxiv bölməsi tərəfindən isə vətəndaşların arxiv arayışlarının, arxiv sənədlərinin surətinin və ya arxiv sənədlərindən çıxarışların verilməsi ilə bağlı müraciətlərinə baxılır və sosial-hüquqi xarakterli sorğuların icrasından başqa vətəndaşların arxiv sənədləri əsasında sorğularını yerinə yetirməyə borclu deyildir. İş materiallarından, habelə cavabdehin etirazından da aydın olur ki, iddiaçının müraciətinə müvafiq qaydada baxılaraq iddiaçının xidmətinə dair arxivdə olan şəxsi işi və əmrlər əsasında araşdırma aparılaraq, iddiaçıya tələb etdiyi sənədlər aşkar edilmədiyindən 1974-1981-ci illər ərzində DİN-in X2 üzrə Milis Alayında kiçik rəis heyəti vəzifəsində xidmət etməyinə dair arxiv arayışının verilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3KİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar