Məhkəmə qərarları › İş №2-1(112)-2868/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2868/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2868/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarların ləğv edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarların ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2004 və 2005-ci illər ərzində (3-cü qrup olarkən) öz iradəsindən asılı olmayaraq aldığı əmək pensiyasının ödənilməsi, xx.xx.2022-ci il tarixli yeni qaydalarla və yenidən hesablanmış 500,04 manat məbləğində pensiyanın ləğv edilməsi və aldığı 572,23 manat pensiyanın bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1996-ci il tarixdən xx.xx.2011-ci il tarixədək (13 il 8 ay 13) Vergilər nazirliyinin müxtəlif idarələrində işləmişdir. xx.xx.2004-cü il tarixdə 3-cü qrup üzrə (əmək zədəsi ilə bağlı olaraq) əlillik almışdır. Həmin əlillik dərəcəsinin bildirişi TSEK tərəfindən iddiçıya və ya DSMF-nin rayon şöbəsinə təqdim edilməmiş, yanlışlıqla iş yerinə (Bakı şəhəri Vergilər Departamentinə) göndərilmişdir. Həmin şəhadətnamənin surəti ona təqdim etmiş, əslini isə özlərində saxlamışdır. Bununla əlaqəli olaraq həmin ilin pensiyasını əldə edə bilməmişdir. Növbəti illərdə iddiaçının TSEKə müraciəti olmamışdır. Lakin, 2011-ci ildə iddiaçının səhhəti ağırlaşdığından yenidən 2-ci qrup əlil olaraq pensiyaya çıxmış və pensiyası 572,23 manat olmuşdur. İddiaçı xx.xx.2022ci il tarixdə həmin idarəyə 2004 və 2005-ci illər ərzində almadığı pensiyanın verilməsinin mümkünlüyü ilə bağlı müraciət etmiş, həmin idarə tərəfindən onun müraciətinə tam baxılmamış və 572,23 manat məbləğində aldığı pensiyanın yenidən yeni qaydalarla qeyriqanuni şəkildə hesablanması başlanmışdır. Beləki, yeni qaydalara əsasən, büdcədən kənar fond hesabına alınmış mükafatlar nəzərə alınmır və buna görə də onun pensiyası xx.xx.2022-ci il tarixində 500,04 manat şəklində hesablanmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********4 nömrəli xx.xx.2022-ci il tarixli və 3-17-1/3-7-8199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. İddiaçı əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə Filiala müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faiz miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçının 10 sentyabr 2014-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə əlavə 21,00 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 172,19 manat olmaqla orta aylıq əmək haqqı 514,19 manat təşkil etmişdir. İddiaçıya 13 il 8 ay 13 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (514,19 manat) 70 faizi-359,93 manat məbləğində hesablanmalı olduğu halda, 409,31 manat müəyyən edilməklə xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 2059,15 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’ nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 13 il 8 ay 13 gün qulluq stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 45,56 faiz təşkil edir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 314,00 manat, qulluq stajına görə əlavə 21,00 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 189,71 manat olmaqla orta aylıq əmək haqqı 560,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (514,19 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (560,71 manat) arasındakı fərq məbləğinin (46,52 manat) 45,56 faizi-21,19 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (359,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 381,12 manat məbləğində hesablanmalı olduğu halda, 434,37 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 958,50 manat artıq pul vəsaiti ödənilmişdir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 21,00 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 286,98 manat olmaqla orta aylıq əmək haqqı 818,98 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (560,71 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (818,98 manat) arasındakı fərq məbləğinin (258,27 manat) 45,56 faizi- 117,67 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (381,12 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 498,79 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1995,16 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 1875,34 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 119,82 manat əskik pul vəsaiti ödənilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 23,75 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 286,98 manat olmaqla orta aylıq əmək haqqı 821,73 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (818,98 manat) ilə 1 yanvar 2020ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (821,73 manat) arasındakı fərq məbləğinin (2,75 manat) 45,56 faizi-1,25 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyanın (498,79 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 500,04 manat məbləğində hesablanmalı olduğu halda, 572,23 manat müəyyən edilməklə xx.xx.2020- xx.xx.2022-ci il tarixləri afasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2237,89 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2019-cu il və xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 5255,54 manat artıq pul vəsaiti, xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə 119,82 manat əskik pul vəsaiti ödənilib. Nəticədə ona ümumilikdə 5135,72 (5255,54-119,82) manat artıq pul vəsaiti ödənilib. Həmçinin 2022-ci ilin avqust ayından iddiaçı Məhəmmədəli Niftəliyin əmək pensiyası 500,04 manat müəyyən edilib. Bundan başqa 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi miqdarında maddi yardım ödənilir. Sonradan iddiaçının müraciəti əsasında ona təyin edilmiş pensiyanın məbləği xx.xx.2023-cü il tarixdə yenidən hesablanmış və pensiyanın məbləği 500,04 manat müəyyən edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73- cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 23,75 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 286,98 manat olmaqla orta aylıq əmək haqqı 821,73 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (818,98 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (821,73 manat) arasındakı fərq məbləğinin (2,75 manat) 45,56 faizi- 1,25 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyanın (498,79 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 500,04 manat. Hazırda iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın xx.xx.2023-cü il tarixdən ləğv edildiyini əsas gətirərək yenidən hesablanma haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşında artımlar xx.xx.2023-cü ildən əvvəlki dövrə təsədüf etdiyindən və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 İyun tarixli 142 nömrəli Fərmanı həmin tarixlərdə qüvvədə olduğundan, iddiaçının pensiyasının məbləği sözügedən fərmanım tələblərinə uyğun hesablanmışdır. Qeyd edilməlidir ki, iddiaçının pensiyasının məbləği yenidən hesablanarkən heç bir qanunvericilik normasının tələbləri pozulmamışdır. Göründüyü kimi İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanmış və pensiya məbləğinin yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsinə əsas mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli məktub ilə cavab verilmişdir. - İddiaçı pensiya işi və Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surəti cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ qrup əlilliyə görə əmək pensiyası alır (pensiya işinin nömrəsi – 115699, pensiyanın məbləği – 572.23 manat, pensiyanın bitmə tarixi – müddətsiz). - İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının yenədən hesablanılması haqqında” Qərarı ilə yenidən hesablanaraq hazırki pensiya məbləği 572 manat 23 qəpik müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən “İstehsalat zədəsi” səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə yenidən qiymətləndirilmiş və “İstehsalat zədəsi” səbəbindən 1 il müddətinə (xx.xx.2015-ci il tarixədək) ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3- 17-1/2-16605/2023 nömrəli məktubundan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən İddiaçı hər hansı sosial müavinət alması barədə məlumat aşkar edilməmişdir. - İddiaçının 10 sentyabr 2014-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə əlavə 21,00 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 172,19 manat olmaqla orta aylıq əmək haqqı 514,19 manat təşkil etmişdir. İddiaçıya 13 il 8 ay 13 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (514,19 manat) 70 faizi-359,93 manat məbləğində hesablanmalı olduğu halda, 409,31 manat müəyyən edilməklə xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 2059,15 manat artıq pul vəsaiti ödənilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını (ünvan 1r ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olmadığından təmin edilməməlidir. İşin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli məktub ilə cavab verilmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq İddiaçı pensiya işi və Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surəti cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ qrup əlilliyə görə əmək pensiyası alır (pensiya işinin nömrəsi – 115699, pensiyanın məbləği – 572.23 manat, pensiyanın bitmə tarixi – müddətsiz). İş materiallarından görünür ki, İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının yenədən hesablanılması haqqında” Qərarı ilə yenidən hesablanaraq hazırki pensiya məbləği 572 manat 23 qəpik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən “İstehsalat zədəsi” səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə yenidən qiymətləndirilmiş və “İstehsalat zədəsi” səbəbindən 1 il müddətinə (xx.xx.2015-ci il tarixədək) ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023cü il tarixli 3-17-1/2-16605/2023 nömrəli məktubundan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən İddiaçı hər hansı sosial müavinət alması barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçının 10 sentyabr 2014-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə əlavə 21,00 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 172,19 manat olmaqla orta aylıq əmək haqqı 514,19 manat təşkil etmişdir. İddiaçıya 13 il 8 ay 13 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (514,19 manat) 70 faizi-359,93 manat məbləğində hesablanmalı olduğu halda, 409,31 manat müəyyən edilməklə xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 2059,15 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faiz miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’ nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 13 il 8 ay 13 gün qulluq stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 45,56 faiz təşkil edir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 314,00 manat, qulluq stajına görə əlavə 21,00 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 189,71 manat olmaqla orta aylıq əmək haqqı 560,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (514,19 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (560,71 manat) arasındakı fərq məbləğinin (46,52 manat) 45,56 faizi-21,19 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (359,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 381,12 manat məbləğində hesablanmalı olduğu halda, 434,37 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 958,50 manat artıq pul vəsaiti ödənilmişdir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 21,00 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 286,98 manat olmaqla orta aylıq əmək haqqı 818,98 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (560,71 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (818,98 manat) arasındakı fərq məbləğinin (258,27 manat) 45,56 faizi- 117,67 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (381,12 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 498,79 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1995,16 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 1875,34 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 119,82 manat əskik pul vəsaiti ödənilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 23,75 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 286,98 manat olmaqla orta aylıq əmək haqqı 821,73 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (818,98 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (821,73 manat) arasındakı fərq məbləğinin (2,75 manat) 45,56 faizi- 1,25 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyanın (498,79 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 500,04 manat məbləğində hesablanmalı olduğu halda, 572,23 manat müəyyən edilməklə xx.xx.2020- xx.xx.2022-ci il tarixləri afasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2237,89 manat artıq pul vəsaiti ödənilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2014-xx.xx.2019-cu il və xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 5255,54 manat artıq pul vəsaiti, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə 119,82 manat əskik pul vəsaiti ödənilib. Nəticədə ona ümumilikdə 5135,72 (5255,54-119,82) manat artıq pul vəsaiti ödənilib. Həmçinin 2022-ci ilin avqust ayından iddiaçı Məhəmmədəli Niftəliyin əmək pensiyası 500,04 manat müəyyən edilib. Bundan başqa 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi miqdarında maddi yardım ödənilir. Sonradan iddiaçının müraciəti əsasında ona təyin edilmiş pensiyanın məbləği xx.xx.2023-cü il tarixdə yenidən hesablanmış və pensiyanın məbləği 500,04 manat müəyyən edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 23,75 manat, rütbəyə görə əlavə 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 286,98 manat olmaqla orta aylıq əmək haqqı 821,73 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (818,98 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (821,73 manat) arasındakı fərq məbləğinin (2,75 manat) 45,56 faizi- 1,25 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyanın (498,79 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 500,04 manat. Hazırda iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın xx.xx.2023-cü il tarixdən ləğv edildiyini əsas gətirərək yenidən hesablanma haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşında artımlar xx.xx.2023cü ildən əvvəlki dövrə təsədüf etdiyindən və Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 İyun tarixli 142 nömrəli Fərmanı həmin tarixlərdə qüvvədə olduğundan, iddiaçının pensiyasının məbləği sözügedən fərmanım tələblərinə uyğun hesablanmışdır. Qeyd edilməlidir ki, iddiaçının pensiyasının məbləği yenidən hesablanarkən heç bir qanunvericilik normasının tələbləri pozulmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən vaxtı ilə pensiya məbləği hesablanarkən riyazi səhvə yol verilmiş və həmin səhv nəticəsində iddiaçıya əlavə pensiya məbləğləri ödənilmişdir. Mübahisə predmeti olan qərarlarla da vaxtilə yol verdiyi riyazi səhvlər aradan qaldırılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, həmin qərarlarda artıq ödənilmiş pensiya məbləğinin tutulması qeyd edilməmişdir. Hazırkı halda, əmək pensiyaçısının (iddiaçının) artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə qərarlar mövcud deyildir. Qeyd edilən qərarlar iddiaçıya təyin edilmiş pensiya məbləğinin düzgün qaydada və qanunvericiliyin tələblərinə uyğun formada yenidən hesablanması ilə bağlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanmış və pensiya məbləğinin yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsinə əsas mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırda mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından həmin qərarların ləğv edilməsinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı **********4 nömrəli, xx.xx.2022-ci il tarixli və 3-17-1/3-7-8199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar