Məhkəmə qərarları › İş №2-1(112)-287/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-287/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-287/2024 12.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnikleytenant rütbəsində ehtiyatda olan zabitidir. xx.xx.N99N - xx.xx.NNNN-ci illər ərzində Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.NNN9-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin N56cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N99N-N994-cü illərdə əsgər kimi həqiqi hərbi xidmət keçmiş, o cümlədən, hərbi xidmətinin xx.xx.N99N-cü il tarixdən xx.xx.N99N-cü il tarixədək və xx.xx.N99N-cü il tarixdən xx.xx.N99N-cü il tarixədək olan dövrü döyüş bölgəsində yerləşərək döyüş əməliyyatları aparmış Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr NN sentyabr N995-ci il tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinə əsasən N99N-ci il oktyabr ayının 9-dan N994-cü il may ayının NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N994-cü il tarixdən sonra döyüş zonalarında hərbi xidmət keçərkən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən, bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Dövlət Sərhəd Xidməti orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çəxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteran adı verilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi heç bir əsas olmadan onun müraciətini təmin etməmişdir. Cavabdeh imtina məktubuna qeyd etmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.NNNN-ci il tarixli iclasında baxılmış, 76N nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın NNdək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər Gədəbəy. Tovuz, Ağstafa, Qazax (Sofulu), Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət Keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən N zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin NNN8-ci il N8 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə ‘‘Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N5 noyabr N99N-N4 may N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın N9 mart NNNN-ci il tarixli qərarına əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İPM-in N4.N-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən XN ünvanlanmış 4/N-447N saylı xx.xx.NNNN-ci il tarixli məktubda bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.NNNN-ci ıl tarixli iclasında baxılmış, 76N nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NN saylı xx.xx.NNNN-ci il tarixli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı, Müdafiə Nazirliyi Əməlıyya Baş İdarəsi rəisinin sərəncamında olan (Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin Döyüşı X8 komanda məntəqəsi şöbəsinin (Gəncə şəhəri) istıqamətçiləri bölməsinin sabiq baş zabiti Azərbaycan Respublikası Müdafiə nazirinin N7 dekabr NNN9-cu tarixli NNNN8 nömrəli əmri ilə “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsi; «v» bəndinə (xəstəliyə gorə) və N64-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsim təhvil vermiş hesab edilmiş, NNN9-cu ilin növbəti məzuniyyəti (45 təqvim günü) verilməklə, N4 fevral NNNN-cı tarixdən Müdafiə Nazirliyi Aparatının şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Polkovnik-leytenant İddiaçı, Azərbaycan Respublikas Müdafiə nazirinin N oktyabr NNN7-ci il tarixli NN nömrəli qərarının N7.N-ci bəndinə əsasən NNN9-cu ilin yanvar-dekabr ayları üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Polkovnik-leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmiş, NNN9-cu il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyətə görə biraylıq vəzifə maaşı miqdarında əlavə təminatı ödənilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin N7 dekabr NNN9-cu il tarixli NNNN8 nömrəli əmrindən çıxarış (daxil olma №-si 9NN), hesablaşma vərəqəsi № 5). N saylı hərbi hissə komandirinin N saylı NN noyabr N99N-cü il tarixli əmrindən arxiv çıxarışından görünür ki, X6 NN noyabr N99N-cü il tarixdən etibarən hərbi xidmətini davam etdirmək üçün Goran rayonu N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissə komandirinin N4N saylı xx.xx.N99N-cü il tarixli əmrindən arxiv çıxarışından görünür ki, İddiaçı (atıcı) hərbi hissə komandirinin N oktyabr N99N-cü il NN7 №li əmrinə əsasən N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün NN7 №-li hərbi hissənin siyahısına, vəzifəyə və bütün təminat növlərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 4/N-NN saylı xx.xx.NNNN-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı barəsində NN7 №-li hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli N7 №-li və xx.xx.N99Ncü il tarixli N58 №-li nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları təqdim edilmişdir. N saylı hərbi hissə komandirinin N7 saylı xx.xx.N99N-cü il tarixli əmrindən arxiv çıxarışından görünür ki, NN7 №-li hərbi hissə komandirin əmrinə əsasən N №-li h/hissədən xx.xx.N99N-cü il tarixdən ezam edilmiş İddiaçı ərzaq və geyimlə təmin edilmişdir. N saylı hərbi hissə komandirinin N58 saylı xx.xx.N99N-cü il tarixli əmrindən arxiv çıxarışından görünür ki, sıravi İddiaçı hərbi hospitaldan qayıtdığı üçün təminat növünə qoyulmuşdur. N saylı hərbi hissə komandirinin NN4 saylı xx.xx.N994-cü il tarixli əmrindən arxiv çıxarışından görünür ki, NN7 №-li hərbi hissə komandirinin əmrinə əsasən, baş əsgər İddiaçı, yüksək səviyəli hərbi qabiliyyətinə və hərbi nizam intizamına görə, Bakı Ali Ümumqoşun komandanlıq məktəbinə hərbi təhsil almaq üçün göndərilmişdir. Hərbi hissənin baş əsgəri İddiaçı Bakı Ali Ümumqoşunlar komandanlıq məktəbinə imtahan vermək üçün göndərilməsi ilə əlaqədar ərzaq təminatı növündən çıxarılmışdır. N saylı hərbi hissə komandirinin N8N saylı xx.xx.N994-cü il tarixli əmrindən arxiv çıxarışından görünür ki, İddiaçı Ali Ümumqoşunlar Məktəbinə imtahan verməsi ilə əlaqədar xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Bakı şəhərinə ezam edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq N8N saylı xx.xx.NNN4-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında heç bir qərar, xəstəlik haqqında şəhadətnamə və hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5NN saylı xx.xx.NNN4-cü il tarixli məktub ilə bildirilmişdir ki, XN Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda NN7 №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sının N-N5-N/N-M-7Nxx-xx/NNN4 saylı xx.xx.NNN4-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş vətəndaş İddiaçı barəsində qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-95NN/NNNN nömrəli Qərarına komissiyanın xx.xx.NNN4-cü il tarixli iclasında baxılmış və ona “Müharibə veteranı” adı verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq N66N saylı xx.xx.NNNN-ci il tarixli məktub ilə N97N-cü il təvəllüdlü ehtiyatda olan polkovnikleytenant İddiaçı şəxsi işinin təsdiq olunmuş surəti təqdim edilmişdir. XN dair tərtib edilmiş Q-NN446N saylı şəxsi işdən görünür ki, Şəki Şəhər Hərbi Komissarlığı tərəfindən xx.xx.N99N-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.N99N-ci il tarixdə hərbi andı qəbul etmişdir. xx.xx.N998-ci il tarixdən xx.xx.N999-cu il tarixədək XN böyük zabiti olmuşdur (N45N saylı xx.xx.N998-ci il tarixli əmr). xx.xx.N999-cu il tarixdən xx.xx.NNNN-ci il tarixədək Artilleriya Batareyasının komandiri olmuşdur (NN6N saylı xx.xx.N999-cu il tarixli əmr). xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNN5-ci il tarixədək X5 qərargah rəisi – divizion komandirinin müavini olmuşdur (N6NN saylı xx.xx.NNNN-ci il tarixli əmr). xx.xx.NNN5-ci il tarixdən xx.xx.NNN5-ci il tarixədək 9NNN-cü X5 qərargah rəisi – komandirinin müavini olmuşdur (NNN9 saylı xx.xx.NNN5-ci il tarixli əmr). Tutduğu vəzifədən azad edilmədən xx.xx.NNN5-ci il tarixdən xx.xx.NNN5-ci il tarixədək SQTTM-də “Artilleriya divizionu komandirinin MTT üzrə müavini kursu”nu bitirmişdir. xx.xx.NNN5-ci il tarixdən xx.xx.NNN7-ci il tarixədək komandirin maddi-texniki təminat üzrə müavini – bölmə rəisi olmuşdur (NN77 saylı xx.xx.NNN5-ci il tarixli əmr). xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNN7-ci il tarixədək qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi olmuşdur (NN7N saylı xx.xx.NNN7-ci il tarixli əmr). xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-cu il tarixədək hissə komandirinin müavini olmuşdur (N59N saylı xx.xx.NNN7-ci il tarixli əmr). ƏBİ rəisinin NN9 saylı xx.xx.NNN9-cu il tarixli əmrinə əsasən artilleriya ixtisasları üzrə N-ci məharət dərəcəsi verilmişdir. xx.xx.NNNN-cu il tarixdən xx.xx.NNNN-ci il tarixədək 9NNN-ci X5 komandiri olmuşdur (N5NN saylı xx.xx.NNNN-cu il tarixli əmr). xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-cü il tarixədək 9NN6-cı X5 komandiri olmuşdur (NNN saylı xx.xx.NNNN-ci il tarixli əmr). xx.xx.NNNN-cü il tarixdən xx.xx.NNN4-cü il tarixədək divizion komandiri olmuşdur (NN79 saylı xx.xx.NNNN-cü il tarixli əmr). xx.xx.NNN4-cü il tarixdən xx.xx.NNN4-cü il tarixədək 9NNN-ci X5 komandiri olmuşdur (NNN4 saylı xx.xx.NNN4-cü il tarixli əmr). xx.xx.NNN4-cü il tarixdən xx.xx.NNN6-cı il tarixədək reaktiv və artilleriya qoşunları kafedrasının raket-artilleriya silahları və istismarı silsiləsinin baş müəllimi olmuşdur (N69N saylı xx.xx.NNN4-cü il tarixli əmr). xx.xx.NNN6-cı il tarixdən xx.xx.NNN6-cı il tarixədək silah və atış kafedrasının raket və artilleriya qoşunları silsiləsinin baş müəllimi olmuşdur (N9N saylı xx.xx.NNN6-cı il tarixli əmr). xx.xx.NNN6-cı il tarixdən xx.xx.NNN9-cu il tarixədək döyüşü X8 komanda məntəqəsi şöbəsinin (Gəncə şəhəri) istiqamətçilər bölməsinin baş zabiti (NN86 saylı xx.xx.NNN6-cı il tarixli əmr). xx.xx.NNN9-cu il tarixdən xx.xx.NNN9-cu il tarixədək NNN №-li hərbi hissə komandirinin sərəncamında olmuşdur (NN49 saylı xx.xx.NNN9-cu il tarixli əmr). NNNN8 saylı xx.xx.NNN9-cu il tarixli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) və N64-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq N846 saylı xx.xx.NNNN-cü il tarixli məktub ilə bildirilmişdir ki, NN7 №-li hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli N7 №-li əmrində (əsas: §-N, sıra-N4, səh-4, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməmişdir) xx.xx.N99N-cü il tarixdə N №-li hərbi hissədən ezam edilmiş, ərzaq və geyimlə təmin olunmuş hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. NN7 №-li hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 8N №-li əmrində (əsas: §-N, səh-N8, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissədən ezam edilmiş, əsgər İddiaçı hərbi xəstəxanaya getməsi ilə əlaqədar təminat növündən çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi İddiaçı NN7 №-li hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli N4N №-li əmrilə (əsas: §-N, səh-44, sıra-NN) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlara qoyulmuş və atıcı vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı hərbi hospitaldan qayıtdığı üçün, NN7 №li hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli N58 №-li əmrilə (əsas: §-N, səh-N, əmrdə vəzifəsi göstərilməmişdir) təminat növünə qoyulmuşdur. NN7 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 78 №-li əmrilə (əsas: §-N, səh-7N, sıra-N, əmrdə vəzifəsi göstərilməmişdir) Novruz bayramının gəlişi ilə əlaqədar olaraq, sıravi İddiaçı “baş əsgər” hərbi rütbəsi verilmişdir. Yüksək səviyyəli hərbi qabiliyyətinə və hərbi nizam intizamına görə, baş əsgər İddiaçı NN7 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN4 №-li əmrilə (əsas: §-N, səh-8, əmrdə vəzifəsi göstərilməmişdir) Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə hərbi təhsil almaq üçün göndərilmişdir. NN7 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN4 Nq-İİ əmrilə (əsas: §-N, səh-8, əmrdə vəzifəsi göstərilməmişdir) hərbi hissənin baş əsgər İddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə imtahan vermək üçün göndərilərək ərzaq təminatından çıxarılmışdır. NN7 №-li hərbi hissə komandirinin N9-NN mart N99N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Kəlbəcər şəhərinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. NN7 №-li hərbi hissə komandirinin aprel N99N-cü il tarixdən may N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Müraciətlər əsasında aparılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 4/N-N4NN saylı xx.xx.NNNN-cü il tarixli məktubunda bildirilmişdir ki, N №-li hərbi hissədən ezam edilmiş, sıravi İddiaçı NN7 №-li hərbi hissə komandirinin NN aprel N99N-cü il tarixli N7 №-li əmrində (əsas: § N, sıra N4, səh 4, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) ərzaq və geyimlə təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissədən ezam edilmiş, əsgər İddiaçı NN7 №-li hərbi hissə komandirinin N5 iyun N99N-cü il tarixli 8N №-li əmrində (əsas: § N, səh N8, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) hərbi xəstəxanaya getməsi ilə əlaqədar təminat növündən çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi İddiaçı NN7 №-li hərbi hissə komandirinin N5 noyabr N99N-cü il tarixli N4N №-li əmrilə (əsas: § N, səh 44, sıra NN) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. NN7 №-li hərbi hissə komandirinin NQ dekabr N99N-cü il tarixli N58 №-li əmrilə sıravi İddiaçı (əsas: § N, səh N, əmrdə vəzifəsi göstərilməyib) hərbi hospitaldan qayıtdığı üçün təminat növünə qoyulmuşdur. NN7 №-li hərbi hissə komandirinin N9 mart N994-cü il tarixli 78 №-li əmrilə sıravi İddiaçı (əsas: § N, səh 7N, sıra N, əmrdə vəzifəsi göstərilməyib) “baş əsgər” hərbi rütbəsi verilmişdir. Yüksək səviyyəli hərbi qabiliyyətinə və hərbi nizam intizamına görə baş əsgər İddiaçı NN7 №-li hərbi hissə komandirinin N4 may N994-cü il tarixli NN4 №-li əmrilə (əsas: § N, § N, səh 8, əmrdə vəzifəsi göstərilməyib) Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə imtahan vermək üçün göndərilərək ərzaq təminatından çıxarılmışdır. NN7 №-li hərbi hissə komandirinin N99N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sının N-N5-N/N-M-7Nxx-xx/NNN4 saylı xx.xx.NNN4-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş vətəndaş İddiaçı barəsində qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-95NN/NNNN nömrəli Qərarına komissiyanın xx.xx.NNN4-cü il tarixli iclasında baxılmış və ona “Müharibə veteranı” adı verilmişdir. Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-95NN/NNNN saylı xx.xx.NNNN-ci il tarixli qərardadı ilə iddiaçı XN cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlı müraciətinin yenidən araşdırılması və müvafiq nəticə barədə məlumatın NN (iyirmi) gün müddətində məhkəməyə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N-N5-NN/N-664/NNNN saylı xx.xx.NNNN-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin NN noyabr NNNN-ci il tarixli N-N(NNN)-95NN/NNNN nömrəli qəraradı ilə İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlı müraciətinin yenidən araşdırılması və müvafiq nəticə barədə məlumatın NN gün müddətində məhkəməyə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə azirliyinə həvalə edilmişdir. Məhkəmənin NN noyabr NNNN-ci il tarixli N-N(NNN)-95NN/NNNN nömrəli qərardadı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin NN noyabr NNNN-ci il tarixli N-N(NNN)- 95NN/NNNN nömrəli qərardadının icra vəziyyəti ilə bağlı Hüquq İdarəsinə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq N-N5-NN/N-NN57/NN saylı xx.xx.NNNN-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin NN noyabr NNNN-ci il tarixli N-N(NNN)-95NN/NNNN nömrəli qəraradı ilə İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlı müraciətinin yenidən araşdırılması və müvafiq nəticə barədə məlumatın NN (iyirmi) gün müddətində məhkəməyə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Məhkəmənin NN noyabr NNNN-ci il tarixli N-N(NNN)-95NN/NNNN nömrəli qərardadı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün, aidiyyəti üzrə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərilmişdir. Bununla əlaqədar olaraq Komissiya tərəfindən Bakı İnzibati Məhkəməsinin NN noyabr NNNN-ci il tarixli N-N(NNN)-95NN/NNNN nömrəli qəraradının icrası ilə əlaqədar müvafiq sorğular verilərək araşdırma aparılır. Qərardadın icrası ilə əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq N-N5-NN/N-N58N/NN saylı xx.xx.NNNN-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı nzibati Məhkəməsinin NN noyabr NNNN-ci il tarixli N-N(NNN)-95NN/NNNN nömrəli qəraradı ilə İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi’' ilə bağlı müraciətinin yenidən araşdırılması və müvafiq nəticə barədə məlumatın NN (iyirmi) gin müddətində məhkəməyə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Müdafiə nazirinin Katibliyinin N5 aprel NNNN-cü il tarixli N-N5/N-4/N- NNNN/NNNN nömrəli məktubu təqdim edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının N-N5/N-4/N-NNNN/NN/NN saylı xx.xx.NNNN-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin NN noyabr NNNN-ci il tarixli N-N(NNN)-95NN/NNNN nömrəli Qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair müraciətinin yenidən araşdırılması qərara alınmışdır. İddiaçı müraciətində və ona əlavə edilmiş sənədlərdə döyüş əməliyyatların aparıldığı müddətdə xidmət ilə bağlı məlumatların arxiv yoxlanılmasına dair Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin N8 mart NNNN-cü il tarixli 4/N-N4NN nömrəli arayışından gönünür ki, N nömrəli hərbi hissədən ezam edilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin NN aprel N99N-cü il tarixli N7 nömrəli əmrində ərzaq və geyimlə təmin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissədən ezam edilmiş əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin N5 iyun N99N-cü il tarixli 8N nömrəli əmrində hərbi xəstəxanaya getməsi ilə əlaqədar təminat növündən çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N5 noyabr N99N-cü il tarixli N4N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin NN dekabr N99N-cü il tarixli N58 nömrəli əmri ilə sıravi İddiaçı hərbi hospitaldan qayıtdığı üçün təminat növünə qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə N4 may N994-cü il tarixdən Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə imtahan vermək üçün göndərilərək ərzaq təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NN yanvar NNNNci il tarixli NN nömrəli nizami lissə üzrə əmrindən görünür ki, sıravi İddiaçı N4 fevral NNNN-ci il tarixdən Müdafiə Nazirliyinin Aparatının şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında qeyd edilməmişdir. N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlə də iştirak edən hərbi hissələrin siyahısında qeyd edilmiş və NN aprel N99N-cü il tarixdən N6 avqust N99N-cü il tarixədək olan müddətdə döyüş əməliyyatlarına cəlb edilmişdir. N nömrəli hərbi hissənin döyüş əməliyyatlarına cəlb edildiyi müddətdə sıravi İddiaçı (NN aprel N99N-cü il (əmr № N7) və N5 iyun N99N-cü il (əmr № 8N) tarixlərdə) döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasına dair məlumatlar aşkar edilməmişdir. Qeyd olunan arxiv arayışında, habelə işdə olan digər sənədlərdə qeyd edilmiş məlumatları nəzərə alaraq, sıravi İddiaçı döyüş əməliyyatları aparan N nömrəli hərbi hissəyə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması təsdiqini tapmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 nömrəli Qərarı ilə təsd q edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Qanunun N.N.N-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin NNN7-ci ilin N yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının NNN6-cı il NN dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının NN avqust NNNN-ci il tarixli Qərardadı, №NN, N4-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun N-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (NNNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. N-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir (Qeyd edilən hallar arxiv sənədləri ilə təsdiq olunur): - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının N-N5/N-4/N-NNNN/NN/NN saylı xx.xx.NNNN-cü il tarixli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında qeyd edilmiş və NN aprel N99N-cü il tarixdən N6 avqust N99N-cü il tarixədək olan müddətdə döyüş əməliyyatlarına cəlb edilmişdir. - N nömrəli hərbi hissə komandirinin NN aprel N99N-cü il tarixli N7 nömrəli əmrindən görünür ki, N №-li h/hissədən xx.xx.N99N-cü il tarixdən ezam edilmiş İddiaçı ərzaq və geyimlə təmin edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının N-N5/N-4/N-NNNN/NN/NN saylı xx.xx.NNNN-cü il tarixli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissədən ezam edilmiş əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin N5 iyun N99N-cü il tarixli 8N nömrəli əmrində hərbi xəstəxanaya getməsi ilə əlaqədar təminat növündən çıxarılması barədə məlumat vardır. - N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə N4 may N994-cü il tarixdən Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə imtahan vermək üçün göndərilərək ərzaq təminatından çıxarılmışdır. N-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının NNN8-ci il N9 iyun tarixli NN97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin NNN8-ci il N4 avqust tarixli NNN nömrəli Fərmanının N.N-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının NNN9-cu il N6 yanvar tarixli QNN-NNN- N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair” Təlimatın N.N-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olub-olmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Təlimatın N.4-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması barədə məlumat mövcuddur. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı ən azı NN aprel N99N-cü il tarixdən N5 iyun N99N-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur, həmin hərbi hissə xx.xx.N99Nxx.xx.N99N-cü illərdə döyüş əməliyyatlarında iştirak edib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun N4.N-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7N.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N, NN.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən NN gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54N-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar