Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2872/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (oğlu) X6, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan 166 saylı bağ sahəsi üzərində mərhum X10 adına ilkin qeydiyyatdan keçirilərək hüquqmüəyyənedici sənədin (çıxarışın) alınmas öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X15 (əsas: AZ-İ № 584836 Ölüm haqqında şəhadətnamə) xx.xx.1976-cı ildən xx.xx.1990-cı il tarixinədək Bakı Şin zavodunda işləmiş, orada işlədiyi müddətdə Bakı şəhər Xalq deputatları Sovetinin 17/310 saylı qərarına əsasən Bakı Şin Zavodunun 358 nəfər üzvünə torpaq sahəsi ayrılmışdır. Onlardan biri də mərhum həyat yoldaşı olmuşdur. Nəticədə Bakı şəhəri, Xəzər rayonu. Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan, 166 saylı bağ sahəsi AR-sı “Azərşin" ASC-nin "Şinçi’' bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1988-ci il tarixli 02 saylı protokol ilə mərhum həyat yoldaşının daimi istifadəsinə verilmiş və torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X18 kitabında xx.xx.2011-ci il 23783 nömrə ilə uçota alınmışdır. Xüsusi olaraq qeyd edir ki, qeyd edilən torpaq sahəsinin digər şəxsə aid olması ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Nəticədə qeyd edilən məsələyə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)- 1044/2018 saylı qərarı ilə onun xeyrinə hüquqi qiymət verilmişdir. Qeyd edir ki, xx.xx.2013-cü ildə vərəsəlik işi açılmış və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Artıq 34 ildir ki, qeyd edilən torpaqdan istifadə edir, lakin torpağın hüququmüəyyən edici sənədin (çıxarışı) mövcud deyil. Bu səbəbdən cavabdehə Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan. 166 saylı bağ sahəsi üzərində mərhum X10 adına hüququmüəyyən edici sənədin (çıxarışın) alınması ilə bağlı rəsmi müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixində məktubla müraciətinə “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır” kimi qeyd etməsini iddiaçı hesab edir ki, imtina kimi qiymətləndirilməlidir.
3. Daha sonra iddiaçı iddia tələbini Bakı şəhəri, Xəzər rayonu. Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan, 166 saylı bağ sahəsinin mərhum X12 məxsusluğuna dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirmişdir.
4. Cavabdeh qurumun imtinası onunla əsaslandırılmışdır ki, idarədə mövcud arxiv məlumatlarına əsasən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X10 adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X10 adı aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən qeyd olunan bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən əraziyə digər fiziki şəxsin (X1) müraciəti qeydə alınmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********30 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, İdarədə mövcud olan bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında 166 nömrəli bağ digər fiziki şəxsin (X4) adına qeyd edilmişdir. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdimedilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apanr və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxanda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X15 ilə X16 arasında nikah 02 oktyabr 1979-cu ildə bağlanmışdır.
8. Ölüm haqqında şəhadətnaməyə əsasən X15 22 yanvar 2013-cü ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 89 nömrə ilə qeyd edilmişdir.
9. ünvan 1 ünvanlanmış məktuba əsasən mərhum X10 vərəsəsinin ərizəsinə əsasən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı X10 vərəsəsidir.
10. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1044/2018 nömrəli 09 avqust 2018-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsi tələbi üzrə X2 apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 69/2018 nömrəli 13 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “Şinçi” bağçılıq yoldaşlığına dair arxiv qovluğu baxış keçirilməsi üçün nümayəndələri vasitəsilə məhkəməyə təqdim ediləcəkdir.
12. Sorğunun icrası ilə əlaqədar olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X10 adına verilmiş AN- 321301 nömrəli (**********1016) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, həmçinin "xxxx" MMC tərəfindən təqdim edilmiş həmin plan ölçünün tərtib edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən olunur ki: - Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı ilə “Şinçi” bağçılıq cəmiyyətinə torpaq sahəsi ayrılmışdır; -Bakı şin zavodu müdiriyyətinin zavod HİK və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi xx.xx.1988-ci il tarixli 02 saylı protokolu ilə müəyyən olunur ki, torpaq sahələri nömrələr üzrə püşkatma yolu ilə təyin edilmiş, püşkə görə X10 ailəsinə torpaq sahəsi 600 kv.m. olan 166№-li bağ yeri təyin edilmişdir; - Mərhumun adına bağçının üzvlük kitabçası tərtib olunmuş və bağlara dair bölgü sxemində 166 nömrəli bağ qeyd edilmişdir. - Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Şinçi” b/y-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolu ilə Xəzər rayonu Zirə bağ masivində 166 saylı bağ evi tikintisi üçün 600 kv.m. torpaq sahəsi X12 ayrılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyənləşdirilərək DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur;
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia tələbinin məzmununa uyğun olaraq izahat verdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) üçüncü şəxs X5 iştirak etmir.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
17. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
27. X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
29. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
30. Məhkəmə tərəfindən müəyyən edilir ki, qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsindədir və mərhum ərinin adına 2011-ci ildə DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Torpaq sahəsinə üçüncü şəxsin müraciəti ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə aktlarına əsasən, X2 həmin torpaq sahəsinə hüququnun qeydə alınması tələbinə dair iddia məhkəmələr tərəfindən təmin edilməmiş və iddianın təmin edilməməsi mərhumun adına DTXK tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsaslanmışdır. Məhkəmənin fikrincə, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (yəni torpaq sahəsinin texniki vəziyyətini və döngə nöqtələrini əks etdirən sənəd) torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X19 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188)
31. DTXK tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilməmiş, qüvvədə olan “Bakı şin zavodu müdiriyyətinin zavod HİK və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi xx.xx.1988-ci il tarixli 02 saylı protokoluna əsaslanmış, eləcə mərhumun adına bağçının üzvlük kitabçası tərtib olunmuşdur (üzvlük kitabçasında latın əlifbasına keçirilməsi səbəbi ilə dublikat yazılıb təzə kitabça verilməsinə dair qeyd edilmişdir) və bağlara dair bölgü sxemində 166 nömrəli bağ qeyd edilmişdir.
32. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq mərhum X10 Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində “Şinçi” bağçılıq yoldaşlığına ayrılmış ərazidə sahəsi 600 kv.m. olan 166 saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinin ona məxsusluğuna dair arayış verilməlidir.
33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində “Şinçi” bağçılıq yoldaşlığına ayrılmış ərazidə sahəsi 600 kv.m. olan 166 saylı bağ sahəsinin mərhum X12 mülkiyyət hüququ ilə məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva