Məhkəmə qərarları › İş №2-1(112)-2873/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2873/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2873/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərarların ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı «əsas borcun və faiz borcunun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərzəsində bildirilir ki, İddiaçı uzun illərdir notariat fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 12 savlı Notariat Ofisinin xüsusi nolariusudur. Bu müddət ərzində vergi ödəyicisi kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri tam həcmdə və vaxtında ödəmişdir. Lakin cavabdehin ona göndərdiyi 18 aprel 2022-ci il tarixli **********3 nömrəli “bildiriş”ə əsasən 8.149,38 manat məbləğində vergi borcunun olması göstərilmişdir. İnternet resurs səhifəsinin "vergi borcu barədə məlumat” hissəsində isə 19.112,95 manat vergi borcu göstərilir. İddiaçının fəaliyyəti üzrə hər hansı bir ödənilməmiş vergi borcu yoxdur. Həmin uyğunsuzluqların araşdırılması, eləcə də borcun yaranmasının hüquqi əsaslarının öyrənilməsi məqsədilə iddiaçı müvafiq sorğu ilə cavabdehə müraciət etməyə məcbur olmuşdue. Əvəzində bir neçə cavab məktubu ilə ona bildirilmişdir ki. guya onun külli miqdarda ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişləri var. Belə ki, cavabdehin 20 iyul 2022-ci il tarixli **********5 nömrəli bildirişində göstərilir ki, guya onun həmin tarixə 8.259,31 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 5.995,35 manat, faizlər üzrə isə 2.263,96 manat borcu var. Digər tərəfdən, Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin sorğuya verilən cavab məktubunda göstərilir ki. vergi orqanı tərəfindən 18 aprel 2022-ci il tarixdə göndərilmiş borc bildirişində qeyd olunan məchuri dövlət sosial sığorta haqqı üzrə 5.995,35 manat əsas, 2.154,03 manat faiz borc məbləğləri iddiaçının təqdim etdiyi 2019-cu ilin 2 – 4-cü rübləri üzrə “Xüsusi notariuslar” və 2019-cu ilin 3 – 4-cü rübləri üzrə “Muzdlu işləyənləri işə götürən sığortaedənlər (MDSS)” sosial sığorta hesabatları və 20 fevral 2020-ci il tarixdə vergi orqanının 2019-cu ilin 4-cü rübü üzrə əlavə sığorta haqqı hesablaması və müvafiq dövrlər üzrə onun (iddiaçının) təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutuları vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamə (hesabatı)”lərinə əsasən hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalarına münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. 20 iyul 2022-ci il tarixə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” şəxsi hesab vərəqəsi üzrə mövcud olan 7.270,36 manat əsas və 5.673,47 manat faiz borc məbləğləri 18 iyun 2019-cu il və 21 iyun 2019-cıı il tarixlərdə vergi orqanı tərəfindən 2018-ci ilin 1 – 4-cü rübləri üzrə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” sosial sığorta hesabatları üzrə hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalara münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. Müvafiq fondlara 20 iyul 2022-ci il tarixə borc aşağıdakı kimidir: məcburi dövlət sosial sığorta haqları üzrə 13.265,71 manat əsas, 7.939,02 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0,02 manat əsas borc, borcun dərhal ödənilməsi tələb olunur. İddiaçı hesab edir ki, nə vergi borcu, nə də ki, məcburi dövlət sosial sığorta ödənişləri (MDSS) üzrə hər hansı bir borcu olmayıb və hazırda da yoxdur, əvvəlki dövrlər üzrə, yəni 2019 – 2020-ci illər üzrə hər hansı ödənilməmiş borcu olmamışdır və belə olduğu təqdirdə cavabdehin ona təyin etdiyi borc öhdəliyi də əsassızdır. Həmçinin, əvvəlki borc öhdəliyi ona əsassız hesablandığına görə cavabdeh tərəfindən sonrakı dövrlər üçün ödədiyi MDSS haqlarını əvvəlki mövcud olmayan borcların ödənilməsinə qanunsuz olaraq yönəldilmişdir. Beləliklə də, hazırda süni şəkildə borc öhdəliyi yaranmışdır. Ona hesablanmış borcların yaranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmamış, nə də ki, dəqiq, əsaslı və ətraflı olaraq ona izah olunmamışdır. İddiaçının sorğularına da əsaslı cavab verilməmiş və borcların hesablanması ilə əlaqədar qəbul olunmuş qərarlar ona təqdim olunmamışdır. Göstərilənlərə və «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 2, 7, 8, 14-cü maddələrinə, İPM-in 2.2.3, 34, 45, 52, 68-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya 2019-cu ilin 2 – 4-cü rübləri üzrə “Xüsusi notariuslar”, 2019-cu ilin 3 – 4-cü rübləri üzrə “Mıızdla işləyənləri işə işə götürən sığortaedənlər (MDSS)” sosial sığorta hesabatları və 20 fevral 2020-ci il tarixli 2019-cu ilin 4-cü rübü üzrə əlavə sığorta haqqı hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 5.995,35 manat əsas borcun, 2.154,03 manat faiz borcunun, 20 iyul 2022-ci ıl tarixə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” şəxsi hesab xərəqəsi üzrə mövcııd olan 7.270,36 manat əsas borc və 5.673,47 manat faiz borc məbləğləri, 18 iyun 2019-cu il və 21 iyun 2019-cıı il tarixlərdə vergi orqanı tərəfindən 2018-ci ilin 1 – 4-cü rübləri üzrə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” sosial sığorta hesabatları üzrə hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqqları üzrə hesablamalara münasibətdə hesablanmış faizlərlə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarət olan bütün borcların silinməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə təqdim olunmuş iddia ilə bağlı vəsatət ünvanlamış və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatətdə bildirilir ki, İddiaçı (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məcburi dövlət sosial sığorta haqqları üzrə hesablanmış borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi mümkünsüz hesab edilməlidir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən vergi borcunun 21 iyun 2019-cu il tarixli **********247500, **********249900 və **********251000 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli və 20 fevral 2020-ci il tarixli **********902500 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla hesablanmışdır. İddiaçı iddia ərizəsində məcburi dövlət sosial sığorta haqqları üzrə hesablanmış borcların əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən İPM-in 35.1, 46.2.1 və 46.2.4-cü maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin iddia ərizəsinin əvvəlində iddianın İPM-in 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia olduğu qeyd olunmuşdur. Müvafiq maddənin tələbinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin İddiaçı mübahisələndirdiyi borc məbləği vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktın nəticəsində yaranmışdır və vergi ödəyicisi tərəfindən mübahisələndirmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət olunmalıdır. İPM-in 32-ci maddəsində qeyd olunur ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bundan əlavə, vergi orqanının elektron üsulla təqdim etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli qərar 19 iyun 2019-cu il tarixdə, 21 iyun 2019-cu il tarixli **********247500 nömrəli, 21 iyun 2019-cu il tarixli **********249900 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli qərarlar 22 iyun 2019-cu il tarixdə, 20 fevral 2020-ci il tarixli **********902500 saylı qərar isə 17 mart 2020-ci il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı həmin qərarları 29 sentyabr 2022-ci il tarixdə mübahisələndirmiş və bununla İPM-də nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. (qərarların vergi ödəyicisi tərəfindən alınmasını təsdiq edən məlumat əlavə olunur). İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxılarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qərarın 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından göründüyü kimi, işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidirlər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2018-ci il tarixli 2-1(102)-643/2018 saylı iş üzrə qərarında qeyd olunur ki, «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının mənasından bəlli olur ki, inzibati orqan inzibati aktı elektron üsulla göndərmək səlahiyyətinə malikdir, lakin mübahisə olduğu halda aktın təqdim olunması faktını və müddətini sübut etməlidir. Göstərilənlərə və İPM-in 1.2, 48.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsaslanaraq, İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiasının mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə “iddianın mümkün sayılmaması barədə” vəsatətə münasibətdə qeyd edir ki, cavabdeh tərəf bu vəsatətini iddiaçı tərəfindən iddianın İPM-in 38 və 46-cı maddələrinin tələblərinə riayət olunmadan qaldırılması ilə əsaslandırmışdır. Lakin məhkəmə bu mövqe ilə razılaşmır və vurğulayır ki, İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Eləcə də, İPM-in 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, işin məhkəmə icraatının gedişində iddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «“vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarların ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Qeyd olunanmalıdır ki, məhkəməyə iddia ərizəsi 3 oktyabr 2022-ci il tarixdə daxil olsa da, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 fevral 2020-ci il, 18 iyun 2019-cu il və 21 iyun 2019-cu il tarixli qərarlarının 3 sentyabr 2022-ci il tarixdən əvvəlki dövrdə iddiaçıya müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müddəti buraxılmamış qiymətləndirilir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsini qəbul edilmişdir, Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, aparılmış araşdırma zamanı 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128.490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmiş və 3.054,2 manat ödəniş edilmişdir. Bu da, MDSS üzrə büdcəyə ödənilməli vəsaitin yayındırılması kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 17 may 2019cu il tarixli **********675500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannamələri təqdim olunmadığından, 2018-ci ilin 1 – 4-cü rübləri üçün MDSS (Xüsusi notariuslar (0300)) bəyannamələri üzrə 16.844,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 21 iyun 2019-cu il tarixli **********247500 nömrəli, **********249900 nömrəli və **********251000 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan «Sosial sığorta haqqında» Qanunun 14-cü maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Vergi orqanına təqdim edilən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamələrdə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 7 fevral 2020-ci il tarixli **********472400 nömrəli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əmək haqqı məbləğinin düzgün əks etdirilməsi tövsiyə olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən bildirişdə qeyd olunan təsdiqedici sənədlər təqdim olunmadığından, 2019-cu ilin 4-cü rübü üçün MDSS (Muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112)) bəyannaməsi üzrə 73,87 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8.000 manatadək aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində sıfır faizlə tutulur. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 1 sentyabr 2019-cu il tarixdən minimum əmək haqqı ölkə üzrə 250 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta borcunun olmaması barədə arayışları əlavə edərək ödənilməmiş borcunun olmamasını və borcun əsassız hesablandığını bildirmişdir. Təqdim olunan arayışlar 2012 – 2017-ci illər üzrə olan dövrə borcun olmamasını təsdiq etmiş, iddiaçı tərəfindən isə vergi orqanının 2018-ci ilin 1 – 4-cü rübləri və 2019-cu ilin 4-cü rübü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, «Sosial sığorta haqqında» və «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. «Sosial sığorta haqqında» Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındınlmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin müddəalarına görə sosial sığortanın prinsiplərindən biri onun məcburiliyidir. Göstərilənlərə və Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 37.3, 67.1-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş olunur. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir, 2.0.2-ci maddəsinə görə isə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin qərardadı ilə iddia cavabdeh Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş, məktub, digər məlumat daşıyıcısı göndərilməmişdir. Müvafiq məktub alındığı təqdirdə, iddiaçı tərəfindən bütün zəruri sənədlər vergi orqanına təqdim olunardı. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasənm bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin hazırda (1 yanvar 2022-ci il tarixdən sonrakı dövrdə) qüvvədə olan tələblərinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinin hazırda (1 yanvar 2022-ci il tarixdən sonra) qüvvədə olan tələblərinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. «Sosial sığorta haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: (14.3.1) sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; (14.3.2) sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı İddiaçı cavabdeh inzibati orqan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kamerak vergi yoxlaması keçirməklə qəbul etdiyi “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarlarını mübahisələndirir. Məhkəmə vurğulayır ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq bəyannamənin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Xüsusi notarius tərəfindən bəyannamələr isə, vergi orqanına hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verilir. Hazırkı işin hallarına görə 2018-ci ilin İ – İV rübləri üzrə bəyannamələrin 2019-cu ilin may ayınadək (mübahisə predmeti olan qərarlar 18 iyun və 21 iyun 2019-cu il tarixlərdə qəbul olunmuşdur) təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə 2018-ci ilin İ – İV rübləri üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verdiyi və ya müvafiq olaraq 20 aprel 2018-ci il, 20 iyul 2018-ci il, 20 oktyabr 2018-ci il və 20 yanvar 2019-cu il tarixlərdən 30 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları qəbul etdiyi kameral vergi yoxlamasını onlar üçün müəyyən olunmuş müddət ötürülməklə (pozmaqla) keçirmişdir. Bununla da, həmin qərarlar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla sosial sığorta haqları üzrə məbləğlərin hesablanması barədə 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları – əlverişsiz inzibati aktları qanunsuz sayılmalıdır. Mübahisə predmeti olan 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli qərara gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin qərarın qəbulu üzrə aparılan icraatda Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyənləşdirilmiş müddət kriteriyasına riayət olunsa da, həmin Məcəllənin 37.4-cü maddəsində nəzərdə tutulan “kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların tələb edilməsi”, yəni bununla bağlı sənədlərin təqdim edilməsi üçün vergi ödəyicisinə məlumatlandırılması təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan qeyd olunanları (çatdırılmanın təmin olunmamasını) təkzib edən heç bir sübut, o cümlədən poçt sənədi təqdim etməmişdir. Bu isə, belə nəticə yaradır ki, kameral vergi yoxlaması üzrə icraat formal aparılmış və 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli qərar vergi ödəyicisinə müvafiq sənədlərin təqdim olunması üçün zəruri şərait yaratmadan qəbul olunmuşdur. Halbuki, iddiaçının müvafiq qaydada məlumatlandırıldığı halda, uyğunsuzluğun aradan qaldırılmasını şərtləndirən zəruri sənədləri vergi orqanına təqdim etməsini istisna edən xüsusat müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli qərarı da qanuna zidd, yəni Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələbləri pozulmaqla qəbul olunmuş sayılır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə borcun (əsas borc və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 1.4 və 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar