Məhkəmə qərarları › İş №2-1(112)-2874/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2874/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2874/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı4 vəkili X5, Cavabdeh2 Şıxmurad oğlunun, onun nümayəndəsi və vəkili X6, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh2 Şıxmurad oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, X3, İddiaçı3, X2, İddiaçı6, X8 və İddiaçı8 cavabdehlər Cavabdeh2 Şıxmurad oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” kiçik müəssisəsinin bazasında “xxxx” MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx xxx 2014-cü il tarixli 160 saylı və “xxxx” MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx xxxxxx 2017-ci il tarixli 13 saylı sərəncamlarının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə cavabdehlərə təqdim olunmuş və cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2021-ci il tarixli **********35 №li iddiaya dair yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçılar X3, İddiaçı3, X2, İddiaçı6, X8 və İddiaçı8 məhkəmə iclasına gəlməmişlər və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki mübahisə Quba rayonu ərazisində yerləşən daşınmaz əmlaka dair hüquq münasibəti ilə əlaqədardır. İPM-nin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından müəyyən olunur ki, “xxxx” kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba rayon İcra hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə “xxxx” kiçik müəssisəsinin (Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş mövud sexlərin bazasında yaradılmış) bazasında “xxxx” MMC təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2017ci il tarixli 13 saylı sərəncamı ilə “xxxx” MMC-nin hərrac yolu ilə ğzəlləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Quba rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı4 vəkili X10, Cavabdeh2 Şıxmurad oğlu və onun nümayəndəsi və vəkili X11, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 izahatlarında işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir.Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh2 Şıxmurad oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar