Məhkəmə qərarları › İş №2-1(112)-2875/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2875/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2875/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı avtomobilin qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiаçı İddiaçı iştirakı ilə İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X3 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin avtonəqliyyat vasitəsinin rəsmiləşdirilərək dövlət qeydiyyat nişanının verilməsindən imtina edilməsinin qanunsuz hesab edərək, həmin avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınaraq dövlət qeydiyyat nişanının və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şəxsi istifadəsi üçün ABŞ-dan idxal etdiyi WBAJA5C58JWA35602 şassi nömrəli “BMW 530İ” markalı minik avtomobili **********1184 nömrəli yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və dövlət qeydiyyat nişanı alınması üçün tərəfindən Baş X3 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə müraciət edilmişdir. Avtomobil texniki baxışdan keçirilən zaman avtomobilin ban nömrəsinin ətrafının qəzalı olduğu müəyyən edilməsi səbəbindən araşdırma aparılması üçün toplanmış materiallar aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmişdir. Həmin idarənin məktuba qoşma edilmiş xx.xx.2022-ci il tarixli 005.18004-1222 nömrəli Qərarı ilə avtomobilin ban nömrəsinin vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “WBAJA5C58JWA35602" ban nömrəsində olan hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğu bildirilərək toplanmış materialda cinayət tərkibinin olmadığından cinayət işinin başlanılması rədd edilərək material aidiyyəti üzrə Baş X3 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qaytarılmışdır. Baş X3 idarəsinin Qeydiyyat-imtahan idarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, yuxarıda qeyd edilən avtonəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar verildiyi təqdirdə mümkün ola bilər. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən iddiaya etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən sərəncam icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin nümyəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin iddiaçının müraciətinə baxılaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-********** nömrəli imtina məktubu ilə bildirilmişdir ki, "BMW 530İ" markalı, 2017-ci il buraxılışlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafının qəzalı olması səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini Arzu Babayevin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, “BMW 530i” minik markalı, tipi sedan, ban WBAJA5C58JWA35602 nömrəli, 2017-ci il buraxışlı avtomobillə bağlı toplanmış material üzrə İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində bu fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən və avtomobilin rəsmiləşdirilməsi ilə əlaqədar sənədlərin surətlərindən görünür ki, “BMW 530i” minik markalı, tipi sedan, ban WBAJA5C58JWA35602 nömrəli, 2017-ci il buraxışlı avtomobili iddiaçı X1 alaraq idxal etmişdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/949a №-li tədqiqat haqqında arayışından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 005-17777-1222 №-li 04 avqust 2022-ci il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar idarəsinə «BMW-530İ» minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur: Təqdim edilən «BMW-530İ» minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? «BMW-530İ» minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, ağ boya ilə rənglənmişdir. (Bax:Fotocədvəl-1,Foto-1). Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «WBAJA5C58JWA35602» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş «WBAJA5C58JWA35602» ban nömrəsində olan hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin sağ qabaq tərəfi qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi həkk edilən hissə qismən deformasiyaya uğramışdır. (Bax:Fotocədvəl-1,Foto-5 a,b). Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə endoskop vasitəsilə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «11325029» rəqəmləri aşkar edildi. Həmin rəqəmlərin endoskop vasitəsilə çəkilmiş fotoları müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş «11325029» nömrəsində olan rəqəmlər yerləşməsinə, ölcülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. (Bax:Fotocədvəl-1 ,Foto-4). Avtomobilin zavod lövhəsi vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə yapışqan kağız üzərində olan birka aşkar edildi. Həmin yapışqan kağız üzərində olan zavod lövhəsinin üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsi-«WBAJA5C58JWA35602» çap üsulu ilə yazılmışdır. Həmin ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir (Bax:Fotocədvəl-1 ,Foto-3). Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi olması nəzərdə tutulan hissəyə baxış zamanı həmin hissədə lövhə üzərində olan «WBAJA5C58JWA35602» ban nömrəsi aşkar edildi. Həmin ban nömrəsi-«WBAJA5C58JWA35602» çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir, (Bax:Fotocədvəl-1,Foto-2). «BMW-530İ» minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: “BMW-530İ” minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “WBAJA5C58JWA35602” ban nömrəsində olan hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin sağ qabaq tərəfi qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi həkk edilən hissə qismən deformasiyaya uğramışdır. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “11325029” rəqəmləri zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində olan “WBAJA5C58JWA35602” ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir. Avtomobilin yapışqan kağız üzərində olan zavod lövhəsinin (birka) üzərində olan avtomobilin bajı nömrəsi «WBAJA5C58JWA35602» çap üsulu ilə yazılmışdır. Həmin ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İddiaçının tələbi xarici ölkədən idxal etdiyi minik avtomobili üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizəsi cavabdeh tərəfindən təmin edilməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunan nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafı qəzalıdır. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən yol hərəkətinin təhlükəsizliyi - yol hərəkəti iştirakçılarının və cəmiyyətin yolnəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. 2-ci maddəsinə əsasən yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. 4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək, nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək yol hərəkəti sahəsində dövlətin vəzifələrindəndir 27-ci maddəsinin: - İİ hissəsinə əsasən, mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; - İV hissəsinə görə, hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar; - XİV bəndinə əsasən təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.17-ci bəndinə əsasən əvvəllər qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti Qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "İnterpol" Milli Mərkəzi Bürosu vasitəsi ilə edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə qeydiyyat orqanına müvafiq konsul şəhadətnaməsi təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli, 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən avtonəqliyyat vasitələrinin istismarını qadağan etmək onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aiddir. DİN-in 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X2 nəzarəti qaydaları barədə Təlimat”ın 1.4-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər. Həmin Təlimatın 6.3.10-cu bəndinə əsasən dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğun gəlməməsi, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla nömrələrin vurulması halları aşkar edildikdə sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "BMW 530İ" markalı, 2017-ci il buraxılışlı nəqliyyat vasitəsini ABŞ-dan alaraq ölkəyə idxal etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/949a №-li tədqiqat haqqında arayışla təsdiqini tapmışdır ki, “BMW-530İ” minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “WBAJA5C58JWA35602” ban nömrəsində olan hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin sağ qabaq tərəfi qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi həkk edilən hissə qismən deformasiyaya uğramışdır. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “11325029” rəqəmləri zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində olan “WBAJA5C58JWA35602” ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir. Avtomobilin yapışqan kağız üzərində olan zavod lövhəsinin (birka) üzərində olan avtomobilin ban nömrəsi «WBAJA5C58JWA35602» çap üsulu ilə yazılmışdır. Həmin ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Göründüyü kimi cavabdeh yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə riayət edərək, iddiaçının rəsmiləşdirmək üçün təqdim etdiyi nəqliyyat vasitəsi barəsində müvafiq araşdırma apararaq, müəyyən etmişdir ki, avtomobilin sağ qabaq tərəfi qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi həkk edilən hissə qismən deformasiyaya uğraması müəyyən edilmişdir. Bu hal isə həmin avtomobilin qeydiyyata alınmasını mümkünsüz etmişdir. Belə olan halda cavabdeh tərəfindən imtina qanuni və əsaslı olmuşdur. Belə ki: “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.6-ci maddəsinə uyğun olaraq, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1.rüşvət, hədəqorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlışəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh qanunverciliyin tələblərinə riayət edərək, iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” barədə iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərаrdаn təqdim olunduğu gündən 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 1

Hаkim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar