Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2876/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X9, üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10, X22 və Əhmədov Mədəd Əhməd oğlu üçüncü şəxs qismində cəlb edilməklə çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kvm. torpaq sahəsinə dair ilkin olaraq X10 ******* nömrəli, xx.xx.2017-ci il tarixli və X11 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11037/2021 №-li qərardadı ilə X10, X22 və Əhmədov Mədəd Əhməd oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edərək Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kvm. (0.20 ha) torpaq sahəsinə saxtalaşdırılmış order əsasında daşınmaz əmlakın dövlət reyestrində X11 adına aparılmış qeydlərin ləğv edilməsi və onun əsasında verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış və torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kvm. (0.20 ha) torpaq sahəsinə X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərə (1052385 nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış) əsas olmuş torpaq sahəsinin plan və ölçüsünün (koordinatların) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli, 55 saylı Qərarı ilə Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2016 kvm. torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) iddiaçı - İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərara əsasən torpağın alqı-satqısına dair 23 avqust 2007-ci il tarixdə akt tərtib edilmiş və torpaq sahəsinin dəyəri Bilgəh Bələdiyyəsinin hesabına ödənilmişdir. 2007-ci ilin avqust ayından bu günə qədər İddiaçı bələdiyyədən satın aldığı və daşla hasara alınmış torpaq sahəsinə istifadə və sahiblik hüquqlarını həyata keçirir. Bilgəh Bələdiyyəsinin müvafiq müqaviləsi ilə 2006-cı ilədək həmin torpaq sahəsi X1 istifadəsində olmuş, torpaq sahəsi hasara alınmış və üzərində yığcam bir ev inşa edilmişdir. 2017-ci ilin may ayının əvvəllində naməlum şəxslər iddiaçıya məxsus torpaq sahəsinin hasarını qanunsuz uçurdaraq orada özbaşına inşa işlərinə aparmış, bununla bağlı iddiaçı dərhal şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmiş, ona məxsus torpaq sahəsində tanımadığı şəxslər tərəfindən edilən qanunsuz hərəkətlərin qarşısı alınmış, daş hasar əvvəlki vəziyyətinə uyğun olaraq bərpa edilmiş, torpaq sahəsinə iddiaçının istifadə və sahiblik hüquqları bərpa edilmişdir. Lakin, polis orqanlarında aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi ilkin olaraq saxta sənədlər əsasında 3-cü şəxs X10, digər bir hissəsi isə saxta sənədlər əsasında 3-cu şəxs X11 adına özəlləşdirilmiş, sonradan isə həmin sənədlər əsasında alqı-satqı yolu ilə Əhmədov Mədəd Əhməd oğlunun adına rəsmiləşdirilmişdir. Məlumatı əldə edəndən dərhal sonra İddiaçı Nizami Rayon Məhkəməsində cavabdehlər X10, X18 və qeyrilərinə qarşı iddia qaldıraraq Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kv.m. torpaq sahəsinə dair ilkin olaraq X10 və X11 adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmin çıxarışlar əsasında sonuncularla Əhmədov Mədəd Əhməd oğlunun arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında Əhmədov Mədəd Əhməd oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi tam təmin olunmuş, 3-cü şəxslərin adına verilmiş çıxarışlar etibarsız hesab edilmişdir. Həmin qətnamədən 3-cü şəxs Mədəd Əhmədov apellyasiya şikayəti vermiş və eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə (üçüncü şəxs İddiaçı) qarşı iddia qaldıraraq, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 055 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(82)-2252/2018 saylı 10 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Mədəd Əhmədovun iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Əhmədov Mədəd Əhməd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(82)-2252/2018 saylı 10 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-2019 saylı qərarı ilə Əhmədov Mədəd Əhməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı qəbul olunandan sonra, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatı davam etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1767/2019 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 4348/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(103)- 1767/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülkin işin yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7699/2020 saylı qətnaməsi ilə Əhmədov Mədəd Əhməd oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi, 2(007)-219/2018 saylı qətnamədən dəyişdirilmədən saxlanılmışdır Həmin qətnamədən yenidən Əhmədov Mədəd Əhməd oğlu tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-3009/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi, Bakı şəhəri Sabunçu Rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus olan 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovnanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddianın tələbinin Nərminə Bəxtiyarovnanın adma verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində və Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(102)-3009/2021 saylı qərardadında qeyd olunmuşdur ki, Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsinin inzibati məhkəməyə aid olmasına baxmayaraq, iddiaya bu hissədə mahiyyəti üzrə baxmaqla məhkəmə aiddiyyatı pozulmuşdur. Belə ki iddianın Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kvm. torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsinə inzibati icraat qaydasında baxılmalıdır. Çünki iddiaçının mübahisələndirdiyi bu çıxarışlar etibarsızlığının əsası torpaq sahəsinin saxta sənədlər əsasında Nərminə Bəxtiyarovanın və Donara Əlibəylinin adına qeydiyyata alınmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından sonra İddiaçı cavabdeh təşkilat olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli və X11 adına verilmiş, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışların ləğv edilməsini xahiş etmiş, lakin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi özünün xx.xx.2021-ci il tarixli, **********30 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll olunmasını göstərmişdir. Hazırki iş üzrə 3-cü şəxs M.Əhmədov araşdırmalar aparılarkən çıxarışı təqdim edərək güya mübahisəli torpaq sahəsinin 1253A saylı bağ sahəsi kimi ona məxsus olmasını bildirmişdir. Bələdiyyənin qərarı və bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin eskiz sxeminə nəzər yetirilsə, aydın görünür ki, ona məxsus torpaq sahəsi ilə bitişik qonşuluqda 2016-2016a və 2015 saylı bağlar yerləşir. Həmin bağların iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik yerləşməsi eyni zamanda bağ massivin sxemində də öz əksini tapmışdır. 3-cü şəxslərin adına verilmiş çıxarışda isə bağ sahəsi 1253 A sayı ilə göstərilmişdir. Bağlar massivinin sxemində 1253 saylı bağ sahəsi iddiaçıya məxsus torpaq sahəsindən iki sahə aralıdır, 1253 A saylı bağ isə ümumiyyətlə sxemdə əks olunmamışdır. Belə olan halda, aydın məlum olur ki, mübahisəli bağ sahəsinə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən başqa bağ sahələrinin sənədləri əsasında çıxarış verilmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə və istifadəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Sənədlərdən göründüyü kimi, Bilgəh bələdiyyəsi qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsi iddiaçının adına rəsmiləşdirmişdir. X11 adına olan ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın verilməsinə əsas olan guya 1216 “K” saylı bağ sahəsi kimi saxtalaşdırılmış 1216 “V” nömrəli bağ sahəsinin 10 nömrəli orderi olmuş, X2 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış isə 22 nömrəli order əsasında verilsə də həmin orderə dair məlumatlar saxtalaşdırılmış və 1253A saylı bağ sahəsinin koordinatları (torpaq sahəsinin plan və ölçüsü) iddiaçıya məxsus torpaq sahəsinin üzərinə vurulmuşdur. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İdarə tərəfindən İddiaçı ünvanlanan **********30 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddia tələbində qeyd olunan - Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli kooperativ tərəfindən verilmiş 22 nömrəli order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1253A saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 59 nömrəli kooperativ tərəfindən verilmiş 10 nömrəli order əsasında Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1216K saylı bağ sahəsi üzərində X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat qanunvericiliyin tələbinə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan X16 ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edir. Əhmədov Mədəd Əhməd oğlu mübahisələndirilən çıxarışlar üzrə bağ sahəsini əldə edən vicdanlı alıcıdır. Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən bağ sahələri əvvəllər X5 və X18 məxsus olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Bağçılıq Təsərrüfatına aid olan (balansında olan) bağ sahələrinə dair ilkin mülkiyyət hüququ Bəxtiyarova Nərminənin və Əlibəyli Donaranın adına qeydə alınmışdır və onlara mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışlar verilmişdir. Bilgəh qəsəbəsində yerləşən bağ sahələrinə dair ilkin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestr xidmətində X11 adına 21 aprel 2017-ci il tarixdə (0,05 ha) və X2 adına (0,10 ha) xx.xx.2017-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Daha sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 0,10 ha torpaq sahəsinə dair X3 verilmiş 10523895 nömrəli 21 aprel 2017-ci il tarixli çıxarışa və 0,05 ha torpaq sahəsinə dair X11 adına verilmiş ******* nömrəli 21 aprel 2017-ci il tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən bağ sahələrini Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış 03 may 2017-ci il tarixli və 06 may 2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Əhmədov Mədəd Əhməd oğluna satılmışdır. 13 may 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Əhmədov Mədəd Əhməd oğlunun bağ üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır və adına dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Beləliklə üçüncü şəxs vicdanlı alıcısı olmuşdur. 2017-ci ildə qanuni yolla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi bağ sahəsini hazırda İddiaçı ələ keçirmək niyyətindədir. Həmin bağlar əvvəllər Bağlar təsərrüfatının balansında olmuş, heç vaxt Bilgəh bələdiyyəsinin mülkiyyətində olmamışdır və Bilgəh Bələdiyyəsi qanunsuz olaraq torpaq sahəsini qərar vasitəsi İddiaçı satmışdır. Ondan əvvəlki mülkiyyətçilər X6 və X22 həmin bağ sahələrinə qanuni yolla mülkiyyət hüququnu əldə etmişlər. M.Əhmədov isə daha sonra 2017-ci ildə həmin mülkiyyətçilərdən bağı almışdır. O, bağı alarkən bağ sahəsi üzərində satıcıların mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış, mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alınaraq çıxarışlar verilmişdir. Mədəd Əhmədov vicdanlı alıcıdır və bağ sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ona çıxarış verilmişdir. Beləliklə, Mədəd Əhmədovun mülkiyyətində olan torpaq sahəsi heç vaxt bələdiyyə mülkiyyətində olmamışdır. Mübahisəli torpaq sahəsi əvvəllər bağ massivi torpaqları kateqoriyasına aid olmaqla Bakı şəhəri İcra Hakimiyyətinin balansında X16 sərəncamında olmuş və bələdiyyə mülkiyyətinin kateqoriyasına aid olmamışdır. Mülkiyyət hüququnun subyektləri kimi bələdiyyələrin yalnız özlərinə məxsus əmlak üzərində sərəncam vermək hüququ var. Bələdiyyələrə məxsus torpaqlar Ayrıc aktı əsasında müəyyən edilir və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyəyə məxsus torpaq sahələri də daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmalı və yalnız bundan sonra bələdiyyənin özgəninkiləşdirmə ilə bağlı sərəncam vermək hüququ yarana bilər. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mədəd Əhmədov vicdanlı alıcı olaraq razılaşdırılmış pulu satıcılara ödəyərək qanunu əsaslarla 2017-ci ildə torpaq sahəsi almışdır. Beləliklə mülki qanunvericiliyin müəyyən etdiyi qaydada daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını əldə etmişdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd etmişdir ki, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul edir. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulamışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir”. Beləliklə, Mədəd Əhmədov qanuni əsaslarla əmlak əldə edən vicdanlı alıcıdır, əmlakın qanuni mülkiyyətçisidir. Göstərilənlərdən əlavə hazırkı iddia ilə bağlı iddia müddəti də ötürülmüşdür. Bu səbəbdən iddia mümkün sayıla bilməz. 2017-ci il tarixli dövlət tərəfindən verilən çıxarışlar hazırda mübahisələndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsinə inzibati aktın etibarsız sayılmasının əsasları nəzərdə tutulmuşdur. Bu əsasların heç biri hazırki işdə mövcud deyildir. Mübahisələndirilən çıxarışlar inzibati orqan tərəfindən qanuni və əsaslı olaraq verilmiş və onların etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Bundan əlavə iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi 3 elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X20 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər X10 və X22 lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslər X2 və X11 iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********03 nömrəli məktubdan görünür ki, sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda surətləri saxlanılan xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilir. Eyni zamanda bildirilir ki, xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərin, həmçinin qovluqda saxlanılan digər sənədlərin əsilləri xx.xx.2017-ci il tarixdə tərtib edilmiş akt əsasında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə təhvil verilmişdir. - Həmin məktuba əlavə edilmiş: - Bağlar Təsərrüfatı İdarəsi Bilgəh bağlar sahəsindəki 38 №-li Kooperativi tərəfindən verilmiş 22 №-li orderin surətindən görünür ki, X12 Bakı şəhər İcra Hakimiyyətinin 05 mart 1996-cı il tarixli 290 №-li qərarına əsasən Bilgəh bağlar sahəsində 38 №-li BTK nəzdində 0,10 hektar torpaq sahəsi olan 1253 A №-li bağ ayrılıb. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X4 ünvanlanmış xx.xx.2017-ci il tarixli, B-83-112 nömrəli arxiv arayışının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 290 nömrəli sərəncamına əsasən Bilgəhdəki 1253 a №-li bağ 38 №-li BTK tərkibində N.Y.Axundovanın istifadəsinə verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci ildə tərtib edilmiş **********14 reyestr nömrəli torpaq sahəsinin planının surətindən görünür ki, hüquq sahibi X7 Bakı ŞHİ X8 və istismarı birliyi, xx.xx.1996-cı il tarixli, 22 nömrəli orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd edilməklə torpaq sahəsinin planı tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsində yerləşən 0,10 ha. torpaq sahəsi X2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Bağlar Təsərrüfatı İdarəsi Bilgəh bağlar sahəsindəki 59 №-li Kooperativi tərəfindən verilmiş 10 №-li orderin surətindən görünür ki, X18 Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli 1248 №-li qərarına əsasən Bilgəh bağlar sahəsində 59 №-li BTK nəzdində 0,05 hektar torpaq sahəsi olan 1216 (qaralama olduğundan oxunmur) №-li bağ ayrılıb. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X18 ünvanlanmış xx.xx.2017-ci il tarixli, Ə-202-112 nömrəli arxiv arayışının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1248 nömrəli sərəncamına əsasən Bilgəhdəki 1216 a №-li bağ 59 №-li BTK tərkibində D.S.Əlibəylinin adına keçirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2ndə yerləşən 0,05 ha. torpaq sahəsi X11 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Sabunçu rayonu, Bilgəh bağlar massivi, 1216a və 1253 a saylı bağların bölgü sxeminin surətindən görünür ki, 1216a saylı bağla 1253 a saylı bağ qonşudur. 1216a saylı bağ – 0.05 ha X22, 1253a saylı bağ 1000,0 kvm. X10 bölgü ilə razıdırlar, şikayətləri yoxdur. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********69 nömrəli məktubdan görünür ki, 59 və 38 nömrəli BTK-ya dair ayrıc aktı, sxematik xəritə və 59 saylı BTK-nın yerləşmə sxemi arxiv qovluğundan aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq qeyd edilən BTK-lara aid müvafiq sənədlərin, eləcə də 38 nömrəli BTKnın yerləşmə sxeminin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər X28 İcraiyyə Komitəsinin 15 fevral tarixli, 1/12 nömrəli qərarı ilə Bilgəh massivində 59 nömrəli Bağçılıq Tikinti Kooperativi yaranmış, Kooperativin 26 nəfər üzvü qeyd edilmişdir. Bakı şəhər X28 İcraiyyə Komitəsinin 18 noyabr 1988-ci il tarixli, 11/632 nömrəli qərarı ilə Bilgəh massivində 38 nömrəli Bağçılıq Tikinti Kooperativi yaranmış, Kooperativin 13 nəfər üzvü qeyd edilmişdir. Bakı şəhəri X8 və istismar birliyinin baş mühəndisi ilə Bilgəh sahəsi üzrə “DSK-38” bağ tikinti kooperativinin sədri arasında imzalanmış xx.xx.1989-cu il tarixli akta əsasən 13 nəfərlik kooperativin üzvləri üçün 1,56 hektar torpaq sahəsindən ibarət tikintisi olmayan bağ sahələri ayrılmış, ayrılan torpaq sahələri DSK-38 bağ tikinti kooperativinin sədrinə təhvil verilmiş, nömrələnmiş bağ sahələrinin sxema-planı akta əlavə edilmişdir. Bilgəh massivi ərazisində DSK-38 bağ tikinti kooperativinin sxematik xəritəsində 13 ədəd bağ sahəsinin nömrələri kimi 1630, 1605A, 1606A, 1549D, 1549V, 37, 204A, 1549Q, 637, 637A, 152D, 261, 1749, 1245B qeyd edilmiş, torpaq sahəsinin ölçüsü 0,12 ha. göstərilmişdir. - Bakı şəhəri 9 saylı Notariat Kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X22 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha. olan torpaq sahəsini 20.000 manata alıcı Əhmədov Mədəd Əhməd oğluna satmışdır. - Bakı şəhəri 9 saylı Notariat Kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X10 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha. olan torpaq sahəsini 30.000 manata alıcı Əhmədov Mədəd Əhməd oğluna satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsində yerləşən 0,15 ha. torpaq sahəsi Əhmədov Mədəd Əhməd oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 055 nömrəli, xx.xx.2007-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərara əsasən Bilgəh qəsəbəsi ərazisində Ə.Vahid küçəsində yerləşən 2016 kvm. torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. - Bakı şəhəri, Sabunçu rayonu Bilgəh Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Bilgəh Bələdiyyəsinə xx.xx.2007-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət etmişdir. Bilgəh bələdiyyə ərazisində 2016 kvm. torpaq sahəsinin satılması barədə 2007-ci il 23 avqust tarixli, 055 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xəzinəsinə 5500,0 manat haqq ödənilmişdir. - İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxeminin surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində Ə.Vahid küçəsində yerləşən, Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli, 055 saylı qərarı ilə təsdiq edilmiş torpaq sahəsinin ölçüsü 2016 kvm.dir. Qonşusu 1216 a-1216b, 1215 nömrəli bağlardır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2419/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2252/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Əhmədov Mədəd Əhməd oğlunun cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə qarşı İddiaçı üçüncü şəxs qismində göstərilməklə cavabdeh orqanın 23 avqust 2007-ci il tarixli, 055 nömrəli qərarının ləğv edilməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2-1(103)-1023/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-2419/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3009/21 nömrəli qərarının və xx.xx.2021-ci il tarixli, 2(102)-3009/21 nömrəli qərardadının surətlərindən görünür ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-219/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Əhmədov Mədəd Əhməd oğluna qarşı “torpaq sahəsinə verilmiş çıxarışın, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı məxsus 2016 kvm. torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ilkin olaraq X5 verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın və X11 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarışlar əsasında X2, X11 və Əhmədov Mədəd Əhməd oğlunun arasında 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilələr əsasında Əhmədov Mədəd Əhməd oğlunun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7699/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-219/2018 nömrəli, 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3009/21 nömrəli qərardadı cavabdeh Əhmədov Mədəd Əhməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kvm. torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3009/21 nömrəli qərarı ilə cavabdeh Əhmədov Mədəd Əhməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi X22 və X10 ilə Əhmədov Mədəd Əhməd oğlu arasında 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Mədəd Əhmədovun adına verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddianın X22 və X10 ilə Əhmədov Mədəd Əhməd oğlu arasında 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Mədəd Əhmədovun adına verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qərara alınmışdır. - Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-219/2018 nömrəli xüsusi qərardadının surətindən görünür ki, həmin qərardad ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 1248 nömrəli sərəncamı ilə Bilgəh qəsəbəsi 59 saylı BTK-nın nəzdində 0,05 ha torpaq sahəsi olan 1216 “B” (kiril qrafikası ilə) saylı bağ sahəsinə dair D.Əliyevanın adına olan Bağlar Təsərrüfatı İdarəsinin 10 №-li orderində sonradan mexaniki üsulla pozma aparılmasında “Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə” cinayətinin əlamətləri olduğu üçün prokurorluğa xəbər verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” xx.xx.1996-cı il tarixli, 1248 nömrəli sərəncamının surətindən görünür ki, Bigəhdakı 1216V №-li bağ 59 №-li BTK-nin tərkibində D.S.Əlibədlinin adına keçirilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsiniin rəisinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 7-4736/17 nömrəli məktubun surətindən görünür ki, sorğuya cavab olaraq bildirilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının idarə arxivinin əməkdaşları tərəfindən tərtib edilmiş Ə-202- 112 saylı arxiv arayışında texniki səhvə yol verilmiş, vətəndaş D.S.Əlibəylinin adına keçirilmiş 1216 V №-li bağ səhvən 1216 A kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 №-li “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X16 ləğv edilməsi barədə” sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərmiş X8 və İstismarı Birliyi ləğv edildiyindən, həmçinin İdarə Arxivində yalnız Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamları saxlanıldığından Bağlar İdarəsi tərəfindən BTK-lərinə dair tərtib olunmuş bütün sənədlər, o cümlədən müqavilə, order, bölgü sxemləri, ayrıc aktı və sair bu kimi sənədlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təhvil verilmişdir. Ona görə də sorğud göstərilən Bağ Tikinti Kooperativlərinə dair torpaqların dəqiq sərhədləri və harada yerləşməsi barədə məlumatları DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən əldə edə bilərlər. Məlumat üçün bildirilir ki, sözügedən arxiv arayışını hazırlayarkən texniki səhvə yol verdiklərinə görə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin arxiv işçiləri, böyük məsləhətçi X23 töhmət verilmiş, məsləhətçi X13 isə xəbərdarlıq edilmişdir. - İdarə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış **********74 nömrəli, xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1216B nömrəli bağ sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Bakı şəhəri Ərazi İdarəsinin arxivində mövcud olan sənədlərə əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1216V nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 1248 nömrəli sərəncamı ilə D.S.Əlibədli (sərəncamda qeyd edildiyi kimi) adına ayrılmışdır. Həmin bağ sahəsi xx.xx.2017-ci il tarixdə 1216K nömrəli bağ sahəsi kimi X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən ünvandakı bağların bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. - Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-4473H, Kod 00501016 nömrəli, xx.xx.2002-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhər İH-nin xx.xx.1996-cı il tarixli, 1118 saylı qərarı və İH-nin Bağlar Təsərrüfatı İdarəsinin 34 saylı orderi ilə 0,12 hektar ölçüsü olan Bilgəh bağ massivində yerləşən 1216A saylı bağ sahəsi X21 və ailə üzvləri X14, X11 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 23017 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş X11 adına Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 59 nömrəli kooperativinin 10 nömrəli Orderin “hektar torpaq sahəsi olan” qrafasındakı “1216” rəqəmlərindən sonra kiçik “B” (kiril qrafikası ilə) hərfinin və düzxəttin olması ehtimalı olunur, sonradan üzərində mexaniki üsulla pozma aparılaraq və qara rəngləyici çəkilərək indiki vəziyyətə gətirilmişdir. - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 nömrəli, 08 iyun 2022-ci il tarixli məktuba əlavə edilmiş Bilgəh ərazisində bağ sahələrinin sxematik planın təsdiq olunmuş surətlərlərindən görünür ki, mübahisəli 1216 K nömrəli bağ sahəsi sxematik xəritədə qeyd edilməmişdir. 1253 nömrəli bağ sahəsi isə 1221 və 1225 nömrəli bağ sahələrinin arasında yerləşir. 1216 V nömrəli bağ sahəsi ilə tam fərqli istiqamətdə qeyd edilmişdir. 1215 nömrəli bağ sahəsi isə 1217, 1216 A, 1216, bağ nömrəli ilə qonşudur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, **********33 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən faktiki 0,2072 ha olan torpaq sahəsinin 0,15 ha hissəsi xüsusi mülkiyyətdə, qalan hissəsi isə dövlət torpağıdır (Bilgəh bağ massivi). Göstərilən 0,2072 ha sahə bağların bölgüsünə dair sxematik xəritədə əks olunmuş 1215 saylı bağ sahəsinin yerinə uyğun deyil. Qeyd olunmuş 0,2072 ha sahə 1253 a saylı bağ kimi 0,15 ha olaraq qeydiyyatdan keçmişdir. Naturada iddia olunan 0,2072 ha torpaq sahəsinin 0,15 ha sahəsinə cavabdeh Əhmədov Mədəd Əhməd oğlunun 3.05.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh Əhmədov Mədəd Əhməd oğlunun xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1253a saylı bağ sahəsi Bilgəh bağ massivinin ərazisidir. Mübahisələndirilən torpaq sahəsinə dair verilmiş koordinatların əks etdirdiyi sahə qeydiyyata almış 1253a saylı 0,15 ha. olan bağ sahəsi ilə üst-üstə düşür. - "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, Əhmədov Mədəd Əhməd oğlunun mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2017ci il tarixində, **********29 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və qeydiyyatı barədə RX №1068401 blank nömrəli dövlət reyestrindən çıxarış verilmiş 0,15 ha torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 055 nömrəli, 23 avqust 2007-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 2016 kvm. torpaq sahəsi ilə tam üst-üstə düşür və onun şimal hissəsindən başlayaraq 0,15 ha-lıq hissəsində yerləşir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncama əsasən Sabunşu rayonu üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18/03-8/744 nömrəli, xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi Bilgəh Bələdiyyəsinə aid olub-olması barədə daxil olmuş xx.xx.2018-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilir ki, aşağıda qeyd olunmuş sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Bilgəh Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubdan görünür ki, göstərilən bağ sahəsi sənəd üzrə 1500,0 kvm. olsa da faktiki olaraq 2090,0 kvm. təşkil edir. Sahənin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsi üzərində həyət tikililləri mövcuddur. Bağ sahəsinin yol tərəfindən hasar boyu 6 kVt yüksək gərginlikli elektrik xətti keçdiyindən bağın əlavə istifadə olunun sahəsi mühafizə zolağına düşür. İddiaçı bağ sahəsinin ona aid olduğunu və həmin bağ sahəsinə Bilgəh bələdiyyəsinin icarə müqaviləsinin olduğunu bildirir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi Bilgəh bağ massivi olmaqla **********29 reyestr nömrəsi ilə Əhmədov Mədəd Əhməd oğlunun mülkiyyətindədir. - Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X27 verdiyi izahatında bildirmişdir ki, mübahisəli bağ sahələri ilə bağlı ilkin qeydiyyat zamanı iştirak etməmişdir. Ümumilikdə Bakı şəhəri ərazisində bağların dəqiq bölgüsü yoxdur. İdeal sxematik xəritə mövcud deyildir. Mövcud vəziyyətdə vətəndaşın bildirməsinə əsasən qeydiyyat aparıla bilər. Hazırki iş üzrə də çox güman ki, vətəndaşların göstərdikləri ərazilər qeydiyyata alınmışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********30 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X2 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli və X15 adına verilmiş, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışların ləğv edilməsinə dair müraciətinə baxılmışdır. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 055 nömrəli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində Ə.Vahid küçəsində yerləşən 2016 kvm. torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin 05 mart 1996-cı il tarixli 290 №-li qərarına əsasən Bilgəh bağlar sahəsində 38 №-li BTK nəzdində 0,10 hektar torpaq sahəsi olan 1253 A №li bağ X5, Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli 1248 №-li qərarına əsasən Bilgəh bağlar sahəsində 59 №-li BTK nəzdində 0,05 hektar torpaq sahəsi olan 1216 V №-li bağ X19 ayrılıbdır. Nərminə Bəxtiyarova ona verilmiş order əsasında 0,10 ha torpaq sahəsi olan 1253A nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Donara Əhmədova ona verilmiş orderdə bağ sahəsinin 1216A nömrəli bağ sahəsi olması barədə arxiv arayışını cavabdehə təqdim etmiş, cavabdeh tərəfidən 1216K nömrəli bağ sahəsi üzərində Donara Əhmədovanın mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nərminə Bəxtiyarova ilə Donara Əlibəyli 1216A və 1253A saylı bağ sahələrinin bölgü sxemi ilə razı olduqlarını bildirmişlər, həmin bölgü sxemində bağ sahələri bitişik qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən X22 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha. olan torpaq sahəsini, X10 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha. olan torpaq sahəsini Əhmədov Mədəd Əhməd oğluna satmışlar. Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsində yerləşən 0,15 ha. torpaq sahəsi Əhmədov Mədəd Əhməd oğlunun xüsusi mülkliyyətindədir. İddiaçı və üçüncü şəxslər arasında həm mülki məhkəmə, həm də inzibati məhkəmə icraatı qaydasında bələdiyyə qərarı və qeydə alınmış çıxarışlarla bağlı məhkəmə mübahisələri olmuşdur. Hazırda İddiaçı ünvan 2 və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsi ilə bağlı cavabdeh tərəfindən aparılmış qeydiyyatı inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli torpaq sahəsinin İddiaçı ayrılması barədə Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 055 nömrəli qərarının qanuni və əsaslı olması, həmçinin həmin sahənin Bilgəh Bələdiyyəsinin mülkiyyətində olan sahə olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. X17 Məhkəməsi Plenumu qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(82)-2252/2018 nömrəli inzibati iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi vaxtilə ilə dövlət mülkiyyətində olsa da istinad edilən normalardan göründüyü kimi fiziki şəxslərin istifadəsində olan torpaq sahəsi kimi bələdiyyə mülkiyyətinə aid edilmişdir. Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılan torpaq sahəsinin hüdudları daxilində yerləşmiş sahə İddiaçı Sabunçu rayonu Bilgəh bələdiyyəsi tərəfindən 2007-ci ildə ayrılarkən hər hansı fiziki şəxsin xüsusi mülkiyyətində olmadığından sahənin Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilir. İddiaçının (Əhmədov Mədəd Əhməd oğlunun) mülkiyyətində olan bağ sahələrinin ilkin torpaqayırma sənədləri olmadığından, məhkəmə araşdırmaları zamanı həmin bağların 2017-ci ildə bölgü sxemi tərtib edilərkən Bilgəh bağlar massivindəki bağların faktiki yerləşmə sxeminə uyğun tərtib edilmədiyi müəyyən edildiyindən üçüncü şəxsə (İddiaçı) Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 0,2072 ha torpaq sahəsinin ayrılmasına dair Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli, 055 nömrəli qərarı qəbul etdiyi vaxt 1253A və 1216V saylı bağ sahiblərinin və hal-hazırda iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri əsasında əldə etdiyi 1253A saylı və 1248V saylı bağ sahələri özəlləşdirilərkən bağların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş plan və ölçüsü X8 İdarəsinin arxivində olan bölgü sxeminə uyğun olmamışdır. Belə ki, həmin sxemdən görünür ki, 1253 saylı bağ sahəsi 1221 və 1225 saylı bağların arasında yerləşir, 1216V saylı bağ sahəsinin isə tamamilə başqa ərazidə yerləşdiyi, 1253 saylı bağla yanaşı yerləşmədiyi müəyyən olunur. Üçüncü şəxs İddiaçı Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli, 055 nömrəli qərarına əsasən ayrılmış sahəsinin 1261, 1216A saylı bağ sahələri ilə 1215 saylı bağ sahəsinin arasında yerləşən ərazi olduğu işin mübahisəsiz halı olduğundan müəyyən olunur ki, Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən İddiaçı mülkiyyət hüququ ilə satılmış torpaq sahəsi 1253A və 1216V saylı bağ sahələrinin ərazisi ola bilməz. Məhkəmə iddia tələbinin mahiyyəti, yəni X11 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlər əsasında verilmiş çıxarışların və torpaq sahələrinin planölçüsünün ləğv edilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X16 ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi»nə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, qanunla müəyyən edilmiş əsaslar olduqda, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək; hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri ilə bağlanmış icarə müqaviləsinin, sərəncamın və ya orderin olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Hazırki məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli 1248 №-li qərarına əsasən Bilgəh bağlar sahəsində 59 №-li BTK nəzdində 0,05 hektar torpaq sahəsi olan 1216 V №-li bağ X19 ayrılsa da üçüncü şəxs tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş sənədlərdə bağ sahəsinin 1216A olması qeyd edilmişdir. Lakin Bakı şəhər İH-nin xx.xx.1996-cı il tarixli, 1118 saylı qərarı və İH-nin Bağlar Təsərrüfatı İdarəsinin 34 saylı orderi ilə 0,12 hektar ölçüsü olan Bilgəh bağ massivində yerləşən 1216A saylı bağ sahəsi X21 və ailə üzvləri X14, X11 mülkiyyətinə verilmişdir. Bilgəh bağlar sahəsində 59 №-li BTK-nın nəzdində olan bağların bölgü sxemi mövcud deyildir. Məhkəmə qeyd edir ki, Bilgəh bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bilgəh ərazisində bağ sahələrinin sxematik xəritəsində 1216V nömrəli bağ sahəsi qeyd edilmiş, lakin həmin bağ sahəsi üzərində hər hansı şəxsin hüquqları reyestrdə qeydiyyata alınması halı hal-hazırda aşkar edilməmişdir. Qeyd olunan sxematik xəritədə 1216K nömrəli bağ sahəsi əks olunmadığı halda 1216a-1216b və 1215 nömrəli bağların arasında yerləşən, hazırki iş üzrə İddiaçı Biləgəh Bələdiyyəsinin 055 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 2016 kvm. torpaq sahəsinin sərhədlərin daxilində 1216K nömrəli bağ kimi qeydiyyata alınmışdır. Halbu ki, qeyd olunduğu kimi sxematik xəritədə 1216 K nömrəli bağ sahəsi əks olunmur. Bundan əlavə üçüncü şəxs Donara Əlibəyli tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş orderdə düzəlişlər edilməsi barədə ekspert rəyi mövcuddur. Cavabdeh inzibati orqan isə torpaq sahəsi üzərində Donara Əlibəylinin mülkiyyət hüquqlarının qeydə alınmasını həyata keçirərkən orderin mövcudluğuna istinad etmiş, orderin verilməsinə əsas olan sənədləri araşdırmamış, həmçinin Bilgəh bağlar sahəsindəki 59 №-li kooperativlərinin üzvlərinin siyahısı ilə orderlər arasında müqayisəli təhlilin aparılmasını təmin etməmişdir. Halbuki, bu hissədə inzibati icraatın tam və hərtərəfli aparılması cavabdeh inzibati orqanın səlahiyyətlərindən və vəzifələrindən irəli gələn məsuliyyətdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən X11 adına ünvan 2ndə yerləşən 0,05 ha. torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının aparılmış qeydiyyatı qanunsuz olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, üçüncü şəxs Bəxtiyarova (Axundova) Nərminə Yusufovnaya Bakı şəhər İcra Hakimiyyətinin 05 mart 1996-cı il tarixli 290 №-li qərarına əsasən Bilgəh bağlar sahəsində 38 №-li BTK nəzdində 0,10 hektar torpaq sahəsi olan 1253A №-li bağ sahəsi ayrılsa da həmin bağ sahəsi də bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmır. Sxematik xəritədə 1253 nömrəli bağ sahəsi qeyd edilmişdir ki, həmin bağ da mübahisələndirilən torpaq sahəsindən fərqli (iki sahə aralı) yerdə yerləşir. İddiaçı məxsus mübahisəli torpaq sahəsi bələdiyyənin eskiz layihəsinə və bağların bölgü sxeminə əsasən 1216a-1216b və 1215 nömrəli bağların arasında yerləşir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən X7 Bakı ŞHİ X8 və istismarı birliyi, xx.xx.1996-cı il tarixli, 22 nömrəli orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd edilməklə tərtib edilmiş xx.xx.2017-ci il tarixli, **********14 reyestr nömrəli torpaq sahəsinin planı iddiaçının faktiki istifadəsində və gözləninən mülkiyyət hüququ olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə ki, mütəxəssis rəyindən göründüyü kimi Əhmədov Mədəd Əhməd oğlunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində, **********29 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və qeydiyyatı barədə RX №1068401 blank nömrəli dövlət reyestrindən çıxarış verilmiş 0,15 ha torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 055 nömrəli, 23 avqust 2007-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 2016 kvm. torpaq sahəsi ilə tam üst-üstə düşür və onun şimal hissəsindən başlayaraq 0,15 ha-lıq hissəsində yerləşir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə üçüncü şəxslər Donara Əlibəyliyə və Nərminə Axundovaya Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində ayrılması iddia olunan bağ sahələri ayrı-ayrı BTK-lara (38 №-li və 59 №-li) məxsusdur, eyni zamanda həmin bağ sahələrinin bölgü sxemi də cavabdehin arxiv qovluğunda aşkar edilməmişdir. Belə olan halda həmin bağların, yəni 1216K və 1253A nömrəli bağ sahələrinin faktiki, naturada yanaşı yerləşməsini qəbul etmək mümkün deyildir. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması həyata keçirilmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X11 adına aparılmış qeyd və onun əsasında verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış və torpaq sahəsinin plan və ölçüsü, X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərə əsas olmuş torpaq sahəsinin plan və ölçüsünün (koordinatların) qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, ünvan 2ndə yerləşən 0,05 ha. torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68258 nömrəli vərəqində X11 adına aparılmış qeydiyyat, xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçüsü (koordinatları), həmçinin ünvan 3ndə yerləşən 0,10 ha torpaq sahəsinə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68272 nömrəli vərəqində qeydiyyatın (xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) aparılmasına əsas olmuş torpaq sahəsinin plan və ölçüsü (koordinatları) ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh hərəkətləri qanunsuz hesab edilsin. ünvan 2ndə yerləşən 0,05 ha. torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68258 nömrəli vərəqində X11 adına aparılmış qeydiyyat, xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçüsü (koordinatları) ləğv edilsin. ünvan 3ndə yerləşən 0,10 ha torpaq sahəsinə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68272 nömrəli vərəqində qeydiyyatın (xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) aparılmasına əsas olmuş torpaq sahəsinin plan və ölçüsü (koordinatları) ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2876/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2876/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver