Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2877/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X1 (Məhkəmə mübahisələri iş şöbəsinin baş mütəxəssisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının 2011-ci ildən başlayaraq bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində Daxili İşlər Nazirliyinin əməkdaşı kimi əvvəllər olduğu qaydada (xidmət illərinə görə 3 % əlavə ilə) yenidən düzgün hesablanması və ya FHN-nin xüsusi rütbəli əməkdaşı kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsinin qəbul edildiyi tarixdən təminatın 80 faizi məbləğində pensiya müəyyən etməklə yenidən hesablanılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 fevral 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun pensiyasının 2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Daxili işlər Nazirliyindən polis kapitanı rütbəsində 1998-ci ildə pensiyaya çıxmışdır. Pensiyaya çıxarkən ona 27 il 1 ay 18 gün xidmət müddətinə görə təminat xərcliyinin 71 faizi (20 ilə görə 50 faiz, 7 ilə görə 21 faiz (7x3) məbləğində pensiya təyin edilmişdir. 2006-cı ilə qədər DİN əməkdaşı kimi pensiya almışdır. Göstərilən tarixdən sonra onun pensiyası xidmətinin son bir ilini yanğınsöndürmə idarəsində keçirdiyi üçün əsassız olaraq Fövqəladə Hallar Nazirliyinin pensiyaçısı kimi hesablanır. Buna baxmayaraq təxminən 2012-ci ilə qədər artımlar bərabər olaraq aparıldığı üçün ciddi bir problem olmamışdır. Lakin bu tarixdən sonra bir neçə dəfə DİN-də maaş artımı olmuş, lakin həmin artımlar ona şamil edilməmişdir. Digər yandan ona xidmət illərinə əlavələr hərbi qulluqçu olduğu üçün qanunvericiliyə edilmiş yeni dəyişikliklə 3 faizdən 2 faizə endirilmişdir. Nəticədə ona 1998-ci ildə təyin edilmiş pensiyanın faizi 71dən 2018-ci ildə 64,16 faizə endirilmişdir. FHN-də bu üç faiz olaraq qalır. Ziddiyyətli bir vəziyyət yaranmışdır. Hazırda işləmiş olduğu vəzifə DİN-də yox, FHN-də olduğu üçün artımlar ona FHN-nə görə, xidmət illərinə əlavələr isə DİN-ə görə hesablanır. Hesab edir ki, pensiyası DİN və FHN arasında artım fərqi yarandığı gündən başlayaraq polis əməkdaşı kimi (təxminən 2012-ci ildən sonra bir neçə artım ona şamil edilməmişdir) əvvəllər olduğu qaydada (3 % əlavə ilə) yenidən hesablanılmalıdır. Əgər o, FHN əməkdaşı hesab edilirsə normativ hüquqi aktları geriyə şamil edərək xidmət illərinə görə faizlər yeni qaydada hesablanıla bilər. Onda “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsinə uyğun olaraq (FHN-ə aid) 27 il xidmət etdiyi nəzərə alınaraq 15 ildən sonrakı hər il üçün onun pensiyasına 3 faiz əlavə (təminatın 80 faizinə qədər) müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunda sonradan dəyişiklik edilərək FHN pensiyaçıları ilə DİN pensiyaçılarının statusları fərqləndirilmişdir. DİN pensiyaçıları hərbi qulluqçu hesab edilsələr də FHN qulluqçuları hesab edilmirlər. Bu barədə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialına 13.10.2020-ci il tarixdə etdiyi müraciətə aşağıdakı cavab verilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmçinin Qanunun 3.3-cü maddəsinə əsasən “bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə və 29 aprel 1992-ci il tarixindən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlarda həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən sizə 25 sentyabr 1998-ci ıl tarixində xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 idarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Bu səbəbdən də daxili işlər orqanlarının əməkdaşlarına dair müvafiq artımların pensiyanının hesablanması zamanı tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 27 il 1 ay 18 gün xidmət müddətinə görə təminat xərcliyinin (747,75 manat) 71 faizi (20 ilə görə 50 faiz, 7 ilə görə 21 faiz (7x3))-530,90 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 566,99 manat; 1 mart 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 579,02 manat; 1 may 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq əmək pensiyası 651,20 manat; 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 466,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə - 211,25 manat, dəniz şəraitinə görə vəzifə maaşının 50 faizi miqdarında əlavə - 233.00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1120,25 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.5-cı bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (7x2) təminat xərcliyinin 14 faizi; -natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 64,16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (747,75 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1120,25 manat) arasındakı fərq məbləğinin (372,50 manat) 64,16 faizi - 239,00 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (530,90 manat) üzərinə əlavə olunmaqla 769,90 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.” Buradan görünür ki, ona 1998-ci ildə o zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq təminat xərcliyinin 71 % məbləğində pensiya təyin edildiyi halda bu məbləğ 2018-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarına zidd olaraq 71%-dən 64,16%-ə endirilmişdir. Normativ hüquqi aktın qüvvəsini geriyə şamil edərək sonradan qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmana əsaslanmaqla onun pensiyaçı statusu hərbi qulluqçudan xüsusi rütbəli şəxsə keçirilərək artımlar verilərkən FHN-də eyni adlı vəzifənin olması əsas götürülsə də FHN-də olan xidmət illərinə görə əlavələr ona şamil edilmir. Yəni qanunvericilik DSMF-yə sərf edən hissədə qanunsuz olaraq geriyə şamil edilir, qanuni olsa da ona sərf edən hissədə isə şamil edilmir. Həmçinin, nə FHN pensiyaçısı kimi, nə də DİN pensiyaçısı kimi onun pensiyası düzgün hesablanılmır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və .-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə 08.09.1998-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 01-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 01-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda, strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (01 iyul 2017ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Cavabdeh daha sonra etiraza əlavə təqdim edərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə 08.09.1998-ci il tarixdən “Azərneft yanğın mühafizə idarəsinin növbətçi yanğınsöndürmə xidmətinin rəhbər köməkçisi” vəzifəsindən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. İddiaçıya 2007-ci il tarixdən 2015-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində olan artımlar nəzərə alınmaqla əmək pensiyası ödənilmişdir. İddiaçı 15 dekabr 2015-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin əməkdaşlarının əmək haqlarında olan bütün artımlar nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli qərardadı ilə iddiaçıya Daxili İşlər Nazirliyinin əməkdaşlarının əmək haqlarında olan bütün artımlar nəzərə alınmaqla pensiyanın DİN-nin əməkdaşı kimi yenidən hesablanması barədə qərar qəbul edilməsi tələbinə dair işin icraatına xitam verilmişdir. Daxili İşlər Nazirliyinin əməkdaşlarına artımlar olunduğu zaman bu artım iddiaçıyada şamil edilir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza və ona əlavəyə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmidir. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarına əlavə olunan iddiaçıya məxsus AA ******* № li, 3CY221D seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 noyabr 2020-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3, 1.0.4, 1.0.5, 3.3 və 9.5.1-ci maddələrinə və 29 aprel 1992ci il tarixindən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə istinad olunaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ona 25 sentyabr 1998-cı il tarixində xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filialı tərəfindən ödənilir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Bu səbəbdən də daxili işlər orqanlarının əməkdaşlarına dair müvafiq artımların pensiyanın hesablanması zamanı tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 27 il 1 ay 18 gün xidmət müddətinə görə təminat xərcliyinin (747,75 manat) 71 faizi (20 ilə görə 50 faiz, 7 ilə görə 21 faiz (7x3))-530,90 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 566,99 manat; 1 mart 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 579,02 manat; 1 may 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 651,20 manat; 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 466,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə - 211,25 manat, dəniz şəraitinə görə vəzifə maaşının 50 faizi miqdarında əlavə - 233,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1120,25 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (7x2) təminat xərcliyinin 14 faizi - natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 64,16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (747,75 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1120,25 manat) arasındakı fərq məbləğinin (372,50 manat) 64,16 faizi - 239,00 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (530,90 manat) üzərinə əlavə olunmaqla 769,90 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür). Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmişdir. Həmin pensiya işinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 13 yanvar 2020-ci il tarixli qərardan görünür ki, İddiaçı 25 sentyabr 1998-ci il tarixdə DİN-nin əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. FHN-nin verdiyi məlumat vərəqəsinə əsasən pensiyası yenidən hesablanaraq, vəzifə maaşı 466 manat, rütbə maaşı 146 manat, xidmət illərinə görə 25 faiz əlavə 211,25 manat, ərzaq payı 64 manat, dəniz şəraitinə görə 50% 233 manat olmaqla, 1120,25 manat təminat xərcliyi hesablanmış, yenidən hesablanmış pensiya məbləği 769,90 manat təşkil etmişdir. Məhkəmə cavabdeh orqanın bu mövqeyi ilə razılaşaraq, aşağıda sadalanan qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçının hazırkı tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir; 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırda pensiyaçıdır. Ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə “Azərneft yanğın mühafizə idarəsinin növbətçi yanğınsöndürmə xidmətinin rəhbər köməkçisi” vəzifəsindən 25 sentyabr 1998-cı il tarixində xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının sonuncu iş yeri üzrə işlədiyi X2 İdarəsi sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Bundan sonra ona 2007-ci il tarixdən 2015-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində olan artımlar nəzərə alınmaqla əmək pensiyası ödənilmişdir. Məhkəməyə təqdim edilmiş pensiya işinin surətindən görünür ki, sonuncu dəfə 13 yanvar 2020-ci il tarixli qərar əsasında iddiaçının pensiyası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən yenidən hesablanmış, vəzifə maaşı 466 manat, rütbə maaşı 146 manat, xidmət illərinə görə 25 faiz əlavə 211,25 manat, ərzaq payı 64 manat, dəniz şəraitinə görə 50% 233 manat olmaqla, 1120,25 manat təminat xərcliyi hesablanmış, yenidən hesablanmış pensiya məbləği 769,90 manat təşkil etmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı onun pensiyasının 2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində yenidən hesablanmalı olduğunu iddia edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə pensiyaya çıxsa da, lakin onun sonuncu işlədiyi iş yeri üzrə X2 İdarəsi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verildiyindən onun daxili işlər orqanlarının əməkdaşlarına dair müvafiq artımların pensiyanın hesablanması zamanı ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xidmət illəri 27 il 1 ay 18 gün təşkil etmişdir. Belə olan halda cavabdeh iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq 7 il xidmət müddətinin hər ili üçün 2 faizi olmaqla, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsinin 64,16 faiz hesablanmasında haqlı olmuşdur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2877/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2877/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver