Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-288/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dərəcəsinin müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı İİ qrup əlillik dərəcəsinin müəyyən edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadına əsasən iddia tələbi “xx.xx.2023-cü il tarixdən müddətsiz əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə İİ qrup əlillik dərəcəsi almışdır. Xəstəliyinin diaqnozu “revmatoid artrit, poliartritik forma, aktivlik İİİ dərəcə, rengenoloji mərhələ İİ dərəcə, hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri”dir. X6 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə stasionar müalicədə olmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 16 mart 2022-ci il tarixli arayışından görünür ki, revmatoid artrit, poliartrik forma, aktivlik İİİ dərəcə, rengenoloji mərhələ İİ dərəcə, hər iki aşağı ərtaf damarların xroniki xəstəlikləri var. Xəstəliyə görə dəfələrlə xəstəxanaya müraciət edib müayinə və müalicə olunmuş, bir neçə dəfə stasionarda müalicə almışdır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, qanunsuz olaraq əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Nəzarət Komissiyası tərəfindən ekspertiza keçirilməli və qeyd olunan xəstəliklər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən olunması meyarları”min təsdiq edilməsi haqqında 13 may 2022-ci il tarixli 187 nömrəli qərarının bəndlərinə uyğun olaraq qeyd edilmiş diaqnozun ikinci dərəcə əlilliyin təyininə əsas verib-vermədiyi ətraflı araşdırılmalıdır. Göründüyü kimi, iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq qeyd edilmiş ikinci dərəcə əlilliyin təyininə əsas verib-vermədiyi məhkəmənin öz təşəbbüsü ilə təyin etdiyi ekspert rəyindən də müəyyən edilir. Əlilliyin müəyyən olunması meyarlarında göstərilmişdir ki, sümük-əzələ sisteminin və birləşdirici toxumanın funksiyalarının iltihabi poliatropatiyaları, daha dəqiq RA ilə şərtləndirilmiş davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsas etibarilə klinik-funksional təzahürün ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Oynaqların funksiyalarının klinik pozuntusu, oynaq dəyişikliklərinin rentgenoloji mərhələsi, iltihabi prosesin aktivliyinin klinik-laborator göstəriciləri, gedişatın xüsusiyyətləri, kəskinləşmə tezliyi və xəstəliyin ağırlığı, daxili orqanlar sisteminin funksiyalarının pozulması nəzərə alınır. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin qərarın 2.2-ci bəndində ikinci dərəcə əlilliyin təyin edildiyi 15 hal sadalanmışdır. Məndə aşkar olunan xəstəliklər “Əsasnamə”nin qeyd olunan 2.2-ci bəndinin müddəalarında təsbit olunan İİ qrup əlilliyə aid xəstəliklərlə müqayisəli şəkildə araşdırılmamış, xəstəliyinin həmin qrupa aid xəstəliklər sırasında olduğu aşkar olduğu halda cavadeh orqan əsassız olaraq əlilliyi müəyyən etmişdir. Həmin qərarın 2.2.7ci bəndində göstərildiyi kimi endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklərin məndə açıq-aşkar mövcud olduğu iddia ərizəsinə əlavə etdiyim xəstəlik sənədləri ilə tam təsdiq olunur.
4. Cavabdeh qurumun etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var. Laborator müayinələr tam aparılmamışdır.” əsası ilə Mərkəzə geri göndərilmişdir. Cavabdeh qurum bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı -rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq - olaraq, vətəndaşların- əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.
5. TSEK Müayinələri: -xx.xx.2016-cı il tarixində digər revmatiod artritlər, Revmatoidli artrit, poliartritik forma, aktivlik İİİ dərəcə, rengenololi mərhələ İİ diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə (İ70.2, İ73-İ74,İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) 5 il müddətinə ilkin əlillik təyin edilmişdir. -xx.xx.2022-ci il tarixində revmatoid artrit poliartritik forma akt, İİ dərəcə, reaktiv mərhələ, İİ sağ diz oynağının kontrakturası, daimi ağrı sindromu, axsama və yerişin pozulması diaqnoz mətni ilə göndərişin natamam doldurulmasına görə (Səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var. Labarator müayinələr tam aparılmamışdır.) imtina edilmişdir.
6. Xəstəliyə görə ambulator müraciətlər: XBT10 Xəstəliyin adı Müraciət tarixi Kodu N05.8 Dəqiqləşdirilməmiş nefrotik sindrom, digər dəyişikliklər xx.xx.2021 N05.8 Dəqiqləşdirilməmiş nefrotik sindrom, digər dəyişikliklər xx.xx.2022 N05.8 Dəqiqləşdirilməmiş nefrotik sindrom, digər dəyişikliklər xx.xx.2022 N05.8 Dəqiqləşdirilməmiş nefrotik sindrom, digər dəyişikliklər xx.xx.2022 N05.8 Dəqiqləşdirilməmiş nefrotik sindrom, digər dəyişikliklər xx.xx.2022
7. Stasionar müalicə aldığı müəssisələr: Klinik Daxil olma Çıxma Gün diaqnoz Müəssisənin adı Klinik diaqnoz mətni tarixi tarixi sayı XBT kodu 29 saylı BŞX xx.xx.2015 xx.xx.2015 10 M05.8 Digər seropozitiv revmatoid artritlər X9 xx.xx.2015 xx.xx.2015 13 M05.8 Digər seropozitiv revmatoid artritlər X9 xx.xx.2016 xx.xx.2016 13 M05.8 Digər seropozitiv revmatoid artritlər 29 saylı BŞX xx.xx.2021 xx.xx.2021 10 M05.8 Digər seropozitiv revmatoid artritlər X9 xx.xx.2021 xx.xx.2021 11 M05.8 Digər seropozitiv revmatoid artritlər X4 və Ortopediya xx.xx.2022 xx.xx.2022 0 M05 Seropozitiv revmatoid artrit İnstitutu X9 xx.xx.2022 xx.xx.2022 10 M05.8 Digər seropozitiv revmatoid artritlər
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardada əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dərəcəsinin müəyyən edilməsi dair iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmiş və qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əyani müayinənin nəticəsi barədə məhkəməyə məlumat veriməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən qeyd edilmişdir ki: “Xəzər rayon (Bakı şəhər) sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamalandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0053003AAB6K nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və ona xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə “ilkin” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli Y00036472XLN nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “Revmatoid artrit poliartritik forma akt. İİ dərəcə. Reaktiv mərhələ İİ. Sağ diz oynağının kontrakturası, daimi ağrı sindromu, axsama və yerişin pozulması." əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq olması və Laborator müayinələrin tam aparılmaması səbəbilə “Göndərişin natamam doldurulması” qərarı verilmişdir. Növbəti dəfə, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da həkim ekspertlər tərəfindən əyani müayinə edilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. (ESDAS 3-17-4/3-1-96169/2023). Qeyd edilir ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Müayinə zamanı əsas şikayətləri oynaqlarda, başında ağrı və hərəkət məhdudluğu olmuş, təxminən 7 ilə yaxındır ki, 4mg “Metipred” qəbul etdiyini bildirmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, A/T 130/90 mm cv.st., nəbz ritmik (1 dəgigədə 73 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşag və ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi olmuş, bilək, dirsək, diz oynaqlarında və pəncədə bir qədər şişkinlik və deformasiya izlənilmiş, əlin tutma funksiyası pozulmamış, rentgenoloji olaraq oynaq yarıqları açıq izlənilmiş, oynaqlarda hərəkət tam həcmdə olmuş, sağ diz oynağında ağrıya əsasən hərəkət çətinləşmiş, ətraflarda kəskin kontraktura izlənilməmişdir. Təqdim etdiyi sənədlər arasında, 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-xx.xx.2015-ci il tarixli epikrizinə əsasən diaqnoz “Xroniki xolesistit, Xroniki pielonefrit, Revmatoid poliartrit”; 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-12.022021 -ci il tarixli epikrizinə əsasən diaqnoz “Revmatoid artrit, Essensial hipertenziya”; Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışına əsasən diagnoz “Revmatoid poliartrit. Hər iki mil-bilək və əllərin osteoparotik dəyişiklikləri, tarzal birləşmələrin oynaq yarıqları geyri bərabər daralması və kontrakturaları. Sağ diz oynağının kontrakturası. Oynag səthlərinin sərtləşməsi. Sağ diz oynağının ağrı sindromu, axsama və yerişin pozulması” şəklində göstərilmiş, həmin rəylərə və təgdim etdiyi rengenoloji görüntüyə əsasən əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş yenidən məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı oynaq ağrılarından, ətraflarda hərəkət məhdudluğundan, oynaqlarda ödem yaranmasından, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında təxminən 10 ildir ki, özünü xəstə hesab etdiyini, medikamentoz preparatlardan 4mg dozada “Metipred” və yerli məlhəmlərdən istifadə etdiyini bildirmişdir. Obyektiv müayinə zamanı huşu aydın, normastenik bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi nisbətən solğun olmuş, dərialtı piy təbəqəsi normal inkişaf etmiş, aşağı ətraflarda nəzərə çarpmayan cuzi ödem izlənilmiş, oynaqlarda deformasiyalar müşahidə edilməmişdir. Həmçinin müayinə zamanı təqdim edilmiş rentgen şəklində revmatoid poliartrit İ mərhələ kimi qiymətləndirilmiş, oynaqlarda yarımçıxıqlar, ankiloz aşkarlanmamış, sümüklərdə eroziyalar qeyd edilməmişdir. X7 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 970 nömrəli çıxarışında diaqnoz “Revmatoid artrit, poliartritik forma. Hipertoniya xəstəliyi İİ d. Xroniki xolesistit.xroniki anemiya" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Revmatoid artrit, hər iki əlin falanqalararası oynağının İİ dərəcəli artrozu, hər iki əlin barmaqlarının yarımbükülmüş vəziyyəti, açıcı- bükücü kontrakturası, tutma funksiyasının pozulması, hər iki diz oynağının osteoartrozu, açıcı-bükücü kontrakturası (sağda açma 163 dərəcə, büklmə 100 dərəcə, solda açma 170 dərəcə, bükmə 90 dərəcə). Hər iki aşıq-baldır oynağının valgus deformasiyası, hər iki ayağın xırda oynaqlarının İİ dərəcəli artrozu, osteoparozu, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulmas” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli rentgen müayinəsinin nəticəsi “Görünən sümüklərdə osteoporoz və xüsusən sağda orta distal falanqalar arası oynaqlarda artroz ikinci dərəcə ” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, anamnestik, həmçinin obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
10. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş Ekspert qarşısında aşağıdakı sual qoyulmuş: - xx xxxxxx 1968-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı müayinəsi zamanı “Revmatoid artrit, hər iki əlin falanqalarası oynağının İİ dərəcəli artrozu, hər iki əlin barmaqlarının yarımbükülmüş vəziyyəti, açıcı-bükücü kontrakturası, tutma funksiyasının pozulması, hər iki diz oynağının osteoartrozu, açıcıbükücü kontrakturası (sağda açma 163 dərəcə, bükmə 100 dərəcə, solda açma 170 dərəcə, bükmə 90 dərəcə). Hər iki aşıq-baldır oynağının valgus deformasiyası, hər iki ayağın xırda oynaqlarının İİ dərəcəli artrozu, osteoparozu, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” diaqnozu öz təsdiqini tapırmı? - İddiaçı müayinəsi zamanı “Görünən sümüklərdə osteoporoz və xüsusən sağda orta distal distal falanqalar arası oynaqlarda artroz ikinci dərəcədə” diaqnozu öz təsdiqini tapırmı? - İddiaçı müayinəsi zamanı barmaqların funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyəti mövcuddurmu?
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 T 681/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən: “1968-ci təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-4. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda komissiya tərəfindən müayinə edilmiş və XBT 10 kodu ilə “Revmatoid artrit, hər iki əlin falanqalararası oynağının İİ dərəcəli artrozu, hər iki əlin barmaqlarının yarımbükülmüş vəziyyəti, açıcı-bükücü kontrakturası, tutma funksiyasının pozulması, hər iki diz oynağının osteoartrozu, açıcı-bükücü kontrakturası (sağda açma 163 dərəcə, bükmə 100 dərəcə, solda açma 170 dərəcə, bükmə 90 dərəcə), hər iki aşıqbaldır oynağının valqus deformasiyası, hər iki ayağın xırda oynaqlarının İİ dərəcəli artrozu, osteoparozu, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (M05, M 19.1, M24.5, Z73.6, M 17.5, M24.5, М21.0, M 19.1, R52.1, R26.8;)” diaqnozu qoyulmuşdur. Onun həmin tarixdə çəkilmiş hər iki dizin ap proyeksiyalı rentgenoqrammasmda “Oynaq yarığı az daralıb, eroziya yoxdur, bilateral osteoartroz birinci dərəcə”. Hər iki ayaq-baldır oynağı və ayaqların rentgenoqrammasında isə “İV-V barmaqlar içə əyilib. İİ-İV barmaqlar: falanqalararası oynaqlarda artroz İİ dərəcə”. Hər iki ayaq-baldırın AP pr. R-qrammasında mülayim Valqus deformasiya qeyd edilir. Hər iki əlin PA proyeksiyada R-qrammasmda görünən sümüklərdə osteoporoz və xüsusən sağda orta distal falanqalararası oynaqlarda artroz ikinci dərəcə müəyyən edilmişdir. Bu diaqnoz qərardadın 1-ci sualında göstərilən diaqnozla eynilik təşkil edir. İddiaçının məhkəmə-tibbi müayinəsi zamanı hərəkəti normaldır. Əlin tutma funksiyası olsa da, ağır əşyaları tutanda çətinlik çəkir. - Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisədəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. - Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən qiymətləndirmə nəticələrində qeyd edilmiş “Revmatoid artrit, poliartritik forma akt İİ dərəcə, reaktiv mərhələ İİ, sağ diz oynağının kontrakturası, daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnoz xəstənin stasionarda müayinə və müalicələri əsasında qoyulmuşdur.
12. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir.”
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
15. İddiaçının məhkəmə xx.xx.2023-cü il tarixli qərardada əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dərəcəsinin müəyyən edilməsi dair iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmiş və qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əyani müayinənin nəticəsi barədə məhkəməyə məlumat veriməsi qərara alınmışdır. xx.xx.2023cü il tarixində vətəndaş DTSERA-da həkim ekspertlər tərəfindən əyani müayinə edilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçının iddia tələbi xx.xx.2023-cü il tarixdən müddətsiz əlilliyin təyin edilməsi ilə bağlıdır.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
18. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
19. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
20. Hazırki iddia məcburetməyə dair iddiadır.
21. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
23. TSEK Müayinələrə əsasən: -xx.xx.201-cı il tarixində digər revmatiod artritlər, Revmatoidli artrit, poliartritik forma, aktivlik İİİ dərəcə, rengenololi mərhələ İİ diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə (İ70.2, İ73-İ74,İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) 5 il müddətinə ilkin əlillik təyin edilmişdir. -xx.xx.202-ci il tarixində revmatoid artrit poliartritik forma akt, İİ dərəcə, reaktiv mərhələ, İİ sağ diz oynağının kontrakturası, daimi ağrı sindromu, axsama və yerişin pozulması diaqnoz mətni ilə göndərişin natamam doldurulmasına görə (Səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var. Labarator müayinələr tam aparılmamışdır.) imtina edilmişdir. Ağırlaşma: M15.8 Digər poliartroz, oynaqların funksional çatışmazlığı. İİ dərəcə Ağırlaşma: M19.0 Digər oynaqların birincili artrozu. Sağ diz oynağının tışa doğru rotasiyası.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən:
13.3 Artrоzlаr M15-M19 Qiymətləndirmə
yuxarı və aşağı ətrafın müştərək 13.3.1. 100 müddətsiz amputasiyası 13.3.2. yuxarı ətrafın amputasiyası bazu 80 müddətsiz oynağında bazu səviyyəsində və ya bazunun çox qısa güdülü, protezləşməyə və ya amputasiyadan 1 il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün tibbi göstərişlərin olması ilə yuxarı ətrafın bazu oynağı səviyyəsində 13.3.3. 70-80 müddətsiz və ya dirsək oynağından amputasiyası 13.3.4. said səviyyəsində amputasiya 70 müddətsiz 13.3.5. biləyin amputasiyası 65 müddətsiz bilək oynağının funksional yararsız 13.3.6. 60 müddətsiz vəziyyətdə ankilozu ağır dərəcəli bazu oynağının qeyristabilliyi, eləcə də laxlayan oynaq və daimi oynaq çıxıqları və ya bazu 13.3.7. 65 müddətsiz oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) bazu sümüyünün psevdoartrozu: qeyri- 13.3.8. 40 1 il stabil said sümüyünün psevdoartrozu: qeyri- 13.3.9. 35 1 il stabil funksional əlverişsiz vəziyyətdə dirsək 13.3.10. oynağının ankilozu (60 dərəcədən az, 40 müddətsiz 150 dərəcədən çox) hər iki dirsək oynağının funksional 13.3.11. əlverişsiz vəziyyətdə ankilozu (60 70 müddətsiz dərəcədən az, 150 dərəcədən çox) 13.3.12. laxlayan dirsək oynağı 40 müddətsiz hər iki bilək oynağının funksional 13.3.13. 70 müddətsiz əlverişsiz vəziyyətdə ankilozu 13.3.14. hər iki baş barmağın olmaması 40 müddətsiz baş barmaq daxil olmaqla, iki barmağın olmaması və ya funksional yararsız 13.3.15. 40 müddətsiz vəziyyətdə ankilozu (kəskin kontrakturası) baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma 13.3.16. 50 müddətsiz funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər bir əldə ardıcıl üç barmağın olmaması 13.3.17. və ya funksional yararsız vəziyyətdə 40 müddətsiz ankilozu (kəskin kontrakturası) baş barmaq daxil olmaqla, dörd barmağın olmaması və ya funksional 13.3.18. 50 müddətsiz yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) hər iki əldə əl darağı sümükləri ilə birgə 13.3.19. 85 müddətsiz İİ-V barmaqların olmaması bir əldə beş barmağın olmaması və ya 13.3.20. funksional yararsız vəziyyətdə ankilozu 50 müddətsiz (kəskin kontrakturası) on barmağın olmaması və ya funksional 13.3.21. yararsız vəziyyətdə ankilozu (kəskin 100 müddətsiz kontrakturası)
Qonartroz (diz oynağının artrozu) M17 13.4 Digər artrozlar M19 Qiymətləndirmə hər iki aşağı ətrafın bud nahiyəsindən amputasiyası, protezləşməyə və ya amputasiyadan 13.4.1. ilk bir il sonra bərpa işlərinin (o 100 müddətsiz cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə bud nahiyəsindən hər iki aşağı 13.4.2. 90-100 müddətsiz ətrafın amputasiyası bir aşağı ətrafın bud, digərinin baldır səviyyəsində amputasiyası, protezləşməyə və ya amputasiyadan 13.4.3. ilk 1 il sonra bərpa işlərinin (o 90-100 müddətsiz cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə bir aşağı ətrafın bud, digərinin baldır 13.4.4. səviyyəsində amputasiyası, 85 müddətsiz protezləşmədən sonra bir yuxarı və bir aşağı ətrafın amputasiyası, protezləşməyə və ya amputasiyadan ilk 1 il sonra bərpa 13.4.5. 90-100 müddətsiz işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə bir yuxarı və bir aşağı ətrafın 13.4.6. 85 müddətsiz amputasiyası, protezləşmədən sonra ətrafın bud-çanaq oynağı səviyyəsində amputasiyası və ya budun güdülünün çox qısa olması, protezləşməyə və ya amputasiyadan 13.4.7. 80 müddətsiz ilk bir il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə budun orta 1/3 səviyyəsində 13.4.8. 70 müddətsiz amputasiyası budun aşağı 1/3 səviyyəsində amputasiyası, amputasiyadan 1 il 13.4.9. sonra protezləşməyə bərpa 70 müddətsiz müalicəsinə əks-göstəriş olduğu halda güdülün və oynaqların yararlı 13.4.10. vəziyyəti ilə ətrafın baldır 50 müddətsiz səviyyəsində amputasiyası güdülün və oynaqların yararsız 13.4.11. vəziyyəti ilə ətrafın baldır 60 müddətsiz səviyyəsində amputasiyası hər iki aşağı ətrafın baldır 13.4.12. səviyyəsində amputasiyası, 70-80 müddətsiz protezləşmədən sonra hər iki aşağı ətrafın baldır səviyyəsində amputasiyası, bir 13.4.13. 85-90 müddətsiz ətrafın funksional əlverişsiz vəziyyəti ilə hər iki aşağı ətrafın baldır 13.4.14. səviyyəsində amputasiyası, ikitərəfli 90-100 müddətsiz protezləşməyə əlverişsiz vəziyyətdə pəncənin Piroqova görə birtərəfli 13.4.15. 45 müddətsiz amputasiyası pəncənin Piroqova görə ikitərəfli 13.4.16. 75 müddətsiz amputasiyası pəncənin Şopar oynağı səviyyəsində 13.4.17. 70 müddətsiz ikitərəfli amputasiyası pəncənin Şopar oynağı səviyyəsində 13.4.18. 40 müddətsiz birtərəfli amputasiyası pəncənin Şopar oynağı səviyyəsində 13.4.19. amputasiyası, pəncənin qüsurlu 40-50 müddətsiz vəziyyəti ilə pəncənin Şopar oynağı səviyyəsində 13.4.20. amputasiyası, hər iki pəncənin 60 müddətsiz qüsurlu vəziyyəti ilə pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya 13.4.21. 35 müddətsiz Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya 13.4.22. 40 müddətsiz Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası, pəncənin birtərəfli qüsurlu vəziyyəti ilə hər iki pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya 13.4.23. 65 müddətsiz Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası 13.4.24. hər iki bud-çanaq oynağının ankilozu 80 müddətsiz hər iki bud-çanaq oynağının 13.4.25. hərəkətinin orta dərəcə 40 müddətsiz məhdudlaşması bud-çanaq oynağının hərəkətinin 13.4.26. təzahür edən məhdudlaşması və ya 50-60 müddətsiz ankilozu hər iki bud-çanaq oynağının 13.4.27. hərəkətinin təzahür edən 70-80 müddətsiz məhdudlaşması budun displaziyası (yarımçıxıq), tam 13.4.28. 100 1 il immobilizasiya müddətinə budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinin başa 13.4.29. 50 1 il çatmasından sonra müalicəsinin sonuna qədər bud-çanaq oynağının rekonstruktiv 13.4.30. əməliyyatdan sonrakı vəziyyəti, 40-50 1 il mülayim pozuntularla hər iki bud-çanaq oynağının 13.4.31. rekonstruktiv əməliyyatdan sonrakı 80 2 il vəziyyəti, təzahür edən pozuntularla 13.4.32. ayağın 4-7 sm qısalması 40 müddətsiz 13.4.33. ayağın 7 sm-dən çox qısalması 50 müddətsiz bud sümüyünün psevdoartrozu, 13.4.34. 40 1 il mülayim pozuntularla bud sümüyünün psevdoartrozu, 13.4.35. 60 1 il təzahür edən pozuntularla diz oynağının funksional əlverişsiz 13.4.36. 40 müddətsiz vəziyyətdə ankilozu hər iki diz oynağının funksional 13.4.37. 50 müddətsiz əlverişli vəziyyətdə ankilozu hər iki diz oynağının funksional 13.4.38. 70 müddətsiz əlverişsiz vəziyyətdə ankilozu pəncənin qüsurlu vəziyyətdə 13.4.39. 40 müddətsiz ankilozu 13.4.40. hər iki aşıq-baldır oynağının ankilozu 50 müddətsiz hər iki diz oynağı qığırdağının 13.4.41. təzahür edən zədələnməsi (İV 50 1 il mərhələ qonartroz) 13.4.42. bud-çanaq oynağının birtərəfli çıxığı 40 müddətsiz 13.4.43. bud-çanaq oynağının ikitərəfli çıxığı 50 müddətsiz baldır sümüklərinin psevdoartrozu: 13.4.44. 40 1 il qeyri-stabil 18 yaşınadək uşaqlarda pəncənin 13.4.45. 40 2 il anadangəlmə qüsurlu vəziyyəti
5.3.1. seropozitiv RA (revmatoid artrit) M05 Qiymətləndirmə RA, oynaqların funksiyalarının mülayim pozulması ll dərəcə, rentgenoloji – artritin İİ mərhələsi, orta-ağır forma daxili orqan 5.3.1.1. sistemlərinin funksiyasının mülayim pozulması ilə kliniki-laborator 35-60 1 il olaraq aktivliyin l və ll dərəcə göstəriciləri, az inkişaf edən gedişat, nadir kəskinləşmələr, İİ FS RA, oynaqların funksiyalarının aşkar pozulması lll dərəcə, rentgenoloji – artritin İİ-İİİ mərhələsi, orta-ağır və ya ağır forma daxili orqan sistemlərinin funksiyasının mülayim və ya aşkar 5.3.1.2. 65-80 2 il pozulması ilə, kliniki-laborator olaraq aktivliyin İİ dərəcə göstəriciləri, az inkişaf edən gedişat, tez-tez və ya uzunmüddətli kəskinləşmələr, İİİ FS RA, təzahür edən və ya əhəmiyyətli dərəcədə təzahür edən oynaq funksiyası pozuntusu lll və lV dərəcə, rentgenoloji – artritin İİİ-İV mərhələsi, ağır – daxili orqan sistemlərinin, mərkəzi sinir sisteminin funksiyalarının təzahür edən və əhəmiyyətli təzahür 5.3.1.3. 85-100 müddətsiz edən dərəcədə pozulmaları ilə oynaq və ya oynaq-visseral forma, kaxeksiya, kliniki-laborator olaraq aktivliyin ll və ya lll dərəcə göstəriciləri, zəif və ya sürətlə inkişaf edən gedişat, tez-tez və ya uzunmüddətli kəskinləşmələr, İİİ-İV FS 25.XBT 10: Seropozitiv revmatoid artrit
M05 Çıxarılıb: revmatik qızdırma (İ00) revmatoid artrit: • gənclik (M08.–) • onurğanın (M45)
M05.8 Digər seropozitiv revmatoid artritlər
M05.9 Dəqiqləşdirilməmiş seropozitiv revmatoid artrit
M15.8 Digər poliartroz
M17 Qonartroz [diz oynağının artrozu]
M17.0 Birincili ikitərəfli qonartroz
Digər birincili qonartroz M17.1 Birincili qonartroz: • ƏGO • birtərəfli Digər ikitərəfli ikincili qonartrozlar M17.4 İkincili qonartroz: • ƏGO • birtərəfli M17.9 Dəqiqləşdirilməmiş qonartrozlar M17.5 Digər ikincili qonartrozlar Digər oynaqların birincili artrozu M19.0 ƏGO birincili artroz Digər oynaqların posttravmatik artrozu M19.1 ƏGO posttravmatik artroz Digər ikincili artroz M19.2 ƏGO ikincili artroz M19.8 Digər dəqiqləşdirilmiş artroz M19.9 Dəqiqləşdiriləməmiş artroz
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 T 681/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən: “1968-ci təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-4. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda komissiya tərəfindən müayinə edilmiş və XBT 10 kodu ilə “Revmatoid artrit, hər iki əlin falanqalararası oynağının İİ dərəcəli artrozu, hər iki əlin barmaqlarının yarımbükülmüş vəziyyəti, açıcı-bükücü kontrakturası, tutma funksiyasının pozulması, hər iki diz oynağının osteoartrozu, açıcı-bükücü kontrakturası (sağda açma 163 dərəcə, bükmə 100 dərəcə, solda açma 170 dərəcə, bükmə 90 dərəcə), hər iki aşıqbaldır oynağının valqus deformasiyası, hər iki ayağın xırda oynaqlarının İİ dərəcəli artrozu, osteoparozu, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (M05, M 19.1, M24.5, Z73.6, M 17.5, M24.5, М21.0, M 19.1, R52.1, R26.8;)” diaqnozu qoyulmuşdur. Onun həmin tarixdə çəkilmiş hər iki dizin ap proyeksiyalı rentgenoqrammasmda “Oynaq yarığı az daralıb, eroziya yoxdur, bilateral osteoartroz birinci dərəcə”. Hər iki ayaq-baldır oynağı və ayaqların rentgenoqrammasında isə “İV-V barmaqlar içə əyilib. İİ-İV barmaqlar: falanqalararası oynaqlarda artroz İİ dərəcə”. Hər iki ayaq- baldırın AP pr. R-qrammasında mülayim Valqus deformasiya qeyd edilir. Hər iki əlin PA proyeksiyada R-qrammasmda görünən sümüklərdə osteoporoz və xüsusən sağda orta distal falanqalararası oynaqlarda artroz ikinci dərəcə müəyyən edilmişdir. Bu diaqnoz qərardadın 1-ci sualında göstərilən diaqnozla eynilik təşkil edir. İddiaçının məhkəmə-tibbi müayinəsi zamanı hərəkəti normaldır. Əlin tutma funksiyası olsa da ağır əşyaları tutanda çətinlik çəkir. - Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisədəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. - Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən qiymətləndirmə nəticələrində qeyd edilmiş “Revmatoid artrit, poliartritik forma akt İİ dərəcə, reaktiv mərhələ İİ, sağ diz oynağının kontrakturası, daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnoz xəstənin stasionarda müayinə və müalicələri əsasında qoyulmuşdur. 27.Məhkəmə müəyyən edir ki, iddiaçıya xx.xx.2016-cı il tarixində digər revmatiod artritlər, Revmatoidli artrit, poliartritik forma, aktivlik İİİ dərəcə, rengenololi mərhələ İİ diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə (İ70.2, İ73-İ74,İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) 5 il müddətinə ilkin əlillik təyin edilmişdir. 28.Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla tibbi göndərişləhəmin xəstəliklərin iddiaçıda mövcud olması faktı (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində (2015-2022) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (29 saylı BŞX, X9, X4 və Ortopediya İnstitutu) təsdiqlənmişdir. 29.Digər tərəfdən İddiaçı orqanizmin funksiyalarının pozulmasının müddətsiz təyin edilməsini tələb etmişdir. 30.Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik təyin edən diaqnozları və xəstləlikləri (M15.8 Digər poliartroz və M19.0 Digər oynaqların birincili artrozu) Qaydaların 13.3-cü bəndinə əsasən (iddiaçıda müşahidə olunmayan 13.3.8. və 13.3.9-cu bəndlərdəki said və bazu sümüyünün psevdoartrozu xəstəlikləri istisna olunmaqla) sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsini müddətsiz olaraq müəyyən edir. 31.Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edən bir neçə xəstəliyin ağırlaşması (M15.8, M17.5, M19, M05) öz təsdiqini tapmışdır. Lakin iddiaçıda aşkar olunan ağırlaşmaların yuxarıda qeyd edilən konkret hansı bəndlərə uyğun gəldiyini müəyyən etmək inzibati məhkəmə araşdırması çərçivəsində mümkün hesab edilmir (Xəstəliklərin meyarların 5.3.1, 13.3 və 13.4-cü bəndlərinə uyğun gəldiyi müəyyən edilsə belə). Belə olan təqdirdə, məhkəmə konkret halda müvafiq meyarlara əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin cavabdehin qiymətləndirmə sərbəstliyinə əsasən müəyyən edilməli olduğu qənaətindədir.
32. Sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsi tarixinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş sonuncu tibbi göndəriş xx.xx.2022-ci il tarixində tərtib edilməklə natamamdır. Lakin cavabdeh qurumun xx.xx.2023-cü il tarixdə əyani müayinə zamanı tibbi sənədlərinə əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasını müəyyən etmək imkanı var idi. Buna baxmayaraq həmin natamamlıq əyani müayinənin nəticələrinə əsasən nəinki aradan qaldırılmamış diaqnozun əlillik təyin etməməsi qərarı qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, əlillik təyinatı məhz qeyd edilən xx.xx.2023-cü il tarixdən aparılmalıdır. 33.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 34.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
35. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
36. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
37. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
38. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
39. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
40. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
41. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
42. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva