Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2880/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı – nikahın pozulması haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli, 63 nömrəli nikahın pozulması haqqında akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci ildə X7 ilə Xəzər rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Həmin nikah xx.xx.2005-ci il tarixdə 63 nömrəli nikahın pozulması aktı ilə qeyri-qanuni olaraq pozulmuşdur. O, cavabdehə müraciət edərək nikahın pozulmasının hansı əsaslarla həyata keçirildiyini tələb etmişdir. Orada ona bunun Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-1069/98 saylı qətnaməsi ilə pozulduğunu bildirmişlər. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə həmin məhkəmə qətnaməsini əldə etmək üçün müraciət etmişdir. Mərkəzi Arxivdən ona təqdim edilən xx.xx.2019-cu il tarixli, 10/392 saylı məktubla rəsmi olaraq cavab verilmişdir ki, 1998-2003-cü illəri əhatə edən mülki işlərin əlifba göstəricisində X4 Həmidova (Məhərrəmova) Larisa Mahbayevnaya qarşı “nikahın ləğvinə” dair mülki iddianın adının keçmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.4-cü maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Qaydanın 5.8.1-ci maddəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən həyata keçirilir. Həmin qətnamə arxivdə tapılmadığı üçün nikahın pozulması haqqında akt qeydi qeyri-qanuni tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 26-cı bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarəllərinə verilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbin qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 10/392 nömrəli məktubdan görünür ki, iddiaçının nümayəndəsinin Mərkəzi Arxivə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, Yasamal Rayon Məhkəməsi tərəfindən təhvil verilmiş 1998- 2003-cü illəri əhatə edən mülki işlərin əlifba göstəricisində X4 Həmidova (Məhərrəmova) Larisa Mahbayevnaya qarşı nikahın ləğvinə dair mülki iddianın adı keçmir. Belə ki, ərizədə qeyd olunan və ərizəyə əlavə edilən Yasamal rayon VVADQ Şöbəsindən vətəndaşa təqdim olunmuş 2-1069/1998-ci il saylı işin nömrəsi ilə sənədlər araşdırılarkən məlum olmuşdur ki, qeyd olunan nömrə altında Əhmədov T.Ə, S.Ə-yə qarşı mənzilə köçürülməs tələbinə dair iddianın adı keçir. Məktuba qoşma kimi, 1998-2003-cü illərə dair mülki işlərin əlifba göstəricisinin surətləri əlavə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə verilmiş xx.xx.2019-cu il tarixli, xx/xx-2739/15 nömrəli arayışdan görünür ki, X7 ilə İddiaçı nikahı Yasamal Rayon Məhkəməsinin 2-1069/1998 saylı, xx.xx.1999-cu il tarixli qərarına əsasən xx.xx.2005-ci il tarixdə Cavabdeh 63 saylı akt qeydinə əsasən pozulmuşdur. X6 xx.xx.2005-ci il tarixdə, AZ-İ 039251 saylı, İddiaçı isə xx.xx.2006-cı il tarixdə AZ-İ 056189 saylı nikahın pozulması haqqında şəhadətnamə təqdim edilmişdir. İşdə olan Yasamal Rayon Məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəmsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş ərizəyə əsasən bildirilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2004, 2005 və 2006-cı illəri əhatə edən mülki işlərin əlifba göstəricisində X4 Həmidova (Məhərrəmova) Larisa Mahbayevnaya qarşı nikahın ləğvinə dair mülki iddia qeydiyyatdan keçmir. İşdə olan Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 05/69-06 nömrəli arayışdan görünür ki, X7 ilə İddiaçı nikahı xx xxxxxx 1981-ci il tarixdə 781 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi olmuşdur. Arayışda qeyd hissədə göstərilmişdir ki, Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu il tarixli, 107 saylı akta əsasən X7 xx.xx.2019cu il tarixdə ölmüşdür. İşdə olan Cavabdeh tərəfindən verilmiş AZ-İ seriyalı, 056189 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X2 nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2005-ci ilin fevral ayının 24 günündə 63 nömrə ilə qeyd edilmişdir. X3 Maxbaevnaya xx xxxx 2006-cı il tarixdə verilmişdir. İşdə olan Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 380/2020 nömrəli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin İcraatında X7 ilə Həmidova (Məhərrəmova) Larisa Maxbaevna arasında nikahın ləğvi barəsində heç bir iş olmamışdır. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş nikahın pozulmasına dair akt qeydlərinin surətindən görünür ki, X7 ilə İddiaçı arasındakı nikahın pozulmasına əsas kimi Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-1069/98 nömrəli qərar göstərilmişdir. İşdə olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci itlarixli, 05/76-138/15 nömrəli imtina məktubundan görünür ki, iddiaçının nümayəndəsinin nikahın pozulması haqqında akt qeydinin etibarsız hesab edilərək ləğv edilməsi barədə müraicətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli, 63 nömrəli nikahın pozulması haqqında akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.4-cü maddəsinə əsasən Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Qaydanın 5.8.1-ci maddəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən həyata keçirilir. Halbuki, iş materiallarına əlavə edilmiş kifayət qədər əsaslı və mötəbər sübutlarla müəyyən edilir ki, İddiaçı ilə X4 nikahının pozulmasına əsas olan Yasamal Rayon Məhkəməsini xx.xx.1999-cu il tarixli, 2-1069/1998-ci il tarixli qərarı aşkar olunmamış, eləcə də, 1998-2006-cı illəri əhatə edən mülki işlərin əlifba göstəricilərində X7 ilə Həmidova (Məhərrəmova) Larisa Maxbaevnanın nikahın ləğvinə dair mülki iddia qeydiyyatdan keçməmişdir. Qanunvericiliyin normalarından və işin hallarından göründüyü kimi, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulmalı olduğundan, iddiaçının nikahının pozulmasına əsas isə məhkəmə qərarı olduğundan, faktiki olaraq belə bir məhkəmə qərarı mövcud olmadığından və eləcə də, iddiaçı ilə X7 arasında nikahın ləğvinə dair mülki iddia qeydiyyatdan keçmədiyindən, cavabdehin imtinası əsassız olmaqla hazırki iddia tələbi əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraqməhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli, 63 nömrəli nikahın pozulması haqqında akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. HakimAygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2880/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2880/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver