Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2880/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibatı mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mənzil kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildən hal-hazıradək ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 12 kv.m olan 48 saylı mənzilində qeydiyyatda olmaqla 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşayır. Təqdim etdiyi H.Z.Tağıyev adına BTT-nin Rəyasət Heyətinin 17.01.1997-ci il tarixli iclasının 1 saylı Protokolundan Çıxarışının surətindən göründüyü kimi sözügedən mənzil ona həmin müəssisədə işlədiyinə və ailə vəziyyətinin ağır olduğuna görə verilmişdir. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci və 6-cı maddələrinin tələblərinin məzmunundan göründüyü kimi dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanada yaşayış sahələri orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirə bilər. Sözügedən mənzil 2014-cü ildə cavabdehin balansına verilmişdir. O, 23 ildən artıq yaşadığı mənzili özəlləşdirmək məqsədilə onunla mənzil kirayə müqaviləsinin bağlanılmasına dair cavabdehə, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ərizə ilə müraciət etmişdir. Cavabdehə ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə 02.10.2020ci il tarixdə müraciət etmiş, lakin onun ərizəsinə indiyədək cavab verilməmiş, heç bir münasibət bildirilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərdiyi məktuba isə mənzil kirayə müqaviləsinin bağlanılmasından imtina edilməsinə dair 14.10.2020-ci il tarixli, 239/Ç saylı məktubla cavab vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, mənzilə aid notarial təsdiq olunmuş orderin surəti ərizəyə əlavə edilməmişdir.Təqdim etdiyi 1434 saylı, 08.10.2020-ci il tarixli Forma 2 arayışının surətindən göründüyü kimi 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Təqdim etdiyi 12.10.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən göründüyü kimi sözügedən mənzildə 15.10.1997-ci ildən ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayırlar və kommunal borcları yoxdur. Təqdim etdiyi 118 saylı MKİS tərəfindən verilmiş evin cizgi ölçüsündən göründüyü kimi sözügedən mənzilin ümumi sahəsi 12 kv.m-dir. Təqdim etdiyi notarial surətdə təsdiq olunmuş ərizələrin surətindən göründüyü kimi ailə üzvləri ünvan 3 ünvanında yerləşən mənzilə dair onunla mənzil kirayə müqaviləsi bağlanılmasına etiraz etmirlər.Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin onunla mənzil kirayə müqaviləsi bağlanılmasına dair ərizəsinə imtina olunması anlamına gələn hərəkətsizliyi, ərizəsinə cavab verməməsi əsassızdır. Cavabdehin hərəkətsizliyi onun konstitusion hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları Azərbaycan Respubikası İPM-nin 58.7-ci maddəsinin tələblərinə müvafiq tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir kı, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş sənədlər: - 23.11.2011-ci il tarixdə Xətai RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə ünvan 4 ünvandadır. - H.Z.Tağıyev adına BTTB-nin HİK-nin rəyasət heyətinin 17.01.1997-ci il tarixli iclasının 01 №-li Protokolundan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, G.Şıxlinski küçəsi ev 51-də yerləşən 48-ci otağın ailə vəziyyətinin ağır olmasını nəzərə alıb vət. X4 2 nəfər /özü, yoldaşı/ ailə tərkibində - X6 – özünə, X5 –yoldaşına verilməsi, vət. X6 ilə 48 №li otağa kirayə müqaviləsi bağlanması və onun adına şəxsi hesab açılması MKİ-in rəisinə həvalə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli AZ-İİ 063179 nömrəli Ölüm haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 02.04.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 04 ayının 05 günündə 187 №-li qeyd edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 24 iyun 2020-ci il tarixli, 617 saylı arayışdan görünür ki, arayış verilib İddiaçı ona görə ki, o, həqiqətən Bəhruz Nuriyev küçəsindəki 81 nömrəli evin 126 nömrəli mənzili 5-ci mərtəbəsində 17,0 kv. metr sahəsi olan 1 otaqlı, 5 mərtəbəli binada yaşayır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 08.10.2020-ci il tarixli, 1434 saylı arayışdan görünür ki, İddiaçı G.Şıxlinski küçəsindəki 51 №-li evin 48 №-li mənzilində 5-ci mərtəbəsində 12,0 kv.metr sahəsi olan 1 otaqlı 5 mərtəbəli binada yaşayır. Bina 1 saylı XTMKTB məxsusdur. Mənzilin icarədarı İddiaçıdır. Ailə 4 nəfərdən ibarətdir: İddiaçı- özü, X7-oğlu, X8- qızı, X9-qızı. - "xxxx" ASC tərəfindən verilmiş 21.06.2021-ci il tarixli 16 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1975-ci ildə anadan olmuş X1 işlədiyi V.İ.Lenin adına Toxuculuq Kombinatı 24.08.1991-ci il tarixdən Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinin 350 saylı 24.08.1991-ci il tarixli əmr ilə H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi adlandırılmışdır. 09.08.2002-ci il tarixdən Azərbaycan İqtisadi İnkişafı Nazirliyinin 308 saylı 09.08.2002-ci il tarixli əmr ilə H.Z.Tağıyev adına BTTB-nin bazası əsasında “H.Z.Tağıyev adına TTSK “ASC yaradılmışdır, həqiqətən 15.09.1992-ci il əmr № 45 16.09.1992-ci ildə H.Z.Tağıyev adına BTTB-nin Boyaq-Bəzək istehsalatının 3-cü dərəcə laborant işinə qəbul edilmiş, 24.11.2003-cü ildə əmr № 03. 30.07.2004-cü ildə işdən azad edilmişdir. - X4 məxsus 30.10.2013-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X6 15.09.1992-ci il 45 №-li əmri ilə 16.09.1992-ci ildə H.Z.Tağıyev adına BTTBnin Boyaq-Bəzək istehsalatının 3-cü dərəcə laborant işinə qəbul edilmiş, 30.07.2004-cü il 03 №-li əmrlər 24.11.2003-cü ildə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 18.06.2021-ci il tarixli 2112 nömrəli arayışdan görünür ki, İddiaçı G.Şıxlinski küçəsi 51 saylı evin 48 №-li mənzilində yaşayır, qeydiyyatdadır. Mənzilin mənzil-kommunal borcu ödənilir. - ünvan 5 ünvanında qeydiyyatda olan X2 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin kirayə müqaviləsi İddiaçı adına bağlanmasına sərəncam verilməsinə etiraz etmir. - ünvan 5 ünvanında qeydiyyatda olan X3 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin kirayə müqaviləsi İddiaçı adına bağlanmasına sərəncam verilməsinə etiraz etmir. Məhkəmə sorğusuna "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli 163 nömrəli cavab məktubundan görünür ki, X6 15.09.1992-ci ildə Boyaq-bəzək istehsalatına 3-cü dərəcə laborant işinə qəbul edilmiş, H.Z.Tağıyev adına BTTB-nin HİK-nin rəyasət heyətinin 17.01.1997-ci il tarixli iclasının 01 №-li protokoluna əsasən X4 G.Şıxlinski küçəsi, ev 51-də yerləşən 48-ci mənzili 2 nəfər ailə tərkibində (özü, yoldaşı) ona verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 11 fevral 2021-ci il tarixli BA-00399-2021 №-li məktubunda qeyd edilmişdir ki, H.Z.Tağıyev adına BTTB-nin HİK-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, onun müraciətinə cavab verilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Bakı ŞİH Başçısının 17.02.2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2). Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan mənzilin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olması işin mübahisələndirilməyən halı olduğundan, həmin mənzilin iddiaçıya verilməsi, onun həmin mənzildə yaşaması və qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin İddiaçı mənzildə yaşayan digər şəxslərin razılığı ilə mənzilin balans saxlayıcısı olan orqan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən onun (İddiaçı) mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 51, 48 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 51, 12 kvm sahəsi olan 48 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması üzrə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2880/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2880/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver