Məhkəmə qərarları › İş №2-1(112)-2883/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2883/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2883/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə qarşı X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə qeydiyyatdan çıxarılması tələbinə dair iddiası üzrə inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü X1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yerləşən 251A yaşayış evinin 128 saylı mənzili olan ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 251A saylı evin 128 saylı mənzili xüsusi mülkiyyət kimi ona məxsusdur. Bu barədə xx.xx.2020-ci il tarixdə onun adına çıxarış (reyestr nömrəsi: **********27-05301-093043) verilməklə xüsusi mülkiyyət kimi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata (qeydiyyat nömrəsi: 1 120030220) alınmışdır. 2020-ci ilin əvvəllərində ona məlum olmuşdur ki, cavabdeh tərəfindən 3-cü şəxs olan X2 hazırda xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 251A saylı yaşayış evinin 128 saylı mənzili olan ünvana qeydiyyata alınmışdır. Halbuki, nə valideynləri, nə də o, belə bir şəxsi tanımamışdır, onun iddiaçının mənzili olan ünvana qeydiyyata alınması barədə məlumatı olmamış və mülkiyyətçi kimi qeydiyyata alınmasına da razılıq verməmişdir. Üçüncü şəxsin- X1 iddiaçının mənzili olan ünvandan qeydiyyatdan çıxarılması barədə cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Cavabdehin hərəkəti nəticəsində mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulur, onun hərəkəti qanunsuz hesab olunmalı, mülkiyyət hüquqları bərpa olunmalı və 3-cü şəxs olan xx.xx.1975-ci il təvəllüdlü X1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 251A saylı yaşayış evinin 128 saylı mənzilinə olan qeydiyyatı ləğv edilmklə, həmin ünvandan qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iş üzrə icraat xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və sonuncu dəfə xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarılan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, xx.xx.1975-ci ildə Çerniqov vil., Sosnitsk r., doğulmuş X2 ünvan 1 ünvanda qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq və sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə qarşı X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə qeydiyyatdan çıxarılması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar