Məhkəmə qərarları › İş №2-1(112)-2883/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2883/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2883/2023 23.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı5, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı5, İddiaçı2, X8, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı5, İddiaçı2, X11, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, 33 saylı evin, 75 saylı mənzili üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, 33 saylı evin, 75 saylı mənzili üzərində 5.2 kv. metr sahədə İddiaçı1, 06 kv. metr sahədə İddiaçı2, 3.4 kv. metr sahədə İddiaçı3, 3.9 kv. metr sahədə İddiaçı5 və 50.5 kv. metr sahədə İddiaçı4 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) məcburi qaydada verilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, 33 saylı evin, 75 saylı mənzil üzərində 5.2 kv. metr sahədə İddiaçı1, 6 kv. metr sahədə İddiaçı2, 3.4 kv. metr sahədə İddiaçı3, 3.9 kv. metr sahədə İddiaçı5 və 50.5 kv. metr sahədə İddiaçı4 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) məcburi qaydada verilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar aidiyyəti sənədləri cavabdehə təqdim etməklə, “X15” MTK tərəfindən verilmiş 06 nömrəli protokoldan çıxarış və maliyyə arayışı əsasında, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 33, 1-ci giriş, 17-ci mərtəbə, 75 saylı mənzilin üzərində onların əldə etdiyi paylı mülkiyyət üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişlər. Lakin, cavabdeh idarə müraciəti qanunsuz və əsassız səbələrdən icra etməkdən imtina etmişdir. Qeyd edilən paylı mülkiyyət hüquqlarının yaranmasına dair xx.xx.2021-ci il tarixdə "xxxx" hərracın nəticələri haqqında yekun protokolu, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə, MTK tərəfindən verilmiş protokoldan çıxarış və maliyyə sənədləri həmçinin, “X15” MTK tərəfindən tikilmiş eyni binalarda yerləşən bəzi mənzillərin dövlət reyestrində artıq qeydə alınmasına dair arayışın cavabdeh idarəyə göndərilməsinə baxmayaraq, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 33, 75 saylı mənzil üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etsələr də, adıçəkilən İdarə xx.xx.2022-ci il tarixli **********02 saylı məktubuna əsasən yuxarıda qeyd olunan mənzilin, idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığını əsas gətirərək Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 11.1-ci maddəsinə əsasən ərizələrinin icrasından imtina edilməsini məqsədəmüvafiq hesab etmişdir. Hesab edirlər ki, DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onların öz şəxsi və xüsusi mülkiyyətlərinə olan hüquqların qeydiyyatından boyun qaçırmaq üçün belə bir əsassız arqument irəli sürmüşdür. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13 №-li yazılı etirazında göstərilmişdir ki, qeyd olunan yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 138.0 kv. m. olan, 75 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı daxil olmuşdur. Həmçinin İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və İddiaçı3 xx.xx.2021-ci il tarixli, **********29 saylı və xx.xx.2022-ci il tarixli, **********94 saylı cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 3.1.16-cı bəndinə İdarənin vəzifələrinə daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən, İPM-nin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin İddiaçı3 dair hissədə rədd edilməsi, digər iddiaçılara münasibətdə isə mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2883/2023 saylı qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxs X6 təqdim olunmuş və üçüncü şəxsə iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxs X4 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı2, X11, İddiaçı3, İddiaçı1 və üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş, iddiaçılar gəlmədikləri barədə məlumat verməmiş, üçüncü şəxsin nümayəndəsi və vəkili isə vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraatın təxirə salınmasını xahiş etmişdir. İPM-nin 30.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. İddiaçılardan İddiaçı5 məhkəmə baxışı iclasında iştirak etdiyini, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil isə əvvəlki məhkəmə iclaslarında iştirak etdiyini nəzərə alaraq, məhkəmə İPM-nin 30 və 62.3-cü maddələrinin tələblərinə əsasən işə məhkəmə iclasına gəlməyən iddiaçıların və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təqdim olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı5, İddiaçı2, X11, İddiaçı3 və İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, 33 saylı evin, 75 saylı mənzili üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir. İddiaçılar eyni tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən tələbləri təmin olunmadığından onlar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Zaqatala rayonunda doğulmuş İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1982-cı ildə Rusiya Federasi, Abakan şəhərində doğulmuş Cəfərov X12 şəhəri, A.Hacıyev küçəsi, ev 62, mənzil 1 ünvanında qeydiyyatdadır. 3337551 №-li şəxsiyyət vəiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı2 ünvan 4 ünvanında qeydiyyatdadır. 2842148 №-li şəxsiyyət vəiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı5 ünvan 5 ünvanında qeydiyyatdadır. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-166/2018 saylı qərardadında işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2016-cıil tarixdə qeydə alınmış ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185 B, giriş 2, 85 saylı mənzil tam mülkiyyət hüququ əsasında X3 məxsusdur. “X7 LTD” Törəmə şirkətinin 023 nömrəli, 07 aprel 2018-ci il tarixli məktubundan görünür ki, X10 “X7 LTD” TŞ-nin “payçı”sı olaraq 11 saylı binanın 75-ci mənzili 07 mart 2017-ci il tarixində rəsmiləşdirilib və həmin mənzilin dəyəri şirkətə ödənilmişdir. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-166/2018 saylı qərarı ilə X1 məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmdə düzəliş edilərək, hökmün təsviri-əsaslandırıcı hissəsinin əhatə edən 56-cı vərəqinin 3-cü abzasındakı “mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa mənzilin üzərinə tutma yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır” sözlərinin “mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa ləğv edilməlidir” sözləri ilə, hökmün nəticə hissəsini 9cu abzasındakı “mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa mənzilin üzərinə tutma yönəldilənədək dəyişdirilmədən saxlanılması” sözlərinin “mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa ləğv edilsin” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. "xxxx"nin Hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, Y-437/21 №-li yekun Protokolundan müəyyən olunur ki, satılan əmlak Bakı Ağir Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 №li, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Moskva pr., ev № 8, 3168-ci məhəllə, bina № 11, 17-ci mərtəbədə, 3 otaqlı, 138 kv. m. sahəli, 75 saylı mənzildə X3 məxsus hissəsinin 50.5 kv. metr hissədə İddiaçı4, 6 kv. metr hissədə İddiaçı2, 5,2 kv. metr hissədə İddiaçı1, 3,9 kv.metr hissədə İddiaçı5, 3,4 kv.metr hissədə İddiaçı3 tərəfindən satın alınmış və hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1 (101)-166/2018 №-li icra vərəqəsinə əsasən Yasamal rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, № xx/xx-72936/34-86338 saylı sifariş məktubu əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-166/2018 №-li icra sənədinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Moskva pr., ev № 8, 3168-ci məhəllə, bina № 11, 17-ci mərtəbədə, 3 otaqlı, 138 kv. m. sahəli, 75 saylı mənzildə X3 məxsus hissəsi 50.5 kv. metr hissədə İddiaçı4, 06 kv. metr hissədə İddiaçı2, 5,2 kv. metr hissədə İddiaçı1, 3,9 kv.metr hissədə İddiaçı5, 3,4 kv.metr hissədə İddiaçı3 tərəfindən satın alınmış və satıcı "xxxx" MMC bir tərəfdən alıcılar- İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 şəxsində yuxarıda qeyd olunan məzmunda müqavilə bağlanılmışdır. “X16” MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 06 №-li protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bakı Hərrac Mərkəzinin Y-437/21 saylı protokolunun yekun nəticələrinin tələbinə əsasən İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 3168 məhəllə, 33-cü e.v, 1-ci giriş, 17-ci mərtəbə, 75 №-li mənzilin sahəsi 50.50 kv. m.-i İddiaçı4, 3.90 kv.m.-i İddiaçı5, 6.0 kv.m.-i İddiaçı2, 3.40 kv. m.-i İddiaçı3, 5.20 kv. m.-i İddiaçı1 payçısı olmalarının təsdiq edilməsi qərara alınmışdır. “X16” MTK-nın xx.xx.2021-ci il tarixi, 185 №-li maliyyə arayışında qeyd olunmuşdur ki, Bakı Hərrac Mərkəzinin Y-437/21 saylı protokolun yekun nəticələrinin tələbinə əsasən Bakı şəhəri Yasamal rayonu, Moskva pr-ti, 3168-ci məhəllə, 33-cü binanın, 1-ci girişin, 17ci mərtəbədə yerləşən 75 saylı mənzilin 50.50 kv.m. sahəsi olan İddiaçı4, 3.90 kv.m. sahəsi olan İddiaçı5, 6.0 kv.m. sahəsi olan İddiaçı2, 3.40 kv.m. sahəsi olan İddiaçı3, 5.20 kv.m. sahəsi olan İddiaçı1 MTK- ya borcu yoxdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********963 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanında qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı3 ünvanlanmış **********94 №li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı, sahəsi 138.0 kv.m olan, 75 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı daxil olmuşdur. Həmçinin İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış **********02 №li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13, hissə 1) Hamı qanun və məhkəmə qarşısında bərabərdir (maddə 25) Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1); Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3); İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1); Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2); Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.3); Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır (maddə 213.4); Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5); “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2.). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (maddə 2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur (maddə 12). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər (maddə 15): 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci madəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəməyə təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, iddiaçıların mübahisəli mənzildə açıq vasitəsi ilə əldə etdikləri paylarına dair MTK-ya heç bir borcları yoxdur. Hazırda iddiaçılar qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq dəyəri tam ödənilmiş daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edirlər. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçıların müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-n 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında “X15” mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş 33 saylı evin 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 138 kv. metr olan 75 saylı mənzil üzərində 5.2 kv. metr sahədə İddiaçı1, 6 kv. metr sahədə İddiaçı2, 3.4 kv. metr sahədə İddiaçı3, 3.9 kv. metr sahədə İddiaçı5 və 50.5 kv. metr sahədə İddiaçı4 xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması, bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar