Məhkəmə qərarları › İş №2-1(112)-2884/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2884/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2884/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 57 yaşından, yəni 12 iyun 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək 60 yaşının tamam olduğu xx.xx.2023cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Ağdam rayonunda doğulmuşam. xx.xx.1979-cu ildə Ağdam 50 saylı texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1982-ci ildə 5-ci dərəcəli krancı sürücü ixtisası üzrə peşə məktəbini bitirmişdir. 1982- 1984-cü illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci ildə Ağdam Suvarma sistemlər idarəsində fəhlə işləyib xx.xx.1985-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. 1986-1988-ci illərdə təmir tikinti idarəsinə fəhlə vəzifəsində, daha sonra isə müxtəlif təşkilatlarda işləmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərbaycan Dəmir Yolu İdarəsinin 26 saylı X3” yol mantyoru vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" QSC-nin 4 saylı X2 Müəssisəsində yol montyoru işləmişdir. "xxxx" QSC-nin 5 saylı X1 Müəssisə” MMC-də xx.xx.2016-cı il tarixdən hal-hazırkı tarixdək yol montyoru kimi çalışır. İddiaçı yol montoru peşəsi üzrə sosial sığorta stajı xx.xx.2023-cü il tarixə 22 il 10 ay təşkil edir. Yol montyoru peşəsi Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmi. 21.4-cü bəndinə uyğun olaraq “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısına” aiddir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) bölməsinin Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə iddiaçının xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dəmir yolu İdarəsi”nin “26 saylı X5”-nda, xx.xx.1999-xx.xx.2000-ci il və xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsi”-ndə və xx.xx.2016-cı il tarixindən hal-hazıradək "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də yol montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin xx.xx.2023-cü il tarixli 24/1 idym-5 nömrəli arayışında iddiaçının yol montyoru işlədiyi müddətdə çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olubolmaması barədə hər hansı məlumat qeyd göstərilməyib. Qeyd olunanları nəzərə alaraq, sözügedən məlumatlar güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyinizə dair işəgötürənin arayışında əks olunaraq tərəfinizdən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırkı işə dair münasibət bildirərək hesab edirik ki, aşağıda göstərilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı Mərkəzi filiala 21,07.2023-cü il tarixli ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, aşağıda qeyd olunan səbəblərdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması təxirə salınmışdır (iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında" xx.xx.2023cü il tarixli 3-17-1/2-M-189194/2023 nömrəli məktub). Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı onun tərəfindən Mərkəzi Filiala təqdim olunmalıdır. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) bölməsinin Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dəmir yolu İdarəsi”nin “26 saylı X5”-nda, 04,01,1999-xx.xx.2000-ci il və xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsində və xx.xx.2016-cı il tarixindən halhazıradək “Azərbaycan Dəmir Yolları" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də yol montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 24/1 idym-5 nömrəli arayışında yol montyoru işlədiyi müddətdə çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən məlumatlar güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışında əks olunaraq iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. İddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında’’ xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-189194/2023 nömrəli məktubun məzmunundan aydın olur ki, iddiaçının iddiaçının müraciətinin təminindən imtina edilməmiş, əksinə iddiaçı tərəfindən əlavə sənəd (sənədlər) təqdim ediləcəyi halda inzibati orqanın müraciətə yenidən baxaraq araşdırılacağı qeyd olunmuşdur. Lakin iddiaçı müvafiq sənədi təqdim etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüynə dair” 10 aprel 2015-ci il tarixli 5 Nə-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu mərhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığının yoxlanılması qaydasında aparmamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdeh orqana aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

1. şəxsiyyət vəsiqəsinin surəti;

2. ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.);

3. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı;

4. pensiya təyin edilməsi ilə bağlı ərizə

7. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “ 5 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24/1 idym-5 nömrəli “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərbaycan Dəmir Yolu İdarəsi”-nin “26 saylı X5”-nda yol montyoru işləmişdir. (İşə qəbul əmr № 48/5 xx.xx.1998, xitam əmr № 81/97 xx.xx.1998) xx.xx.1999-cu il tarixdən xx.xx.2000-cı il tarixədək (İşə qəbul əmr № 01/65) və xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (başqa işə keçirmə əmr № 194/1 xx.xx.2003) "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsi”-ndə yol montyoru işləmişdir. "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də xx.xx.2016-cı il tarixdən hal-hazırki tarixədək yol montyoru kimi çalışır. (Əmr №31/k xx.xx.2016) Əmək kitabçasına əsasən (№ 0070125) yol montyoru peşəsi üzrə sosial sığorta (əmək) stajı xx.xx.2023-cü il tarixə 22 il 10 ay təşkil edir. Yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 23 yanvar 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.4 bəndinə uyğundur.

8. İddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair sosial sığorta (əmək) stajı barədə məlumata əsasən: İşçinin çalışdığı Vəzifə və ya İşdən azad Sosial S/s İşə qəbul tarixi müəssisənin adı peşə olma tarixi sığorta stajı

1 “26 saylı X5” Yol montyoru xx.xx.1998 xx.xx.1998 10 ay 18 gün

1 il 4 ay 27 2 “4 saylı İDYM” Yol montyoru xx.xx.1999 xx.xx.2000 gün

13 il 1 ay 4 3 “4 saylı İDYM” Yol montyoru xx.xx.2002 xx.xx.2016 gün xx.xx.2023 (məlumatın 7 il 5 ay 11 4 "5 saylı İDYM” MMC Yol montyoru xx.xx.2016 gün verildiyi gün) Peşə üzrə ümumi 5 22 il 10 ay sosial sığorta stajı

9. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, yol montyoru İddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək “4 saylı X1 Müəssisəsi"ndə, xx.xx.2016-cı il tarixindən bugünədək “5 saylı X1 Müəssisəsi” MMC-də işlədiyi yol montyoru peşəsi mövcud olan ştat cədvəlinə əsasən zərərli iş sayılır və zərərə görə vəzifə peşə maaşına 12% zərərlilik bu vaxta kimi əlavə olunmuşdur.

10. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş yol montyoru peşəsinin vəzifə təlimatına əsasən İşçi Əmək Məcəlləsi ilə müəyyən edilmiş aşağıdakı əmək funksiyalarının İcrasını öz üzərinə götürür:

1. Müxtəlif mənzillərdə yolun üst quruluşu və yerüstü xətlərinin quraşdırılması, sökülməsi və təmin üzrə mürəkkəb işlərin yerinə yetirilməsi;

2. Relslərin şpallara və tirlərə əl ilə və kostılvuranlarla bərkidilməsi;

3. Relslərin altlıqlara boltlar ilə bərkidilməsi;

4. Relslərdə elektrik burğu dəzgahları vasitəsilə deşiklər açılması;

5. Altlıqların dəmir-beton şpalları elektrik açarları və şurupbağlayanlaria bərkidilməsi,

6. İzolə edilmiş qovşağın quraşdırılması və sökülməsi;

7. Yolun surət sahələrində və dəmir-beton şpallı, lövhəli və bloklu sahələrində rels aralıqlarının hidravlik açılma cihazları ilə təmizlənməsi;

8. Yolun sürət sahələrində və dəmir-beton şpallı sahələrində hidravlik hamarlama cihazlarının köməyi ilə rels-şpal şəbəkəsinin təmizlənməsi;

9. Şpalların boltlarla çərçivəyə bərkidilməsi;

10. İş rəhbərinin müəyyən etdiyi sahələrdə yolun üst quruluşu üzrə digər təmir işlərinin aparılması;

11. Daxili intizam, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qaydalara əməl edir;

12. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, o cümlədən yanğından mühafizə üzrə qayda və normaları bilməlidir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

15. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

16. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023cü il tarixində cavabdeh quruma müraciət etmişdir.

17. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.

18. Cavabdeh orqan iddiaçının "xxxx" QSC yol montyoru vəzifəsində işlədiyi dövrü mübahisələndirmiş, adıçəkilən müəssisə tərəfindən verilmiş arayışında iddiaçının yol montyoru vəzifəsində işlədiyi müddətdə çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilmədiyini və nəticədə kifayət qədər güzəştli iş stajı olmadığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir.

19. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 23 yanvar 12 nömrəli Qərarından: 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər ... magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları...

20. İddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən edir ki: - İddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair sosial sığorta (əmək) stajı barədə məlumata əsasən İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1998ci il tarixədək “Azərbaycan Dəmir Yolu İdarəsi”-nin “26 saylı X5”-nda, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-cı il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsi”ndə yol montyoru vəzifəsində işləmiş və xx.xx.2016-cı il tarixdən hal-hazırki tarixədək "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də yol montyoru kimi işləyir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “ 5 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24/1 idym-5 nömrəli “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışda qeyd olunmuşdur ki, İddiaçı əmək kitabçasına əsasən (№ 0070125) yol montyoru peşəsi üzrə sosial sığorta (əmək) stajı xx.xx.2023-cü il tarixə 22 il 10 ay təşkil edir. Yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 23 yanvar 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.4 bəndinə uyğundur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, yol montyoru İddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2016cı il tarixinədək “4 saylı X1 Müəssisəsi"ndə, xx.xx.2016-cı il tarixindən bugünədək “5 saylı X1 Müəssisəsi” MMC-də işlədiyi yol montyoru peşəsi mövcud olan ştat cədvəlinə əsasən zərərli iş sayılır və zərərə görə vəzifə peşə maaşına 12% zərərlilik bu vaxta kimi əlavə olunmuşdur. - Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş yol montyoru peşəsinin vəzifə təlimatına əsasən İşçi Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək funksiyalarının İcrasını öz üzərinə götürür: müxtəlif mənzillərdə yolun üst quruluşu və yerüstü xətlərinin quraşdırılması, sökülməsi və təmin üzrə mürəkkəb işlərin yerinə yetirilməsi; relslərin şpallara və tirlərə əl ilə və kostılvuranlarla bərkidilməsi; relslərin altlıqlara boltlar ilə bərkidilməsi; relslərdə elektrik burğu dəzgahları vasitəsilə deşiklər açılması; altlıqların dəmir-beton şpalları elektrik açarları və şurupbağlayanlaria bərkidilməsi, izolə edilmiş qovşağın quraşdırılması və sökülməsi; yolun surət sahələrində və dəmir-beton şpallı, lövhəli və bloklu sahələrində rels aralıqlarının hidravlik açılma cihazları ilə təmizlənməsi; yolun sürət sahələrində və dəmir-beton şpallı sahələrində hidravlik hamarlama cihazlarının köməyi ilə rels-şpal şəbəkəsinin təmizlənməsi; şpalların boltlarla çərçivəyə bərkidilməsi; iş rəhbərinin müəyyən etdiyi sahələrdə yolun üst quruluşu üzrə digər təmir işlərinin aparılması; daxili intizam, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qaydalara əməl edir; əməyin mühafizəsi və təhlükəsizlik texnikası, o cümlədən yanğından mühafizə üzrə qayda və normaları bilməlidir. - Odur ki, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində yol montyoru vəzifəsində işlədiyi dövr onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməlidir.

21. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

22. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarxidək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 22 il 09 ay stajı mövcuddur.

23. Məhkəmə qeyd edir ki, cavabeh qurum tərəfindən həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

24. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

25. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

26. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar