Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2886/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili “Verdiktum” vəkil bürosunun vəkili Vəkil cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 iyul 2021-ci il tarixli **********8449 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ-nin rəis müavini, baş vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən "FACE STUDİO" obyektində keçirilmiş operativ vergi yoxlamalarının nəticəsi olaraq 16 iyul 2021-ci il tarixli, **********8449 nömrəli qərara əsasən 8000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə həmin qərardan inzibati şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, **********687500 nömrəli qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. Hesab edir ki, DVX-nin 16 iyul 2021-ci il tarixli, **********8449 nömrəli və xx.xx.2021- ci il tarixli, **********687500 nömrəli qərarları ədalətsiz və qanunsuzdur. 27 may 2021-ci il tarixli, DVX seriyalı, 002450 nömrəli aktda və onun əlavəsində guya 4 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Həmin şəxslərdən ikisi-Şəbinə Məmmədyarova və Fərid Məhərrəmov salonun işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır. Həmin fərdi sahibkarlar da bildirmişlər ki, onlar sərbəst qrafiklə işləyir, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə və ya tanışlıqla alırlar, instagram sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətlərini özləri təyin edirlər. Lakin bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymaraq, qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar çıxarılmışdır. Dövlət Vergi Xidmətinin əməkdaşları həmin şəxsləri iddiaçının işçisi kimi qeydiyyata almağını tövsiyə etmişdir. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında onun salonunda fəaliyyət göstərdikləri üçün həmin şəxslər işçiləri hesab olunmur və qeydiyyata almağı düzgün deyildir. Bundan başqa Dövlət Vergi Xidmətinin əməkdaşları həmin fərdi sahibkarların onun salonunun sosial şəbəkə hesabları vasitəsilə reklam edilməsi ilə bağlı şübhəli məqam olduğunu bildirirdilər. Digər iki nəfər - Əliyeva Ləman və Əliyeva Sevda isə salonun işçiləridir. Uzun müddət pandemiya vaxtı salon işləməmişdir. Yenicə açılmış salonda iş şəraitinə tam uyğunlaşmamış OVN tədbirləri həyata keçirilmişdir. İş şəraitinə tam uyğunlaşmadığı üçün bəzi nöqsanlar olmuşdur. Pandemiya vaxtı salonun maddi zərər çəkməsi ilə bərabər DVX-nin də 8000 manat cərimə, eyni zamanda, kassa nəzarət aparatı ilə bağlı da cərimə yazması salonun fəaliyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********314500 saylı iddianın mümkün sayılmaması barədə ərizə təqdim edərək göstərmişdir ki, uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1091 nömrəli qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov (Bakıxanov Qəs) 13 ünvanında yerləşən “Face Studio” adlı obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələsini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti nəticəsində iddiaçıya məxsus obyektdə 4 (dörd) nəfər işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002450 saylı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin siyahısı akta əlavə edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8449 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 8.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçıya göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, 2 nəfər şəxs (X10 və X11) təqdim etdiyi izahatlarında iddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini bildirmişlər. Bundan əlavə, iddiaçı təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında adı çəkilən şəxslərin dostunun obyektinin işçilərinin olduğunu, həmin işçiləri bacarıqlı olduğunu görərək öz yanına işə dəvət etdiyini və müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Göründüyü kimi, qeyd edilən 2 şəxsə münasibətdə qanun pozuntusu faktının mövcudluğu iddiaçı tərəfindən də təsdiq edilir. Digər 2 nəfərlə (X4 və X1) bağlı isə bildirirlər ki, qeyd edilən şəxslər vergi orqanında qeydiyyatda olduqlarını, sadələşdirilmiş vergi ödəyiciləri olduqlarını, icarə əsasında faəliyyət göstərdiklərini bildirsələr də, həmin 2 nəfər şəxsin vergi orqanında hər hansı təsərrüfat subyekti qeydiyyatda olmamış, ödəmə mənbəyində vergi bəyannaməsi təqdim edilməmişdir. Bununla da, iddiaçı ilə həmin fiziki şəxslər arasında faktiki əmək münasibətlərinin mövcud olduğu, ayrı-ayrı fiziki şəxslərin vergi uçotuna alınmasının vergidən yayınma məqsədləri daşıdığı şübhə yaratmır. Əlavə olaraq, vergi ödəyicisinə zəruri olan sənədlərin təqdim edilməsi haqqında tələbnamə və sənədlərin və əşyaların götürülməsi haqqında qərar təqdim edilməsinə baxmayaraq, vergi orqanına yalnız 4 ədəd şəxsiyyəti təsdiq edən sənədlər təqdim edimiş, aktda qeyd edilənləri təkzib etmək üçün hər hansı digər sənəd təqdim edilməmişdir. Bundan əlavə, operativ vergi nəzarəti üzrə materiallara baxılmasında iştirak etmək üçün vergi ödəyicisi dəvət edilmiş, işə baxılması üçün zəruri hesab etdiyi sənədləri təqdim etmək ona təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3- cü maddəsinə əsasən əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin prinsiplərinə aiddir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; xx.xx.2021-ci il tarixli 018/2021 saylı İcarə (subicarə) müqaviləsinin surətindən görünür ki, İcarəyə verən adlanan İddiaçı, bir tərəfdən və bundan sonra İcarədar adlanan X4 digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ünvan 3 ünvanında yerləşən 67.02 kv.m ümumi sahənin 4 kv. metr icarədarın istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixli 017/2021 saylı İcarə (subicarə) müqaviləsinin surətindən görünür ki, İcarəyə verə adlanan İddiaçı, bir tərəfdən və bundan sonra İcarədar adlanan X2 digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ünvan 3 ünvanında yerləşən 67.02 kv.m ümumi sahənin 4 kv.m icarədarın istifadəsinə vermişdir. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, X4 fərdi qaydada bərbər fəaliyyəti ilə əlaqədar 22.50.00 manat məbləğində vergi ödəmişdir. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, X2 fərdi qaydada bərbər fəaliyyəti ilə əlaqədar 30.00 manat məbləğində vergi ödəmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin operativ vergi nəzarətinin keçirilməsi haqqında **********1091 №li xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov (Bakıxanov qəsəbəsi) 13) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 2) “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edlmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********1104 saylı tələbnamə ilə, sənədlərin və nümunələrin götürülməsi haqqında eyni tarixli **********1106 saylı qərar qəbul edilmiş, DVX-nin seriyalı 001029 saylı xx.xx.2021-ci il tarixli sənədlərin götürülməsi haqqında protokol tərtib edilərək, şəxsiyyəti təsdiq edən sənədlərin surətləri götürülmüşdür. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002450 saylı xx.xx.2021-ci il tarixli Aktdan və ona əlavədən görünür ki, 4 nəfər fiziki şəxsin (X11, X10, X4, X2) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt iddiaçı ZeynalzadəTofiq Ayaz oğlu tərəfindən imzalanaraq qəbul edilməmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021ci il tarixli **********8449 №-li qərarla vergi ödəyicisi ZeynalzadəTofiq Ayaz oğlu tərəfindən Azərbaycan Respublikası Vergi məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcələsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ( kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin ( xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 22 sentyabr 2021-ci il tarixli **********687500 №li qərarın surətindən müəyyən olunur ki, fərdi sahibkar İddiaçı (VÖEN **********, AZ1034, Bakı şəhəri, Səbail rayonu, Xəqani, ev 26/32, mənzil 40) tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********447300 nömrəli) müraciətinin araşdırılmasının nəticəsinə əsasən aşağıdakılar qərara alınmışdır: Fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməsin. xx.xx.2021-ci il tarixli DVX seriyalı 002450 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsləsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8449 nömrəli qərar dəyişdirilmədən saxlanılsın Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisi üzrə operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1 -ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəSinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, 04 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə "inzibatçı (administrator)”, “lazeroloq” vəzifəsində işləyirlər. Belə olan halda həmin şəxslərin vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin "gözəllik salonu” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "inzibatçı (administrator)” və “lazeroloq” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2886/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2886/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver