Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2887/2021 19.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı «əmək pensiyası təyinatı əvvəlki tarixdən aparılmaqla hesablanma nəticəsində yaranmış məbləğin birdəfəlik ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı əmək pensiyası təyinatı 3 noyabr 2015-ci il tarixdən aparılmaqla hesablanma nəticəsində yaranmış məbləğin birdəfəlik ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxx 1976-cı il tarixdə doğulmuşdur. Anadangəlmə (uşaqlıqdan) 1-ci qrup əlildir. Hələ 16 yaşı tamam olmamış – 23 fevral 1989cu il tarixdə ona 2 il müddətinə (1989 – 1991-ci illər) əlillik təyin edilmişdir. Sonradan AR Əmək və X10 Nazirliyinin 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 21 oktyabr 2003-cü il tarixli qərarı ilə 1-ci qrup uşaqlıqdan müddətsiz olaraq əlillik dərəcəsi verilmişdir. Sosial sığorta stajı olmadığından, o, sosial müavinət almışdır. X13 Zülfəliyeviç 3 noyabr 2003-cü il tarixdə vəfat etmişdir. X1 isə, 26 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. O, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar yardım edilməsi və ya əmək pensiyasının təyinolunması barədə DSMF-yə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumuna dəfələrlə müraciət etsə də, müsbət nəticə əldə edilməmişdir. Hər iki valideynini itirdikdən sonra o, DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmişdur, lakin şöbə məsələnin həllindən imtina etmişdir. İmtinada bildirilmişdir ki, 18 yaşına qədər uşaqlıqdan əlil olmuş əliollər ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər. Ona (ərizəçiyə) 21 oktyabr 2003-cü il tarixdə 27 yaşında ilkin olaraq 1-ci qrup uşaqlıqdan əlillik verildiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi mümkün deyil. Baş idarələrə şikayət etdikdən və 23 fevral 1989-cu il tarixdən 23 yanvar 1991-ci il tarixədək əlilik barədə tənəd təqdim etdikdən sonra ona ancaq 1 avqust 2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bir neçə dəfə yazılı və şifahi formada DSMF və DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etməsinə baxmayaraq, bu günədək onun əmək pensiyası hüququ 3 noyabr 2015-ci il tarixdən yarandığı üçün həmin tarixdən ödənilməsi barədə heç bir rəsmi məlumat verilməmişdir. Buna görə də məhkəməyuə müraciət etmək məcburiyyəti yaranmışdır. Qeyd edildiyi kimi iddiaçı uşaqlıqdan müddətsiz və ömürlük 1-ci qrup əlildir, iş qabiliyyəti yoxdur, valideyn himayəsində olmuşdur, valideynlərini itordikdən sonra qardaşının yanında yaşayır. «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən ailə üzvlərindən biri vəfat etdikdə uşaqlıqdan əlil övladı onun əmək pensiyasını tam almaq hüququna malikdir. Odur ki, əmək pensiyası almaq hüququ 1 avqust 2019-cu il tarixdən deyil, atasının vəfat etdiyi 3 noyabr 2015-ci il tarixdən yaranmışdır. Qeyd olunanlara və «Əmək pensiyaları haqqında» AR Qanununun müddəalarına əsaslanaraq, iddiaçıya əmək pensiyası təyinatı 3 noyabr 2015-ci il tarixdən aparılmaqla hesablanma nəticəsində yaranmış məbləğin birdəfəlik ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 fevral 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Əliyeva llhamə Fərid qızının iddiası əsassız hesab edilir və təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 14.1-ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan (lakin ən çoxu 23 yaşına çatanadək) övladlarının, həmçinin ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə (63 yaşına çatmış kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək və 60 yaşına çatmış qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun, qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 18.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Qanunun 18.2-ci maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Həmçinin bu Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə, daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Bu Qanunun 35.1-ci maddəsinə əsasən ailənin hər bir üzvünün tələbi ilə onun ailə başçısını itirməyə görə əmək pensiyası payı ayrılır və ona ayrıca ödənilir. Pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş İddiaçı atası mərhum X8 3 noyabr 2015-ci il tarixdə vəfat etdikdən sonra onun arvadı X2 əlilliyə görə aldığı əmək pensiyasının növü dəyişdirilərək Fərid Əliyevin 34 il 10 ay sığorta stajı əsasında Zənfirə Əliyevaya 493,28 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Zənfirə Əliyevaya təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinə əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək vəfat etdiyi 26 oktyabr 2018-ci il tarixədək 602,19 manat məbləğə çatdırılmışdır. İddiaçı 29 iyul 2019-cu il tarixli məktubla müraciət edərək atası X6 və X1nın vəfat etmələri ilə əlaqədar olaraq onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmaqla 18 yaşından yuxarı İ qrup əlil olmasını nəzərə alaraq ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsini xahiş etmişdir. Ərizə nəzərə alınaraq İ,Əliyevaya 1 avqust 2019-cu il tarixindən 602 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Göstərilənlər nəzərə alınaraq, iddianın təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı (və ya nümayəndəsi) gəlməmişdir. İddiaçı məhkəmə müraciət ünvanlayaraq, işə iştirakı olmadan baxaraq qərar qəbul olunmasını xahş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (14.1.1) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (14.1.1.2) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, (14.1.2) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən ailənin hər bir üzvünün tələbi ilə onun ailə başçısını itirməyə görə əmək pensiyası payı ayrılır və ona ayrıca ödənilir. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi əmək pensiyasının bir növü kimi “ailə başçısını itirməyə görə əmək pensiyası”nı almaq hüququ olan şəxslərin dairəsini konkret müəyyən etmiş və həmin dairəyə həlak olmuş və ya vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladını və «Əmək pensiyaları haqqqında» AR Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış, yaxud İ və ya İİ dərəcə əlilliyi olan arvadını (və ya ərini) da daxil etmişdir. Hazırkı iş üzrə İddiaçı da 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə əlillik təyin edildiyindən, onun ailə başçısını itirməyə görə (atası vəfat etmişdir və mərhum «Əmək pensiyaları haqqında» Ar Qanununun 12.1-ci maddəsində tələb edilən sığorta stajını toplamışdır) əmək pensiyası hüququ vardır. Lakin nəzərə alınmalıdır ki, ailədə bundan əvvəl iddiaçının X1na ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və sonuncu vəfat etdiyi 16 oktyabr 2018-ci il tarixədək həmin pensiyanı almışdır. İddiaçıya gəldikdə isə, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı DSMF orqanına rəsmi şəkildə 2019-cu ilin iyul ayında müraciət etdiyindən, həmin orqan haqlı olaraq “Əmək pensiyaları haqqında” AR Qanununun 35.2-ci maddəsinə istinad etməklə ona əmək pensiyasının təyinatını 2019-cu ilin avqust ayının 1dən aparmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. Odur ki, İddiaçı iddiası əsassızdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı «əmək pensiyası təyinatı əvvəlki tarixdən aparılmaqla hesablanma nəticəsində yaranmış məbləğin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı «əmək pensiyası təyinatı əvvəlki tarixdən aparılmaqla hesablanma nəticəsində yaranmış məbləğin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2887/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2887/2021
19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver