Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2887/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respblikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respblikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli **********186684 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar yalnız uşaq oyuncaqları, uşaqlar üçün olan əyləncə avadanlıqlarının, park atraksionlarının satışı ilə məşğuldur. İllər boyu bu fəaliyyətlə məşğul olur və bu günədək dövlət qarşısında olan bütün öhdəliklərini vicdanla icra edirlər, qanunlara hörmətlə yanaşaraq onlara riayət edirlər. Cavabdeh tərəfindən Cəmiyyətlə bağlı 2020-ci ilidən 2023-cü ilin 1-ci rüb olan dövr üzrə 02 may 2023-cü il tarixdə yoxlama başlamışdır. Vergi orqanı təqdim edilmiş vergi bəyannamələrində hər hansı vergidən yayınma faktı aşkar edə bilmədiyindən, yoxlamanı ’’məcburi olaraq" VCİAD-m əməkdaşları tərəfindən yoxlamadan əvvəlki tarixdə qeyri-qanuni olaraq götürülmüş ciddi hesabat blankı və ilkin mühasibat sənədi sayılmayan, mənbəyi bəlli olmayan elektron faylda qeyd olunan rəqəmlər əsasında aparmış və həmin sənədə əsasən əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. Halbuki, cavabdehin hesablama zamanı istinad və sübut qismində istifadə etdiyi sənəd faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergi tutulan dövriyyəsini, gəlir və xərclərini əks etdirən və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcı, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Buna baxmayaraq, cavabdeh inzibati orqan həmin təsdiqedici sənədə hər hansı vergidən yayınma halı aşkar edə bilmədiyindən, hesablama zamanı mənbə qismində qanunvericiliyin tələblərinə cavab verməyən, mənbəyi bəlli olmayan, hər hansı rəsmi xarakter daşımayan, mötəbərliyi şübhə doğuran və ən əsası ciddi hesabat blankı sayılmayan sənədə istinad edərək əlavə vergi məbləği hesablamışdır ki, bu da qanunla qorunan hüquq və maraqların kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, vergi orqanı tərəfindən hesablamanın əsası kimi qəbul edilən sənədlər (vergi orqanının “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallar) əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Eyni zamanda, həmin “qara mühasibatlıq” sənədlərinin nədən ibarət olması nə səyyar vergi yoxlaması aktında, nə də ki “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda göstərilməmişdir. Vergi orqanı özünün adlandırdığı “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Vergi orqanı tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, vergi orqanının “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxslərə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə dövriyyəni müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqı- satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh hesablamanın riyazi əsasını konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, vergi orqanı bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin aparılmış yoxlamanın nəticəsi üzrə 11 aprel 2023-cü il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Cavabdehin tərtib etdiyi 16 iyun 2024-cü il tarixli səyyar vergi yoxlaması aktına əsasən 598274,08 manat mənfəət vergisinin, 299.137,05 maliyyə sanksiyası, qalan məbləğ isə əlavə dəyər vergisinin azaldılması müəyyən edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli **********186684 nömrəli Qərarına əsasən iddiaçıya ümumilikdə 1625350.64 manat əlavə vergi məbləği hesablanmış və 829882.56 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir.Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir.Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 1.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 1.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar 1.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 1.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 1.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 1.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 1.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 1.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 1.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəy idlərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. ’’Mühasibat uçotu haqqında" tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində aşagığakılar təsbit olunmuşdur: 1.1.1. 0. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11. İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. 2.1.12. Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir. 2.1.13. Analitik uçot - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır. 2.1.14. Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdınlmasını təmin edən jurnallar, cədvəllər və kartlardır. 2.1.15. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir. 2.1.16. Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır”. Habelə, "Mühasibat uçotu haqqında" 29 iyun 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib. Həmin sənəd xx.xx.2017 tarixdə **********0001 nömrəsi ilə X9 Reyestrində qeydiyyata alınıb. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilib. Belə ki, ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtıda mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edir.İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir.Göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar - cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər əsasında əldə olunduğu qeyrimüəyyəndir. Beləliklə, yoxlamada əldə edilən «qara mühasibatlıq» sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir.Vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyrimüəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir.Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal- ixrac əməliyyatları, bank hesablarmdakı vəsaitlər, o cümlədən bank hesablarmdakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəy idlərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.Bununla yanaşı, hesab edirik ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmiş, bununla da, cavabdeh qəbul etdiyi (hazırda mübahisələndirilən) qərarın İPM-nin 14.1-ci maddəsi baxımından qanuniliyini sübuta yetirə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-608/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci i-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyrimüəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. 44. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablanndakı vəsaitlər, o cümlədən bank hesablanndakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.”Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(102)-608/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-l(102)-806/202 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-1921/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)- 851/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-1245/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında nümayiş etdirilmişdir. Eyni zamanda, mübahisələndirilən qərara görə bizim Cəmiyyətə digər əlavə vergilər hesablanmışdır. Həmin hesablaşmanı da qanuni hesab etmirik və gələcəkdə bununla bağlı ətraflı məlumat iddia ərizəsinə əlavə vasitəsi ilə bildirəcəyik.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.Həmin Qanunun 67.1,-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.Həmin Qanunun 67.2,ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "SuperToys” MMC (VÖEN **********) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli **********171469 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********186684 nömrəli “Vergi ödəyicisinin Və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh aşağıda göstərilən səbəblərə görə iddia ərizəsi ilə razılaşmır.İşin mahiyyəti ilə bağlı bildiririlir ki, iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinin yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (bundan sonra - cavabdeh) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********171278 nömrəli qərarı ilə xx.xx.2020-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********171469 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186684 nömrəli qərar çıxarılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8287, **********8294, **********8293, **********8291, **********8288, **********8298, **********8295, **********8296, **********8297, **********8289, **********8290, **********8286, **********8292, **********8285 və xx.xx.2023cü il tarixli **********8575 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarlanna əsasən keçirilən operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin fəaliyyət göstərdiyi ticarət obyektində istismar olunan kompyuterlərdən götürülmüş elektron daşıyıcılarda olan “SHARİNG personal” qovluğunda =>”Gizli” alt qovluğunda=>”Məxfi” alt qovluğunda =>”X11” alt qovluğunda olan elektron fayllar araşdırılarkən “Microsoft Excel” proqram təminatında xx.xx.2020-xx.xx.2021-ci illər dövrünü əhatə edən rəsmi və qeyrirəsmi göstəriciləri özündə əks etdirən sənədlər aşkar edilmişdir. Səyyar vergisi yoxlaması ilə elektron daşıyıcılarda götürülmüş sənədlərdən istifadə edilməklə əlavə vergilər hesablanmışdır. ƏDV üzrə: 2020-ci ilin avqust ayı üzrə satış dövriyyəsinin 514.621,37 manat (799.117,52-284.496,15) az göstərilməsinə görə 92.631,85 manat (514.621,37 x 18%), 2020-ci ilin sentyabr ayı üzrə satış dövriyyəsinin 477.319,07 manat (685.874,32- 208.555,25) az göstərilməsinə görə 85.917,43 manat (477.319,07 x 18%), 2020-ci ilin oktyabr ayı üzrə satış dövriyyəsinin 347.335,17 manat (587.252,54-239.917,37) az göstərilməsinə görə 62.520,33 manat (347.335,17 x 18%), 2020-ci ilin noyabr ayı üzrə satış dövriyyəsinin 278.741,35 manat (491.366,55-212.625,20) az göstərilməsinə görə 50.173,44 manat (278.741,35 x 18%), 2020- ci ilin dekabr ayı üzrə satış dövriyyəsinin 587.691,10 manat (979.495,46-391.804,36) az göstərilməsinə görə 105.784,40 manat (587.691,10 x 18%), 2021-ci ilin yanvar ayı üzrə satış dövriyyəsinin 347.306,91 manat (693.077,02-345.770,11) az göstərilməsinə görə 62.515,25 manat (347.306,91 x 18%), 2021-ci ilin fevral ayı üzrə satış dövriyyəsinin 319.981,57 manat (609.856,78-290.875,21) az göstərilməsinə görə 57.416,68 manat (319.981,57 x 18%), 2021-ci ilin mart ayı üzrə satış dövriyyəsinin 242.381,46 manat (662.682,11-420.300,65) az göstərilməsinə görə 43.628,66 manat (242.381,46 x 18%), 2021-ci ilin aprel ayı üzrə satış dövriyyəsinin 329.092,11 manat (731.394,57-402.302,46) az göstərilməsinə görə 59.236,58 manat (329.092,11 x 18%), 2021-ci ilin may ayı üzrə satış dövriyyəsinin 561.059,87 manat (1.029.137,87-468.078,00) az göstərilməsinə görə 100.990,78 manat (561.059,87 x 18%), 2021-ci ilin iyun ayı üzrə satış dövriyyəsinin 614.691,00 manat (1.212.154,46-597.463,46) az göstərilməsinə görə 110.644,38 manat (614.691,00 x 18%), 2021-ci ilin iyul ayı üzrə satış dövriyyəsinin 360.913,83 manat (919.369,43-558.455,60) az göstərilməsinə görə 64.964,49 manat (360.913,83 x 18%), 2021-ci ilin avqust ayı üzrə satış dövriyyəsinin 207.924,94 manat (604.632,98-396.708,04) az göstərilməsinə görə 37.426,49 manat (207.924,94 x 18%) olmaqla, cəmi 933.850,75 manat əlavə dəyər vergisi hesablanmışdır.Bundan başqa 2020-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində 310-cu (idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ) və 311-ci (idxalda ƏDV- dən azad olunan malların dəyəri) sətirlərində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında 548.144,50 manat məbləğin, hesabat dövrü ərzində idxal edilmiş mallar barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmiş 588.665,76 manat məbləğdən 40.521,26 manat az göstərildiyi müəyyən edilmişdir. Belə ki, yük gömrük bəyannamələrinin təhlili zamanı müəssisə tərəfindən xx.xx.2020-cü il tarixli **********9155 nömrəli YGB əsasən Çin Xalq Respublikasından 40.521,26 manat dəyərində müxtəlif çeşidli malların idxal edildiyi aşkar edilmişdir. Vergi ödəyicisi xx.xx.2021-ci il tarixdə təqdim etdiyi 2020-ci ilin dekabr ayı üzrə cari ƏDV bəyannaməsində həmin məbləği əvəzləşdirmədə göstərmədiyi üçün səyyar vergi yoxlaması ilə dürüstləşdirmə aparılaraq əvəzləşməyə daxil edilmişdir. Eyni zamanda, 2022-ci ilin yanvar-dekabr ayları üzrə nəzarət kassa aparatının göstəricilərinə əsasən satış dövriyyələrinin 605.390,13 manat (10.018,42+20.244,92+4.985,68-5.880,79+7.674,38-73.602,81+82,47-28.120,96 6.285,62+706.274,44) az göstərilməsinə görə 108.970,21 manat (605.390,13 x 18%) əlavə dəyər vergisi hesablanmış, 2023-cü ilin mart ayı üzrə nəzarət kassa aparatının göstəricisinə əsasən satış dövriyyələrinin 47.300,89 manat çox göstərilməsinə görə 8.514,16 manat (47.300,89 x 18%) əlavə dəyər vergisi azaldılmışdır. Nəticədə, səyyar vergi yoxlamasına əsasən ƏDV bəyannamələrində 2020-ci ilin aprel- dekabr ayları üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 5.153.040,13 manat, daxil olmuş məbləğ 5.041.083,85 manat, 2021-ci il üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 9.998.913,77 manat, daxil olmuş məbləğ 9.023.075,31 manat, 2022-ci il üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 7.521.190,99 manat, daxil olmuş məbləğ 7.487.006,97 manat, 2023-cü ilin ilk üç ayı üzrə üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 1.712.905,41 manat, daxil olmuş məbləğ 1.725.798,57 manat olmuşdur. Nəticədə Vergi Məcəlləsinin 159.1-ci, 161.1-ci və 173.1-ci maddələrinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə əlavə olaraq 1.027.012,98 manat əlavə dəyər vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1.027.012,98 manat azaldılmasına görə 530.713,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: 2020-ci il üzrə malların təqdim edilməsindən gəliri - 3.799.052,13 manat, digər gəlirlər 19.224,50 manat, xərcləri - 3.395.046,13 manat, o cümlədən malın dəyərini 3.160.876,77 manat göstərməklə, 423.230,50 manat vergiyə cəlb olunan mənfəətdən 84.646,10 manat mənfəət vergisi hesablamışdır. 2021-ci il üzrə təqdim edilmiş və kameral vergi yoxlaması ilə təsdiq edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən gəliri - 7.016.562,07 manat, xərcləri - 6.605.709,32 manat, o cümlədən malın dəyərini 5.847.135,06 manat göstərməklə, 410.852,75 manat vergiyə cəlb olunan mənfəətdən 82.170,55 manat mənfəət vergisi hesablamışdır.2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 2022-ci il üzrə malların təqdim edilməsindən gəliri - 7.524.043,26 manat, xərcləri - 7.428.686,06 manat, o cümlədən malın dəyərini 6.438.555,90 manat göstərməklə, 95.357,20 manat vergiyə cəlb olunan mənfəətdən 19.071,44 manat mənfəət vergisi hesablamışdır. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir hüquqi əsası olmayan dəlillərlə xx.xx.2024- cü il tarixli **********186684 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı qanunsuz hesab edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, vergi orqanı cəmiyyətin təqdim etdiyi bəyannamələrdə hər hansı vergidən yayınma faktı aşkar etmədiyindən, operativ nəzarət tədbiri zamanı götürülmüş ilkin mühasibatlıq sənədi sayılmayan mənbəyi bəlli olmayan elektron fayllarda olan rəqəmlər əsasında əlavə vergilərin hesablanması Vergi Məcəlləsində və digər qanunvericilikdə nəzərdə tutulmamış, yoxlamanı heç bir hüquqi əsaslara söykənməyən cədvəllər əsasında aparmışdır. Yəni bu məlumatlar heç bir sənədə, ciddi mühasibatlıq sənədlərinə bağlı deyildir. Bundan başqa iddia ərizəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənizimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” Qanununun tələbləri pozularaq keçirilmiş, yoxlama barədə məlumatlar Reyestrə daxil edilməmişdir.Bildirilir ki, xx.xx.2023cü il tarixli KY231917984 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən çıxarışdan görünür ki, yoxlama haqqında məlumatlar reyestrə daxil edilmiş və sözügedən çıxarışla cəmiyyətin direktoru xx.xx.2023-cü il tarixdə tanış olaraq, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının bu dəlilinə münasibətdə bildirilir ki, cavabdehin xx.xx.2023-cü il tarixli Qərarı əsasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətin direktoru X4 iştirakı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan Xocasən yolunun cənub şərq hissəsində yerləşən mağazadan “qara mühasibatlıq” sənədləri götürülmüş, götürülmə xx.xx.2023-cü il tarixli 006062 nömrəli protokolla rəsmiləşdirilərək, sonuncu tərəfindən imzalanaraq təsdiq edilmişdir. OVN zamanı “SUPERTOYS" MMC-nin fəaliyyət göstərdiyi ticarət obyektində istismar olunan kompüterlərdən götürülmüş elektron daşıyıcılarda olan “SHARİNG personal” qovluğunda =>”Gizli” alt qovluğunda=>”Məxfi” alt qovluğunda =>”X11” alt qovluğunda olan elektron fayllar araşdırılarkən “Microsoft Excel” proqram təminatında xx.xx.2020-xx.xx.2021-ci illər tarix aralığında olan dövrü əhatə edən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən sənədlər aşkar edilmişdir. Cəmiyyətin direktoru X5 xx.xx.2023-cü il tarixli izahatında göstərilən sənədlərin onun iştirakı ilə götürüldüyünü təsdiq edərək, protokolla tanış olduqdan sonra imzaladığını bildirərək, sənəd və elektron faylları könüllü təqdim etdiyini qeyd etmişdir. Həmçinin səyyar vergi yoxlamasında istifadə olunmuş elektron məlumatların xx.xx.2023-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı iddiaçıya məxsus obyektdəki kompüterlərdən aşkarlanaraq götürülməsi prosesi vergi orqanı əməkdaşlarının video (foto) müşahidəsi (çəkilişi) ilə həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir.Bildirilir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi yoxlamanın əhatə etdiyi dövrdə də qüvvədə olmuşdur və yuxarıda qeyd olunanlar iddiaçıdan götürülmüş elektron yaddaş qurğusunda olan məlumatların mənbəyi bəlli olan məlumatlar olduğunu sübut edir. Səyyar vergi yoxlaması müəssisədən operativ vergi nəzarəti zamanı götürülmüş elektron sənədlər və həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır.Vergi Məcəlləsinin 83.2.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi bəyannamələrində olan məlumata və 83.2.4- cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır.Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar istifadə etməklə hesablamaq hüququ vardır. Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyimizə əsasən hesab edirik ki, nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllarcədvəllər ilkin uçot sənədi hesab edilir.“Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.11ci maddəsinə əsasən ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Həmin Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə olan halda iddiaçının dəlil kimi qeyd etdiyi “elektron yaddaş qurğusunda olan məlumatlar əsas götürülməklə vergilərin hesablanması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır” ifadəsi təkzib edilir.Yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında" Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edilir ki, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bu Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı özünə məxsus vergidən yayınma sxemi qurmuşdur. Belə ki, Vergi Məcəlləsinin 23.1,6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanlarının hüququdur.Qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlaması ilə hesablanmış vergilər tam olaraq qanuni və əsaslıdır. İddiaçı həmçinin iddia ərizəsində qeyd edir ki, yoxlamanın aparılması üçün lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərini, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmişdir. Yoxlama zamanı vergilərin hesablanması üçün zəruri sənədlərin vergi ödəyicisindən tələb edilməsinə baxmayaraq, aparılan OVN tədbiri zamanı əldə edilən qeyri-rəsmi satış üzrə əldə olunan gəlirlərlə bağlı digər sənədləri yoxlamaya təqdim etməmişdir. İddiaçının digər əsassız dəlili ondan ibarətdir ki, səyyar vergi yoxlaması aktından da göründüyü kimi yoxlama zamanı vergi orqanı tərəfindən ekspert və ya mütəxəssis dəvət olunmamışdır.İddiaçının bu dəlilinə münasibətdə bildirmək istəyirik kl, səyyar vergi yoxlaması aktının 1.9.4 və 1.9.5-ci bəndlərindən də göründüyü kimi istehsal olunan məhsulların real bazar qiymətini müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli **********174866 nömrəli və xx.xx.2023-cü il tarixli **********175641 nömrəli qərarlarla ekspert və mütəxəssis dəvət edilsə də rəyin verilməsinin mümkün olmaması bildirilmişdir.Həmçinin nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz:onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1);vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2).Qeyd olunanlardan da göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar, o cümlədən Qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər, vergi hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, "xxxx" MMC-nin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli İddiaçıİddiaçı Nizamnaməsi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-5/2- 4192/2024 saylı məktub ilə xx.xx.2024-cü il tarixli **********171469 nömrəli səyyar vergi yoxlaması aktı təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********186684 nömrəli qərarından görünür ki, İddiaçı (Ünvanı: AZ 1004, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, ABBASQULU ABBASZADƏ , ev. 16, BAKİ-188 HƏRBİ ŞƏHƏRÇİK, m.40, VÖEN: **********) aşağıda göstərilən səbəblərə görə; (Azərbaycan Manatı) Vergi qısa adı Dövr (il üzrə) Azaldılmışdır Artıq Fərq VM Maliyyə Faiz maddəsi hesablanmış Əlavə Artıq sanksiyası dır hesablama hesablama 2020 115512.57 0.00 115512.57 0.00 58.1 57756.29 0.00 Mənfəət vergisi 2021 251126.58 0.00 251126.58 0.00 58.1 125563.29 0.00 Mənfəət vergisi 2022 231634.93 0.00 231634.93 0.00 58.1 115817.47 0.00 Mənfəət vergisi 2020 389733.62 0.00 389733.62 0.00 58.1 194866.81 0.00 Əlavə dəyər vergisi 2021 536823.31 • 0.00 536823.31 0.00 58.1 268411.66 0.00 Əlavə dəyər vergisi 2022 134870.45 25900.24 108970.21 0.00 58.1 67435.23 0.00 Əlavə dəyər vergisi 2023 0.00 8514.16 0.00 8514.16 58.1 0.00 0.00 Əlavə dəyər vergisi 2021 0.00 0.04 0.00 0.04 58.1 0.00 0.00 əmlak vergisi 2022 63.62 0.00 63.62 0.00 58.1 31.81 0.00 əmlak vergisi 1659765.08 34414.44 1633864.84 8514.2 829882.56 0 Cəmi Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175642 saylı qərarından görünür ki, müəyyən hərəkətlərin aparılması üçün X7 Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi mütəxəssis kimi dəvət edimiş,mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:Yoxlama dövrü üzrə aylıq istehsal həcminin müəyyən edilməsi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ekspertizanın təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175641 saylı qərarından görünür ki, səyyar vergi yoxlamasının aparılması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik tələb olunduğundan ortaya çıxan sualların araşdırılması zərurəti yaranmışdır üçün ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli **********172709 saylı qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) -dən(dan) xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə bütün ilkin mühasibat sənədləri (e-qaimələr, qaimə-fakturalar, vergi fakturaları, o cümlədən elektron fayllar, bank sənədləri, kassa sənədləri, işlərin (xidmətlərin) təhvil-təslim aktları, gəlirlər və xərcləri təsdiq edən sənədlər, kassa kitabı, baş kitab, ciddi uçot blankları, müqavilələr, debitor və kreditor borclarının siyahısı, "Nəzarət kitabçası", əməliyyatların digər şəxslər tərəfindən aparılmasına dair etibarnamələr, idxal-ixrac əməliyyatlarına dair bütün sənədlər (müqavilələr, invoyslar, gömrük bəyannamələri, ödəniş sənədləri və s.) banklarda və digər kredit təşkilatlarında hesabların açılmasına dair sənədlər, habelə xüsusi razılıq (lisenziya) tələb edən səlahiyyətlə məşğul olmaq üçün müvafiq orqanlardan alınmış sənədlər, maddiməsul şəxslərlə, habelə işlərin xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə bağlanmış müqavilələr, icarə müqavilələri, təsərrüfat subyektləirinin ,o cümlədən, anbarın, ticarət sahəsinin, ofisin və s olub-olmaması barədə sənədlər(arayış), maliyyə təsərrüfat fəaliyyəti ilə əlaqədar olan digər zəruri sənədlərin götürülməsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2023-cü il tarixli **********1726694 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2023-cü il tarixli **********175719 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditinin baş idarəsinin xx.xx.2023-cü il tarixli **********174630 saylı səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditinin baş idarəsinin xx.xx.2023-cü il tarixli **********172854 saylı səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının keçirilməsi haqqında **********171278 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risklərinin məzmunu- keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin yekunu üzrə müəyyə edilmişvergidən yayınma əməliyyatları; risklərin təsviri- Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbirlər zamanı “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti götürülmüş mühasibat sənədləri və elektron yaddaş qurğusunda məlumatlar əsasında «Super toys” MMC gəlirlərin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri, bəyan edilmiş vergi tutulan dövriyyənin aşağı göstərildiyi və nəticədə vergidən yayınma risklərinin yüksək olduğu müəyyən edilir. Vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Aprel 2020 - Mart 2023. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditinin baş idarəsinin xx.xx.2024-cü il tarixli **********183844 saylı səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin artırılması haqqında qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlamasının nəticləri üzrə aktın tərtibi müddəti 30 iş günü artırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2024-cü il tarixli **********183431 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin dayandırılmış səyyar vergi yoxlanmasının bərpa edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********183033 saylı qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2024-cü il tarixli **********183033 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin dayandırılmış səyyar vergi yoxlanmasının bərpa edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********183000 saylı qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən xx.xx.2024 tarixli **********182544 səyyar vergi yoxlamasının dayandırılması haqqında Qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2024-cü il tarixli **********183033 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2024-cü il tarixli **********182544 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin dayandırılmış səyyar vergi yoxlanmasının bərpa edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********182505 saylı qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən xx.xx.2024 tarixli **********82120 nömrəli səyyar vergi yoxlamasının dayandırılması haqqında Qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin dayandırılmış səyyar vergi yoxlanmasının bərpa edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********182107 saylı qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən xx.xx.2024 tarixli **********181426 nömrəli səyyar vergi yoxlamasının dayandırılması haqqında Qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2024-cü il tarixli **********182120 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin dayandırılmış səyyar vergi yoxlanmasının bərpa edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********181424 saylı qərarından görünür ki, “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən xx.xx.2024 tarixli **********180646 nömrəli səyyar vergi yoxlamasının dayandırılması haqqında Qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2024-cü il tarixli **********181426 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2024-cü il tarixli **********180646 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2023-cü il tarixli **********179785 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2023-cü il tarixli **********178693 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səyyar vergi yoxlanmasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2023-cü il tarixli **********177592 saylı qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən “SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti müddətdə dayandırılmışdır(təxirə salınmışdır). Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyi Azərbaycan Respublikası adından Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2184/2024 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: (-) nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, növbədənkənar səyyar vergi yoxlaması zamanı xx.xx.2023-cü il tarixli “Operativ vergi yoxlamasının keçirilməsi haqqında” qərara əsasən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisindən vergi orqanının “qeyri-rəsmi uçot sənədləri” adlandırdığı məlumatlara istinad olunaraq müvafiq qərar qəbul edilmişdir. Lakin vergi ödəyicisinin iştirakı ilə götürülmüş məlumatlara baxış keçirilməmişdir. İddiaçı apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı elektron fayllarda olan məlumatları (qara mühabatlıq sənədlərini) əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran " qara mühabatlıq " sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur Cavabdeh inzibati orqan kimi yoxlama zamanı " qara mühasibatlıq " sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Məhkəmə qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı,növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırkı iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhədoğuran "qara mühabatlıq" sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını (iddiaçı tərəfindən anoloji fəaliyyət göstərən 24 müəssisənin siyahısı təqdim edilmişdir), əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Məhkəməsi qeyd etdir ki, İddiaçı apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı "qara mühabatlıq" sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan (əlaqəli) məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə borcun hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 09 sentyabr 2024-cü il tarixli **********186684 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-2887/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2887/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver