Məhkəmə qərarları › İş №2-1(112)-289/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-289/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-289/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X1, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştlərlə pensiya təyin edilməsi və əmək pensiyasının əmək haqqı ilə hesablanmaqla 07 sentyabr 2009-cu il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı 26.01.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanması, cavabdeh inzibati orqana müraciət tarixindən geriyə 3 il müddətinə hesablanmaqla fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə anadan olmuş, 01.03.1972-ci ildə əmək fəaliyyətinə başlamış, 01.03.1972-ci ildən 15.07.1972-ci ilə kimi (4 ay 14 gün) Naxçıvan MSSR-nin Ordubad rayonunda Parağaçay dağ mədənində 2-ci dərəcəli nümunə götürən vəzifəsində işləmiş, 10.04.1973-cü ildən 20.07.1973-cü ilədək (3 ay 10 gün) X3 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş, 02.08.1973-cü ildən 29.04.1974-cü ilədək (8 ay 27 gün) Qazaxstan SSR X5 Uzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator vəzifəsində işləmiş, 29.04.1974-cü ildə hərbi xidmətə çağırışla bağlı işdən azad edilmiş. 14.06.1974-cü ildə yenidən işə götürülmüş və 06.07.1974-cü ilə kimi (22 gün) Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3cü dərəcəli operator vəzifəsində işləmiş, 14.05.1974-cü ildən 27.06.1976-cı ilədək (2 il) hərbi xidmətdə olmuş, 05.08.1976-cı ildən 18.08.1989-cu ilə kimi (13 il 13 gün) Qazaxstan SSR X5 Uzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5ci dərəcəli operator vəzifəsində işləmiş. 19.12.1990-cı ildə Bakı şəhəri “Aztsvet” Avtomobil nəqliyyatı müəssisində yükboşaltma məntəqəsinə fəhlə vəzifəsinə işə qəbul olmuş 24.09.2010-cu il tarixinə kimi həmin müəssisədə işləmiş. 19.02.1990-cı ildən 01.08.1998-ci ilə kimi 8 il 5 ay 11 gün əmək stajı vardır. 01.03.1972-ci ildən 01.08.1998-ci ilə ümumi əmək stajı 25 il 10 gün, xüsusi əmək stajı isə 13 il 9 ay 22 gün təşkil edir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 №-li siyahısının aşağıdakı əlavəsində onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifə öz əksini tapmışdır. 2130200а— 15866 quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. Onun 01 avqust 1998-ci il tarixinə kimi 25 il 10 gün ümumi, 13 il 9 ay 22 gün xüsusi sığirta stajının olduğu nəzərə alındıqda ona 55 il 6 ay yaş həddi tamam olduqda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. O, 30.07.2019-cu il tarixli ərizə ilə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsinə qərar verilməsini və əmək pensiyasının əmək haqqı ilə hesablamaqla 07 sentyabr 2009-cu il tarixdən yenidən hesablanmasını xahiş etmişdir. Lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ərizəsini təmin etmək yerinə, DSMF-nu Binəqədi rayon şöbəsinə göndərmiş, Binəqədi rayon Şöbəsi də ona imtina məktubu yazmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası və xarici dildə tərtib edilmiş 3 ədəd sənəd təqdim etmişdir. Xarici dildə qeyd edilmiş sənədlər iddiaçı tərəfindən Azərbaycan Respublikasının dövlət dilinə tərcümə edilmədən təqdim edildiyindən onlar sübut qismində qəbul edilə bilməzlər. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçalarına baxdıqda iddiaçının qeyd etdiyi 05.08.1976cı ildən 18.08.1989-cu ilə kimi Qazaxıstan SSR X6 Uzün şəhərində Neft-Qaz idarəsinin nəzdində olan yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifəsində işləməsi barədə qeydlərin əmək kitabçasında olmaması müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən sənədi təqdim etməmişdir. İddiaçının özünün iddia ərizəsində qeyd etdiyi işdə işləməsi onun təqdim etdiyi əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək hər-hansı bir sübutu təqdim etməmişdir. İddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq edilə bilməz. Belə ki, həmin qanun qüvvədə olan müddət ərzində iddiaçının yaşı 51 olmaqla 13-cü maddənin b bəndində qeyd edilən 55 yaşdan az olmuşdur.Həmçinin iddiaçıya güzəştli şərtlərlə pensiya təyinat hüququ verən həmin peşələrdə işləməsini təsdiq edəcək sübutlar (arayışlar) olmadığından onun iddia ərizəsində qeyd etdiyi peşələrdə işləməsi sübuta yetirilməmişdir. Fərz etsək belə ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu təsdiq edəcək sənədlər təqdim edilsə belə, onda yenə də iddiaçının iddia tələbində göstərdiyi “ xüsusi sığorta stajına uyğun olaraq 55 il 6 ay həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və əmək pensiyanın, əmək haqqı ilə hesablanmaqla 07 sentyabr 2009-cu il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından pensiyanın yenidən hesablanması mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi ilə əlaqədar ancaq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə tətbiqi mümkündür. Qanunun 9.8-ci maddəsi heç bir halda pensiya məbləğinə, onun hesablanma qaydasına əvvəl mövcud olmuş qanunvericiliyin tətbiqini nəzərdə tutmur. Digər sözlə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, yani onun güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını sübut edəcək dəlillər təqdim ediləcəyi təqdirdə ona təyin ediləcək pensiya hal-hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 10-cu maddəsinə əsasən hesablana bilər. İş üzrə şifahi məhkəmə baxış iclası 02 iyun 2021-ci il tarixə təyin olunmuş, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu qeyd edərək, rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Qazaxstan Respublikası X5 Uzen şəhərinin Neft-Qaz İdarəsinin 13 mart 2002-ci il tarixli, M-161,1 nömrəli arayışında İddiaçı həmin müəssisədə 1984-cü ildən 1988-ci ilə qədər işləyərək aldığı əmək haqqı barədə cədvəl əksini tapmışdır. - Qazaxstan Respublikası X5 Uzen şəhərinin Neft-Qaz İdarəsinin 26 fevral 2002-ci il tarixli, 3 nömrəli arayışından görünür ki, İddiaçı 05 avqust 1976-cı il tarixdən 18 avqust 1989-cu il tarixədək Yeraltı quyuların təmiri sexində operator vəzifəsində çalışmışdır. - Qazaxıstan Respublikası X5 Uzen şəhərinin Neft-Qaz İdarəsinin 12 yanvar 2019-ci il tarixli, 112 nömrəli “xüsusi ağır əmək şəraitinə dair güzəştli pensiya təyininə imkan verən” arayışından görünür ki, İddiaçı 18 mart 1977-ci ildən 05 fevral 1980-ci ilədək Yeraltı quyuların təmiri sexində 4-cü dərəcəli operator vəzifəsində, 05 fevral 1980-cı il tarixdən 24 avqust 1989-cu il tarixədək Yeraltı quyuların təmiri sexində 5-ci dərəcəli operator vəzifəsində çalışmışdır. İddiaçı işlədiyi vəzifələr SSSR Nazirlər Kabinetinin 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 33-cü bölmə üzrə 2130200a-15866 və 2130200a-15870 kod altında qeyd edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı ünvanladığı 24.09.2019-cu il tarixli № **********8 saylı imtina məktubundan görünür ki, iddiaçıya 57 yaşının tamam olduğu 07.03.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 06.04.2011-ci il tarixli № 275 saylı qərarına əsasən İddiaçı 07.03.2011-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə 138,66 manat pensiya təyin edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1954-ci ildir, iddiaçı 55 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqı nəzərə almaqla təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan ona 07.03.2011-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi əsası ilə imtina edilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya 55 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqı nəzərə almaqla təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, 01 avqust 1998-ci ilədək pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iddiaya baxmaq səlahiyyəti Bakı İnzibati Məhkəməsinə aiddir. İddianın mahiyyəti: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər ıl 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə, daha doğrusu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, iddiaçının 2 saylı Siyahı uzrə 55 yaş 6 aydan güzəştli şərtlə əmək pensiyası hüququ olması üçün iddiaçının 1998-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması müəyyən edilməlidir. 13 iyun 1997-ci il tarixli Qanunla “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırıldığından, yuxarıda qeyd edilən stajlar 1 yanvar 2006-cı ilə qədər mövcud olduğu halda iddiaçının 57 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. Hazırkı vəziyyətdə araşdırılmalı hal iddiaçının ümumi və xüsusi staja malik olması, bu stajların 1 avqust 1998-ci il, yoxsa 1 yanvar 2006-cı il tarixə qədər əldə edilməsidir. İşdə olan əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01.03.1972-ci ildən 15.07.1972-ci ilə kimi (4 ay 15 gün) Naxçıvan MSSR-nin Ordubad rayonunda Parağaçay dağ mədənində 2-ci dərəcəli nümunə götürən vəzifəsində işləmiş, 10.04.1973cü ildən 20.07.1973-cü ilədək (3 ay 11 gün) X3 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş, 02.08.1973-cü ildən 29.04.1974-cü ilədək (8 ay 28 gün) Qazaxstan SSR X5 Uzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator vəzifəsində işləmiş, 14.05.1974cü ildən 27.06.1976-cı ilədək (2 il 1 ay 14 gün) hərbi xidmətdə olmuş, 05.08.1976-cı ildən 18.08.1989-cu ilə kimi (13 il 14 gün) Qazaxstan SSR X5 Uzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifələrində işləmiş, 19.02.1990-cı ildə Bakı şəhəri “Aztsvet” Avtomobil nəqliyyatı müəssisində yükboşaltma məntəqəsinə fəhlə vəzifəsinə işə qəbul olmuş, 24.09.2010-cu il tarixinə kimi həmin müəssisədə işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçının 01 avqust 1998-ci il tarixədək ümumi stajı 25 il 3 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Qeyd edilən Siyahıya əsasən iddiaçının istinad etdiyi vəzifələrin (peşələrin) adları aşağıdakı kimi təsbit olunmuşdur: - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator (2130200a-15866). Göründüyü kimi iddiaçının 02.08.1973-cü ildən 29.04.1974-cü ilədək (8 ay 28 gün) və 05.08.1976-cı ildən 18.08.1989-cu ilə kimi (13 il 14 gün) Qazaxıstan SSR X5 Uzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə operator işlədiyi vəzifələri güzəştli staja daxil edilir. Qeyd edilən vəzifələrdə iddiaçının ümumi stajı 12 il 6 aydan (13 il 9 ay 12 gün)çoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar““Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar“ “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdeh inzibati orqan etirazında iddiaçının 05.08.1976-cı ildən 18.08.1989-cu ilə kimi Qazaxıstan SSR X5 Uzün şəhərində Neft-Qaz idarəsinin nəzdində olan yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifəsində işləməsi barədə qeydlərin əmək kitabçasında olmadığını qeyd edir. Məhkəmə qeyd edir ki, etirazın bu dəlili əsassızdır. Belə ki, iş materiallarına notarial təsdiq edilmiş surəti əlavə edilmiş əmək kitabçasından da görünür ki, iddiaçı hərbi xidmətdən əvvəl və hərbi xidmətdən sonra da Qazaxıstan SSR X5 Uzün şəhərində Neft-Qaz idarəsinin nəzdində olan yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə operator vəzifələrində çalışmışdır. İş materiallarına işəgötürən tərəfindən verilmiş arayışlar da əlavə edilmişdir. Cavabdeh inzibati orqan etirazının digər bir dəlili güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən sənədin təqdim edilməməsi ilə bağlıdır. Bununla bağlı da Məhkəmə bir daha qeyd edir ki, həm əmək kitabçasında mövcud olan qeydlərdən, həm də Qazaxıstan Respublikası X5 Uzün şəhərində Neft-Qaz idarəsinin güzəştli arayışından görünür ki, iddiaçının 18 mart 1977-ci ildən 05 fevral 1980-ci ilədək və 05 fevral 1980-ci ildən 24 avqust 1989-cu ilədək işlədiyi vəzifələr SSSR Nazirlər Kabinetinin 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə müvafiq kod altında göstərilmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Beləliklə, iddiaçının 1998-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiqini tapdığından onun 55 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçının 55 yaşı 6 ayı 07 sentyabr 2009-cu ildə tamam olduğunda, iddiaçının pensiya hüququ 2009-cü ildə yarandığına görə həmin vaxt qüvvədə olmuş Qanunun müddəalarına görə pensiya əmək haqqı əsasında hesablanmalıdır. Belə ki, 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "Əmək pensiyaları haqqında" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu ıl tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27-cı maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə 01.01.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. İş üzrə müəyyən edilir ki, iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi 01.01.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 07 sentyabr 2009-cu il tarixdən 55 yaş yarımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, hesablama əmək haqqı nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə ilk dəfə 30 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 30.07.2016-ci il tarixdən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməlidir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, iddiaçı 07.03.2011-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından fərq məbləği hesablanan zamanı bu hal nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, əmək pensiyası əmək haqqı nəzərə alınmaqla hesablanmalı, ilkin müraciət tarixindən (30.07.2019) geriyə 3 il üzrə yəni, 30.07.2016-cı il tarixindən fərq məbləği hesablanıb iddiaçıya ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (30.07.2019) geriyə 3 il üzrə yəni, 30.07.2016-cı il tarixindən fərq məbləğinin hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar