Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-289/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ukrayna Respublikası, Kiyev şəhərinin Özəl Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X4ması Akademiyası” tərəfindən M17 077917 nömrəli, 17.10.2017-ci il tarixində verilmiş magistr diplomu üzrə 8.18010018 “inzibati idarəetmə, inzibati idarəetmədə ixtisaslaşma” istiqaməti üzrə ixtisasın tanınması öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 29.11.2021-ci il tarixli 2-1(112)-8960/2021 saylı qərardadı ilə Ukrayna, Kiyev şəhəri, Özəl Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “Heyətin İdarə olunması Regionlararası Akademiyası” tərəfindən İddiaçı adına verilmiş M17 077917 nömrəli, 17.10.2017-ci il tarixli diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Ekspert Qrupu) tərəfindən yenidən inzibati icraatın aparılmasının Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır və qərardad icra olunması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi 13.01.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya Ukraynanın X1 Akademiyası tərəfindən verilmiş 17.10.2017-ci il tarixli, M 17 seriyalı 077917 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətamələr verilmişdir. Həmin məktuba əlavə edilmiş T 025980 və i 025391 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhadətnamələrinin surətlərindən görünür ki, İddiaçı adına X1 Akademiyası tərəfindən verilmiş 17.10.2017-ci il tarixli, M 17 seriyalı 077917 nömrəli ali təhsil haqqında diplom Azərbaycan Respublikasında tanınmışdır və ekvivalentlik haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2ci maddəsinə əsasən məhkəmə icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X3rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-289/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-289/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver