Məhkəmə qərarları › İş №2-1(112)-2890/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2890/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2890/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «X2» Qeyri Hökümət Təşkilatının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Fonduna qarşı “xx.xx.2019-cu il tarixli üç informasiya sorğusunda göstərilən məlumatların verilməsi və sorğuya cavab verilmədiyi üçün cavabdeh barəsində xüsusi qərardad çıxarılması“ tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X2» Qeyri Hökümət Təşkilatının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Fonduna qarşı “xx.xx.2019-cu il tarixli hər üç informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulamasına dair qərarın qəbul edilməsi, cavabdeh barəsində iddiaçının informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad çıxarılması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, X2 (bundan sonra İTM) 1999-cu Qeyri Hökümət Təşkilatı kimi qeydiyyatdan keçib və müstəqil iqtisadiyyatçı mütəxəssislər tərəfindən yaradılmış siyasi və iqtisadi tədqiqatlar sahəsində ixtisaslaşdırılmış analitik fikir mərkəzidir. Mərkəz mühüm iqtisadi və ictimai xarakterli məsələlər üzrə geniş tədqiqatlar aparır. Bu səbəbdən hazırladıqları fərqli hesabatlar üçün oktyabr ayının 2-si 2019-cu ildə cavabdehə 3 informasiya sorğusu göndərilmişdir: a “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına 2008-2018-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ümumilikdə 212,7 milyon manat məbləğində vəsait ayrılmışdır.Dövlət Proqramı çərçivəsində icraçı dövlət orqanlarının Fonda təqdim etdikləri hesabatlarının və auditor yoxlaması aktlarının (əgər varsa)surətlərini; b. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi davam edən “Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması” layihəsinə 2001-2018-ci illər ərzində ümumilikdə 2302,7 milyon manat vəsait ayrılmışdır. Xahiş edirik ki, bu layihə çərçivəsində icraçı dövlət orqanlarının fonda təqdim etdikləri hesabatların və auditor yoxlaması aktlarının (əgər varsa) surətlərini bizə təqdim edəsiniz.; c. Maliyyələşdirilməsi başa çatmış “Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi”nə 2007-2008-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 745,9 milyon ABŞ dolları və yaxud 748,6 milyon manat məbləğində vəsait ayrılmışdır. Fondun 2018-ci il üçün illik hesabatında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 1974 nömrəli Sərəncamı ilə “BakıTbilisi-Qars” yeni dəmir yolu layihəsinin Marabda Axalkalaki hissəsinin bərpa və yenidən qurulması və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fonduna tapşırılmışdır. Xahiş edirik, bu layihə çərçivəsində görülən işlərə dair hesabatların və auditor yoxlama aktlarının (əgər varsa) surətlərini bizə təqdim edəsiniz.” Lakin Dövlət Neft Fondundan heç bir cavab alınmamışdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və 50-ci maddələrinə, “İnformasiya əldə etmək haqqında” Qanunun 27-ci,49-cu maddələrinə əsaslanaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz edərək bildirmişdir ki, iddia əsassız və mümkünsüz hesab edilməlidir. Belə ki, ARDNF inzibati orqan deyil, publik hüquqi şəxs də deyil. ARDNF-ə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun büdcədənkənar dövlət fondlarına aid müddəaları və tələbləri şamil olunmalıdır. ARDNF büdcədənkənar dövlət fondlarına aid olan tələblərə uyğun olaraq sahibi olduğu ictimai informasiyaları açıqlayır. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə verilmiş Neft Fondunun fəaliyyətinə əlavə şəffaflıq gətirilməsi məqsədi ilə Fondun fəaliyyəti, o cümlədən gəlir və xərcləri barədə məlumatlar, mütəmadi olaraq mətbuatda dərc edilməsi tapşırığına və Əsasnamənin Fond illik fəaliyyətinin nəticələrini əks etdirən auditor rəyini mətbuatda dərc etdirir tələbinə əsasən 20 ildən artıq fəaliyyət göstərən ARDNF sahibi olduğu ictimai informasiyaları hər il özünün https://oilfundaz/ səhifəsində , digər kütləvi informasiya sahibi olmayan ARDNF vəsaitinin istifadə ediməsinin əsas istiqamətləri (proqramı) ilə bağlı dövlətxəzinadarlığı vasitəsi ilə maliyyələşdirilən layihələr çərçivəsində ARDNF-in maliyyə vəsaitinin alıcısı olan qurumlardan aldığı zəruri məlumatlar da açıqlayır. İddiaçının tələb etdiyi informasiya informasiya sorğusunun predmeti ola bilməz. Belə ki, özünün ictimai xarakterli təhqiqatlarında istifadə etmək üçün istənilən, rəsmi təsdiq edilərək verilməsi iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunmayan və ARDNF tərəfindən açıqlanmış informasiyalar informasiya sorğusunun predmeti ola bilməz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının , səhmlərinnin(paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitindən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiya ehtiyatlarında açıqlanması Qaydası”nın tələblərinə uyğun olaraq ARDNF ictimai informasiyaları çıxışı sərbəst və ödənişsiz olan internet informasiya ehtiyatlarında standart proqram təminatları vasitəsilə oxuna bilən, həmçinin mətnin istənilən fraqmentinin köçürülməsinə və axtarışına imkan verən fayl formasında açıqlayır.İddiaçının iddia ərizəsində göstərilən sorğular üzrə də layihələr başlanan vaxtdan açıq olan vaxtı vaxtında yenilənən ictimai informasiyaları aşagıdakı internet səhifələrində əldə etmək mümkündür(həmin səhiflərindən olan məlumatlar kağız daşıyıcıda əlavə olunur). Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçı «X2» Qeyri Hökümət Təşkilatının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Fonduna qarşı iddia tələbi iddiaçının cavabdehə ünvanladığı xx xxxxxxx 2019-ci il tarixli üç informasiya sorğusunda göstərilən məlumatların verilməsinin vəzifə kimi Azərbaycan Respublikası Dövlət Neft Fondunun üzərinə qoyulmasından ibarətdir. İddia ərizəsinə əlavə edilmiş: 22/19 nömrəli xx xxxxxxx 2019-ci il tarixli məktubuna əsasən, iddiaçı cavabdehə aşağıdakı müraciəti etmişdir: “Maliyyələşdirilməsi başa çatmış “Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi”nə 2007-2008-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 745,9 milyon ABŞ dolları və yaxud 748,6 milyon manat məbləğində vəsait ayrılmışdır. Fondun 2018-ci il üçün illik hesabatında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 1974 nömrəli Sərəncamı ilə “BakıTbilisi-Qars” yeni dəmir yolu layihəsinin Marabda Axalkalaki hissəsinin bərpa və yenidən qurulması və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fonduna tapşırılmışdır. Xahiş edirik, bu layihə çərçivəsində görülən işlərə dair hesabatların və auditor yoxlama aktlarının (əgər varsa) surətlərini bizə təqdim edəsiniz; 23/19 nömrəli xx xxxxxxx 2019-ci il tarixli məktubuna əsasən, iddiaçı cavabdehə aşağıdakı müraciəti etmişdir: “Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi davam edən “Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması” layihəsinə 20001-2018-ci illər ərzində ümumilikdə 2302,7 milyon manat vəsait ayrılmışdır. Xahiş edirik ki, bu layihə çərçivəsində icraçı dövlət orqanlarının fonda təqdim etdikləri hesabatların və auditor yoxlaması aktlarının (əgər varsa) surətlərini bizə təqdim edəsiniz; 24/19 nömrəli xx xxxxxxx 2019-cu il tarixli məktubuna əsasən, iddiaçı cavabdehə aşağıdakı müraciəti etmişdir:“Maliyyələşdirilməsi başa çatmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına 2008-2018-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ümumilikdə 212,7 milyon manat məbləğində vəsait ayrılmışdır.Dövlət Proqramı çərçivəsində icraçı dövlət orqanlarının Fonda təqdim etdikləri hesabatlarının və auditor yoxlaması aktlarının (əgər varsa)surətlərini bizə təqdim edəsiniz. İddiaçı qeyd edilən məktubların informasiya sorğusu olduğunu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına istinad edərək cavabdehin həmin sorğulara cavab vermək vəzifəsinin olmasını iddia ərizəsində göstərmişdir “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən “informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.” Həmin Qanunun 3.0-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;.. 3.0.3. ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər; Lakin iddiaçının cavabdehə 02 oktyabr tarixli 22/19, 23/19, 24/19 nömrəli müraciətlərində tələb edilən məlumatlar informasiya sorğusu deyildir, həmin müracətlər hesabatların, auditor yoxlaması aktlarının təqdim edilməsi tələbidir. «İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 22.4. –cü maddəsinə əsasən, informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir. İddiaçının özünün ictimai xarakterli təhqiqatlarında istifadə etmək üçün istənilən sənədlər (hesabatlar və aktlar), iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunan informasiyalar olmadığı üçün (hətta açıqlanmış informasiya olduğu üçün)informasiya sorğusunun predmeti ola bilməz . “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1–ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Dövlət Neft Fondu inzibati orqan qismində göstərilməmişdir Göründüyü kimi cavabdeh inzibati orqan deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X2» Qeyri Hökümət Təşkilatının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Fonduna qarşı “xx.xx.2019cu il tarixli hər üç informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulamasına dair qərarın qəbul edilməsi, cavabdeh barəsində iddiaçının informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad çıxarılması barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı “X2» Qeyri Hökümət Təşkilatının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Fonduna qarşı “xx.xx.2019-cu il tarixli hər üç informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulamasına dair qərarın qəbul edilməsi, cavabdeh barəsində iddiaçının informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad çıxarılması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar