Məhkəmə qərarları › İş №2-1(112)-2890/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2890/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2890/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X10 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası –həkim psixiatr, həkim psixiatr vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X2rşı “adının qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması, mənəvi zərərin əvəzinin tutulması” barədə iddia tələbi üzrə inzibati məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X2rşı iddia qaldıraraq 2013-cü ildə müalicə olunub sağaldığına görə cavabdehin üzərinə iddiaçının adının xəstəxananın qeydiyyatından çıxarılması öhdəliyinin qoyulması, 2013-cü ildən ona vurulmuş mənəvi ziyana görə cavabdehin hesabından 100000 (yüz min) məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, atasına məxsus Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 528-ci kvartal, 48 nömrəli 3 otaqlı mənzildə yaşamışdır. 2013-cü ildə anası həmin mənzili satmaq istədiyini bildirdikdə o razı olmamışdır. Anası 2 nömrəli klinik xəstəxanada işləyən, tanışı olan bir həkim ilə danışıb, mənzilə həkimləri dəvət etmişdir ki, onu 2 nömrəli psixiatriya xəstəxanasına aparsınlar. Ona həmin xəstəxanada müxtəlif iynə və dərmanlar verilmiş, buna görə çox vaxt yatmış, daim halsız, yuxulu vəziyyətdə olmuşdur. 23 gün xəstəxanada yatdıqdan sonra o evə buraxılmışdır. Bundan sonra mənzilin satılmasına imza etmiş və onlar yeni tikilmiş binadan 2 otaqlı ev almışlar. Sonradan o mənzili anası satmış və əvvəlki binada 3 otaqlı mənzil almışlar. Bir müddətdən sonra həmin mənzil anasının xoşuna gəlmədiyinə görə 3 otaqlı mənzili satıb yeni tikili olan binada yenidən 2 otaqlı mənzil almışlar. Lakin anası həmin mənzilə onun qeydiyyata düşməyinə icazə verməmişdir. 2018-ci ildə yaşadığı yeni tikili olan binada binanın rəhbərliyi onlardan qanunsuz pul tələb etdiyinə sahə müvəkkilinə şikayət etmişdir. Anası buna görə onu 2 nömrəli X8 göndərməsi ilə hədələmiş, xəstəxanadan həkimlər gələrək onu zorla xəstəxanaya aparmaq istədikdə o 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Bu illər ərzində ona verilən dərmanlar əsasında ona “Üzvi şəxsiyyət pozuntusu F07” diaqnozu qoyulmuşdur. xx.xx.2003-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinin hərbi-həkim komissiyası tərəfindən Xəstəliklər cədvəlinin 17B maddə 3-cü qrafası və ƏN-yə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” statusu qeyd edilmişdir. xx.xx.2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinin hərbihəkim komissiyası tərəfindən təkrar yoxlama zamanı “Xəstəlik cədvəlinin 1-ci qrafası, maddə 146-a əsasən “Dinc dövrdə yararsız, mühribə dövründə məhdud yararlıdır” statusu təkrarən əsaslı yoxlama keçirilmədən qeyd edilmişdir. Bu statusun iki dəfə verilməsi səbəbi kimi əsas “Üzvi şəxsiyyət pozuntusu F07” diaqnozu göstərilmişdir, halbuki artıq 2013-cü ildə o psixi durumu ilə bağlı müalicə almış və sağalmışdır. 2 nömrəli X9 onu yoxlamadan 3349 nömrəli rəy vermiş və həmin rəy qanunsuz və əsassız olaraq əvvəlki illərin diaqnozuna əsaslanaraq çıxarılmışdır. 2 nömrəli X9 onu yoxlamadan əsassız və qərəzli verilən diaqnozla uzun müddət müalicə etmiş, onun sağlamlığına, şərəf və ləyaqətinə zərər vurmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X9 iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində təcili tibbi yardımın göndərişi ilə xəstəxanaya qəbul olunmuş, kişi şöbəsində müayinə və müalicə almışdır. “Qeydiyyata alınma və ya çıxarma” səlahiyyəti vətəndaşın yaşayış yeri üzrə qeydiyyatda olduğu sahə poliklinikasının psixiatr kabinetinə aiddir. X3 ambulator müayinə və müşahidə qeydiyyatı aparılmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X8 müraciət etmiş, xx.xx.2022-ci ildə imtina cavabı almışdır, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında cavabdehin təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində cavabdehin xx.xx.2022-ci il tarixli, 1/2925 nömrəli “Həkim psixiatr komissiyasının 3349 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X9 məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunu təqdim etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2021-xx.xx.2021ci il tarixlərində təcili tibbi yardımın göndərişi ilə xəstəxanaya qəbul olunmuş, kişi şöbəsində müayinə və müalicə almışdır. “Qeydiyyata alınma və ya çıxarma” səlahiyyəti vətəndaşın yaşayış yeri üzrə qeydiyyatda olduğu sahə poliklinikasının psixiatr kabinetinə aiddir. Cavabdeh X1 görə ambulator müayinə və müşahidə qeydiyyatı aparmır. Əlavə Xəstənin anemnizindən məlum olmuşdur ki, iddiaçı uşaqlıqda qıcolma tutmaları ilə müalicə olunmuşdur. İlk dəfə 2 nömrəli X4 xx.xx.2013-cü ildə Bakı şəhəri təcili tibbi yardımının göndərişi ilə “Psixotik hal. Şizofreniya” diaqnozu ilə qəbul olunmuşdur. Klinkada tam müayinədən keçirilmiş və xx.xx.2013-cü ildə elektroensefaloqrafiyanın nəticəsində “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda diensefal strukturların disfunksiyası” qeyd olunmuşdur. Baş həkim tərəfindən müayinə olunmuş və “Baş-beyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yüngül ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və yüngül davranış pozuntuları” diaqnozu təsdiq edilmişdir. Təkrarən, xx.xx.2018-ci ildə Bakı şəhəri təcili tibbi yardımının göndərişi və öz razılığı ilə “Xroniki sayıqlama pozuntusu” diaqnozu ilə 2 nömrəli X4 müalicə məqsədi ilə qəbul olunmuşdur. Müalicə müddəti ərzində müayinə olunmuş və “Baş-beyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yüngül ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixotik daxilolmalarla” diaqnozu təsdiq edilmişdir. 2013-cü ildən başlayaraq müvafiq orqanlara xəstəxananın həkim və tibb işçilərinə qarşı dəfələrlə əsassız şikayət ərizələrlə müraciət etmiş, şikayətləri heç vaxt öz təsdiqini tapmamışdır, cavabdehin qeyd edilən məktubu ilə məhkəməyə iddiaçıya aid xəstəlik tarixlərinin, iddiaçının valideyni Sevinc Nəcəfovanın ərizəsinin,cavabdehin iddiaçının şikayəti ilə bağlı müxtəlif orqanlara ünvanlanmış məktublarının, iddiaçının müxtəlif orqanlara ünvanlanmış və baxılması üçün cavabdehə göndərilmiş məktub və ərizələrinin, həkim təynatları vərəqlərinin, analizlərin cavablarının,müayinə göndərişlərinin,müayinə vərəqlərinin surətləri təqdim edilmişdir. Habelə xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X9 məhkəməyə cavabdehə “Pasiyentlərin (xəstələrin) qəbulu qaydası”nı, habelə iddiaçının müxtəlif orqanlara şikayətləri ilə bağlı cavabdehin həmin orqanlara ünvanlanmış məktublarının surətləri təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı ilk dəfə 2 nömrəli X4 xx.xx.2013-cü ildə Bakı şəhəri təcili tibbi yardımının göndərişi ilə “Psixotik hal. Şizofreniya” diaqnozu ilə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X5 tam müayinə olunmuş və xx.xx.2013-cü ildə elektroensefaloqrafiyanın nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda diensefal strukturların disfunksiyası” qeyd olunmuşdur. xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində təcili tibbi yardımın göndərişi ilə xəstəxanaya qəbul olunmuş, kişi şöbəsində müayinə və müalicə almışdır. Cavabdehin 3349 nömrəli, 23.09.222-ci il tarixli həkim psixiatr komissiyasının rəyi ilə cavabdehə “baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntusu, psixotik daxilolmalarla” diaqnozu qoyulmuşdur.Hazırda iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X6 üzərinə iddiaçının adının xəstəxananın qeydiyyatından çıxarılması öhdəliyinin qoyulmasını, ona vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.Tələbini onunla əsaslandırır ki, cavabdeh onu yoxlamadan 3349 nömrəli rəyi vermiş, həmin rəy əsassız olaraq əvvəlki illərin diaqnozuna əsaslanaraq verilmişdir və yoxlanılmadan əsassız qoyulmuş diaqnoz nəticəsində iddiaçının şərəf ləyaqətinə zərər dəymişdir, iddiaçı mənəvi sarsını keçirmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən pasiyent - psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxsdir; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən psixiatriya yardımı - pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixososial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növüdür; Həmin Qanunun 1.0.10-cu maddəsinə psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsidir; Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində psixiatriya yardımı alan, habelə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə şamil olunur. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixiatriya yardımı üzrə bu Qanunda Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər tərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir. Pasiyentin psixi pozuntusunun diaqnozu ona əvvəllər təyin edilən diaqnoz ilə uyğun olmadıqda, psixiatriya müəssisəsinin həkim-məsləhət komissiyasının və ya yüksək ixtisaslı həkim-psixiatrın (tibb elmləri doktoru, professor, dosent) qərarı ilə dəyişdirilir və ya ləğv edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin nümunəvi nizamnaməsi”nin 1-ci bəndində göstərilmişdir:” 1.2. Dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri (bundan sonra – müəssisə) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununu, X13ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra-Nazirlik) qərar, əmr və sərəncamlarını rəhbər tutur. 1.2-1.X13 müəssisə üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.1.2-2. Müəssisə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edir. 1.2-3.Müəssisə dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla, mülki vəzifələr daşıyır və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam verilir. 1.3. Müəssisə publik hüquqi şəxsdir və müstəqil balansa, istifadəsində olan, müvafiq olaraq, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.” Həmin qərarın 3.1. –ci bəndinə əsasən, müəssisə aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.24. vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sistemini tətbiq etmək; Həmin qərarın 5.5.17-ci bəndinə əsasən tibb müəssisəsinin rəhbəri müəssisədə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edir; “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 2-ci bəndinə əsasən kargüzarlıq - təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Təşkilatlarda kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Həmin Təlimatın 3-cü bəndinə əsasən təşkilatlarda kargüzarlığın aparılması dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (bundan sonra kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir. Kargüzarlıq xidməti tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti təşkilatın rəhbərliyi həyata keçirir. Tabe təşkilatlarda kargüzarlığın aparılması qaydalarına riayət olunması üzərində nəzarətin həyata keçirilməsi vəzifəsini onların baş təşkilatları daşıyır. İnzibati işin materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı bir neçə dəfə tibbi göndəriş əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X7 müalicə və müayinə olunmuşdur və bu zaman onun xəstəxanada müalicə və müayinəsi ilə bağlı sənədləşmə işləri aparılmışdır, belə ki, iddiaçının xəstəxanaya daxil olması və evə yazılması, ona aparılan müalicələr və müayinələr qeydə alınması tibbi müəssisənin-publik hüquqi şəxsin- kargüzarlıq ışinin aparılması vəzifəsindən irəli gəlir, həmin qeydlərdə səhvlərə yol verilməsi ilə iddiaçının hüquqlarının pozulması müəyyən olunmamışdır. İddiaçının iddiasının mənəvi zərər hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İnzibati iş materialları ilə cavabdeh tərəfindən iddiaçının hər hansı bir sübyektiv hüquqlarının pozulması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X2rşı 2013-cü ildə müalicə olunub sağaldığına görə cavabdehin üzərinə iddiaçının adının xəstəxananın qeydiyyatından çıxarılması öhdəliyinin qoyulması, 2013-cü ildən ona vurulmuş mənəvi ziyana görə cavabdehin hesabından 100000 (yüz min) məbləğinin ona ödənilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X2rşı 2013-cü ildə müalicə olunub sağaldığına görə cavabdehin üzərinə iddiaçının adının xəstəxananın qeydiyyatından çıxarılması öhdəliyinin qoyulması, 2013-cü ildən ona vurulmuş mənəvi ziyana görə cavabdehin hesabından 100000 (yüz min) məbləğinin ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar