Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2891/2021 01.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydlərində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin sənədlərdə düzəliş edilməsindən imtina edilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, 167 saylı düzəliş etməkdən imtina məktubunun əsassız hesab edilməsi, Nərimanov rayon VVAQ şöbəsində yazılmış xx xxxxxx 2001-ci il tarixli, Vİİ-JQ № 419725 saylı nikahın bağlanması haqqında şəhadətnamədə onun adının «Aida» əvəzinə «Aidə» kimi qeyd edilməklə doğum tarixinin «9 may» əvəzinə «x xxx 1963-cü il» tarixi kimi düzəliş edilərək qeyd edilməsi, qızı X2 adına tərtib olunmuş x xxxxx 2008ci il tarixli, AZ-İİ № 784608 saylı doğum şəhadətnaməsinin ana qrafasında adının «Aida» əvəzinə «Aidə» kimi düzəliş edilərək yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 19 nömrə ilə qeyd edilmiş nikahın bağlanması haqqında akt qeydində düzəliş edilərək «evlənənlər haqqında məlumat - qadın» bölməsində «adı» qrafasında “Aida” əvəzinə «Aidə» və «doğulduğu vaxt» qrafasında «xx xxx 1963-cü il» əvəzinə «xx xxx 1963-cü il» yazılması, Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 301 saylı X2 doğum haqqında akt qeydində düzəliş edilərək «anası» qrafasında «X4» əvəzinə «İddiaçı» yazılması və həmin düzəlişlərə əsasən yeni müvafiq şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxx 1963-cü il tarixdə Füzuli rayon Horadiz qəsəbəsində anadan olmuşdur. Adı Aidədir. Ona Bakı şəhəri Nərimanov RPİ-də xx.xx.2015-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsində adının «Aidə» olması, «06 may» tarixdə anadan olması öz əksini tapmış, lakin sənədlər tərtib edilərkən kargüzarlıq işçilərinin diqqətsizliyi, köhnə əlifbadan istifadə etməklə əksəriyyətinin rusdilli olması səbəbindən onun nikah şəhadətnaməsində adı və doğulduğu gün düz yazılmamışdır. Bundan əlavə, qızı X2 adına tərtib olunmuş x xxxxx 2008-ci il tarixli, AZ-İİ № 784608 saylı doğum şəhadətnaməsinin ana qrafasında adı «Aidə» əvəzinə «Aida» kimi yazılmışdır. Halbuki şəxsiyyət vəsiqəsindən əlavə doğum qeydiyyatında da adı «Aidə» kimi göstərilmişdir. Belə ki, onun adına tərtib edilmiş xx xxxxxx 1963-cü il tarixli, AZ № 452261 saylı doğum şəhadətnaməsində adı «Aidə» kimi, doğum tarixi «6 may» kimi göstərilməklə şəxsiyyət vəziqəsində olduğu kimidir. Buna baxmayaraq, Nərimanov rayon VVAQ şöbəsində yazılmış xx xxxxxx 2001-ci il tarixli, Vİİ-JQ № 419725 saylı nikahın bağlanması haqqında şəhadətnamədə adı «Aidə» əvəzinə «Aida» kimi qeyd edilməklə doğum tarixi «9 may» kimi qeyd edilmişdir. Göründüyü kimi, onun qızının doğum şəhadətnaməsində adı, onun nikah şəhadətnaməsində adı ilə yanaşı doğulduğu gün diqqətsizlikdən təhrif edilmişdir. Bunu onun doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi də təsdiq edir. Yanlışlığı düzəltmək üçün o, cavabdehə rəsmi şəkildə müraciət etmişdir, lakin cavabdeh imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsaslı deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 167 saylı məktubundan görünür ki, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadığından, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş imtinadan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE serialı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1963-cü il tarixdə Füzuli rayonu Horadiz qəsəbəsində doğulmuşdur. İş materiallarında olan xx xxxxxx 1963-cü il tarixdə verilmiş AZ seriyalı 452261 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edimiş surətindən görünür ki, İddiaçı xx xxx 1963-cü il tarixdə Füzuli rayonu Horadiz qəsəbəsində doğulmuşdur, atası X5, milliyyəti azərbaycanlı, anası X1, milliyyəti azərbaycanlı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 78 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 419725 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X4 (doğum tarixi xx xxx 1963-cü il qeyd edilmişdir) xx xxxxxx 2001-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2001-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səmədov, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 784608 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edimiş surətindən görünür ki, X6 xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X7, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 301 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş 78 saylı xx.xx.1963-cü il tarixli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1963-cü il tarixdə Füzuli rayonu Horadiz qəsəbəsində doğulmuşdur, atası X5, anası X1 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli məkbutla məhkəməyə təqdim edilmiş 19 saylı xx xxxxxx 2001-ci il tarixli nihahın bağlanması haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X4 (xx xxx 1963-cü il təvəllüdlü) nikahlarını bağlamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatdan keçirilməlidir; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər; 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən həyata keçirilir; 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir; 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir; 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının doğum haqqında akt qeydində, doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı «Aidə» və doğulduğu tarix «xx xxx 1963-cü il» göstərilməsinə baxmayaraq, nikahın bağlanması haqqında akt qeydində adı «Aida» və doğulduğu tarix «xx xxx 1963-cü il», qızı X2 doğum haqqında akt qeydində isə adı «Aida» göstərilmişdir. İddiaçı qeyd olunan səhvlərin düzəldilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh qeyd olunan səhvləri özü aradan qaldıra bildiyi halda müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 19 nömrə ilə qeyd edilmiş nikahın bağlanması haqqında akt qeydində düzəliş edilərək «evlənənlər haqqında məlumat - qadın» bölməsində «adı» qrafasında “Aida” əvəzinə «Aidə» və «doğulduğu vaxt» qrafasında «xx xxx 1963-cü il» əvəzinə «xx xxx 1963-cü il» yazılması, Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 301 saylı X2 doğum haqqında akt qeydində düzəliş edilərək «anası» qrafasında «X4» əvəzinə «İddiaçı» yazılması və həmin düzəlişlərə əsasən yeni müvafiq şəhadətnamələrin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2891/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2891/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver