Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2892/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncamın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, məhəllə 40-41, blok 1, 2-ci mərtəbədə yerləşən 4 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq İddiaçı adına mənzil kirayə müqaviləsinin bağlanılması ilə bağlı sərəncam vermə öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “ünvan 7, blok 1, 2-ci mərtəbədə yerləşən 4 saylı mənzilin xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncamın verilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cti il tarixli 45 №li Sərəncamına əsasən mərhum həyat yoldaşı X5 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, məhəllə 40-41, blok 1, 2-ci mərtəbədə yerləşən 3 otaqlı sahəsi 42.77 kv.m olan 4№li xidməti mənzil 4 nəfər ailə üzvünə ayrılmışdır. Mənzilə dair xx.xx.1994-cü il tarixli 003302 saylı Order verilmişdir. Orderdə ailə üzvlərinin-həyat yoldaşının, iddiaçının və övladlarının adları qeyd olunmuşdur. Həyat yoldaşı 2005-ci ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra onun müraciəti əsasında Bakı şəhəri 51 saylı Notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Mənzilin yerləşdiyi əraziyə uyğun olaraq Cavabdehnə mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanılmasına dair rəsmi ərizə ilə müraciət etsə də, Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda aşağıdakılar qeyd olunmuşdur: "Nəzərinizə çatdırınıq ki, xidməti mənzillərin siyahısından çıxarılma ilə bağlı AR Nazirlər Kabinetinin Qərarına uyğun olaraq müvafiq aidiyyatı orqanların razılığı olmadığından qaldırdığınız məsələnin müsbət həlli mümkün deyil." Bildirilmişdir ki, bina "Bakı Poçtampı”nın əməkdaşları üçün inşa olunmuş və hazırda həmin qurum fəaliyyət göstərmir. Bina Sabunçu rayonunda yerləşdiyi üçün müvafiq sənədlər (Əmlak kirayə müqaviləsin bağlanılması və s.) Cavabdeh tərəfindən verilir və bina sakinlərinin əksəriyyəti yaşadıqları mənzilə dair Çıxarışlar almışlar.
4. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə (vəkili) ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə yaşadığı mənzilin xidməti mənzillər siyahısından çıxarılması və onunla mənzil kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Nəzərə çatdırılmışdır ki, xidməti mənzillər siyahısından çıxarılma ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq müvafiq aidiyyəti orqanların razılığı olmadığından qaldırılan məsələnin müsbət həlli mümkün deyil.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 40-41, blok 1, ünvanında yerləşən 4 saylı mənzilin xidməti mənzillər sahəsindən çıxarılaraq İddiaçı adına mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı sərəncam vermə öhdəliyinin Sabunçu RİH-nin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndində Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini yalnız sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək səlahiyyətinin olduğu göstərilmişdir. Həmçinin bildirilmişdir ki, sosial kirayə müqaviləsinin forması müəyyən edilməmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşla mənzil kirayə müqaviləsi bağlana bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydasına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və balanssaxlayıcı qurumun razılığı ilə mənzil sahəsi xidməti mənzillər siyasından çıxarılmaqla vətəndaşın istifadəsinə verilə bilər. Lakin həmin qərarda mənzilin vətəndaşən istifadəsinə məzil kirayə müqaviləsi ilə yoxsa sosial kirayə müqaviləsi əsasında verilməli olduğu müəyyən edilməmişdir. Qeyd edilmişdir ki, “Bakı Poçtampı” qurumu ləğd edilsə də, onun hüquqi varisi müəyyən edilməli və qeyd edilən mənzilin kimin balansında olması müəyyənləşdirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
6. AZ № 307131 evlənmək haqqında şəhadətnaməyə əsasən X1 Fəridə Tapdıq qızı 20 oktyabr 1973-cü il tarixində evlənmişdirlər.
7. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2023-cü il tarixli iddiaçının iddiaçının nümayəndəsinə (vəkili) ünvanlanmış məktubla Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 45 №-li Sərəncamı əsasında, X4 adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 40-41-ci məhəllədə “Bakı Poçtu” əməkdaşları üçün tikilmiş S.Vurğun küçəsi, 4 nömrəli mənziliə dair Nərimanov Rayon İcra Hakimiyyətinin arxivində saxlanılan xx.xx.1994-cü il tarixli, 003302 №-li xidməti orderin kötüyünün təsdiq edilmiş surəti təqdim edilmişdir. (xx.xx.1994-cü il tarixli, 003302 №-li xidməti orderin kötüyünün ksero surəti iş materiallarına əlavə edilmişdir.)
8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli iddiaçının nümayəndəsinə (vəkili) ünvanlanmış məktubla X10 barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 45 saylı sərəncamının təsdiq edilmiş ksero surəti təqdim edilmişdir: - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 45 nömrəli xx.xx.1994-cü il tarixli X7 xidməti mənzilin ayrılması barədə sərəncamda qeyd edilmişdir ki, Bakı Poçtampı müdriyyətini və ht-nın 24 avqust 1994-cü il tarixli 10 nömrəli birgə qərarı təsdiq edilsin, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, məhəllə 40-41, blok 1, 2-ci mərtəbə, 3 otaqlı yaşayış sahəsi 42,77 kv.m olan 4 №-li xidməti mənzili A. Q. İsmayılovun 4 nəfər ailə üzvünə ayrılmışdır və xüsusi orderə adı yazılmışdır. (Ailə üzvləri: A. Q. İsmayılov – 1949-cu ildə anadan olub, İddiaçı T –arvadı, 1950-ci ildə anadan olub, İsmayılova S. A – qızı, 1976-ci ildə anadan olub, İsmayılov A. A –oğlu, 1977-ci ildə anadan olub.)
9. Azərbaycan Respublikası AZ-1 № 171773, xx.xx.2005-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən X10 01 iyul 2005-ci il tarixində ölmüşdür.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 51 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri, 51 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət olmuşdur. X4 01 iyul 2005-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən ünvan 6 ünvanda yerləşən mənzil sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün göstərilən əmlaka dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur.
11. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclası zamanı qonşuluqda yerləşən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirərək vətəndaşların mülkiyyət hüquqlarını təsdiqləyən sənədlərin surətini təqdim etmişdir. (Reyestr nömrələri: **********82-05101-093002; **********82-05101-093011; **********82-05101-093001; **********82-05101-093014; **********82-05101-093006)
12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məktubda qeyd edilən ünvanda yerləşən yaşayış binasındakı mənzillərin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət daxil olmamışdır.
13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən mənzillərin dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərinin təsdiq edilmiş surətlərini təqdim etmişdir.
14. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 11 nömrəli xx.xx.2002-ci il tarixli protokolundan çıxarışa əsasən Nərimanov RİH Başçısının xx.xx.2002-ci il tarixli 814 nömrəli sərəncamına – X6 yaşadığı xidməti mənzilə daimi orderin verilməsi qərara alınmışdır. (Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 626 nömrəli sərəncamı ilə təsiq edilmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
17. İddianın növü məcburetmə haqqında iddiadır.
18. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. Mənzil vaxtilə mərhum X5 ayrılmış və orderdə ailə üzvü kimi (arvadı) iddiaçı qeyd edilmişdir və mənzil də hazırda onun istifadəsindədir. Odur ki, iddiaçının hazırki iddianı qaldırmağa hüquqi marağı mövcuddur.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Mənzil Məcəlləsindən: 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; ... 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”: 1.3. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”: 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
24. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki: - AZ № 307131 evlənmək haqqında şəhadətnaməyə əsasən X1 Fəridə Tapdıq qızı 20 oktyabr 1973-cü il tarixində evlənmişdirlər. - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 45 nömrəli xx.xx.1994-cü il tarixli X7 xidməti mənzilin ayrılması barədə sərəncamda qeyd edilmişdir ki, Bakı Poçtampı müdriyyətini və ht-nın 24 avqust 1994-cü il tarixli 10 nömrəli birgə qərarı təsdiq edilsin, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, məhəllə 40-41, blok 1, 2-ci mərtəbə, 3 otaqlı yaşayış sahəsi 42,77 kv.m olan 4 №-li xidməti mənzili A. Q. İsmayılovun 4 nəfər ailə üzvünə ayrılmışdır və xüsusi orderə adı yazılmışdır. (Ailə üzvləri: A. Q. İsmayılov – 1949-cu ildə anadan olub, İddiaçı T –arvadı, 1950-ci ildə anadan olub, İsmayılova S. A – qızı, 1976-ci ildə anadan olub, İsmayılov A. A –oğlu, 1977-ci ildə anadan olub.) - İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclası zamanı qonşuluqda yerləşən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirərək vətəndaşların mülkiyyət hüquqlarını təsdiqləyən sənədlərin surətini təqdim etmişdir. (Reyestr nömrələri: **********82-05101-093002; **********82-05101-093011; **********82-05101-093001; **********82-05101-093014; **********82-05101-093006) - Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən mənzillərin dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərinin təsdiq edilmiş surətlərini təqdim etmişdir. - İş materiallarına əlavə edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 11 nömrəli xx.xx.2002-ci il tarixli protokolundan çıxarışa əsasən Nərimanov RİH Başçısının xx.xx.2002-ci il tarixli 814 nömrəli sərəncamına – X6 yaşadığı xidməti mənzilə daimi orderin verilməsi qərara alınmışdır (Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 626 nömrəli sərəncamı ilə təsdiq edilmişdir).
28. Məhkəmə nəzərə alır ki, ünvan 7 ünvanında yerləşən binada mövcud olan mənzillər (iddia predmetini təşkil edən mənzil ilə qonşuluqda yerləşən mənzillər) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş: - Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 11 nömrəli xx.xx.2002-ci il tarixli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, 40/41 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində yerləşən 30 nömrəli xidməti mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən daimi order verilmiş və X6 daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. - Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1045 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, 40/41 nömrəli evin 27 nömrəli mənzili “Azərrabitəinşaat” 4№li TQİ-nin işçisi X2 ayrılmış, həmin mənzil Rabitə Naziriliyinin xx.xx.1994-cü il tarixli məktubu ilə vətəndaşa ayrılmışdır. - Nizami rayon İcra Hakimiyyəti tərəfindən “Azərrabitəinşaat” 4№li TQİ-nin işçisinə həmin binada 32 nömrəli mənzilinə dair xx.xx.1994-cü il tarixli Order verilmişdir. - Sabunçu RİH tərəfindən “Azərrabitəinşaat” 1№li TQİ-nin işçisinə həmin binada 1 nömrəli mənzilə dair xx.xx.1995-ci il tarixli order verilmişdir. Qeyd edilən mənzillərə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
29. Məhkəmə qeyd edir ki, vaxtilə xidməti mənzilin geri alınması üçün əsaslar mövcud olmuş olsa da (1988-ci ildən mənzil növbəsində dayanan mərhum X4 ailəsinə xidməti mənzil 1994-cü ildə ayrılmış və o, 2005-ci ildə vəfat etmişdir), balanssaxlayıcı tərəfindən mənzilin geri alılması üçün hər hansı tədbir görülməmiş, mənzil hazırda da iddiaçının (mərhumun ailə üzvü kimi) istifadəsindədir, digər tərəfdən vaxtilə qeyd edilən binadakı bəzi mənzillərin ayrılmasına dair (balanssaxlayıcı) Rabitə Nazirliyinin razılığının olduğu və həmin razılıq əsasında mənzillərə (daimi) order verildiyi müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, balanssaxlayıcı faktiki olaraq (hərəkətləri ilə) mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılığını ifadə etmişdir.
30. Digər tərəfdən məhkəmənin sorğusuna cavab olaraq müəyyən edilir ki, qeyd edilən ünvandakı yaşayış binasındakı mənzillərin xüsusi təyinatlı mənzil fondundan çıxarılması lə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət daxil olmamışdır. Binadakı özəlləşdirilmiş mənzillərə dair hüquqmüəyyənedici sənədlərdə də belə razılığın olduğu müəyyən edilmir.
31. Məhkəmə təkrar olaraq qeyd etməyi zəruri hesab edir ki, binadakı mənzillər yerli icra hakimiyyətlərinin sərəncamları əsasında özəlləşdirilmiş və müvafiq sərəncam verildiyi zaman Əmlak Məsələləri Dövlət Xidmətinin razılığının olduğu müəyyən edilmir.
32. Binadakı bir çox mənzilin özəlləşdirilmiş olması iddianın uğurlu olmasına dair məhkəmənin qənaətini qətiləşdirir.
33. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X15 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X15 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X8rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar).
34. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, 40/41 nömrəli, 5 mərtəbəli binada yaşayan sakinlərin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının yaşadığı mənzilin qonşuluğunda yerləşən eyni vəziyyətdə olan bina sakinlərinə (məsələn, X12) daimi order yerli icra hakimiyyəti tərəfindən verilmişdir və məhkəmə iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırması olmadığı qənaətindədir.
35. Odur ki, bina sakinlərinin iddiaçı ilə eyni hüquqi vəziyyətdə olduğu halda iddiaçıya münasibətdə ünvan 7, blok 1, 2-ci mərtəbədə yerləşən 4 saylı mənzilin xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncamın verilməsi tələbinə imtina fərqli rəftar hesab edilərək bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur və yolverilən hesab edilməməlidir.
37. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 7, blok 1, 2-ci mərtəbədə yerləşən 4 saylı mənzilin xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncamın verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva