Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2894/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “qeydiyyat nişanının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus QAZ-24 markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının ödədiyi dövlət rüsumuna uyğun rəqəmləri 444 olan istənilən fərqli hərfli qeydiyyat nişanına dəyişdirilməsi, bu mümkün olmadıqda isə mümkün olan istənilən eyni rəqəmli, fərqli hərfli nişana dəyişdirilməsi üçün müvafiq qeydiyyat hərəkətlərinin yerinə yetirilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 14.09.2020-ci il tarixində Baş X1 İdarəsinin qeydiyyat-imtahan məntəqəsinə marka: QAZ-24 minik, qeydiyyat nişanı: **-BE-***, mühərrik: 414735, ban: 270657, şassi: 0265534, rəngi: açıq boz - nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Müraciət zamanı Sabunçu rayonu üzrə cavabdeh inspektora eyni rəqəmli, müxtəlif hərfli kombinasiyalı dövlət qeydiyyat nişanının verilməsi üçün ödənilmiş dövlət rüsumunun qəbzini təqdim edərək rəqəmləri 444 olan istənilən fərqli hərfli qeydiyyat nişanını almaq istəyini bildirmişdir. İnspektor cavabında bildirmişdir ki, belə nömrə hal-hazırda yoxdur. Sonra o, avtomobilin köhnə nömrəsi saxlanılmaqla qeydiyyata alınmasını və yeni nömrənin alınması üçün əlavə müraciət edilməsini təklif etmişdir. Beləliklə, yuxarıda qeyd edilən avtomobil onun mülkiyyəti kimi qeydiyyata alınmış və AD849878 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın 1.2-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. İnternet və qeydiyyat-imtahan şöbəsində yerləşdirilən xüsusi aparatlar vasitəsilə vətəndaşların nömrə seçmək hüququ qanunvericilikdə 7 il öncə təsbit edilsə də bu günə qədər belə bir imkanlar Baş X1 İdarəsi tərəfindən yaradılmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının «Dövlət rüsumu haqqında» Qanununun 18.65.6.1-ci maddəsinə müvafiq olaraq dövlət rüsumunu ödəyərək poçt vasitəsilə 15 sentyabr 2020-ci il tarixində Baş X1 İdarəsinin rəisinə yazılı müraciət etmişdir. Nömrənin verilməsi üçün müvafiq zəruri sənədlərin surətləri də əlavə edilmiş, məktub 21 sentyabr 2020-ci il tarixində cavabdehə çatdırılmışdır. Onun ərizəsinə heç bir cavab verilməmiş, poçt, internet, yaxud mobil rabitə vasitəsilə onunla əlaqə saxlanılmamış və beləliklə, vətəndaşların müraciətləri haqqında qanunun və Nazirlər Kabinetinin 345 nömrəli qərarının tələbləri kobud surətdə pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallrında olan 14.09.2020-ci il tarixdə verilmiş AD seriyalı 849878 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, QAZ-24 minik markalı, 55BE549 qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 20.11.2020-ci il tarixli 016-98096Ə-3220 saylı məktubda qeyd edilir: Sizə məxsus "QAZ-24" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonu 444 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ünvanladığınız müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, sərfiyyatda eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət sonu 444 olan dövlət qeydiyyat nişanları mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29.12.2020-ci il tarixli 016-68326Ə-4221 saylı məktubda qeyd olunur: Sizə məxsus "QAZ-24" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonu 444 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı BDYPİ-yə ünvanladığınız müraciətinizə indiyədək rəsmi cavab verilməməsi barədə Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildiririk ki, toxunulmuş məsələ ilə bağlı iddiaçının müraciətinizə 20.11.2020-ci il tarixli 016-98096Ə-3220 nömrəli məktubla müvafiq cavab verilmişdir. Hazırki müraciətinizlə əlaqədar bir daha bildiririk ki, sərfiyyatda eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət sonu 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 olan dövlət qeydiyyat nişanları mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20.04.2021-ci il tarixli 016-43740-1221 saylı məktubda qeyd olunur: vətəndaş İddiaçı tərəfindən edilmiş müraciətlə bağlı Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində araşdırma aparılmamışdır. Vətəndaş İddiaçı ona məxsus nəqliyyat vasitəsinə sonu 444 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə etdiyi müraciətlərə cavab olaraq həmin dövlət qeydiyyat nişanının sərfiyyatda olmadığı barədə məlumat verilmişdir. Buna baxmayaraq o, könüllü qaydada qeydiyyat nişanı üçün rüsum ödədiyini və həmin rüsuma əsasən dövlət qeydiyyat nişanının dəyişdirilməsini tələb edir. Hesab edirik ki, sonu 444 olan dövlət qeydiyyat nişanının sərfiyyatda olmaması barədə İdarə tərəfindən məlumatın verilməsindən sonra onun müvafiq rüsumu ödəməsi və sərfiyyatda mövcud olmayan dövlət qeydiyyat nişanının avtomobilinə təhkim olunmasını tələb etməsi əsassızdır. Bu səbəbdən də İddiaçı iddiasının əsassız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İV-İ hissəsinin 6-cı bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi təmin olunmalıdır. Həmin Qanununun 27-ci maddəsinin İV-İ hissəsinin 7-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın: 1.2-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər; 3.1-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir; 3.3-cü bəndinə əsasən avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər; 3.4-cü bəndinə əsasən qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur; 3.5-ci bəndinə əsasən şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur; 3.6-cı bəndinə əsasən ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur. Qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur. Ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməmişdir. Həmçinin iddiaçı yalnız dövlət rüsumunun ödənilməsinə dair qəbzin surətini məhkəməyə təqdim etmişdir. Halbuki dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyası seçildikdən sonra onun üçün müəyyən edilmiş dövlət rüsumu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilməlidir, bundan sonra isə elektron terminal avtomatik olaraq qəbz çap edir və həmin qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə isə həmin məlumatlar əks olunmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya və məhkəməyə ünvanlanmış məktublardan görünür ki, iddiaçının dəyişdirilməsini tələb etdiyi rəqəm və hərflərin kombinasiyasından ibarət olan dövlət qeydiyyat nişanları mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2894/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2894/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver